Azerbaycan Tibb Universitetinin Tedris-terapevtik klinikasi

Azerbaycan Tibb Universitetinin Tedris-terapevtik klinikasi Azerbaycan Tibb Universitetinin Tedris-terapevtik Klinikasi aparmaq üçün laborator avadanlıqlar quraşdırılmışdır.

Klinika haqqında

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 sentyabr 2007-ci il tarixli Sərəncamı əsasında inşa edilən, respublikada analoqu olmayan tədris, elmi-tədqiqat, müalicə və diaqnostika işlərini özündə birləşdirən, unikal bir universitet klinikasıdır.2007-ci il sentyabr ayının 18-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti,YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın iştirakı ilə klinikanın təməlqoyma mərasimi keçirilmiş,2010-cu il oktyabrın 1-də isə rəsmi açılışı olmuşdur.

Ümumi sahəsi 25000 m2 olan, 15 mərtəbəli çoxprofilli Tədris Terapevtik Klinikanın 400 çarpayılıq 6 terapiya, 3 pediatriya, 1 nevrologiya və 1 reanimasiya və intensiv terapiya şöbəsində,eləcə də angioqrafiya,endoskopiya şöbələrində, kompyuter tomoqrafiya, rəqəmsal rentgenoqrafiya, mammoqrafiya, densitometriya, tredmil-doppler exokardioqrafiya, elektrokardioqrafiya, ultrasonoqrafiya, elektroensefaloqrafiya ,fizioterapiya bölmələrində,klinik-diaqnostik laboratoriyada,efferent terapiya mərkəzində terapevtik, pediatrik və nevroloji yönümlü bütün xəstəliklərin müasir dünya standartlarına uyğun diaqnostikası, müalicəsi, reablitasiyası aparılır. Bunun üçün klinikada Amerikanın, Yaponiyanın, Almaniyanın, Türkiyənin, Cənubi Koreyanın aparıcı şirkətlərinin istehsalı olan müasir angioqrafiya, kompyuter tomoqrafiya, rəqəmsal rentgenoqrafiya, mammoqrafiya, densitometriya, fibroqastroskopiya, fibrobronxoskopiya, kolonoskopiya, rektomonoskopiya, tredmil-doppler exokardioqrafiya, elektrokardioqrafiya, ultrasonoqrafiya, elektroensefaloqrafiya, hemosorbsiya, plazmafarez, hemodializ, qaraciyərin və böyrəklərin birbaşa punksion biopsiya aparatları, eləcə də, klinik biokimyəvi, mikrobioloji (bakterioloji, mikoloji, virusoloji, parazitoloji), immunoloji, allerqoloji, hematoloji tədqiqatları, həmçinin genetik müayinələri (polimerazalı zəncirvari reaksiya, elektroforez, sekvenləşdirmə və s.) Reanimasiya və İntensiv terapiya şöbəsi ən müasir avadanlıqlar, o cümlədən süni tənəffüs aparatları, defibrilyatorlarla təchiz olunmuşdur. Klinikada respublikanın bütün şəhər və rayonlarından olan xəstələrə tibbi xidmət göstərilir. Klinikada xəstələrin müayinə və müalicəsi ilə 20 tibb elmləri doktoru, 126 tibb üzrə fəlsəfə doktoru, o cümlədən 19 professor, 49 dosent, 9 əməkdar elm xadimi, 9 əməkdar həkim, bütövlükdə 220 yüksək ixtisaslı həkim məşğul olur.

04/04/2018

- MİLLİ MƏRKƏZİNDƏ MİLLƏTİN FACİƏSİ -

Hamınızdan maksimal paylaşım xahiş edirəm.

Bir müddət əvvəl şəxsiyyətinə hörmət bəslədiyim bir nəfər otağıma gəlib sadəcə onu dinləməyimi xahiş etdi. Qardaşının həyat yoldaşının xərçəng xəstəliyinə tutulduğunu, bir həftədir onun müalicəsi ilə bağlı Milli Onkologiya Mərkəzində olduğunu bildirdi. Maddi cəhətdən heç nəyə ehtiyacı olmasa da orada gödüklərini, xəstələrin durumunu mənə danışdıqca bir neçə dəfə ağladı. Sonda özünün heç bir köməyimə ehtiyacı olmadığını və əgər imkanım olarsa oradakı xəstələrin vəziyyətini az da olsa yüngülləşdirmək üçün bacardığımı etməyimi xahiş etdi. Ona bildirdim ki, özüm gedib vəziyyəti gözlərimlə görmək istəyirəm. Dostumun xətrini çox istəsəm də vəziyyətin onun söylədiyi qədər acınacaqlı olduğunu təsəvvür etmirdim. Bu gün səhər saat 9.00-da Milli Onkologiya Mərkəzində oldum. Həyətə girişdən ilk baxışla ətrafda olan gözəllik dostumun qərəzli olduğu anlamını verirdi. Xəstəxanaya daxil olanların marşrutu ilə hərəkət etdim. Aydındır ki, oradakı mənzərə normal insanı üzməyə bilməz. Ancaq hərəkət etdikcə xəstələrlə qısa söhbətlər dostumun həqiqəti anlatdığını göstərdi. Ola bilər bəziləri üçün gördüklərim adi gələ bilər. Deməli onda ya mən insan deyiləm, yaxud belələri insanlıq hisslərini tamam itiriblər.

Birinci gözə çarpan hər yerdə kameraların quraşdırılması oldu. Tibb personalı verdiyim bütün sualları çox şübhə ilə qarşıladı və heç bir sualıma cavab vermədi. Kimyaterapiya aparılan mərtəbələrin birində xəstə ilə söhbət zamanı yaşlı bir tibb bacısı az qala məni – sanki terroristi, güclə oradan uzaqlaşdırdı (foto 8). Bu yaşımda çox təşkilatlarda, o cümlədən qapalılarında da olmuşam, ancaq bu qədər məxfilik, şübhəlilik heç bir yerdə görməmişdim. Hamı, o cümlədən xəstələr də oradakı korrupsiya hallarından danışmağa belə qorxurdular. Mənimlə söhbət edənlər də daim şübhə ilə yan yörəsinə boylanırdılar. Bəziləri isə mənə “bilmirsən bura kimindir? Səni məhv edərlər” deməyi də unutmadılar. Ümumi mənzərədən gözə girən həm də o idi, ki xəstələrin hamısı maddi cəhətdən çox kasıb insanlardır.

İndi isə müəyyən etdiyim, pulsuz deyilən Azərbaycan səhiyyəsində, rüşvət alma, daha doğrusu boğa-boğa soyulma hallarını diqqətinizə çatdırıram:

1. İnsanlar onkoloji xəstəlik şübhəsi yarananda ilk müraciət etdikdə müayinə üçün cürbəcür adlarla 500 manata yaxın pul verməli olurlar.

2. Onkoloji xəstəlik müəyyən edildikdə kimyaterpiya keçmək üçün müayinə sənədlərini müalicə edəcək həkimə çatdırılması insanların özlərinə qadağandır. Həmin müayinə kağızlarını bir korpusdan başqasına aparmaq üçün əməkdaşlara 20 manat verilməlidir.

3. Kimyaterapiya 300 manatdır. Bundan əvvəl də bəzi müayinləri keçmək üçün 60 manatdan 100 manata qədər də rüşvət verilməlidir. Nəzərə almaq lazımdır ki, xərçəng xəstəliyinə tutlumuşlar hər 21 gündən bir kimyaterapiya qəbul etməlidirlər və hər dəfə də eyni pulları verməlidirlər.

4. Bəzi xəstələrin şüa da qəbul etməsi qaçılmazdır. Onun da 28 seansı 1000 manatdır.

İnsan əlindən dəhlizlərdə hərəkət etmək mükün deyil. Təxminən 50 kv.m. sahəsi olan, UZİ, qan analizi aparılan otaqda (foto 3) havasızlıq bir tərəfə insanların sanki Bakı avtobuslarındakı kimi sıx dayanmasını soruşduqda xəstələrin birinin mənə “rəhmətliyin oğlu, bizim gördüyümüz cəhənnəmin yanında bu cənnətdir” cavabı artıq sözə ehtiyac olmadığını göstərdi. Söhbət etdiyim xəstələr, onların qohumları hamısı bir ağızdan əsas problemin pul olduğunu bildirdilər. Kimisi borca düşdüyünü, kimisi faizlə pul götürdüyünü, kimisi isə evini satıb kirayələrdə qaldıqlarını bildirdilər.

Əlbəttə, bir yazıda Milli Onkologiya Mərkəzində baş verən faciəni təsvir etmək olmaz, buna kitablar yazmaq, filmlər çəkmək lazımdır. Mənə yardımçı olan bir nəfər belə faciəni sadəcə görməyin normal insan sağlamlığı üçün təhlükəli olduğunu bildirdi. Keçirdiyim hisslər onun haqlı olduğunu tədiqlədi.

İndi isə Azərbaycan qanunvericiliyindən bəzi normaları Oqtay Şirəliyevin oxuması üçün diqqətə çatdırıram:

AR Konstitusiyasının 41-ci maddəsinin I hissəsinə əsasən hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində isə deyilir: “Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Onkoloji xəstəliyin son mərhələsində olan və sosial əlaqələrini itirmiş onkoloji xəstələr ümumi təyinatlı müalicə müəssisələrində zəruri olan müddətdə dövlət təminatında saxlanılır”.

Başa düşürəm ki, Oqtay Şirəliyevin, Milli Onkologiya Mərkəzi rəhbərlərinin özlərinin və qohum əqrabalarının dəbdəbəli həyat sürməsi üçün çoxlu pul lazımdır. Ancaq bu pulların ölümlə üz-üzə dayanmış, cəhənnəm əzabı çəkən insanların hesabına əldə etmələrini heç cür başa düşə bilmirəm. Bir də millətin cəhənnəm əzabı çəkdiyi bir mərkəzin adının qarşısında MİLLİ sözünün olmasını ümumiyyətlə anlamadım.

P.S. Yuxarıda hamıdan bu yazının paylaşılmasını xahiş etdim. Burada isə, xüsusilə “Haqqın.az” saytının, “Azadlıq”, “Yeni Musavat” qəzetlərinin və özlərini müstəqil hesab edən bütün mətbuat nümayəndələrinin bu faciəni işıqlandırmalarını xahiş edirəm.

P.P.S. Milli Onkologiya Mərkəzində özləri, yaxınları müalicə alarkən rüşvət, süründürməçilik halları ilə rastlaşanlardan xahiş edirəm, bütün baş verənləri şərhlər və yaxud məktub bölümünə yazın.

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Azerbaycan Tibb Universitetinin Tedris-terapevtik klinikasi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram