Dr.Zahra Valiyeva

Dr.Zahra Valiyeva Həkim mama-ginekoloq

10/10/2025
10/10/2025
Hamiləlik zamanı antibiotiklərin istifadəsi.Bu dəfəki yazıda “ana” olmağa hazirlaşan qadınları çox maraqlandıran bir möv...
08/02/2021

Hamiləlik zamanı antibiotiklərin istifadəsi.

Bu dəfəki yazıda “ana” olmağa hazirlaşan qadınları çox maraqlandıran bir mövzuya toxunmaq istəyirəm. Hamiləlikdə antibiotiklərin istifadəsi nə dərəcədə doğrudur? Bu qrupdan olan dərmanlar doğulacaq körpənin sağlamlığına necə təsir edir? Hansı hallarda antibiotiklərin təyini vacibdir? Bütün bu suallara qisaca cavab verim.
Bildiyimiz kimi, hamiləlik qadın orqanizmi üçün çox həssas bir dönəmdir. Orqanizmin bir çox sistemləri kimi immun sistemində də bəzi dəyişikliklər gedir. Zəifləmiş immunitet bir çox xəstəliklərin yaranması üçün qapı açır. Belə olduğu halda isə antibiotiklər qrupundan olan dərmanlara ehtiyyac arta bilər. Yuxarı tənəffüs yolu xəstəlikləri zamanı(sinusitlər), sidik sistemi xəstəlikləri zamanı(sistit, uretrit, pielonefrit və s.), simfizit, bəzi mədə-bağırsaq xəstəlikləri, diş və dişəti xəstəlikləri, dölyanı mayenin axması, cift infeksiyaları və s. zamanı hamilələrə uyğun atibiotik təyin edilə bilər. Bilməlisiniz ki, bu preparatların qəbulu hamilə qadınları qorxutmamalıdır. Çünki vaxtında təyin edilmış və düzgün seçilmiş antibiotiklə hamiləlik zamanı və ondan sonrakı dövrdə anada, eləcə də döldə(və ya yenidoğulmuşda) baş verə biləcək bir çox xəstəlik və ağırlaşmaların qarşısı alınmış olur. Göstəriş olduğu hallarda antibiotiklərdən hamiləlik zamanı istifadə olunmamsı dərin patologiyaların yaranmasına(vaxtındanqabaq doğuş təhlükəsi, döldə qüsur və bəzi patologiyalara) gətirib çıxara bilər. Lakin onu da nəzərə almaq lazımdır ki, hamilə qadınlara bütün qrup antibiotiklərin təyini də yolverilməzdir. Antibiotikoterapiya yalnız həkim tərəfindən düzgün dozalanmış şəkildə, sxem üzrə, hamilələr üçün uyğun olan preparatla aparılır. Özbaşına qəbul edilən, digər şəxsə təyin edilmiş və effekti olmuş antibiotiklərin(eləcə də digər preparatın) bütün qrup hamilələrə yaxşı təsir edəcəyi fikri absurddur!

Davamı rəylərdə➡️

💊 Təxirəsalınmaz kontrasepsiya dedikdə nə başa düşülür? Bu, arzuolunmaz hamiləlikdən qorunma yoludur. Təxirəsalınmaz kon...
25/01/2021

💊 Təxirəsalınmaz kontrasepsiya dedikdə nə başa düşülür? Bu, arzuolunmaz hamiləlikdən qorunma yoludur. Təxirəsalınmaz kontrasepsiya üsulları arzuolunmaz hamiləlikdən 95% hallarda qoruyur. Bəs hansı hallarda bu metoda əl atılır? Əgər: hamiləlikəleyhinə qəbul edilən tablet unudulmuşdursa, kondomun tamlığı pozulmuşdursa, kontraseptivlər düzgün qaydada istifadə olunmamışdırsa, eakulyat daxili və ya xarici cinsiyyət orqanlarına tökülmüşdürsə, ən sonda cinsi təcavüzdən söhbət gedirsə təxirəsalınmaz kontrasepsiya metodlarına üz tutmaq lazımdır. İlk öncə onu qeyd etmək lazımdır ki, təxirəsalınmaz kontrasepsiya abort deyildir. Belə olan halda hamiləliyin pozulmasından söhbət gedə bilməz. Burada məqsəd baş verə biləcək hamiləliyin qarşısını almaqdır.
Aşağıdakı təxirəsalınmaz kontrasepsiya metodları vardır: mis tırkibli UDV-lərin(spiralların) istifadəsi, kombinəolunmuş oral kontraseptivlərin və digər hormonal tərkibli preparatların qəbulu. Bu preparatlar ovulyasiyaya tormozlayıcı təsir göstərərək mayalanmanın qarşısını alır. Qorunmamış cinsi əlaqədən sonrakı ilk 5 sutka(ən gec) ərzində qəbul edilməsi gərəklidir(əlbəttə ki, nə qədər tez qəbul edilsə,effekt bir o qədər çox olacaqdır). Reproduktiv yaşda olan istənilən qadın bu metoddan istifadə edərək arzuolunmaz hamiləlikdən yan keçə bilər.
Bu preparatların qəbulu üçün ciddi bir əks-göstəriş yoxdur. Eləcə də yaş həddinə məhdudiyyət qoyulmur. Lakin requlyar olaraq bu metodlardan istifadə məsləhət deyildir. Ürəkbulanma, qusma, menstrual sikldə baş verən dəyişiklik kimi şikayətlər verə bilərlər. ÜST-nın məsləhətinə görə təxirəslınmaz kontrasepsiya üsulunun hər hansı birinin istifadəsindən sonra daimi kontrasepsiya metodlarından birinə keçmək olar. Unutmaq olmaz ki, təxirəsalınmaz kontrasepsiya metodları da adi kontraseptiv vasitələr kimi hər qadına fərdi olaraq seçilir.
Hörmətlə: həkim-ginekoloq Vəliyeva Zəhra

💉 Günümüzdə COVİD-19 pandemiyası ilə üzləşdiyimizi və kütləvi vaksinasiya tədbirlərinin aparıldığını nəzərə alaraq, bu g...
19/01/2021

💉 Günümüzdə COVİD-19 pandemiyası ilə üzləşdiyimizi və kütləvi vaksinasiya tədbirlərinin aparıldığını nəzərə alaraq, bu gün sizlərə hamiləlik zamanı vaksinasiya haqqında məlumat vermək istəyərdim.

Hamiləlik dövründə qadın orqanizmində baş verən dəyişikliklər zamanı, onun bir çox xəstəliklərə qarşı dözümlülüyü azalır. Bildiyimiz kimi, immun sistem orqanizmi infeksiyalardan qoruyan bir vasitədir və bu dövrdə onun zəifləməsi təbii ki, qadında bir çox problemlərin yaranmasına gətirib çıxara bilər. Bu da döldə bəzi patologiyaların, inkişaf qüsurlarının yaranmasına, vaxtındanqabaq doğuş təhlükəsinə, hətta ölü dölün doğulmasına belə səbəb ola bilər.

Aparılmış tədqiqatlar onu göstərir ki, hamiləlik zamanı qadın orqanizminin bəzi xəstəliklərə qarşı dözümlü olması, onun hamiləlikdən öncə keçirdiyi xəstəliklərdən, vurulmuş peyvəndlərdən asılıdır. Hamiləlik zamanı aparılan bəzi rutin müayinələr keçirilmiş xəstəlikdən sonra orqanizmdə olan antitellər haqqında həkim-ginekoloqa məlumat verir. Təbii şəkildə qazanılmış immunitet əlbəttə ki, orqanizm üçün daha effektli hesab edilir. Lakin bəzi hallarda süni immunitet yaratmaq üçün peyvəndləməyə(vaksinasiya) də üz tutulur.

G***a was shelled by Armenian military forces again despite the ceasefire agreement. G***a is the second largest city in...
17/10/2020

G***a was shelled by Armenian military forces again despite the ceasefire agreement. G***a is the second largest city in Azerbaijan with a half a million population and it is at least 100 km away from war zone!! Firing at civilians is a war crime!!


Azerbaijanis are fighting in military places. But the armenians throw bombs at civilians. As a result of the Armenian at...
11/10/2020

Azerbaijanis are fighting in military places. But the armenians throw bombs at civilians. As a result of the Armenian attack on G***a, there are 9 dead and 37 wounded. Search and rescue continues. October 11, 2020.
***a



With the financial aid provided by Kim Kardashian and his family to the Armenians, they buy weapons and target local people and children. People who are still silent, open your eyes! It is not humanity to silence such savagery!
***a

Armenia's aggressive policy against Azerbaijan once again demonstrates the disregard for fundamental norms and principles of international law, including international laws.



In the midst of night G***a city came under missile attack of Armenia. 3 residential buildings destroyed. As of now 7+civilians, as well as women killed. 33 civilians inlc kids seriously wounded. Armenia hides itself behind humanitarian ceasefire to attack Azerbaijani civilians.


Violation is peculiar to their nature as we see throughout the history. is a part of Armenia’s policy. World, take the initiative measures before it’s too late. We never give up


Kardashian family backs terrorism. They gave millions of dollars to Armenian armed forces and in the middle of night G***a city came under missile attack of Armenia. 10 civilians killed 33 civilians including kids seriously wounded.

***a

Address

Biləcəri, Asəf Zeynallı 24
Baku

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 08:30 - 17:00
Wednesday 09:30 - 16:00
Thursday 08:30 - 17:00
Friday 09:30 - 17:00
Saturday 09:00 - 13:00

Website

Alerts

Be the first to know and let us send you an email when Dr.Zahra Valiyeva posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr.Zahra Valiyeva:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram