05/07/2022
(Pasientlər üçün) 65 yaşında, əvvəllər infarkt keçirmiş və ürəyindən əməliyyat olmuş bir pasient 4 gündür “mədəcik taxikardiyası (sustained VT)” dediyimiz təhlükəli ritm pozulması ilə evdə, müxtəlif dərmanlarla, hansısa həkimindən məsləhət alaraq özünü müalicə etməyə çalışıb, hansı ki evdə bunu etmək risklidir. Amma nəticə almayanda, gəldi, elektrikli kardioversiya ilə ritmini bərpa etdik. İş burada qurtarmır, təkrarlaya bildiyi üçün “şoklayıcı ürək batareyası” yerləşdirməyi məsləhət gördük.
Elektrikli kardioversiya ürək vurğularının sayı çox olanda, döş qəfəsinə aşağı enerjili şok verərək, ürək ritmini bərpa edən prosedurdur (kinolardakı o səhnə). Hər xəstəxanada var. Çox effektiv və etibarlı üsuldur, ritmi dərhal düzəldir.
📞0513081284