Doctor Sevinc Musayeva

Doctor Sevinc Musayeva Breast cancer professional

Niyə 3D Tomosintez?📌 3D skan: Süd vəzi toxuması 1 mm-lik kəsiklər şəklində üçölçülü olaraq incələnir.📌 Erkən diaqnoz: Sü...
05/11/2025

Niyə 3D Tomosintez?
📌 3D skan: Süd vəzi toxuması 1 mm-lik kəsiklər şəklində üçölçülü olaraq incələnir.
📌 Erkən diaqnoz: Süd vəzi xərçənginin erkən aşkarlanmasında yüksək dəqiqlik təmin edir.
📌 Minimum radiasiya: Aşağı radiasiya dozası ilə müayinə aparılır.
📌 Yüksək keyfiyyət: Aydın və detallı görüntülər təqdim edir.

Erkən diaqnoz – həyatı xilas edir!

Ətraflı məlumat və randevu üçün:
📞 (+99450) 547 77 75
☎️ (+99455) 603 77 75
🌐 drsevinjmusayeva.com

📍Ünvan:
Həsən Əliyev küç., 477A
Baku City Hospital - Görüntüləmə Mərkəzi

Son həftələrdə Türkiyədə olma səbəbim, süd vəzisində MRT altında aparılan biopsiya metodunu öyrənmək və gələcəkdə ölkəmi...
17/10/2025

Son həftələrdə Türkiyədə olma səbəbim, süd vəzisində MRT altında aparılan biopsiya metodunu öyrənmək və gələcəkdə ölkəmizdə tətbiq edə bilmək idi. Bu dəyərli bilikləri mənimlə paylaşdığı və şərait yaratdığı üçün hörmətli hocam Prof. Dr. Levent Çelikə təşəkkürümü bildirirəm.

Bəs MRT altında biopsiya nədir?
Bəzi hallarda süd vəzisində rast gəlinən və bədxassəli olma ehtimalı daşıyan törəmələr nə ultrasəs, nə də mammoqrafiya ilə görüntülənə bilmir. Belə hallarda bu törəmələr yalnız MRT müayinəsində görünür və onların biopsiyası da məhz MRT altında aparılmalıdır.

Təəssüf ki, bu yüksək dəqiqlikli üsul hal-hazırda Azərbaycanda mövcud deyil. Lakin böyük ümidlə deyə bilərik ki, bu texnologiyanın mərkəzimizdə tətbiqi üçün artıq ilk addımlar atılır.

Məqsədimiz: daha erkən, daha dəqiq diaqnoz və pasiyentlərimizə yüksək səviyyəli tibbi xidmət göstərməkdir.
Bu yeniliyi sizinlə paylaşmağı səbirsizliklə gözləyirik.

🎀 Süd vəzi xərçəngi ilə mübarizədə ən önəmli addım – vaxtında müayinədir!Erkən diaqnoz həyat xilas edir. Öz sağlamlığını...
10/10/2025

🎀 Süd vəzi xərçəngi ilə mübarizədə ən önəmli addım – vaxtında müayinədir!
Erkən diaqnoz həyat xilas edir. Öz sağlamlığınıza dəyər verin və bu addımı bu gün atın.
İlk addım sizdən, süd vəzi müayinəsi bizdən!

Ətraflı məlumat və randevu üçün:
📞 (+99450) 547 77 75
☎️ (+99455) 603 77 75
🌐 drsevinjmusayeva.com

📍Ünvan:
Həsən Əliyev küç., 477A
Baku City Hospital - Görüntüləmə Mərkəzi

🎀

Oktyabr – Süd vəzi xərçəngi ilə mübarizə ayıdır!   Bu ayın əsas məqsədi: maarifləndirmək, qorumaq və həyatları xilas etm...
01/10/2025

Oktyabr – Süd vəzi xərçəngi ilə mübarizə ayıdır!
Bu ayın əsas məqsədi: maarifləndirmək, qorumaq və həyatları xilas etməkdir.

🔍Süd vəzi xərçənginin vaxtında aşkarlanması müalicə uğurunu artırır. Özünü mütəmadi yoxlamaq, həkim konsultasiyası və görüntüləmə müayinələri (mamoqrafiya, USM, MRT) bu yolda ən güclü vasitələrdir.

📅 1–31 oktyabr – müayinənizi təxirə salmayın!
Ətraflı məlumat və randevu üçün:
📞 (+99450) 547 77 75
☎️ (+99455) 603 77 75
🌐 drsevinjmusayeva.com

📍Ünvan:
Həsən Əliyev küç., 477A
Baku City Hospital - Görüntüləmə Mərkəzi

🎀

Stereotaktik Vakum Biopsiya – artıq mərkəzimizdə!Mammoqrafiya nəzarətində aparılan bu minimal invaziv biopsiya üsulu mik...
12/08/2025

Stereotaktik Vakum Biopsiya – artıq mərkəzimizdə!

Mammoqrafiya nəzarətində aparılan bu minimal invaziv biopsiya üsulu mikrokalsinatlar və ya ultrasəsdə görünməyən digər xırda strukturların dəqiq və ağrısız şəkildə götürülməsi üçün istifadə olunur. Bu metod sayəsində həm diaqnostik dəqiqlik artır, həm də cərrahi müdaxiləyə ehtiyac azalır.

Əgər süd vəzinizdə şübhəli nahiyə aşkarlanıbsa, stereotaktik vakum biopsiya sizə ən doğru nəticəni verə bilər.
📍Baku City Hospital Görüntüləmə Mərkəzi
📞 Ətraflı məlumat və qeydiyyat:
(+99450) 547 77 75
(+99450) 278 37 98
🌐 drsevinjmusayeva.com

🧠 Süni İntellekt və MammoqrafiyaTexnologiyanın sağlamlığa inteqrasiyası ilə süd vəzi müayinəsində yeni dövr başlayır!  A...
29/07/2025

🧠 Süni İntellekt və Mammoqrafiya
Texnologiyanın sağlamlığa inteqrasiyası ilə süd vəzi müayinəsində yeni dövr başlayır!
Artıq süni intellekt dəstəyi ilə mammoqrafiya nəticələri daha dəqiq və sürətli analiz olunur.

✔️ Kiçik dəyişikliklərin erkən mərhələdə aşkarlanması
✔️ Şəkillərin yüksək dəqiqliklə qiymətləndirilməsi
✔️ Diaqnostik risklərin azalması və daha etibarlı nəticələr
✔️ Həkim qərarlarına süni intellekt dəstəyi

💡 Və ən önəmlisi — bu texnologiya artıq bizim mərkəzimizdə də tətbiq olunmağa başlayıb!
Daha güvənli, daha dəqiq və vaxtında müayinə üçün sizi gözləyirik.

Süd vəzi xərçəngi diaqnozu bir neçə mərhələdə aparılır:  🔹 Fiziki müayinə – həkim tərəfindən süd vəzisində olan şişkinli...
16/07/2025

Süd vəzi xərçəngi diaqnozu bir neçə mərhələdə aparılır:
🔹 Fiziki müayinə – həkim tərəfindən süd vəzisində olan şişkinlik, bərkimə və ya digər dəyişikliklər əllə yoxlanılır.
🔹 Görüntüləmə üsulları – əsasən mammoqrafiya, tomosintez, ultrasəs müayinəsi (USM) və bəzən MRT tətbiq olunur. Bu müayinələr xərçəng ehtimalını görməkdə və dəqiqləşdirməkdə mühüm rol oynayır.
🔹 Biopsiya – aşkarlanan şübhəli toxumadan nümunə götürülərək laborator analiz aparılır. Xərçəngin olub-olmadığı biopsiya ilə dəqiq təyin olunur.

🎀 Unutmayın: Süd vəzi xərçəngi nə qədər tez aşkar olunarsa, müalicə imkanları bir o qədər yüksək olar. Özünüzü mütəmadi yoxlayın və riskləri öncədən müəyyən etmək üçün müayinələrdən keçin!

Ətraflı məlumat və randevu üçün:
📞 (+99450) 547 77 75
☎️ (+99450) 278 37 98

📍 Ünvan:
Həsən Əliyev küç., 477A
Baku City Hospital Görüntüləmə Mərkəzi

Baharın gəlişi ilə həyatınızda hər şey yenilənsin💐
23/03/2025

Baharın gəlişi ilə həyatınızda hər şey yenilənsin💐

Yeni başlanğıclar və ümid dolu bir həyat arzulayıram! Bu bayram sizə və yaxınlarınıza sevgi, xoşbəxtlik və sağlamlıq gət...
22/03/2025

Yeni başlanğıclar və ümid dolu bir həyat arzulayıram!
Bu bayram sizə və yaxınlarınıza sevgi, xoşbəxtlik və sağlamlıq gətirsin. Novruz Bayramı ruhunuzu təzələsin, həyatınıza bolluq və xoşbəxtlik gətirsin!

Novruz Bayramınız Mübarək!🌸
20/03/2025

Novruz Bayramınız Mübarək!🌸

13/05/2024

Süd vəzi xərçəngi əməliyyatında orqan qoruyucu cərrahiyənin riski varmı?
Uzm. Dr. Xəyal Aslanov ilə birlikdə suallara cavab tapdıq.

Address

Nərimanov Rayonu, Akademik Həsən Əliyev Küçəsi 477A
Baku

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

994505477775

Alerts

Be the first to know and let us send you an email when Doctor Sevinc Musayeva posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Doctor Sevinc Musayeva:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category

Sevinc Musayeva

Həkim-radioloq (USM)

İŞ STAJI

6 il

TƏHSİLİ