Vertebra

Vertebra "Vertebra" onurğa mərkəzi sırf onurğa xəstəliklərinin müalicəsi və bərpası ilə məşğul olan klinikadır Onurğa 32 fəqərədən ibarətdir.

Ölkəmizdə onurğa problemləri ilə məşğul olan müasir tibbi mərkəz “Vertebra Dr. Iradə onurğa Tibb Mərkəzi ” dir. Müalicə ocağının rəhbəri İradə Hacıyeva müəssisə haqda bizə ətraflı məlumat verdi:
“Vertebra” sözü fəqərə deməkdir. Bizim “VERTEBRA” Tibb Mərkəzi də onurğa sütunu problemləri, o cümlədən skoliozlar, kifozlar, osteoxondrozlar, osteoparozlar, fəqərəarası disk yırtıqları və digər oxşar xəstəliklərinən müasir ixtisaslı müayinəsi və müalicəsi ilə məşğul olan tibb mərkəzidir. Klinikanın rəhbəri kimi deyə bilərəm ki, “Vertebra” TM bütün zəruri müasir avadanlıqlarla təmin olunmuşdur. Dünyada məlum olan bütün mütərəqqi metodlardan, əldə edilmiş nailiyyətlərdən istifadə edərək onurğa sütunu xəstəliklərinin kompleks müalicəsini təmin etməyə çalışırıq. Klinikamızda onurğa fəqərəarası disk yırtıqlarının əməliyyatsız müalicəsində əhəmiyyətli dünya nailiyyətlərini tətbiq edirik. Onurğa xəstəliklərinin müalicəsində çəki azaltma və idman prosedurlarının, müalicəvi gimnastikanın böyük əhəmiyyəti var. Onurğa sütunu xəstəliklərinin müalicəsi məqsədilə effektiv fizioterapiya prosedurları, müalicəvi vannaları, hidrotraksiya vannasını, yoqa terapiyasını, müalicəvi masajı da geniş tətbiq edirik. Məktəb yaşlı uşaqların onurğa problemləri xüsusilə cəmiyyətimizin ağrılı məsələlərindən biri olduğu üçün bu istiqamətdə maaarifləndirmə, təbliğat-təşviqat işlərin aparılmasını vacib sayırıq. Uşaqlarda rast gəlinən onurğa əyrilikləri, skoliozlar, kifozlar bizi çox narahat edir. Birinci, ikinci dərəcəli skoliozlar çox sadə müalicə olunur. Bu xəstəliyin müalicəsi üçün klinikamızda müvafiq fizioterapiya metodları, miostimulyasiya, traksiya (dartılma), kinezeterapiya və su prosedurları var. Ən çox da boy artımı yaşlarında meydana gəlir. Skoliozları, kifozları valideynlər məktəb yaşlarında çox vaxt vaxtında müəyyən edə bilmirlər. Birinci mərhələdə ümumiyyətlə valideynlər aşkar edə bilmirlər. Buna görə də biz onurğa Tibb Mərkəzində 10 yaşa qədər uşaqların pulsuz müayinəsini həyata keçiririk. Bizim məqsədimiz onurğa sütunu xəstəliklərinin, o cümlədən fəqərəarası disk yırtıqlarının cərrahi əməliyyat olmadan müalicəsini təşkil etməkdir. Məlum olduğu kimi insanın dayaq-hərəkət sisteminin əsasını onurğa sütunu təşkil edir. Hər bir fəqərənin arasında dəlik və disklər vardır.Bu dəliklərdən çoxlu sayda sininrlər çıxaraq orqanizmin bütün hüceyrələrinə, orqan və toxumalarına qədər gedərək sinir-trofik qidalanmanı təşkil edir. Adətən qan-damar sisteminin qidalanması barədə xalq arasında bir qədər məlumat var. Lakin sinir-trofik qidalanma da ən vacib yer tutur. Məhz sinir-trofik qidalanma da bəhs etdiyimiz bu sinirlərin hesabına həyata keçirilir. Onurğa kanalında onurğa beyni yerləşir. Onurğa kanalından çıxan bu sinirlər əgər sıxılarsa, ciddi dəyişikliklərə səbəb ola bilir. Tutaq ki, bel nahiyəsində fəqərəarası dəliklərdən çıxan sinirlər baş barmağın ucuna qədər gedir. Əgər sinirlərin sıxılması olarsa, sinir ucluqlarına, barmaqlara qədər dözülməz ağrılara səbəb ola bilər. Uzun müddət diqqət yetirmədikdə sinir-trofik qidalanmanın pozulması nəticəsində ətrafların digər tərəfə nisbətən gödəlməsi, a rıqlaması baş verə bilər. Əgər fəqərələr hansı nahiyədə dəyişiklikliyə məruz qalıbsa, bu fəqərəarası dəlikdən çıxan damarlar və sinirlər sıxılacaq və təkcə aşağı-yuxarı nahiyələrə deyil, innervasiya etdiyi daxili orqanların fəaliyyətinin pozulmasına gətirib çıxaracaq. Boyun fəqərələrində patoloji proses olarsa, başda, boyunda, gözdə problemlər özünü göstərəcək. Döş fəqərələrində patologiyalar olarsa, stenokardiya tipli ağrılar, tənginəfəsli, ürək sıxıntıları, ürəkdə ritm pozuntuları və sair əlamətlər özünü göstərəcək. Aşağı döş fəqrələrində dəyişikliklər olarsa, mədəaltı vəz, mədə ağrıları kimi əlamətlər, qaraciyərin funksiyasının pozulması, öd kisəsi patologiyası, ümumiyyətlə biruzə verə bilər. Bağırsaqların funksiyasının pozulması müşahidə olunur. Onurğanın bel nahiyəsində patologiyalar, o cümlədən protruziyalar, fəqərəarası disk yırtıqları nəticəsində çanaq orqanlarının, aşağı ətrafların funksiyaları pozulur. Fəqərəarası disklərdə yırtıqların bütün hallarda cərrahi əməliyyat olunması düzgün deyil. Əməliyyat sonuncu yerdə durur. Disk yırtıqları bütün dünyada çox az hallarda əməliyyatla müalicə olunur. Disk yırtıqları o zaman əməliyyat olunur ki, uzun müddətli konservativ müalicə effekt vermir və ya xəstə tamamilə yeriyə bilmir. Hansısa sinirin atrofiyası var arıqlama gedir. 6, 7, 8 mm yırtıqları əməliyyat etmək doğru deyil. Sadəcə xəstəyə güclü ixtisaslı tibbi yardım lazımdır. Həkimlərimiz ölkəmizdə və xaricdə keçirilən kurs simpozium və konfranslarda iştrak edir. Klinikamızın xaricdə olan konsultant həkimləri ilə daim əlaqə saxlayıb xəstələrimizin müalicəsində onların fikrinə üstünlük veririk.

29/03/2026

🇦🇿Həkimə sual cavab rubrikamızda Dr. Teyfur Abdullayev.

🇷🇺В нашей рубрике «Вопрос–Ответ с врачом» — доктор Тейфур Абдуллаев.

🇬🇧In our “Doctor Q&A” section — Dr. Teyfur Abdullayev.
teyfur

📞051/055 949 16 16
☎012 563 27 57
📌Bakı şəh. 8 mkr. İbrahimpaşa Dadaşov küçəsi 71 C

26/03/2026

🇦🇿Kifoz, skolioz və sinə deformasiyası olan pasiyent üçün kompleks müalicəyə başladıq 💪
Bu tip hallarda düzgün yanaşma yalnız ağrını azaltmaq deyil, həm də onurğanın balansını bərpa etmək, tənəffüsü yaxşılaşdırmaq və həyat keyfiyyətini yüksəltməkdir.
Hər pasiyent fərqlidir və müalicə planı fərdi şəkildə qurulur. Davamlılıq və düzgün reabilitasiya isə uğurun əsas açarıdır .

🇷🇺 Начали комплексное лечение пациента с кифозом, сколиозом и деформацией грудной клетки .

В таких случаях важно не только уменьшить боль, но и восстановить баланс позвоночника, улучшить дыхание и повысить качество жизни.

Каждый пациент уникален, поэтому программа лечения подбирается индивидуально. Регулярность и правильная реабилитация — ключ к успеху

🇬🇧 We’ve started a comprehensive treatment plan for a patient with kyphosis, scoliosis, and chest deformity

In such cases, it’s important not only to reduce pain but also to restore spinal balance, improve breathing, and enhance quality of life.

Every patient is unique, so the treatment plan is always individualized. Consistency and proper rehabilitation are the keys to success ✨

physiotherapy scoliosis kyphosis rehabilitation health

📞051/055 949 16 16
☎012 563 27 57
📌Bakı şəh. 8 mkr. İbrahimpaşa Dadaşov küçəsi 71 C

24/03/2026

🇦🇿Skoliozlu şəxslər üçün ağır idman hər zaman “daha güclü olmaq” demək deyil — bəzən əksinə, sağlamlığa zərər verə bilər .
Onurğada əyrilik olduqda ağır çəkilərlə və düzgün olmayan texnika ilə edilən məşqlər:
❌ Əyriliyin daha da artmasına
❌ Bel və kürək ağrılarının güclənməsinə
❌ Disk problemlərinə və sinir sıxılmasına
❌ Bədənin bir tərəfinin daha çox yüklənməsinə səbəb ola bilər
Unutma: hər məşq hər bədən üçün uyğun deyil.

🇷🇺Тяжёлые тренировки при сколиозе — это не всегда про силу, иногда это про риск.
При искривлении позвоночника упражнения с большим весом и неправильной техникой могут привести к:
❌ Усилению искривления
❌ Боли в спине и пояснице
❌ Проблемам с межпозвоночными дисками и защемлению нервов
❌ Неравномерной нагрузке на тело
Важно помнить: не каждое упражнение подходит каждому.

🇬🇧Heavy workouts with scoliosis aren’t always about getting stronger — sometimes they come with risks .
When the spine is curved, lifting heavy weights with poor technique can lead to:
❌ Worsening of the curvature
❌ Increased back pain
❌ Disc problems and nerve compression
❌ Uneven load on the body
Remember: not every exercise is right for every body.

📞051/055 949 16 16
☎012 563 27 57
📌Bakı şəh. 8 mkr. İbrahimpaşa Dadaşov küçəsi 71 C

20/03/2026

Əziz Azərbaycan xalqı və bütün müsəlmanlar!

Müqəddəs Ramazan bayramı münasibətilə sizi ürəkdən təbrik edirik. Bu əziz günlər hər bir ocağa sevinc, ruzi-bərəkət, sağlamlıq və firavanlıq gətirsin. Tutduğunuz orucların, etdiyiniz duaların və xeyirxah əməllərinizin Allah dərgahında qəbul olunmasını arzulayırıq.

Qoy Ramazan bayramı insanlar arasında birlik, mərhəmət və həmrəyliyi daha da möhkəmləndirsin, ölkəmizə sülh və əmin-amanlıq bəxş etsin.

Bayramınız mübarək!

Hörmətlə,
Vertebra Onurğa Tibb Mərkəzinin baş həkimi və kollektivi.

20/03/2026

Vertebra Onurğa Tibb Mərkəzinin baş həkimi və kollektivi adından bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik!
Bu əziz bayram sizə və ailələrinizə sağlamlıq, xoşbəxtlik, ruzi-bərəkət və firavan həyat gətirsin. Novruzun yenilənmə, birlik və ümid ruhu hər bir evə sevinc, hər bir ürəyə istilik bəxş etsin.
Bayramınız mübarək!

16/03/2026

🇦🇿Bilinməyən ağrılarla yaşamaq məcburiyyət deyil.
Fizioterapiya ilə ağrılara son deyin və hərəkət azadlığınızı geri qazanın. 💪
Sağlam həyat bir addım uzaqdadır.
🇬🇧Living with unexplained pain is not a necessity.
Say goodbye to pain with physiotherapy and regain your freedom of movement. 💪
A healthy life is just one step away.
🇷🇺 Жить с необъяснимой болью — не обязательно.
Скажите боли «нет» с помощью физиотерапии и верните свободу движений. 💪
Здоровая жизнь всего в одном шаге.

📞051/055 949 16 16
☎012 563 27 57
📌Bakı şəh. 8 mkr. İbrahimpaşa Dadaşov küçəsi 71 C

Skoliozun Qiymətləndirilməsi və Müalicəsi üzrə Kompleks TəlimAzərbaycanda ilk dəfə keçirilən bu proqramda skolİozun düzg...
12/03/2026

Skoliozun Qiymətləndirilməsi və Müalicəsi üzrə Kompleks Təlim

Azərbaycanda ilk dəfə keçirilən bu proqramda skolİozun düzgün qiymətləndirilməsi, klinik yanaşma və effektiv müalicə strategiyaları praktiki şəkildə öyrədiləcək.

Təlim yalnız həkim fizioterapevtlər, fizioterapistlər və reabilitoloqlar üçün nəzərdə tutulub.

🎓 Peşəkar bilik və klinik bacarıqlarınızı inkişaf etdirmək üçün vacib fürsət.
📍 Yerlər məhduddur – qeydiyyata tələsin!
📜 Təlim sonunda sertifikat təqdim olunur.

📞051/055 949 16 16
☎012 563 27 57
📌Bakı şəh. 8 mkr. İbrahimpaşa Dadaşov küçəsi 71 C

08/03/2026

Hörmətli və dəyərli xanımlar!
Vertebra Onurğa Tibb Mərkəzinin baş həkimi və kollektivi adından bütün Azərbaycan qadınlarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirik. 💐
Siz cəmiyyətimizin gözəlliyi, ailələrimizin dayağı və həyatın ən böyük ilham mənbəyisiniz. Fədakarlığınız, qayğınız və gücünüzlə hər zaman ətrafınıza nur və sevgi bəxş edirsiniz.
Bu əlamətdar gündə sizə möhkəm can sağlığı, xoşbəxtlik, sevgi və həyatınızın hər sahəsində uğurlar arzulayırıq. Qoy hər gününüz sevinc, qürur və gözəl anlarla dolu olsun. 🌷
Bayramınız mübarək!
Vertebra Onurğa Tibb Mərkəzinin baş həkimi və kollektivi.

06/03/2026

Sevdiklərinizə sağlamlıq hədiyyə edin!
Klinikamızda artıq Hədiyyə Kartları mövcuddur.
💳 100 AZN dəyərində hədiyyə kartını cəmi 90 AZN-ə əldə edə bilərsiniz!
Bu kartla yaxınlarınıza sağlamlıq, müayinə və xidmətlərimizdən yararlanmaq imkanı hədiyyə edin.
📍 Özünüz üçün və ya sevdikləriniz üçün ideal seçimdir.
📩 Ətraflı məlumat və sifariş üçün bizə yazın.

📞051/055 949 16 16
☎012 563 27 57
📌Bakı şəh. 8 mkr. İbrahimpaşa Dadaşov küçəsi 71 C

Address

İbrahimpaşa Dadaşov 71C
Baku
AZ1130

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Telephone

+994125632757

Alerts

Be the first to know and let us send you an email when Vertebra posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category