Psixoloq Fecrin Tapdiqova

Psixoloq Fecrin Tapdiqova Klinik psixoloq Affekt pozuntusu
Depressiya
Obsessiv - kompulsiv pozuntu
Panik ataka
Fobia və həyacan pozuntusu

17/08/2021
12/05/2021

Şuşada tarixi anlar🙏Qürur duyuruq ❤️😘

TƏŞVİŞ POZUNTULARININ               SİMPTOMLARISOMATİK SİMPTOMLAR*Təngi nəfəslik hava çatışmamazlığı*Ürək döyüntülərinin...
12/12/2018

TƏŞVİŞ POZUNTULARININ
SİMPTOMLARI

SOMATİK SİMPTOMLAR
*Təngi nəfəslik hava çatışmamazlığı
*Ürək döyüntülərinin sürətlənməsi
*Döş qəfəsində diskomfort(göynəmə ,dartılma, sancma)
*baş gicəllənmə ,baş ağrıları
*Zəiflik, əzginlik hissi
*Tərləmə
*Ürək bulanma
* Qarın nahiyəsində diskomfort
*Bədənin müxtəlif hissərinin keyləşməsi hissi
*Titrəmə
*Bədən hərarətinin yüksəlməsi hissi
*Ağızda quruluq hissi

PSİXOLOJİ SİMPTOMLAR
*Ümumi narahatlıq
*Həssaslıq
*Diqqəti cəmləmə problemləri
*Ölüm qorxusu,hərəkətləri üzərində hakimiyyəti itirmək qorxusu
*Reallığın itirilməsi qorxusu

Neqativ duğuları ifadə etməmək ,onlari yox etməz.Sadəcə içimizdə həbs olunar.Həbs olunan duyğular isə bədəni xəstə ,ruhu...
15/03/2018

Neqativ duğuları ifadə etməmək ,onlari yox etməz.Sadəcə içimizdə həbs olunar.Həbs olunan duyğular isə bədəni xəstə ,ruhu yaralı edər.

Panik atak panik pozundurmu?Panik atak başda panik pozuntu olmaqla digər psixiatrik və bəzi fiziki xəstəliklərdə də görü...
20/12/2017

Panik atak panik pozundurmu?
Panik atak başda panik pozuntu olmaqla digər psixiatrik və bəzi fiziki xəstəliklərdə də görülə bilən dərin həyəcan,qorxu və vahimə ilə özünü biruzə verir.Tutma şəklində gəlir və davametmə müddəti 5 dəq.ilə 45 dəq. arasında çəkə bilər.Şiddəti xəstəyə görə dəyişir.
Panik atak ilə panik pozuntu eyni şey deyildir.Panik atak gözlənilmədən,anidən başlayir.Yəni atak zamanı yaşanan qorxu şiddəti vəziyyətlə uyğunsuz olur.Ani qorxu, heyecan,urek doyüntüsü kimi fiziki əlamətləri olur.Bir çox insan həyatı boyunca bir neçə dəfə panik atak keçirir və stressli vəziyyət olub bitdikdən sonra rahatlayırlar.Panika pozuntusunda isə insan panik atak yaşandıqdan sonra davam edən güclü həyəcan halı yaşayir.Atakların təkrar baş verəcəyindən,ürək infarktı keçirəcəyindən,dəli olacağı .öləcəyini düşünərək gözləmə qorxusu ilə yaşayır.Panika pozuntusu keçirən xəstələrin bir çoxunda aqrofobiya müşahidə olunur.aqrofobiya geniş məkandan qorxma demekdir.Bu zaman xəstədə baqlı sıx yerlərdən uzaq durma ,çölə tək çıxmaqdan qorxmaq,ictimai yerlərdən qaçınmaq və evdə tək qalmaq kimi qorxular olur.Panik pozuntu müalicəsi olan bir xəstəlikdir, ilkin olaraq psixoterapiya və dərman terapiyası ilə həyata keçirilir.

"NEVROZ miflərdən reallıqa" mövzusunda kecirilen elmi praktiki seminarda
22/11/2017

"NEVROZ miflərdən reallıqa" mövzusunda kecirilen elmi praktiki seminarda

"NEVROZ miflərdən reallıqa" mövzusunda keçirilən elmi praktiki konfransda.
22/11/2017

"NEVROZ miflərdən reallıqa" mövzusunda keçirilən elmi praktiki konfransda.

ÜMUMDÜNYA  PSİXİ SAQLAMLIQ GÜNÜ .
10/10/2017

ÜMUMDÜNYA PSİXİ SAQLAMLIQ GÜNÜ .

QİDA QƏBULU POZUNTULARIQida qebulu pozuntuları adı altında qida qəbulu ilə bağlı olan psixoloji şərtlənmiş davranış pozu...
27/09/2017

QİDA QƏBULU POZUNTULARI
Qida qebulu pozuntuları adı altında qida qəbulu ilə bağlı olan psixoloji şərtlənmiş davranış pozuntuları başa düşülür.Bura həyat üçün potensial təhlükə daşıyan qəsdən çəkinin aşağı salınmasından tutmuş artıq çəkinin yaranmasına gətirib çıxaran həddindən artıq qida qəbuluna qədər geniş spektr pozuntular daxil edilir.
Qida qəbulu pozuntularının yaranma səbəbləri ilə bağlı ehtimallar:
BİOLOJİ
*hipotalamus-hipofizar-adrenal oxun potologiyası ilə bağlı olan hormonal pozuntular;
*serotonin,noradrenalin və dofamin mübadiləsinin pozulması;
*İştah doyma və bədən kütləsinə nəzarətə görə məsuliyyət daşıyan leptin və qrelin hormonları ilə bağlı pozuntular.
*Hormonlara və mübadilə prosesini təzimləyən neyropeptidlərə təsir göstərərn anticisimlərin artması ilə bağlı immunoloji pozuntular;
*streptokokk infeksiyası ilə bağlı autoimmun pozuntular;
*baş beynin ,sağ alın və gicgah nahiyesində mikrotravmalar,o cümlədən sağ talamik nahiyənin kalsifikasiyası;
PSİXOLOJİ
*Uşağa qarşı yüksək tələblər və valideyn dəstəyinin aşağı səviyyəsi;
*Özünəinamın aşağı olması və ətrafdakılar tərəfindən bəyənilməyə ehtiyac;
Perfeksionizm və həmişə özündən narazı qalmaq;
* Şəxsiyyət pozuntuları;
* Sosial təcridolma
SOSİAL FAKTORLAR
*Cəmiyyətdə insana xarici görkəmə görə qiymət vermək meylliyi;
*Müasir dəbdə olan tendensiyalar;
*Çəkiyə xüsusi nəzarət tələb edən müəyyən fəaliyyət növləri(model biznesində işləmək,baletlə,bədii gimnastika ilə məşqul olmaq və s.)
Qida qəbulu pozuntularının 3 novü var:Nevrotik anoreksiya , Nevrotik bulimiya və həddən artıq yemək
Nevrotik anoreksiyadan əziyyət çəkən pasiyentlərdə aşağıdakılar aşkar edilir:
*Çəkinin həddən artıq aşağı olmasına baxmayaraq ciddi pəhrizə meyllilik;
*Öz bədənini qəbul etməmək (xəstələr özlərini həddən artıq kök hesab edirlər)
*Amenoreya
Nevrotik bulimiyadan əziyyət çəkən pasiyentlərdə aşağıdakılar aşkar edilir:
*Qida qəbulu ilə bağlı daim təşviş keçirmək,həddən artıq yemək istəyi yaxud əl çəkməyən qida qəbulu tutmaları;
*Yeyilən qidanın "kökəltmə" təsirinin qarşısının alınması üçün son tədbirlərin görülməsi(süni qusmanın çağırılması,ac qalma və s.

Address

Mirəli Qaşqay 87
Baku

Telephone

0503641221

Website

Alerts

Be the first to know and let us send you an email when Psixoloq Fecrin Tapdiqova posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Psixoloq Fecrin Tapdiqova:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category