10/09/2025
Bu paylaşımın şiddətlə oxunması və izlənməsini tövsiyyə edirəm..Belə paylaşımları hər yerdə görməyəcəksiniz…🩸🩸
Ürək qüsurlu xəstəmizi biraz da biz risk edib əməliyyata aldıq..Bir neçə mərkəz imtina vermişdir..Bu çapda yarıq nə mən nə siz bir daha görəcəyinizi zənn etmirəm…Əməliyyatı gözə aldıq ancaq əməliyyat ortası sürpriz damara heç hazırlıqlı deyildik..Ürək qüsurlu xəstələrdə anormal gedişli damarlara rast gəlinə bilir…Qanaxma o dərəcədə güclü idi ki, həmkarlarım imdadıma çatdı..Lor həkimimiz Ceyhun dr, ümumi cərrahiyyə şöbə müdiri İlkin dr, bizim abimiz üz çənə cərrahı Elnur dr-la konsilum nəticəsində son çarə olaraq bəlkə də cərrahiyyə tarixində ağız boşluğuna ilk dəfə klipslə (damar sıxıcı- qarın boşluğunda və Beyin cərrahiyyəsində ən çox istifadə olunur) damar bağlandı…..Çünki gerçəkdən başqa çarəmiz yox idi…Əməliyyat ortasında və sonrasında xəstəyə əlavə qan köçürüldü… Ürək qüsurlu xəstənin qan itirməsinin nə olduğunu sözlə izah edə bilmərən sizə….sonrakı 1 həftə dua elədik ki, klips atmasln, toxuma çürüməyə getməsin (damarı bağladıq deyə)…Düşünün ki ürək qüsurlu xəstədə baş verdi bu…Bu çətınliyin qarşısında daha əməliyyatın çətinliyi barədə danışmaq istəmirəm…Artıq 15 gün falan keçib, Şükür Allah rahatıq artıq……Damağımız da yaxşı, damarımız da yaxşı, uşağımız da yaxşı))))…Allah biraz uşağı saxladısa, biraz da bizi saxlasın…………”Nə məcburdur götürmə belə ağır vakalar” deyən əzizlərimə də sözüm odur ki : SƏN YANMAZSAN, MƏN YANMAZSAM, BİZ YANMAZSAQ, NECƏ ÇIXSIN QARANLIQLAR AYDINLIĞA……Bax belə…Allah utandırmasın……Əməyi keçən hər kəsə çox minnətdarlıq edirəm…