Ginekoloq Rəna Həsənəliyeva

Ginekoloq Rəna Həsənəliyeva Cərrah mama-ginekoloq, sonsuzluq müalicəsi. Cərrah, Mama-ginekoloq

28/10/2020

06/04/2020

COVID-19

Hamiləliyin 26-cı həftəsiHamiləliyin 26-cı həftəsində körpə:26. hamiləlik həftəsi ərzində, körpə boyu təxminən 35 sm və ...
01/12/2017

Hamiləliyin 26-cı həftəsi
Hamiləliyin 26-cı həftəsində körpə:
26. hamiləlik həftəsi ərzində, körpə boyu təxminən 35 sm və çəkisi 760 qramdır.
26 həftəsində ağciyərlərdə alveol adlanan hava kisəcikləri inkişaf etməyə başlayır. Ağciyərlərdə sürfaktand adlanan maddələr sintez olunmağa başlayır. Surfaktant ağciyərlərdə hava kisəciklərinin daxili səthini əhatə edir və nəfəs almağa kömək edir. Bu inkişaflar vaxtından əvvəl doğulan körpələrin nəfəs ala bilməsi üçün çox faydalıdır.
Körpənin dərisində yağ və tər vəzlərini aktivləşdirir. Dırnaqlar, qaşlar və kirpiklər uzanmağa davam edir. Ətrafınızdakı səsləri və sizin səsinizi eşidə bilir. Ətrafda çoxlu işıq varsa, az bir hissəsi uşaqlığa keçə bilər və körpə onu hiss edə bilər. Körpə ətrafında işıqlıq və ya qaranlıq olduğunu hiss edir. Körpənin dərisi hələ də incədir və dəridəki qan damarları görünəcək şəkildə işığı keçiri.
Körpə göz qapaqları bu həftə tamamilə açılır və görmə qabiliyyəti qismən formalaşmışdır. Körpənin ətrafdakı bəzi səsləri eşitdikdə hərəkət etməsi və ya ürək döyüntüsünün dəyişməsi mümkündür.
Hamiləliyin 26-cı həftəsində ana:
Hamiləliyin 26-cı həftəsi ətrafında ana körpə hərəkətlərini tez-tez və güclü hiss edir, adətən hamiləliyin son aylarında bu hərəkətlər azalmağa başlayacaqdır. Körpə hərəkətlərini bu aylardan sonra təqib etmək vacibdir, gün içərisində təqribi 10 dəfə hərəkət edir.
Ana bu aylarda bəzən istigəlmə, tərləmə hiss edə bilər. Gözəl paltarlar, soyuq içkilər içmək bu dövrlərdə rahatlamanı təmin edə bilər.
Bu dövrdə valideynlər körpə otağına aid müxtəlif əşyalar və paltarlar üçün araşdırma aparırlar. Körpə ilə əlaqədar olan hər məhsulun keyfiyyət standartları etiketi saxlamasına diqqət göstərmək lazımdır, zərərli kimyəvi maddələr saxlayan məhsullar satın alınmamalıdır.

Hamiləlik zamanı ağrılarHamiləlik zamanı qadınların bir çox hissəsi ağrılarla rastlaşır. Bəzən belə ağrılar hamiləliklə,...
30/11/2017

Hamiləlik zamanı ağrılar
Hamiləlik zamanı qadınların bir çox hissəsi ağrılarla rastlaşır. Bəzən belə ağrılar hamiləliklə, bəzən isə digər xəstəlik və pozulmalarla bağlı olur.
Adətən qarın nahiyyəsində olan ağrılar qadınları çox narahat edir. Lakin bu heç də o demək deyil ki, hamiləlik təhlükə altındadır. Belə ağrılar mədə-bağırsaq sistemində olan pozulmalarla əlaqəli ola bilər. Ümumillikdə isə hamiləlik mədə-bağırsaq orqanların fəaliyyətinə güclü təsir edir. Böyüməkdə olan uşaqlıq bağırsaqları sıxır. Hamiləliklə bağlı olan proqesteron hormonunun artması da bağırsaqların normal fəaliyyətini pozur. Məhz bu səbəbdən hamilə qadınlar tez-tez qəbizlikdən və digər həzm proseslərin (qıcqırma, meteorizm və s.) pozulmalarından əziyyət çəkir.
Ağrıların digər səbəbi - uşaqlığı saxlayan bağların dartılmasıdır. Döl böyüdükcə uşaqlığın da ölçüləri artır ki, nəticədə bağlar daha da dartılır. Bağların dartılması ilə bağlı olan ağrı kəskin və cəld hərəkətlərdən, asqırmaqdan, ağır əşyaların qaldırmasından sonra daha güclü ola bilər. Ağrı bu zaman kəskin olsa da qısamüddətli olur. Ağrısızlaşdıran preparatlardan istifadə etmək tövsiyə edilmir. Sadəcə qadın daha asta hərəkət etməli və özünü bir qədər qorumalıdır.
Əgər qarında olan ağrılar yüksək hərarət, ürəkbulanması, başgicələnməsi ilə müşayiət olunursa, tez bir zamanda "təcili yardım" çadırmaq lazımdır. Bu simtomlar appendisit, pankreatit, bağırsaq keçməməzliyi və s. təhlükəli xəstəliklərin simptomları ola bilər.
Təəssüf ki, hamiləlik zamanı qarında olan ağrılar ginekoloji problemlərə işarə edə bilər. Bu ağrı hamiləliyin pozulmasının təhlükəsindən xəbər verə bilər. Bu halda ağrılar sızıldayan olur, bel nahiyəsinə yayılır və doğuş sancılarını xatırladır. Belə ağrılar cinsiyyət yollardan gələn ifrazatlarla (ifrazatların rəngi aşıq qəhvəyidən qırmızıya qədər ola bilər) müşayiət oluna bilər. Belə simptomlar meydana çıxandıqda dərhal həkimə müraciət etmək lazımdır. Qadın "təcili yardım" çağırmalı, özü isə uzanmalı və sakitləşməyə çalışmalıdır. Lazım olduqda qadın xəstəxanaya yerləşdirilə bilər.
Ağrıların səbəbi o cümlədən uşaqlıqdan kənar hamiləlik ola bilər. Bu səbəbdən hamiləliyin erkən müddətlərində USM-dən keçmək lazımdır ki, uşaqlıqdan kənar hamiləlik istisna olunsun.
Hamiləlik zamanı bir çox qadınlar baş ağrılarından əziyyət çəkir. Baş ağrısı başının bir hissəsində yarana bilər (miqren tutması) və ya yayılmış xarakter daşıya bilər (gərginlik baş ağrıları).
Hamiləlik zamanı süd vəziləri böyüyür və onlarda müəyyən ağrılar və diskomfort yarana bilər.
Hamilə qadınların əksəriyyəti (xüsusən hamiləliyin axırıncı aylarında) bel nahiyəsində olan ağrılardan əziyyət çəkir. Bu qadının onurğa sütununa olan gərginliyin artmasından və qarın əzələlərinin zəiflənməsindən irəli gəlir. Adətən bel ağrıları hamiləliyin 5-ci ayından sonra başlayır və yalnız doğuşdan sonra yox olur.
Bel nahiyəsində olan ağrılar hərarətin qalxması, ödemlərin əmələ gəlməsi, baş ağrılar və arterial təzyiqin qalxması, tezləşmiş sidik ifrazı ilə (sidik bulanlıq, iyli, qan və irin qarışıqlı ola bilər) müşayiət olunursa, bu böyrək xəstəlikləri ilə bağlı ola bilər.
Bəzən hamiləlik zamanı qadınlar sağ qabırğaaltı nahiyəsində ağırlıq hissi və ağrılar hiss edir. Bu öd yolları və öd kisəsinin diskineziyasının simptomları ola bilər. Böyüməkdə olan uşaqlıq qarın boşluğunda yerləşən orqanlara (o cümlədə, öd kisəsinə) təzyiq edərək onların fəaliyyətini pozur ki, nəticədə həzm prosesin çətinləşməsi, meteorizm, qəbizlik, öd kisəsinin diskineziyası kimi pozulmalar meydana çıxır. Həkimə müraciət edərək USM-dən keçmək lazımdır. Diaqnoz təsdiq olunduqda, həkim müəyyən pəhriz təyin edəcək.

Menopaozaya işarə edən 10 əlamətBu əlamətləri göz ardı etməyin. Menopaozun astanasında olduğunuzu göstərən 10 əlamət ......
29/11/2017

Menopaozaya işarə edən 10 əlamət
Bu əlamətləri göz ardı etməyin. Menopaozun astanasında olduğunuzu göstərən 10 əlamət ...
Menopaoz əvvəlində bəzi əlamətlər yaşanır və bunlar bədənin həyəcan siqnallarıdır.Aşağıda menopaoz zamanı bilməniz lazım olan əlamətləri.
-İsti basması
-Duyğu dəyişiklikləri
-Sinə ağrısı
-Hamilə qalmada problem yaşama
-Çəki dəyişmələri
-Libidonun düşməsi
-Nizamsız aybaşı görmə
-Vaginal quruluq
-Oynaq ağrıları
-Sidik yolu infeksiyaları

Address

Aşıq Molla Cuma Küç, 7B
Baku
AZ1033

Opening Hours

Monday 12:00 - 16:00
Tuesday 12:00 - 16:00
Wednesday 12:00 - 16:00
Thursday 12:00 - 16:00
Friday 12:00 - 16:00
Saturday 12:00 - 16:00

Alerts

Be the first to know and let us send you an email when Ginekoloq Rəna Həsənəliyeva posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram