Ozonoterapiya ve plazmaferez. Qanın ekstrakorporal temizlenmesi.

Ozonoterapiya ve plazmaferez. Qanın ekstrakorporal temizlenmesi. Efferent terapiya. Xəstəliklərin vaxtında ilkin profilaktikası vaxtından əvvəl qocalmanın ilkin profilaktikasına xidmət göstərir. Efferent terapiya kabineti.

Plazmaferez - qanın təmizlənməsi Ozonoterapiya - ozon oksigen qazı ilə müalicə
Detoksikasiya (qan yuma qan deyisme) ancaq qanda deyil hüceyrə səviyyəsində baş verir, orqanizmin bütün toxumalarına, orqanlarına və sistemlərinə təsir göstərir. Axır illər dünya təbabətində bir sıra xəstəliklərin və potoloji halların müalicəsində qanın ekstrakorporal detoksikasiya metodlarından geniş istifadə olunur. Müasir klinik praktikada qeyri-medikamentoz müalicə metodları olan plazmaferez və ozonoterapiya bütün orqanları əhatə edən çoxfunksional mühit olan qana təsir edərək nəinki xəstəliyin müalicəsinə şərait yaradır, eləcə də orqanizmin ümumi statusunu yaxşılaşdırır, dərman müalicəsinin təsirini tamamlayır. Efferent müalicə metodları olaraq plazmaferez və ozonoterapiyadan xəstəliklərin müalicə və profilaktikasında, orqanizmi iş qabiliyyətində və tonusda saxlamaq, həyat keyfiyyətini yaxşılaşdırmaq, estetik təbabətdə yaşla əlaqədar dəyişikliklərin qarşısının alınması məqsədilə istifadə olunur. Qanın ekstrakorporal təmizləmə (qan yuma, qanin yuyulmasi, qan deyisme) metodlarından ən geniş istifadə olunan plazmaferezdir. Ozonoterapiya - ozon oksiqen qazi ile mualice. Təbii, dərmansız, fizioterapevtik müalicə metodu olaraq ozonoterapiya nəinki xəstəliklərin müalicəsinə şərait yaradır eləcədə orqanizmin ümumi statusunu yaxşılaşdırır, dərman müalicəsinin təsirini tamamlayır, ən əsası xəstəliklərin qarşısının alınmasına, orqanizmin sağlamlaşmasına və cavanlaşmasına, vaxtından əvvəl qocalmanın qarşısının alınmasına xidmət göstərir.Ozonoterapiyada tibbi ozondan istifadə olunur. Həkim; Ş. Mehman. Tel: +99450 790 69 01. Prosedurlar, metodlar, qiymetler, göstərişlər ve eks göstərişlər haqqında
"Ozonoterapiya ve plazmaferez. Qanın ekstrakorporal temizlenmesi." sehifesine keçid edin. https://sites.google.com/site/ozonoterapiyaplazmaferez03/home
https://www.facebook.com/ozonoterapiya.plazmaferez

03/11/2025

Klinikamızın efferent terapiya kabinetində diskret sentrifuqalı və membran plazmaferez prosedurları, orqanizmə yerli və sistem təsir göstərən ozonoterapiya prosedurları aparılır.

Endirim kompaniyası daxilində membran plazmaferez proseduru ABŞ istehsalı "Haemonetics PCS-2" aparatı vasitəsi ilə 230 manata deyil 180 manata aparılacaq.

Plazmaferez və ozonoterapiya prosedurlarının aparılmasında birdəfəlik istifadə üçün nəzərdə tutulmuş materiallardan istifadə olunur. Prosedur zamanı qanın və istifadə olunan steril məhlulların bu materiallardan əlavə heç bir kontaktı olmur. Ona görə də prosedur vaxtı hemokontakt infeksiyalara yoluxma ehtimalı yoxdur.

Qan insan bədəninin çəkisinin təxminən 8%-ni təşkil edir. Qan orqanizmdə müxtəlif funksiyaları yerinə yetirir: orqanizmin “daxili mühitinin” sabitliyini saxlayır, orqanizmi yad maddələrdən qorunmaqda böyük rol oynayır və nəqliyyat vasitəsi funksiyasını yerinə yetirir.

Qanımızın tərkibində faydalı və zərərli maddələr maksimal miqdardadır. Qan bu maddələri sürətlə bədənin bütün hissələrinə yayır. Orqanizmin orqanlarının normal fəaliyyəti qan dövranında hərəkət edən qanın tərkibindən asılıdır.

Plazmaferez – qanın ekstrakorporal (qan dövranından kənar) təmizlənməsini bildirən prosedur prosesidir.

Bu prosesdə qan iki komponentə ayrılır: hüceyrə elementlərinə (eritrosit, trombosit, leykosit) və plazmaya (qanın duru hissəsinə). Prosedurun gedişində zərərli maddələrlə birlikdə plazmanın müəyyən hissəsi tamamilə çıxarılır və onun yerinə qan dövranına əvəzedici məhlullar yeridilir. Qan hüceyrələri qan dövranına geri qaytarılır və beləliklə qan patoloji maddələrdən təmizlənir.

Plazmaferez nəinki qanı həmçinin hüceyrə və toxumaları da pataloji maddələrdən təmizləyir. Nəzərə alsaq ki, zərərli maddələrin əsas hissəsi damar xarici mühitdədir (hüceyrə və toxuma daxili) onda demək olar ki, plazmaferez orqanizmin bütün daxili mühitini (orqan, sistem və toxumaları) pataloji maddələrdən təmizləyir.

Plazmaferezdən sonra orqanizmin ümumi stimullaşdırıcı reaksiyası yaranır: bütün orqanlarda qan dövranı yaxşılaşır, kapilyar qan dövranının sürəti artır, toxumaların ödəmi azalır, hüceyrə qidalanması və tənəffüsü yaxşılaşır, yerli iltihabi reaksiyalar zəifləyir, qan durulaşır. Plazmaferez orqanizmin immun statusunu korrektə edir, stres vəziyyətlərə reaktivliyini və medikamentoz terapiyanın effektivliyini artırır.

Plazmaferez - qanın təmizlənməsi ("qan yuma", "qan dəyismə") prosedurundan bir sıra xəstəliklərin müalicəsində uğurla istifadə olunur.

Ozonoterapiyada tibbi ozon və oksigen qazının müalicəvi təsirindən istifadə olunur.

Bir çox xəstəliklərin mənşəyində orqan, toxumaların qidalanmasının pozulması və hüceyrə səviyyəsində kifayət qədər oksigen çatmaması dayanır.

Ozon terapiyası terapevtik nəticələr verən, müxtəlif üsullarla orqanizmə yeridilən oksigen-ozon qarışığının (tibbi ozonun) müalicəvi təsirinə əsaslanır.

Ozon qazı qana yeridildikdə qaraciyər və böyrək hüceyrələrinin fəaliyyətini yaxşılaşdırır, intoksikasiyanı tez və effektiv şəkildə aradan qaldırır, orqanizmə zərərli təsir göstərən maddələri, sidik cövhərini, xolesterin və şəkərin artığını birləşdirərək xaric edir, kiçik arteriya və kapilyarlarda qan dövranını yaxşılaşdırır, qanı oksigenlə zənginləşdirir, orqanizmdə pozulmuş tarazlığı bərpa edir, orqanların fəaliyyətini yaxşılaşdırır.

Nəticədə yorğunluq, apatiya və baş ağrıları keçir, daxili orqanlarda diskomfort hissi itir, yuxu normallaşır, ümumi səhhət, yaddaş və diqqət yaxşılaşır, iş qabiliyyəti artır. Ozonoterapiya ətraf mühitin xoşagəlməz faktorlarına qarşı orqanizmin müqavimətini artırır.

🏥 MedAura Clinic.
Bakı, Salatın Əsgərova 178.
28 may m/s-nın ikinci, şimal çıxışı.
🕙 Qəbul vaxtını təyin etmək üçün öncə əlaqə saxlayın.
Dr. Mehman.
☎️ 050 790 69 01
🌐 Website: https://www.qanintemizlenmesi.com
saytına keçid edə bilərsiz.

Akne (sızanaqların) kompleks müalicəsində plazmaferez (qan yuma) və ozonoterapiya prosedurları effektiv təsirə malikdir....
27/10/2025

Akne (sızanaqların) kompleks müalicəsində plazmaferez (qan yuma) və ozonoterapiya prosedurları effektiv təsirə malikdir.
Bu müalicə metodlarının istifadəsi dəriyə hərtərəfli təsir göstərir və yalnız sızanaqların görünüşünü azaltmağa deyil, həm də dərinin ümumi vəziyyətini yaxşılaşdırmağa kömək edir.
Dəri daha sürətlə yenilənir, daha bərabər və hamar olur və sızanaq sonrası çapıqlar daha az nəzərə çarpır.

Plazmaferez və ozonoterapiya orqanizmi zərərli maddələrdən təmizləyir, hormonal balansı normallaşdırır.
İmmuniteti stimullaşdırır, iltihabı azaldır. Bakteriya və infeksiyalara qarşı müqaviməti artırır.
Dəridə qan axını, maddələr mübadiləsini yaxşılaşdırır. Dəriyə oksigenin, bioloji aktiv maddələrin çatdırılmasını yaxşılaşdırır.
Piy vəzilərinin fəaliyyətini normallaşdırır.
Dərinin sağalma qabiliyyətini artırır.

🏥 MedAura Clinic.
Bakı, Salatın Əsgərova 178.
28 may m/s-nın ikinci, şimal çıxışı.
🕙 Qəbul vaxtını təyin etmək üçün öncə əlaqə saxlayın.
Dr. Mehman.
☎️ 050 790 6901

Plazmaferez və ozonoterapiya prosedurları və qiymətləri barədə ətraflı məlumat üçün titul səhifədən
🌐 Website: https://www.qanintemizlenmesi.com
saytına keçid edə bilərsiz.

Plazmaferez (qan yuma) və ozonoterapiya prosedurları orqanizmin immun sistemini gücləndirir.Viruslara, bakteriyalara, gö...
19/10/2025

Plazmaferez (qan yuma) və ozonoterapiya prosedurları orqanizmin immun sistemini gücləndirir.

Viruslara, bakteriyalara, göbələklərə qarşı orqanizmin müqavimətini artırır. Toksinlərə, yad xarici maddələrə qarşı orqanizmin müdafiə funksiyasını gücləndirir.
Qan axınını, qatılığını yaxşılaşdırmaqla, qanı oksigenləşdirməklə, iltihab əleyhinə, antioksidant təsir göstərməklə orqanizmin müdafiə və təmizlənmə potensialını yüksəldir.
Bu müalicə metodlarının istifadəsi detoksikasiya orqanlarında möhkəmlilik ehtiyatı yaradır, orqanizmin xarici təsirlərə qarşı müqavimətini artırır.
Toksinlərə, yad xarici maddələrə qarşı orqanizmin müdafiə funksiyasını gücləndirir.

Plazmaferez və ozonoterapiya  prosedurlarının aparılmasında birdəfəlik istifadə üçün nəzərdə tutulmuş materiallardan istifadə olunur. Prosedur zamanı qanın və istifadə olunan steril məhlulların bu materiallardan əlavə heç bir kontaktı olmur. Ona görə də prosedur vaxtı hemokontakt infeksiyalara yoluxma ehtimalı yoxdur.

Plazmaferez və ozonoterapiya prosedurları və qiymətləri barədə ətraflı məlumat üçün titul səhifədən qanintemizlenmesi.com saytına keçid edə bilərsiz.

Həkim Şükürov Mehman.
☎ +99450 790 69 01.
🌐 Website: https://www.qanintemizlenmesi.com

18/09/2025

Allergiyalarda plazmaferez və ozonoterapiya Allergiik xəstəliklərin kompleks müalicəsində ənənəvi dərman müalicəsi ilə yanaşı efferent terapiya metodları olan plazmaferez və ozonoterapiyadan da geniş istifadə olunur. Onlar ənənəvi müalicənin effektivliyini artırır və bəzi hallarda dərman terapiyasını tamamilə əvəz edir.

Plazmaferez və ozonoterapiya prosedurları və qiymətləri barədə ətraflı məlumat üçün titul səhifədən qanintemizlenmesi.com saytına keçid edə bilərsiz.

Həkim Şükürov Mehman.
☎ +99450 790 69 01.
🌐 Website: https://www.qanintemizlenmesi.com

06/07/2025

Xroniki yorğunluq sindromununda plazmaferez (qan yuma) və ozonoterapiya prosedurları kompleks müalicənin tərkibində və ya monoterapiya kimi effektiv təyin olunur.

Efferent müalicə metodları olan ozonoterapiya və plazmaferez orqanizmə şəfa verən digər üsullarla birlikdə, bir kurort tətilindən sonra olduğu kimi, iş qabiliyyətinizi bərpa etməyə və orqanizminizə möhkəmlilik ehtiyatı qazanmağa kömək edəcək.

Xroniki yorğunluq sindromu artan halsızlıq, əhvalın və iş qabiliyyətinin pisləşməsi, depressiya və baş ağrıları ilə xarakterizə olunur. Bundan əlavə, əzələlərdə, oynaqlarda ağrılar, tez-tez qızdırma halları, başgicəllənmə, yuxunun pozulması və əsəbilik, yaddaş problemləri müşahidə olunur.
Bu vəziyyətdə olan orqanizm viruslara və infeksiyalara qarşı həssasdır. Dərman müalicəsi problemi effektiv həll etmək iqtidarında deyil, buna görə də plazmaferez və ozonoterapiya sindromun əlamətlərini aradan qaldırmağa və immun sistemin fəaliyyətini gücləndirməyə yardımçı olur.

Efferent müalicə metodları olaraq plazmaferez və ozonoterapiya bütün orqanları əhatə edən çox funksional mühit olan qana təsir edərək nəinki xəstəliyin müalicəsinə şərait yaradır, eləcə də orqanizmin ümumi statusunu yaxşılaşdırır, dərman müalicəsinin təsirini tamamlayır, ən əsası xəstəliklərin yaranmasının profilaktikasına, orqanizmin sağlamlaşmasına və cavanlaşmasına, vaxtından əvvəl qocalmanın qarşısının alınmasına xidmət göstərir.

Klinikamızın efferent terapiya kabinetində diskret sentrifuqalı və membran plazmaferez prosedurları, orqanizmə yerli və sistem təsir göstərən ozonoterapiya prosedurları aparılır.

Prosedurlar və qiymətlər barədə daha ətraflı: https://www.qanintemizlenmesi.com/qiymeti

MedAura Clinic
Həkim; Ş. Mehman. Tel: +99450 790 69 01.
WhatsApp: https://wa.me/994507906901
Website: http://www.qanintemizlenmesi.com

Şəkərli diabet xəstəliyinin kompleks müalicəsində plazmaferez (qan yuma) və ozonoterapiya medikamentoz terapiyanın effek...
12/02/2025

Şəkərli diabet xəstəliyinin kompleks müalicəsində plazmaferez (qan yuma) və ozonoterapiya medikamentoz terapiyanın effektivliyini artırır, bir sıra hallarda orqanizm üçün zərərli olan kimyəvi preparatların istifadəsini xeyli azaltmağa şərait yaradır.

Qanın təmizləmə metodlarının təyini şəkərli diabet xəstələrinin müalicəsində qan dövranından lipoproteidləri (yağları) ayırmağa, qan axınını, toxumaların oksigen qəbulunu və qidalanmasını yaxşılaşdırmağa, şəkər salıcı medikamentlərə həssaslığı artırmağa kömək edir.

Bu müalicə metodlarının istifadəsi diabetin ağırlaşmalarının, ilk növbədə amputasiyaların qarşısını almağa şərait yaradır, xoraların sağalmasını yaxşılaşdırır.
Plazmaferez və ozonoterapiya istisnasız olaraq xəstənin bütün orqan və sistemlərinə müalicəvi təsir göstərir, diabetli bir insanın həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Xəstələrdə görmənin artması, ayaqlarda keyləşmənin azalması, baş ağrısı və diskomfortun itməsi müşahidə olunur.

Plazmaferez və ozonoterapiya prosedurları və qiymətləri barədə ətraflı məlumat üçün titul səhifədən www.qanintemizlenmesi.com saytına keçid edə bilərsiz.

Həkim Şükürov Mehman.
☎ +99450 790 69 01.
🌐 Website: https://www.qanintemizlenmesi.com


Revmatoid artritdə plazmaferez və ozonoterapiya Revmatoid artrit xəstəliyinin kəskinləşmə dövründə xəstələrin kompleks m...
27/10/2024

Revmatoid artritdə plazmaferez və ozonoterapiya

Revmatoid artrit xəstəliyinin kəskinləşmə dövründə xəstələrin kompleks müalicəsində qanın ekstrakorporal detoksikasiya metodu olan plazmaferezdən istifadə olunur.
Plazmaferez (qan yuma, qan dəyişmə) qanın mikrosirkulyasiyasını yaxşılaşdırır, iltihabi prosesin aktivliyini zəiflədir, ağrıları və oynaqların səhər sərtliyini azalır.
Klinik-lobarator göstəricilər yaxşılaşır. İg və sirkulyasiyada olan immun komplekslərin miqdarı normallaşır, xəstəliyin aktivliyinin göstəricisi olan revmatoid testlərin qalxmış göstəriciləri enir.
Plazmaferez hormonal və digər dərman preparatlarının dozalarının azadılmasına şərait yaradır, dərman müalicəsinin həssaslığını artırır.
Plazmaferez haqqında daha ətraflı: https://www.facebook.com/ozonoterapiya.plazmaferez/posts/1676624612614830?ref=embed_post

Ozonoterapiya qaraciyər hüceyrələrinə (hepatositlərin mikrosomal sisteminə) və böyrək filtrasiyasının artmasına təsir edərək xəstəliyi ağırlaşdıran endotoksikozun aradan qaldırılmasına xidmət göstərir.
Ozonoterapiya hüceyrə səviyyəsində mikrosirkulyasiyanı yaxşılaşdırır, qanın oksigenasiyasını artırmaqla toxumalara antihipoksik təsir göstərir.
Ozonla müalicə endogen intoksikasiyanı aradan qaldırmaqla, hüceyrə səviyyəsində mikrosirkulyasiyanı və oksigenasiyanı yaxşılaşdırmaqla immun sistemin funksional vəziyyətini yaxşılaşdırır, iltihabi proseslər zəifləyir.
Ozonoterapiya haqqında daha ətraflı: https://www.facebook.com/ozonoterapiya.plazmaferez/posts/1674088979535060?ref=embed_post

Plazmaferez və ozonoterapiya prosedurları və qiymətləri: https://sites.google.com/site/ozonoterapiyaplazmaferez03/qiymeti

Efferent terapiya kabineti. Həkim; Şükurov Mehman.
☎️050 790 69 01
🌐 https://www.qanintemizlenmesi.com/revmatoid-artrit

Plazmaferez və ozonoterapiya. Qanın ekstrakorporal təmizlənməsi

Ozonoterapiya nədir, necə təsir göstərir?Ozon terapiyası bir çox xəstəliklərin müalicəsində, qarşısının alınmasında və x...
10/03/2024

Ozonoterapiya nədir, necə təsir göstərir?
Ozon terapiyası bir çox xəstəliklərin müalicəsində, qarşısının alınmasında və xəstəliyin gedişinin yaxşılaşdırılmasında layiqli yer tutan, dərman vasitələrinin imkanlarından bəzi hallarda üstün olan müasir, yüksək effektivli, qeyri-dərman müalicə metodudur. Ozonoterapiyada güclü müalicəvi və profilaktik təsirə malik tibbi ozon-oksigen qaz qarışığının terapevtik təsirindən istifadə olunur.

Efferent terapiya kabineti. Həkim Şükurov Mehman.
☎️050 790 69 01

Ozon Yer üzərindəki bütün canlıları günəşin ultrabənövşəyi şüalarının zərərli təsirlərindən qoruyan atmosferdəki ən vacib qazlardan biridir. Yağış, şimşəkdən sonra havada olan xarakterik təmizlik, təravətlilik qoxusu ozon qazı sayəsində gəlir. Ozon - (yunanca - qoxulayan) təbii şəraitdə ultrabənövşəyi şüaların və elektrik boşalmalarının oksigenə təsiri nəticəsində yaranır, kəskin xarakterik qoxuya malik oksigenin aktiv formasıdır.

Ozon oksigendən daha güclü oksidləşdirici təsirə malikdir. Öz xüsusiyyətlərinə görə, ozon oksigendən 16,5 dəfə daha aktivdir, buna görə də orqanizmə daha güclü müalicəvi təsir göstərir. Klinik praktikada ozonun aşağı konsentrasiyalarından istifadə olunur, bu diapazonlarda ozon terapevtik vasitə kimi təsir göstərir.

Ozonoterapiya heç də yeni qeyri dərman müalicə metodu deyil, xaricdə yüz ildən artıqdır ki, müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur. Son onilliklərdə müasir ozonatorların tətbiqi ilə ozonun terapevtik dozalarının parenteral (venadaxili, əzələdaxili, intraartikulyar, dərialtı) yeridilməsi üsulları ön plana çıxmışdır.

Ozonun parenteral təsiri ilə orqanizmin bir sıra kaskad biokimyəvi prosesləri işə salınır və ya aktivləşir. Parenteral olaraq tətbiq olunan ozonun terapevtik dozaları mikrosirkulyasiyanı əhəmiyyətli dərəcədə artırır, orqan və toxumalarda qidalanma proseslərini yaxşılaşdırır, qanın reoloji xüsusiyyətlərinə təsir göstərir, hiss olunacaq dərəcədə immuniteti stimullaşdırır, bədənin detoksikasiya müdafiə sisteminin kəskin aktivləşməsinə kömək edir.

Ozonun hətta aşağı dozalarını qəbul edərkən hüceyrə enerjisinin əsas mənbəyi olan ATF-in meydana gəlməsi, karbohidratların, lipidlərin və zülalların oksidləşməsini sürətləndirən fermentlərin aktivləşməsi baş verir. Buna görə ozon-oksigen qarışığının təsirindən demək olar ki, dərhal sonra insan enerji artımı hiss edir, yorğunluq gümrahlıq hissi ilə əvəz olunur. Bu vəziyyət yağışlı, şimşəkli havadan sonra meşədə gəzən hər kəsə məlumdur. Təmizlik, təravətlilik hissini havada olan ozon molekulları yaradır. Ozon molekulları insan orqanizminin toxumalarına seçici şəkildə təsir göstərir, hüceyrələrə zərər vermədən onları enerji ilə təmin edir.

Normal olaraq orqanizmdə həll olunmuş ozon olur, ona görə də onun terapevtik dozalarda istifadəsi tamamilə təhlükəsizdir, ona heç bir asılılıq yaranmır. Ozon terapiyasının əks göstərişi azdır, monoterapiya kimi və ya dərman müalicəsi və fizioterapevtik prosedurlarla yanaşı bütün yaş kateqoriyalı xəstələr tərəfindən istifadə edilə bilər.

Ozonun terapevtik təsir mexanizmlərinin müxtəlifliyi onun orqanizminə geniş diapozonlu müalicəvi təsir göstərməsinə şərait yaradır.

Qanın reoloji xüsusiyyətləri (qan axını) yaxşılaşır - mərkəzi və periferik qan dövranı yaxşılaşır, damar divarlarının elastikliyi bərpa olur, eritrositlərin (qırmızı qan hüceyrələrinin) deformasiya qabiliyyəti artır, bir birlərinə və damar divarina yapışma xüsusiyyəti (adgeziya) zəifləyir. Və onların kapilyar qan damarlarına keçməsi yaxşılaşır. Qanın qatılığı azalır.

Orqan və toxumalara antihipoksik təsir göstərir - hemoqlobinin oksigen alma xüsusiyyəti yaxşılaşır, qanın oksigen daşıma qabiliyyəti aktivləşir, arterial və venoz qan axınında oksigenin parsial təzyiqi artır, qan axınının yaxşılaşması ilə oksigenin orqan və toxumalara çatdırılması yaxşilaşır . "Oksigen-hemoqlobin" kimyəvi bağının zəifləməsi ilə oksigenin toxumalar tərəfindən utilizasiyası, karbon qazının hemoqlobinlə birləşməsi və orqanizmdən çıxarılması yaxşılaşır.

Aktiv oksigenin iştirakı ilə oksidləşdirici reaksiyaların aktivləşməsinə kömək edir. Ozon ən güclü antioksidant olmaqla orqanizmin qoruyucu funksiyalarını artırır, sərbəst radikalların əmələ gəlməsinin qarşısını alır.

Ozonoterapiya qan yaranma mexanizmlərini stimullaşdırır.

Detoksikasiya orqanlarının (qaraciyər, agciyərlər, böyrəklər, dəri) fəaliyyətini yaxşılaşdırmaqla orqanizmin detoksikasion (zərərli birləşmələrdən təmizlənmə) potensialı qalxır.

İltihab əleyhinə təsir göstərir, ümumi və yerli müdafiə sistemlərini (immuniteti) stimullaşdırır, orqanizmin şiş əleyhinə rezistentliyini artırır.

Yerli təsirlə bütün növ bakteriyalara, viruslara, göbələklərə və ibtidailərə məhvedici təsir göstərir.

Toxumaların qidalanmasını və regenerasiyasını yaxşılaşdırır, yaraların epitilizasiya və sağalmasını intensivləşdirir.

Orqanizmdə maddələr mübadiləsini gücləndirir, bioloji aktiv maddələrin (aminturşular, vitaminlər və s.) hüceyrələr tərəfindən toplanmasını aktivləşdirir.

Antiqlikemik effekt - qanda şəkərin səviyyəsini endirir. Ozonun təsiri nəticəsində eritrositlərdə qlükozanın mübadiləsi aktivləşir, oksigenin toxumalara ötürülməsi yaxşılaşır, onların oksigen təchizatı artır və hipoksiya (oksigen aclığı) aradan qalxır.

Analgetik (ağrıkəsici) təsir göstərir (xroniki ağrılarla müşayiət olunan xəstəliklərdə).

Qaşınma əleyhinə, yuxugətirici, stres əleyhinə, sedativ (sakitləşdirici) effektləri reallaşdırır.

Ozonun terapevtik vasitə kimi istifadəsi dərman müalicəsinin effektivliyini əhəmiyyətli dərəcədə artırır və bəzi hallarda xəstənin medikamentoz yükünü əvəz etməyə və ya azaltmağa imkan verir.

Ozon qan dövranına daxil edildikdən sonra orqanizmin bir sıra əsas aspektlərinə təsir göstərir: qan damarlarını genişləndirir, qanı durulaşdırır, toxumaları və daxili orqanları oksigenlə doydurur, intoksikasiyanı tez və effektiv şəkildə aradan qaldırır, qaraciyər və böyrək hüceyrələrinin fəaliyyətini yaxşılaşdırır, orqanizmdən zərərli maddələri birləşdirərək çıxarır (toksinlər, artıq xolesterol, şəkər), bütövlükdə bədənə düşən yükü azaldır.

Bunun sayəsində toxumaların və orqanların daha aktiv yenilənməsi (cavanlaşması) üçün ehtiyatlar yaranır. Və nəticədə artıq “doğma” halına gələn narahatlıqlar bizi tərk edir, biz daha fəal oluruq, yüngüllük hissi qayıdır, baş daha aydın və dəqiq işləyir, üzün rəngi dəyişir.

Xəstəlikdən asılı olaraq ozonoterapiyanın müxtəlif metodları təyin olunur. Əsasən ümumi sistem təsirə malik ozonlaşdırılmış fizioloji məhlulunun venadaxili yeridilməsi üsulundan istifadə olunur.

Həmçinin, müalicə üçün böyük və kiçik autohemoterapiya metodları da tətbiq edilir. Orqanizmə güclü sistem təsir göstərən ozonla böyük autohemoterapiyadır, güclü iltihabəleyhinə, immunostimulyasiya edici təsirə malikdir.

Bundan əlavə ozon dərialtı, əzələdaxili, rektal, vaginal, intraartikulyar yeridilə bilər, qapalı həcmlərdə (ozon kameralarında) qazlaşdırma kimi xaricə istifadə oluna bilər. Həmçinin ozonlaşdırılmış materiallarla (ozonlaşdırılmış distillat, ozonlaşdırılmış bitki yağı) istifadə oluna bilər.

Çox vaxt ozonoterapiyanın ümumi sistem təsir metodları ozonun yerli tətbiq üsulları ilə birgə təyin olunur.

Ozonoterapiyanın müalicəvi təsir göstərməsi üçün hər bir xəstəyə öz müalicə sxemi və yeridilmiş ozonun lazımi konsentrasiyası təyin olunur.

Ozonoterapiyadan təbabətin bütün sahələrində bir çox xəstəliklərin və potoloji halların müalicəsində istifadə olunur; allerqiyalar, şəkərli diabet, bronxit və astma, revmatizm, qaraciyər, mədə və bağırsaq xəstəlikləri, ürəyin isemik xəstəliyi, hipertoniya, ateroskleroz, qan dövranı pozğunluğu xəstəlikləri, xroniki yorğunluq, zəifləmiş immunitet, depresiya, yaddaş və diqqət pozğunluğu, osteoxondroz və yırtıqlar, miqren, LOR və göz xəstəlikləri, cərrahi xəstəliklər, travmalar, əməliyyatdan sonrakı reablitasiya, trofıki yaralar, artroz və artritlər, virus infeksiyaları (gepatit B; C, herpes, toksoplazma, sitomeqalovirus və s.), cinsi sfera xəstəlikləri və sonsuzluq, seksual aktivlik və potensiya pozğunluğu, hamiləlik dövrü, dəri xəstəlikləri (eksema, psoriaz, dermatitlər və s), kosmetolagiya (səpgili sızanaqlar, allopesiya, sellyulit, lokal lipodistrofıya (ozon lokal olaraq piyləri parçalayır və arıqlamanı təmin edir) və s.)

Plazmaferez - qanin təmizlənməsi: https://www.qanintemizlenmesi.com/plazmaferez
Prosedurlar və qiymətlər: https://www.qanintemizlenmesi.com/qiymeti

Efferent terapiya kabineti. Həkim; Şükurov Mehman.
☎️050 790 69 01

🌐 https://sites.google.com/site/ozonoterapiyaplazmaferez03

Plazmaferez və ozonoterapiya. Qanın ekstrakorporal təmizlənməsi

Plazmaferez - qanın detoksuAxır illər dünya təbabətində bir sıra xəstəliklərin və potoloji halların müalicəsində qanın e...
14/02/2024

Plazmaferez - qanın detoksu
Axır illər dünya təbabətində bir sıra xəstəliklərin və potoloji halların müalicəsində qanın ekstrakorporal təmizləmə metodları geniş tətbiq olunur. Qanın detoksikasiya ("qan yuma", "qan deyişme") metodlarından ən geniş istifadə olunan plazmaferezdir.
Efferent terapiya kabineti. Həkim; Şükurov Mehman.
☎️050 790 69 01

Qanın orqanizmdə əhəmiyyəti
Qan insan bədəninin çəkisinin təxminən 8%-ni təşkil edir. İnsanın qan dövranı sistemində hər kiloqram bədən çəkisi üçün təxminən 70-80 ml qan var, bu o deməkdir ki, bizim qan dövranımızda orta hesabla təxminən 5-6 litr qan dövr edir, qadınlara nisbətən kişilərdə qanın miqdarı təxminən bir litr çoxdur.
Qan orqanizmdə müxtəlif vacib funksiyaları yerinə yetirən bir suspenziyadır: orqanizmin “daxili mühitinin” sabitliyini saxlayır, orqanizmi yad maddələrdən qorunmaqda böyük rol oynayır və nəqliyyat vasitəsi funksiyasını yerinə yetirir.
Qanımızın tərkibində faydalı və zərərli maddələr maksimal miqdardadır. Qan bu maddələri sürətlə bədənin bütün hissələrinə yayır. Orqanizmin orqanlarının normal fəaliyyəti qan dövranında hərəkət edən qanın tərkibindən birbaşa asılıdır.

Plazmaferez nədir?
Qədim zamanlardan həkimlər bir çox xəstəliklərin müalicəsində qan almadan istifadə edirdilər, müasir klinik praktikada bu məqsədlə plazmaferezdən istifadə olunur.
Çox funksional mühit olan qan 44% qanın formalı elementlərindən (eritrosit, trombosit, leykosit) və 55% qanın duru hissəsi olan plazmadan (qan zərdabından) ibarətdir.
Plazmaferez termini (yunanca "plazma" - qan zərdabı və "aferez" - ayırma mənasını verir) qanın duru hissəsi olan plazmanın hissəvi ayrılmasını bildirən ekstrakorporal prosesdir.
Bu prosesdə qan iki komponentə ayrılır: hüceyrə elementlərinə (eritrosit, trombosit, leykosit) və plazmaya (qanın duru hissəsinə). Prosedurun gedişində zərərli maddələrlə birlikdə plazmanın müəyyən hissəsi tamamilə çıxarılır və onun yerinə qan dövranına əvəzedici məhlullar yeridilir.

Plazmaferez necə təsir göstərir?
Plazmaferezin müalicəvi təsiri çox cəhətlidir. Birinci növbədə qan dövranından xəstəliyi saxlayan və ağırlaşdıran pataloji maddələri birbaşa ayırmaqla plazmaferez detoksikasiya sisteminin funksional vəziyyətini yaxşılaşdırır, qaraciyərə, böyrəklərə və başqa orqanlara toksiki təsiri azaldır, uzun müddət detoksikasiya orqanlarında möhkəmlik ehtiyatı yaradır. Nəticədə orqanizmin xarici təsirlərə müqaviməti artır, müalicə müddəti azalır.
İnsanın fəaliyyəti dövründə orqanizmə hava, su, qida maddələri və dərman pereparatları ilə ziyanlı, toksik, lazımsız maddələr də daxil olur. Bu maddələr qan dövranı ilə bütün orqanizmə yayılır, orqan toxumalarda yığılır və orqanizmə dağıdıcı təsir göstərir. Bu toksiki və lazımsız maddələr də plazmaferez zamanı ayrılan plazma ilə orqanizmdən xaric olur, təmizlənir.
Plazmaferezdən sonra orqanizmin ümumi stimullaşdirıcı reaksiyası yaranır: bütün orqanlarda qan dövranı yaxşılaşır, kapilyar qan dövranının sürəti artır, toxumaların ödemi azalır, hüceyrə qidalanması və tənəffüsü yaxşılaşır, yerli iltihabi reaksiyalar zəifləyir, qan durulaşır. Plazmaferez orqanizmin immun statusunu korrektə edir, stres vəziyyətlərə reaktivliyini və medikamentoz terapiyanın effektliyini artırır.
Plazmaferz nəinki qanı həmçinin hüceyrə və toxumalarıda pataloji maddələrdən təmizləyir. Nəzərə alsaq ki, zərərli maddələrin əsas hissəsi damar xarici mühitdədir (hüceyrə və toxuma daxili) onda demək olar ki, plazmaferez orqanizmin bütün daxili mühitini (orqan, sistem və toxumaları) pataloji maddələrdən təmizləyir.
Ayrılan plazma ilə plazmada norma daxilində olan maddələr də ayrılır. Plazmanın ayrılan normal komponentini orqanizm 10-15 saat ərzində bərpa edir. Ümumiyyətlə ayrılan plazma bir gün ərzində yenisi ilə əvəz olunur.
Orqanizmi təmizləmə metodları arasında effektivlik, keyfiyyət və təhlükəsizlik baxımından effektiv metodlardan biri də plazmaferezdir.

Plazmaferezin metodları
Plazmaferez proseduru zamanı qanı komponentlərə ayırmaq üçün fiziki hadisələrə əsaslanan xüsusi aparatlardan istifadə olunur.
Şəhərimizin klinikalrinda müalicəvi plazmaferez əsasən 2 üsulla aparılır - membran və sentrifuqalı plazmaferez. Hər 2 üsulun mahiyyəti eynidir - qandan qanın duru hissəsi olan plazma ayrılır.
Membran plazmaferez prosedurunun aparılmasında plazmanın hissəciklərinin ayrılmasına imkan verən müvafiq məsamə ölçüsünə malik filtrlərdən istifadə olunur.
Membran plazmaferezin aparılması zamanı 1 və ya 2 periferik vena punksiya olunur. Qan birdəfəlik istifadə üçün nəzərdə tutulmuş şəbəkə və plazma-filtrdən keçərək qanın plazması formalı elementlərdən ayrılır. Ayrılan plazma xüsusi konteynerə yığılır. Bir seans zamanı 600 – 1000 ml plazma qan dövranından ayrılır. Ayrılmış plazmanın əvəzinə qan dövranına kristaloid məhlullar yeridilir. Seans 1-2 saat davam edir.
Sentrifuqalı plazmaferez prosedurunun aparılmasında mərkəzdənqaçma qüvvəsinin təsirinə (çökmə) əsaslanan xüsusi sentrifuqalardan istifadə olunur.
Sentrifuqalı plazmaferez prosedurunun aparılması zamanı 1 periferik vena punksiya olunur. Xüsusui, bir dəfə istifadə üçün nəzərdə tutulmuş konteynerə 450-500 ml venoz qan yığılır. Konteynerdəki qan aparatda qravitasiya təsirinə məruz qalır və qanın plazması formalı elementlərdən ayrılır. 1 seans zamanı 240 -280 ml plazma ayrılır. Ayrılmış plazmanın əvəzinə qan dövranına kristaloid məhlullar yeridilir. 1 prosedur zamanı bir neçə plazmaferez seansı aparmaq mümkündür. 1 prosedur seansı 45 – 60 deqiqə çəkir.
Plazmaferez prosedurlarının aparılmasında birdəfəlik istifadə üçün nəzərdə tutulmuş materiallardan istifadə olunur. Prosedur zamanı qanın bu materiallardan əlavə heç bir kontaktı olmur. Ona görə də prosedur vaxtı hemokontakt infeksiyalara yoluxma ehtimalı yoxdur.
Potologiyadan asılı olaraq plazmaferez və ozonoterapiya prosedurları yanaşı aparıldıqda müalicəvi təsir daha effektli olur.

Ozonoterapiya barədə- https://www.qanintemizlenmesi.com/ozonoterapiya
Prosedurlar və qiymətlər- https://www.qanintemizlenmesi.com/qiymeti

Efferent terapiya kabineti. Həkim; Şükurov Mehman.
☎️050 790 69 01
🌐 https://sites.google.com/site/ozonoterapiyaplazmaferez03

Plazmaferez və ozonoterapiya. Qanın ekstrakorporal təmizlənməsi

Kosmetologiyada ozon yağıOzonlaşdırılmış yağlar  təbabətin müxtəlif sahələrində olduğu kimi kosmetologiyada da uğurla is...
12/12/2023

Kosmetologiyada ozon yağı
Ozonlaşdırılmış yağlar təbabətin müxtəlif sahələrində olduğu kimi kosmetologiyada da uğurla istifadə olunur, ozon yağı kosmetik qüsurları aradan qaldırır, dərinin sağlamlığına və gözəlliyinə müsbət təsir göstərir.
O dərinin təbii funksiyalarını normallaşdırmağa və öz müstəqil işini aktivləşdirməyə kömək edir, dərini nəm saxlayır və onun strukturunu əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Onun istifadəsi dərinin sağlam rəngini, təbii gözəlliyini, təravətini, elastikliyini və ipəkliyini bərpa etməyə imkan verir.
Ozonlaşdırılmış bitki yağları aktiv oksigeni dəriyə çatdırır, dərinin dərin təbəqələrinə nüfuz etməklə toxumalara uzun müddətli təsir göstərir.
Ozon yağı toxumalarda mübadilə proseslərini yaxşılaşdırır, hüceyrələr yenilənir və cavanlaşır, dərinin rəngi yaxşılaşır, mimik qırışlar hamarlaşır, dərinin elastiklik və turqozu bərpa olur, liftinq effekti (dartılma), dəri ağardıcı effektlər əldə olunur, gözlər altında ödem və tünd dairələr itir, dərinin vaxtından əvvəl qocalmasının qarşısını alır.
Ozonlaşdırılmış yağı qidalandırıcı, bərpaedici maska və ya makiyaj bazası şəklində istifadə etmək olar.
Ozonlaşdırılmış bitki yağları geniş spektrdə dəri problemlərinin müalicəsində öz effektliyini göstərir: sellyulit, dermatit, psoriaz, ekzema, dərinin bakterial və göbələk infeksiyaları, alopesiya (saç tökülməsi, keçəlləşmə), zədəli, zəif, tez tökülən saçlar, dərinin allergik xəstəlikləri, sadə herpes, piodermiyalar, frunkulyoz, kondiloma, kondidoz, yaralar (o cümlədən zəif sağalan), trofik xoralar, yataq yaraları, tər vəziləri infeksiyaları, süd vəzisi, daban, anal çapıqları və həşarat dişləmələri.

Hər yaşda olan insanlar üçün uyğundur və heç bir əks göstəriş yoxdur.

Ozonlaşdırılmış bitki yağları müalicə məqsədi ilə müxtəlif konsentrasiyalarda klinikada hazırlanır. Qiyməti: 100 ml 10 manat.
Daha ətraflı: https://sites.google.com/site/ozonoterapiyaplazmaferez03/ozon-yagi

Efferent terapiya kabineti. Həkim; Şükurov Mehman.
☎️Tel: 050 790 69 01

🌐Website: https://www.qanintemizlenmesi.com/

Plazmaferez və ozonoterapiya. Qanın ekstrakorporal təmizlənməsi

Address

MedAura Clinik, Salatin Asgarova 178
Baku
AZ1010

Opening Hours

Monday 10:00 - 17:00
Tuesday 10:00 - 17:00
Wednesday 10:00 - 17:00
Thursday 10:00 - 17:00
Friday 10:00 - 17:00
Saturday 10:00 - 17:00

Telephone

+994507906901

Website

https://www.qanintemizlenmesi.com/

Alerts

Be the first to know and let us send you an email when Ozonoterapiya ve plazmaferez. Qanın ekstrakorporal temizlenmesi. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ozonoterapiya ve plazmaferez. Qanın ekstrakorporal temizlenmesi.:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram