27/10/2023
Autizmi erkən aşkar etmək nəinki övladınızın həyatının erkən dövründə ehtiyac duyduğu müalicə ilə təmin edir, həm də ailələrə növbəti ən yaxşı addımları atmağa kömək edir.
Kiçik uşaqlarda beyin daha elastik olur. Bu o deməkdir ki, beyin daha çevikdir və həyat dəyişikliklərinə daha asan uyğunlaşır. Autizmi olan uşaqlara gənc yaşlarında lazımi qayğının göstərilməsi yeni davranışların həyata keçirilməsini asanlaşdırır, zərərli davranışların azaldılmasına kömək edir və həyat tərzi dəyişikliklərinə uyğunlaşmağa kömək edir.
Autizm spektri pozğunluğuna nə qədər tez müdaxilə edilərsə, yeni bacarıqlar inkişaf etdirmək və simptomları azaltmaq şansları bir o qədər çoxdur. Erkən yaşlardan göstərilən doğru müdaxilə onlara gələcəkdə baş verəcək çətinliklərin öhdəsindən gəlməyə kömək edir və müəyyən bacarıqlar formalaşdırır ki, bu bacarıqlar olmadan yaşamaq yaşlandıqca onlara daha çətinlik yaradacaq.
Əgər övladınızda autizmə dair hər hansı şübhələriniz varsa, profilimizə keçərək bio bölməsindəki qiymətləndirmə testindən keçə bilərsiniz.
Unutmayın ki, autizm son deyil!! Erkən aşkarlandıqda yaxşı nəticələr əldə etmək mümkündür.
Övladınızı peşəkarlara etibar edin.
📞 051 831 49 49
_________