Uzman Ginekoloq VS Bayramovlar

Uzman Ginekoloq VS Bayramovlar Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Uzman Ginekoloq VS Bayramovlar, Hospital, Akademik Həsən Əliyev 116, Baku.

Hamiləlik dövrü, Hamiləliyə dair bütün müayinələr, Təbii Doğuş və Keysəriyyə Əməliyyatı
Ginekoloji problemlər, Ətraflı Ginekoloji Müayinələr, Ginekoloji əməliyyatlar

Endosevisit servikal kanalın selikli qişasının iltihabı xəstəliyidir. Endoservisitin törədicisi stfilokokk, streptokokkl...
29/07/2018

Endosevisit servikal kanalın selikli qişasının iltihabı xəstəliyidir. Endoservisitin törədicisi stfilokokk, streptokokklar, trixomonoda, bağırsaq çöpləri, qonokokk, mikoplazma və digər mikroorqanizmlərdir. Endoservit uşaqlıq boynunun travması nəticəsində baş verə bilər. Doğuş zamanı uşaqlıq boynununn cırılması və düzgün bərpa olunmaması endoservit yaradır. Süni abortlar da esndoservisit əmələ gətirir. Kliniki gedişatına görə xəstəlik kəskin və xroniki olur. Xəstəliyin kəskin gedişində, xəstələrin şikayəti qarının altında və beldə olan ağrılardır. Ağrılarla yanaşı xəstələr selikli-irinli ifrazatdan da şikayətlənirlər. Xroniki mərhələlərdə endoservisit tədricən inkişaf edir, vaxt keçdikcə psevdoeroziya əmələ gəlir. Xroniki servisit uşaqlıq yolunun hipertrofiyasına və bərkiməsinə səbəb olur.

🔴marketing by

Bəzi analar hamiləlik dövründə güclü iştah artması hiss edirlər, xüsusən, müəyyən yeməklər üçün. Hamiləlik zamanı iştahı...
25/07/2018

Bəzi analar hamiləlik dövründə güclü iştah artması hiss edirlər, xüsusən, müəyyən yeməklər üçün. Hamiləlik zamanı iştahın artması hamiləlik hormonları və ya bədəninizin hazırda tələb etdiyi bəzi vitamin və qidalandırıcıları qəbul etmək istəməsi səbəbindən ola bilər. Məsələn, əgər duzlu zeytun istəyirsinizsə, bu o deməkdir ki, bədəniniz sodium qəbuluna ehtiyac var.
Əvvəllər çuğundur və ya limon yeməkdən xoşunuz gəlməsə belə, qəribə hamiləlik iştahınızın olması sizi təəccübləndirə bilər.
Hamiləlik zamanı ümumi yemək istəkləri:
-Şirin, şəkərlı qidalar.
-Süd məhsulları.
-Duzlu yüngül qəlyənaltı.
-Portağal və limon kimi turşulu sitrus meyvələri.
-Yandırıcı, istiotlu qidalar.
Balanslı pəhrizə uyğun getmək:
Hamiləlik zamanı iştah artması uzun vaxt çəkmir və hamiləliyiniz davam etdikcə, onun daha az intensiv olduğunu hiss edə bilərsiniz. Digər yeməkləri yeyərkən pendir və ya xiyar konservi haqqında fikirləşmək qıcıqlandırıcı ola bilər, lakin pəhrizinizin balanslı qalmasını təmin etmək üçün müxtəlif qidalar qəbul etməyə uyğunlaşın və yeməklər arasında bəzi istədiyiniz yeməkləri qəbul edin.

🔴marketing by

Uşaqlıq daxili spirallar hamiləliyin qarşısını çox yaxşı alır, spiralı xaric etdikdən sonra bu funksiya tez bir zamanda ...
22/07/2018

Uşaqlıq daxili spirallar hamiləliyin qarşısını çox yaxşı alır, spiralı xaric etdikdən sonra bu funksiya tez bir zamanda bərpa olur.
Spiralın çıxarılmasından sonra 1 il ərzində hamiləliyin baş vermə ehtimalı 96%-ə çatır.
Spiral çıxarıldıqdan sonra menstrual dövr 1 ay ərzində normallaşır, uşaqlıq isə 1-3 ay ərzində tam bərpa olunur.
Spiralın gəzdirilməsi zamanı inkişafı artan bəzi cinsi infeksiyalar (məsələn, xlamidioz) spiralın çıxarılmasından sonra uşaq dünyaya gətirməkdə çətinliklər yarada bilər və hətta sonsuzluğa gətirib çıxara bilər.
Bununla əlaqədar, hələ uşaqları olmayan və ya uşaq dünyaya gətirməkdə əvvələr problemləri olan qadınlara spirallar tövsiyyə olunmur. Amma yenə də, spiral çıxarıldıqdan sonra hamilə qalma qabiliyyətinin uzun müddətli pozuntusu çox nadir hallarda müşahidə olunur.
Hamiləliyin planlaşdırılması uşaqlıq daxili spiralın çıxarılmasından artıq bir ay sonra mümkündür.

🔴marketing by

Döl hamiləliyin 8-ci həftəsindən başlayaraq hərəkət edir. Lakin döl hələ ki çox kiçik olduğundan uşaqlığın divarlarına t...
18/07/2018

Döl hamiləliyin 8-ci həftəsindən başlayaraq hərəkət edir. Lakin döl hələ ki çox kiçik olduğundan uşaqlığın divarlarına toxunduğu zaman olunan təyziq ana tərəfindən hiss olunmur. İnkişaf etdikcə dölün çəkisi artır, döl daha güclü hərəkətlər etməyə başlıyır və uşaqlığın divarlarına toxunuşlar ana tərəfindən aydın hiss olunur. İlk hamiləlikdə bu təxminən hamiləliyin 20-ci həftəsində baş verir, təkrar hamiləliklərdə - 2 həftə tez. Arıq qadınlar dölün tərpənməsini daha tez, kök qadınlar isə dəri altı piyin çox olmasına görə daha gec hiss edə bilər.

Ciftin yerləşməsi ana tərəfindən dölün ilk tərpənişinin hiss etməsi zamanında müəyyən rol oynayır. Cift uşaqlığın ön divarında yerləşdikdə dölün tərpənməsi daha gec hiss olunur.
Döl ilk dəfə tərpəndikdə bu günü yadınızda saxlayın və təqvimdə qeyd edin. Həkim mütləq bu haqda sual verəcək. Bu çox vacib tarixdir. Bu tarixə əsaslanaraq doğuşun təxmini gününü təyin etmək mümkündür. İlk hamiləlikdə bu tarixə 20 həftə, növbəti hamiləliklərdə 22 həftə əlavə olunur.

🔴marketing by

Follikulometriya follikulun yetişməsinin monitorinqidir (nəzarət). Monitorinq USM köməyi ilə həyata keçirilir. Follikulo...
15/07/2018

Follikulometriya follikulun yetişməsinin monitorinqidir (nəzarət). Monitorinq USM köməyi ilə həyata keçirilir. Follikulometriya ovulyasiyanın baş tutub-tutmamasını təyin etmək üçün ən dəqiq üsuldur. Digər üsullar (ovulyasiya testləri, bazal hərarətin ölçülməsi) belə dəqiq nəticə vermir.
Follikulometriya bu kimi hallarda qadına təyin olunur:
- ovulyasiyanın baş tutub-tutmamasını təyin etmək üçün;
- menstrual dövrünün mərhələsini təyin etmək üçün;
- ovulyasiyanın gününü təyin etmək üçün;
- yumurtalıqların funksiyasına kontrol etmək üçün;
- süni mayalanma prosedurdan əvvəl;
- sonsuzluğun diaqnostikası zamanı;
- qadın tərəfindən qəbul olunan hormonal preparatların yumurtalıqlara olan təsirini kontrol etmək üçün;
- menstrual dövrünün pozulmasının səbəbini təyin etmək üçün.
Follikulometriya qadından dəqiqlik və məsuliyyət, həkimdən isə yüksək peşəkarlıq və təcrübə tələb edən bir müayinədir. Follikulometriya bir neçə gün ərzində aparılır. Daha yaxşı olardı ki, qadına hər dəfə eyni mütəxəssis və eyni avadanlıqda baxsın. Birinci USM müayinəsi adətən menstrual dövrünün 8-ci-10-cu günündə (menstrual dövrünün müddətindən asılı olaraq) ginekoloq tərəfindən təyin olunur.

🔴marketing by

Hamiləlik zamanı məhz hamilələr üçün nəzərdə tutulmuş və hippoallergen komponentləri özündə birləşdirən, tərkibində rəng...
11/07/2018

Hamiləlik zamanı məhz hamilələr üçün nəzərdə tutulmuş və hippoallergen komponentləri özündə birləşdirən, tərkibində rəng və ətirli maddələrin azlıq təşkil etdiyi xüsusi kosmetikalardan istifadə etmək məqsədəuyğundur. Bu tip kosmetikalarda sintetik əlavələr olmur.
Tonal kremlər yalnız dərinin üst qatına hopduğu üçün hamiləlik zamanı problemə səbəb olmur. Tuş və dodaq boyaları isə birbaşa orqanizmlə vəhdətdə olduğuna görə istifadə müddəti bitmiş, ucuz və keyfiyyətsiz olmamasına diqqət yetirilməlidir. Hamilə qadın daha həssas olduğu üçün tərkibində salisil turşusu olmayan krem və losyonlara üstünlük verməlidir. Həmçinin əslində xeyirli olan vitamin A kremlərin tərkibinə qatılarkən və hamilə qadın gündəlik olaraq bu kremlərdən istifadə edərkən, körpənin inkişafına mənfi təsir edə bilər. Buna görə də istifadə edilən kremlərin tərkibini diqqətlə oxumaq lazımdır.

🔴marketing by

Hamiləlik zamanı dərman qəbulu təhlükəli situasiyalara gətirib çıxara bilər. Hamiləliyin ilk 3 ayı bu baxımdan daha təhl...
08/07/2018

Hamiləlik zamanı dərman qəbulu təhlükəli situasiyalara gətirib çıxara bilər. Hamiləliyin ilk 3 ayı bu baxımdan daha təhlükəlidir. Lakin bəzi dərmanların qəbulu 9 ay ərzində qadağandır. Hamiləlik zamanı dərman qəbulu toksikozun artmasına, dölün inkişafdan qalmasına, yaxud inkişaf qüsurlarının ortaya çıxmasına, həmçinin dölün yaşam fəaliyyətini dayandırmasına belə səbəb ola bilər. Buna görə də bütün hamilələr dərman qəbul etmədən öncə bu haqda öz həkimləri ilə mütləq məsləhətləşməlidirlər.

🔴marketing by

Hamiləlik dövründə ananın kalsium ehtiyacı artır. Çünki körpələr ananın kalsium rezervini özünə götürür. Hamilələr diş v...
05/07/2018

Hamiləlik dövründə ananın kalsium ehtiyacı artır. Çünki körpələr ananın kalsium rezervini özünə götürür. Hamilələr diş və saç tökülmələri yaşamamaq üçün bu dönəmdə kalsium qəbulunu artırmalıdırlar. Süd ən bol kalsium qaynağı olan qidalardan biridir. Hamiləlik dövründə gündə təxminən 2-3 stəkan süd içən bir anada həm özü həm körpəsi üçün lazımlı bütün kalsium qarşılanmış olur. İnək südünün tərkibində kalsium xaricində zülal, müxtəlif vitaminlər (D, A, C, K vitaminləri), fosfor, flüor, dəmir, yod kimi minerallar və yağ da mövcud olduğu üçün hamiləlik zamanı südün qəbulu vacibdir.

🔴marketing by

Dünya müsəlmanlarının əziz günü - mübarək Ramazan bayramı münasibətilə Sizi təbrik edir, Allahdan oruc və namazlarınızın...
15/06/2018

Dünya müsəlmanlarının əziz günü - mübarək Ramazan bayramı münasibətilə Sizi təbrik edir, Allahdan oruc və namazlarınızın, dualarınızın qəbul olunmasını diləyirik.

Üzümüzdəki təbəssümün səbəbkarı olsun övladlarımız, bütün balalar, Sağlam, Xeyirli övladlar olsunAmin
01/06/2018

Üzümüzdəki təbəssümün səbəbkarı olsun övladlarımız, bütün balalar, Sağlam, Xeyirli övladlar olsun
Amin

Körpənin ilk hərəkətləri hamiləlik zamanı körpə hərəkəti körpənin sağlam və yaxşı olduğunu təsdiq edən ən əsas əlamətdir...
17/04/2018

Körpənin ilk hərəkətləri hamiləlik zamanı körpə hərəkəti körpənin sağlam və yaxşı olduğunu təsdiq edən ən əsas əlamətdir. Körpənizin hərəkətini ilk dəfə hiss etmək hər bir ana üçün çox xüsusi və sehrli andır.
Körpənin hərəkətlərinin hiss ediləcəyi mərhələ hər ana üçün fərqlidir. İlk analar üçün ilk hərəkət adətən 18-24 aylar arasında olur. Əgər artıq uşağınız varsa, ilk hərəkətləriniz 16-24 ay arasında ola bilər.
Körpəniz sizə sonradan tanış olacaq hərəkət formaları inkişaf etdirəcək. Yemək vaxtı və ya mahnı çalınarkən və ya siz dərin yuxuya getməzdən əvvəl körpənizin fəaliyyətə başladığını görə bilərsiniz. Yadınızda saxlayın ki, körpələrin də böyüklər kimi bətndə sakit və ya dinməz olduğu vaxtlar var.
"Körpəm hərəkət etmir"
Bətniniz körpənizlə böyüyəcək, buna görə də, onların bətndə 40-cı həftədə 24-cü həftədə olduğu qədər boş sahəsi olacaq. Bir çox qadın düşündür ki, dölün hərəkətlərinin azalması, ətrafda az sahənin olmasıdır, lakin bu mifdir! Döl hərəkəti zamanı, ən yaxşı qayda hər 12 saatda azı 10 təpik hiss etməyinizdir. Əgər körpənizin hərəkət etmədiyindən narahatsınızsa və ya hərəkət formalarının dəyişdiyini hiss edirsinizsə, öz həkiminizlə və ya mamaçanızla əlaqə saxlayın!
__________________________________

📍 Nəsimi rayonu, M. Rəfili və R. Behbudov küç-nin kəsişməsi 389 saylı məhəllə
📲 055 979 01 44
☎ 012 404 41 90 / 012 909

Hamiləlik dövrü, Hamiləliyə dair bütün müayinələr, Təbii Doğuş və Keysəriyyə Əməliyyatı, Ginekoloji problemlər, Ətraflı ...
14/04/2018

Hamiləlik dövrü, Hamiləliyə dair bütün müayinələr, Təbii Doğuş və Keysəriyyə Əməliyyatı, Ginekoloji problemlər, Ətraflı Ginekoloji Müayinələr, Ginekoloji əməliyyatlar Uzman ginekoloqlar Dr. Vüqar Bayramov və Dr. Sədaqət Bayramova tərəfindən Baku Medical Plazanın Mərkəz filialında həyata keçirilir.

__________________________________

📍 Nəsimi rayonu, M. Rəfili və R. Behbudov küç-nin kəsişməsi 389 saylı məhəllə
📲 055 979 01 44
☎ 012 404 41 90 / 012 909

Address

Akademik Həsən Əliyev 116
Baku
1001

Alerts

Be the first to know and let us send you an email when Uzman Ginekoloq VS Bayramovlar posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category