Uşaq Urologiyası.Uroloq-Androloq Qardaşxan Mamedov.

Uşaq Urologiyası.Uroloq-Androloq Qardaşxan Mamedov. Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Uşaq Urologiyası.Uroloq-Androloq Qardaşxan Mamedov., Doctor, Baku.

Prostat xərçəngi prostatı əmələ gətirən hüceyrələrin kontrolsuz bir şəkildə, lazım olmadığı halda çoxalmasıdır. Dünyada ...
08/12/2016

Prostat xərçəngi prostatı əmələ gətirən hüceyrələrin kontrolsuz bir şəkildə, lazım olmadığı halda çoxalmasıdır. Dünyada kişilərdə çox tez-tez görülən xərçəng növüdür, yaşlı kişilərin xəstəliyidir.
Ən güclü risk faktorları irəli yaş və qara irqdən olmaqdır. Yaş artdıqca risk artar. Ailəsində, xüsusilə birinci dərəcə qohumlarında prostat xərçəngi olanların prostat xərçəngi xəstəliyinə tutulma nisbəti olmayanlara görə daha çoxdur. Həqiqi mənada irsi prostat xərçəngi çox nadirdir və ümumiyyətlə 55 yaşın altındakı kişilərdə rast gəlinir.
Erkən mərhələdəki prostat xərçəngi öz əlamətlərini göstərməyə bilər. Aşağıda sadalanan şikayətlərdən her hansı biri olduğu hallarda mütləq həkimə müraciət edilməlidir.
– Tez-tez sidiyə getmək (xüsusilə gecələr)
– Sidiyə getməkdə çətinlik
– İncə və aralıqlı sidiyə getmək
– Sidiyə gedərkən ağrı olması
– Sidikdə qan görmək
– Kürək, omba və bel ağrısı.
Xəstəlik müəyyən edildikdən sonra, prostat vücudun başqa yerlərinə yayılıb yayılmadığını görmək üçün əlavə analizlər götürülür. Beləliklə, xəstəliyin mərhələsi müəyyənləşdirilmiş olur. Həkim bu məqsədlə bir ağciyər grafisi, sümük sintigrafisi və qan analizi istəyə bilər.
Xərçəngin inkişaf etdiyi orqanın xaricinə çıxıb başqa bölgələrə yayılmasına metastaz deyilir. Prostat xərçəngi qonşuluq yolu ilə meni kisəsi (seminal vesicle),linfa dövranı ilə linfa vəzlərinə və qan dövranı ilə sümüklərə yayıla bilər. Ən çox bel sümüklərinə gedər lakin baş sümüklərinə və qabırğa sümüklərinə də yayıla bilər. Daha nadir olaraq qaraciyər və ağciyərlərə də yayıla bilər.
Mərhələ 1:Xəstəlikdə, xəstələrin şikayəti olmaz və xərçəng müayinədə də təyin edilməz.Diaqnoz ümumiyyətlə başqa səbəblərlə olunan əməliyyatlar sonrasında təsadüfən qoyulur. Xərçəng hüceyrələri prostat xaricinə çıxmamışdır.
Mərhələ 2: Xəstəlikdə, diaqnoz ümumiyyətlə ya qanda PSA səviyyəsi yüksəlmiş olduğu ya daprostat2 makattan müayinə sırasında prostat böyük olaraq təyin edildiyi üçün keçirilən incə iynə aspirasyon biyopsisi ilə qoyulur. Xəstəlik prostat vəzi xaricinə çıxmamışdır.
Mərhələ 3: Xəstəlikdə, xərçəng hüceyrələri prostatı qucaqlayan kapsulanın xaricinə çıxıb prostatın yaxın çevrəsindəki toxumalara yayılmışdır .
Mərhələ 4: Xəstəlikdə xərçəng hüceyrələri prostat xaricində lenf vəzlərinə və ya sümük, qaraciyər və ağciyər kimi orqanlara yayılmışdır.
Nüks Xəstəlik:Müalicə edildikdən sonra (ya təkrar prostatda ya da digər orqanların birində) xəstəliyin geri gəlməsidir.

Insan hər zaman öz orqanizminə qarşı çox diqqətli olmalıdır. Bəzən "kiçik" pozulmalar müxtəlif ağır xəstəliklərin əlamət...
07/12/2016

Insan hər zaman öz orqanizminə qarşı çox diqqətli olmalıdır. Bəzən "kiçik" pozulmalar müxtəlif ağır xəstəliklərin əlaməti ola bilər. Bu səbəbdən orqanizmin fəaliyyətində baş verən hətta ən kiçik pozulmalar həkimə müraciət etmək üçün səbəb olmalıdır.
Normal sidik şəffaf və açıq sarı (saman) rəngində olur. Təzə sidik, demək olar, iysizdir. Lakin havanın təsiri nəticəsində sidikdə müəyyən proseslər baş verir ki, nəticədə ifraz olunduqdan bir müddət sonra sidiyin iyi dəyişilir (kəskin ammiak iyi gəlir).
Sidiyin rənginin və iyinin birdən dəyişilməsi narahatçılıq üçün səbəb yaradır. Bu halda mütləq həkimə müraciət etmək lazımdır. İlk növbədə terapevtə müraciət edin. Lazım olan müayinə və analizlərədən sonra terapevt sizi digər həkimlərin (uroloq, endokrinoloq və s.) müayinələrinə göndərə bilər.
Nəzərinizə çatdıraq ki, bəzi qida məhsulların qəbulu sidiyə qeyri-adi iy və rəng verə bilər. Məsələn, sarımsaq, qıtığotu kökü ("xren"), mərəçüyüd sidiyin iyini dəyişir. Çuğundurdan sidiyin rəngi qırmızımtıl ola bilər.
Bəzi dərman preparatların qəbulu da sidiyin iyinə və rənginə təsir edə bilər. Belə ki, B vitaminlər qrupu, amoksisillin, ampisillin və bəzi digər dərman preparatları sidiyin iyini dəyişir. Adətən bu haqda dərmanın annotasiyasında məlumat verilir.
Bütün digər hallarda sidiyin xarakteristikalarının dəyişilməsi müxtəlif və bəzən çox təhlükəli xəstəliklərinin əlaməti ola bilər. Bu xəstəliklərin arasında:
Pielonefrit böyrəklərin iltihabıdır. Bu çox təhlükəli xəstəlikdir. Sidiyin iyinin kəskin dəyişilməsi və bel nahiyəsində olan dartıcı ağrılar pielonefritin əlamətləri sayılır. İlkin mərhələlərdə aşkar olunduqda pielonefrit daha tez və uğurla müalicə olunur. Müalicəsiz buraxılmış pielonefrit müxtəlif ağırlaşmalara, o cümlədən böyrək çatışmazlığına, səbəb ola bilər.
Sistit sidik kisəsinin iltihabıdır. Bu xəstəlik zamanı sidik bulanlıq olur, onun iyi kəskin və xoşagəlməz olur.
Uretrit sidik kanalın iltihabıdır. Bu halda sidik ifrazı zamanı ağrılar baş verir, sidikdə irinli və qanlı ifrazatlar olur ki, nəticədə sidiyin iyi və rəngi pisləşir.
Sidik-cinsiyyət yolları infeksiyaları (xlamidioz, vaqinoz və s.). Cinsiyyət və sidik ifrazatı olqanları bir birinə yaxın yerləşir və bu səbəbdən bir çox hallarda mikroblar bir orqandan digərinə asan miqrasiya edir. Bunun nəticəsində sidik yollarında iltihab inkişaf edir. Bu pozulmanın simptomları - sidiyin bulanıq olması və sidiyin kəskin və xoşagəlməz iyi.
Susuzlaşma zamanı sidiyin rəngi tündləşir, iyi isə kəskin olur. Susuzlaşma ishal fonunda və ya insan müxtəlif səbəblərə görə kifayyət qədər su içmədikdə inkişaf edə bilər.
Şəkərli diabet zamanı sidik ifrazı tezləşir, sidiyin iyi isə "şirinləşir" (alma iyini xatırladır). Xəstənin vəziyyəti ağırlaşdıqca onun sidiyindən kəskin aseton iyi gəlməyə başlayır. Bu çox təhlükəli simptomdur. Bu halda lazım olan tədbirlər görülmədikdə xəstədə diabetik koma inkişaf edə bilər.
Aclıq zamanı da sidiyin iyi dəyişilir, kəskin olur.
Qara ciyərin funksiyalarının ciddi pozulması olan qara ciyər çatışmazlığı zamanı sidiyin rəngi tündləşir (tünd pivə rəngində olur), iyi isə dəyişilir.
Ehtiyyatlı olun! Əgər Siz özünüzdə bir neçə gün ərzində yuxarıda sadaladığımız simptomların heç olmasa birini müşahidə etsəniz, mütləq həkimə müraciət edin.

Böyrək daşlarının 80%-dən çoxunun tərkibində kalsium tapılır. İnsan orqanizmində orta hesabla 120-200 qram kalsium vardı...
06/12/2016

Böyrək daşlarının 80%-dən çoxunun tərkibində kalsium tapılır. İnsan orqanizmində orta hesabla 120-200 qram kalsium vardır. Normal insanın plazmasındakı kalsiumun qatılığı 2,2-2,7 mmol-dur. Qandakı kalsiumun 45%-i albuminlərlə birləşmiş, 50%-i ionlaşmış kalsium, 5%-i isə zəif ionlaşmış olub sitrat sosfat və karbonat kompleksləri şəklində olur .Sidik ilə ekskresiya olmuş kalsiumun miqdarı gün ərzində 0,1mmol/kqdan çox olduqda hiperkalsiuriyac adlanır. Sağlam adamlarda 2%-dən az filtirasiya olunmuş kalsium ifraz olunur. Filtirasiya olunmuş kalsiumun əsas hissəsi proksimal kanalcıqlarda reabsorbsiya olunur.
Distal reabsorbsiya metobolik asidozun, vitamin D-nin təsirindən güclənir və hiperkalsiemiyaya səbəb olur. Metobolik asidoz, hiperfosfatemiya onun reabsorbsiyasını azaldır və hiperkaliemiyaya səbəb olur.
Sağlam şəxslərdə kalsiumun gün ərzində sidik ilə xaric olunması 7,5 mmol təşkil edir. Hiperkalsiuriya müşahidə olunan bütün hallarda kalsium daşlarının əmələ gəlməsi üçün risk faktoru sayılır. Daşların əmələ gəlməsində həmçinin sidik yollarının infeksiyasına da böyük əhəmiyyət verilir.
Əgər keçmişdə təkcə stafilokokk infeksiyasına əhəmiyyət verilirdisə, son zamanlar daş əmələ gətirən mikrob kimi proteinin də rolu qeyd olunur.
immunitet.az

Bədən çəkisinin 1/200 hissəsini təşkil edən böyrəklərdən bir dəqiqə ərzində ürək tərəfindən bədənə vurulan qanın 1/4 his...
05/12/2016

Bədən çəkisinin 1/200 hissəsini təşkil edən böyrəklərdən bir dəqiqə ərzində ürək tərəfindən bədənə vurulan qanın 1/4 hissəsi keçir. Beləliklə böyük qan təhcizatı başqa üzvlərin qan təhcizatından xeyli intensivdir.
Böyrək arteriyası qanın aortasından ayrılır, nisbətən böyük damar olub diametri 9 mm-ə bərabər olur. Böyrək qapısından girəndən sonra o bir-neçə pay kapilyarlara, sonra isə payarası kapilyarlara bölünür. Bu damarlar proksimal və distal kanalcıqların ətrafında tor kimi hörülərək onları qidalandırır və həmçinin sidik əmələgətirmə prosesində iştirak edir. Beləliklə paycıqlararası arteriyalar iki dəfə kapilyarlara bölünmüş olurlar.
Kanalcıqətrafı arterial kapilyarlar tor vena kapilyarlarına keçir. Onlar da birləşərək böyrəyin fibroz kapsulasının altında yerləşən ulduzvarı venaları əmələ gətirir. Bu venalardan paycıqarası vena başlanğıc götürür və qövs venalarına, ordan da payarası venalara tökülür.
Böyrəklərdə 2 qan dövranı mövcuddur:
1. Böyük-qabıq qan dövranı.
2. Kiçik yukstamedulyar.
Qabıq və yukstamedulyar nefronlar arasında əhəmiyyətli fərq var.
Qabıq nefronlarının yumaqcıqları qabıq maddədə yerləşir və böyrəyin beyin maddəsinə yukstameduluar nefronda olduğu kimi çox dərinə getmir.
Yukstamedulyar nefronların yumaqcığı qabıq maddədə yerləşməsinə baxmayaraq, beyin maddə ilə sərhəddə yaxın olur. Bu yumaqcıqlarda kortikal nefronlardan fərqli olaraq, gətirici və çıxarıcı arteriya damarlarının diametri eyni olur. Çıxarıcı arteriya yumaqcıqdan çıxandan sonra kapilyarlara bölünmür. Ammapiramidlərin zirvəsinə döğru gedərək məməciyə çatana qədər bir-neçə düz damarlar əmələ gətirir, sonra ilgək əmlə gətirərək geri dönür. Venoz və arterial damarlar, gətirici və çıxarıcı damarlar arasında çoxlu anastamoz vardır.
Fizioloji halda böyrək qan dövranın 85-90%-i böyük qabıq dövranla, amma bəzi potoloji vəziyyətlərdə qanın əsas hissəsi kiçik və ya qısa dövranla hərəkət edir.
immunitet.az

Balanit – tənasül üzvü başcığının iltihabıdır, postit – ucluğun iltihabıdır. Bu xəstəliklər bir-birinin ardınca baş verd...
04/12/2016

Balanit – tənasül üzvü başcığının iltihabıdır, postit – ucluğun iltihabıdır. Bu xəstəliklər bir-birinin ardınca baş verdiklərindən çox vaxt onları bir terminlə birləşdirərək “balanopostit” adlandırırlar.
Balanopostitin inkişafının əsas səbəbi xüsusi maddənin – smeqmanın ucluq altına yığışması və onu infeksiyaya yoluxdurmasıdır. Bu o adamlarda baş verir ki, tənasül üzvünün başcığının gigiyenasına kifayət qədər fikir vermir və ya fimozdan əziyyət çəkir. Çox az hallarda balanopostitin səbəbi irinli uretrit, allergik reaksiya, diabet ola bilərlər.
Simptomlar və gedişat
Xəstəlik tənasül üzvü başcığı nahiyəsində yanğı və göynəmə, ucluğun açılmasında xoşagəlməz hisslərlə başlayır. Həmçinin, cinsi əlaqə zamanı başcıqda ağrı və ya xoşagəlməz hisslər olur. Tənasül üzvü başcığının və ucluğun qızarması və şişməsi müşahidə olunur. Əgər xəstəlik fimozla bağlıdırsa kisəcikdən xoşagəlməz iyli irin və ya sperma ayrılır.
Bəzi hallarda ümumi hal pisləşir – zəiflik baş verir, azacıq hərarət qalxır. Tənasül üzvü başcığının daimi qıcıqlanmasından, hansı ki, əsas erogen zona hesab olunur, balanopostit xəstələrində seksual ehtiras yüksəlir.
Müalicə olunmadıqda müəyyən müddətdən sonra tənasül üzvü başcığında çoxsaylı xırda xoralar (balanopostitin xoralı forması) əmələ gəlirlər və yeriyəndə, sidik ifrazatında və cinsi əlaqədə ağrılarla müşaiyət olunurlar.
Müalicə olunmadıqda daha sonra limfangit - tənasül üzvü limfa damarlarının iltihabı inkişaf edir və bu özünü onun arxa tərəfində olan qırmızı xətlərlə biruzə verir. Daha sonra qasıq limfadeniti – qasıq limfa düyünlərinin iltihabı inkişaf edə bilər və tənasül üzvünün qanqrenası baş verə bilər.
Müalicə
Əgər xəstəlik ağır forma almayıbsa, müalicə tənasül üzvü başcığının mütəmadi olaraq sabunla, zəif hidrogen peroksidi, kalsium permanqanat, furasillin məhlulları ilə yuyulmasından ibarətdir. Daha ağır hallarda antibakterial terapiya kursu tətbiq olunur.
Əgər xəstəliyin inkişafına fimoz səbəb olubsa, operativ müdaxilə lazımdır. İltihabın kəskin fazasında minimal müdaxilə olunur – ucluq uzununa kəsilir, prosesin kəskinliyi azaldıqda ucluq dairəvi olaraq kəsilir (sünnət əməliyyatı).
Profilaktika
Profilaktika tənasül üzvü başcığının və ucluğunun hər gün çimməklə mütəmadi gigiyenasından, fimoz və digər xəstəliklərin (onlar balanopostitin inkişafı ilə ağırlaşa bilərlər) vaxtında müalicəsindən ibarətdir.

Prostat vəzi bozumtul rəngdə, şabalıdabənzər orqan olub, sidik kisəsinin altında yerləşir, ön tərəfdən qasıq bitişməsinə...
03/12/2016

Prostat vəzi bozumtul rəngdə, şabalıdabənzər orqan olub, sidik kisəsinin altında yerləşir, ön tərəfdən qasıq bitişməsinə, arxadan düz bağırsağa və aşağıda sidik-cinsiyyət diafraqmasına söykənir. Prostat vəzinin iki səthi var:ön səthi qasıq bitişməsinə, dal səthi düz bağırsağa söykənmişdir. Dal səthin ortasında saqital istiqamətdə bir zəif şırım gedir: bu şırım prostat vəzini iki paya bölür: sağ pay vəsol pay. Bunların arasında kiçik bir pay da vardır, buna orta pay deyilir. Bu pay qocalarda hipertrofiya edərək xeyli böyüyür və sidik buraxmağa maneçilik göstərir. Prostat vəzi sərt birləşdirici toxumadan və saya əzələ liflərindən təşkil olunmuş kapsul ilə əhatə olunmuşdur. Prostat vəzi kişilərə xas olan bir üzvdür. Məhz ona görə də, bu üzvlə bağlı xəstəliklər qadınlarda deyil, yalnız kişilərdə rast gəlinir. Prostat cinsi həyatda və sidiyə getmə, sidik saxlama aktında aktiv iştirak edən bir “əzələdir”. Normal prostat vəzin 30 qr çəkisi vardır.
Cərrahi müdaxiləyə göstərişlər:
-Böyümüş prostata səbəbindən baş vermiş obstruksiya nəticəsində sidiyin saxlanması və ya təkrar olaraq sidiyə gedə bilməmə halları.
-Prostata ilə obstruksiya səbəbindən baş verən simptomların həyat keyfiyyətinə təsir etməsi və tibbi terapiya ilə yaxşılaşmaması
-Obstruktiv uropatiya (böyrək çatışmazlığı)
-PXH səbəbindən baş verən obstruksiya nəticəsində təkrar baş verən və ya davam edən sidik yolları infeksiyaları
-Böyümüş prostat vəzi səbəbindən təkrarlanan böyük hematuriya
-Sidik kisəsi daxili daşlar
Cərrahi prosedurlar:
1.Prostat vəzinin Transuretral rezeksiyası (TURP): hazırda ən çox istifadə edilən və qızıl standart hesab olunan əməliyyatdır
-TURP əməliyyatının ağırlaşmaları:
ağır dərəcəli qanaxma
-TUR sindromu: hipotonik irriqasiya məhlulunun absorbsiyası səbəbindən hiponatremiya baş verə bilər.
-Retroqrad eyakulyasiya və ya spermanın geriyə ifrazı
-Sidiyi saxlaya bilməmə
2.Açıq prostatektomiya: həddən artıq böyük prostatı olan (>100 qm) xəstələrdə istifadə edilir.
3.Prostat vəzinin Transuretral kəsilməsi: kiçik ölçülü prostatı olmasına baxmayaraq obstruktiv simptomları olan kişi xəstələrdə istifadə edilir
4.Prostat vəzinin Transuretral ablasiyası: Holmium lazer cihazı ilə prostat vəzi toxumasının ablasiyası aparılır. Bu metod daha çox antikoaqulyasiya terapiyası alan xəstələrdə geniş istifadə edilir.
5.Prostat vəzinin Transuretral iynə ablasiyası: Bu minimal invaziv prosedur daha çox kiçik prostatı olan xəstələrdə istifadə edilir
6.Prostat vəzinin transuretral lazer rezeksiyası/enukleasiyası
7.Prostat vəzinin mikrodalğalarla transuretral termoterapiyası (TUMT): kiçik ölçülü prostat vəzi olan, lakin narahatçılığa səbəb olan simptomları olan xəstələrdə istifadə edilir.
8.Urolum stent yerləşdirilməsi: tibbi göstərişlərə görə (kliniki vəziyyəti çox ağır olan və ya ağır dərəcəli yanaşı xəstəlikləri olan pasiyentlər) cərrahi əməliyyata götürülməsi mümkünsüz olan xəstələrdə istifadə edilə bilə

Sünnət və ya elmi dildə desək, sirkumsiziya – tənasül üzvünün ucluğunun kəsilməsi prosesidir. Bu prosesin yaranması uzun...
02/12/2016

Sünnət və ya elmi dildə desək, sirkumsiziya – tənasül üzvünün ucluğunun kəsilməsi prosesidir. Bu prosesin yaranması uzun və maraqlı tarixə malikdir. Hal-hazırda müxtəlif cərrahlar tərəfindən bir neçə sirkumsiziya üsulu təklif olunmuşdur. Ümumiyyətlə isə tam və natamam sirkumsiziyanı (ucluğun kəsilməsini) bir-birindən ayırırlar.
Uşaqlarda sirkumsiziyanın əsas göstəricisi fimozdur – ucluğun dar olması nəticəsində tənasül başcığının tam açılmaması. Ucluğun bu halı başcığın tam təmizlənməsinə mane olur və ucluqla başcıq arasında xüsusi maddə- smeqmanın yığılmasına səbəb olur. Bu iltihaba (balanopostit) və sidik kanalına qədər yaralara aparır. Nəzərə almaq lazımdır ki, böyüdükcə uşaqda fimoz keçə bilər və əgər iltihab prosesi yoxdursa üç yaşına qədər əməliyyat məsləhət görülmür.
Böyüklərdə isə fimozda dərhal əməliyyat təyin olunur. Bundan əlavə, sirkumsiziyanın göstəricisi vaxtındanqabaq toxumaxıtmadır, çünki sirkumsiziyada tənasül üzvünün başcığının hissiyatı azalır (sıxılma nəticəsində) və cinsi əlaqə uzunmüddətli olur.
Hal-hazırda sirkumsiziyanı ağrıkəsicilərlə aparırlar. Bu vaxta qədər 2 aylıq uşağa ağrıkəsici vurulmurdu, lakin sirkumsiziya zamanı ağrıkəsicisiz əməliyyat uşağın sağlamlığına zərər vura bildiyindən indi bu məsələ müzakirə olunur.
Sünnətin üstünlükləri
Hesab olunur ki, sirkumsiziya uşağın gələcək həyatı üçün xoş olan bir sıra effektləri verir:
•Uşaqlarda sidik yollarının infeksiyasının inkişafı (pielonefrit, sistit) risqi 10 dəfə azalır.
•Hesab olunur ki, sirkumsiziya cinsi yolla keçən xəstəliklər(məsələn, ge***al herpes, sifilis və hətta İİÇ-infeksiya) risqini azaldır.
•Sirkumsiziyanı oğlanın həyatının ilk illərində etdikdə tənasül üzvünün xərçənginin inkişafı risqi xeyli azalır.
•Müsəlman və yəhudi qadınlarda uşaqlıq boyunun xərçənginə daha az rast gəlinir. Çünki 16 və 18 tipli insan papillomları virusunun sünnətli kişilərdən ötürülməsi(uşaqlıq boyu xərçənginin səbəbləri, faktorları) daha az ehtimallıdır.
•Tənasül üzvünün gigiyenasının yaxşılaşması (smeqmanın daha az əmələ gəlməsi sayəsində).
Sünnətin zərərləri
Sirkumsiziyanın agırlaşması nadir hallarda olur və adətən cərrahın keyfiyyətsiz işindən sonra ola bilər. Onlara aiddirlər:
•İstənilən cərrahiyyə əməliyyatına xas olan iltihab ağırlaşmaları. A**l sahənin yaxın olması isə yaranın çirklənməsi risqini artırır.
•Ucluğun artıq kəsilməsində dərinin həddən artıq dartılması səbəbindən tənasül üzvünün deformasiyası.
Beləliklə, əgər tibbi, məsələn, androloqun məsləhəti, dini və ya digər səbəblər sizi bu işə sövq etdisə cərrah-androloqa müraciət etmək lazımdır.

Əksər hallarda böyrək kistaları insana heç bir narahatçılıq gətirmir və USM zamanı təsadüfən aşkar olunur.Bu kifayyət qə...
01/12/2016

Əksər hallarda böyrək kistaları insana heç bir narahatçılıq gətirmir və USM zamanı təsadüfən aşkar olunur.
Bu kifayyət qədər tez-tez rast gəlinən böyrək patologiyasıdır.
Böyrək kistası daxilində sarımtıl maye olan xoşxassəli yumuru törəmədir. Kistalar anadangəlmə və qazanılmış olur. Anadangəlmə kistaların inkişaf etmə səbəbləri:
- irsiyyət. Adətən belə kistalar yaxın qohumalar arasında aşkar olunur.
- hamiləlik zamanı ananın orqanizminə mənfi faktorların (spirtli içkilərin qəbulu, siqaretlərin çəkilməsi, bətndaxili infeksiyalar, intoksikasiyalar və s.) təsiri.
Qazanılmış böyrək kistaların əmələ gəlmə səbəbləri tibbdə hələ ki dəqiq məlum deyil. Alimlərin fikirinə görə, sadə böyrək kistaları əksər hallarda müxtəlif böyrək travmalarından sonra (yıxılma, zərbə və s.) və müxtəlif böyrək və sidik ifrazı yolları iltihablar və infeksiyalardan sonra inkişaf edə bilər.
Kiçik ölçülərdə olan böyrək kistaları bir çox hallarda heç bir simptomla özünü büruzə vermir. Lakin daha iri kistalar insanın bel nahiyəsində olan küt ağrılara səbəb ola bilər. Bu ağrılar fiziki gərginliklərdən sonra artır. Kistanın irinləməsi və ya yırtılması bel nahiyəsində güclü ağrılara səbəb olur.
Böyrək kistalaları müxtəlif olur: sadə kista (ən tez-tez təsadüf edilən kista növü), dermoid kistası, polikistoz və s. Böyrək polikistozu irsi patologiyadır. Bu zaman böyrəklərin üzərində çoxlu sayda kiçik kistalar olur ki, böyrək üzüm salxımına bənzəyir.
Kistaların ölçüləri bir neçə mm-dən başlayaraq 10 sm kimi ola bilər. Kistanın daxilində adətən sarımtıl maye olur. Dermoid kistaları istisnadır. Bu anadangəlmə kistaların içərisində piy toxuması, tüklər, dəri hissəcikləri və hətta dişlər ola bilər.
Əgər sizdə USM zamanı böyrək kistası aşkar olunubsa, mütləq uroloqa müraciət edin. Kistalar heç də ziyansız deyil. Kistalar çox ağır fəsadların inkişafına səbəb ola bilər.
Bu fəsadların arasında:
- böyrəkdə qan dövranın pozulması (böyrək toxumasının kista ilə sıxılması nəticəsində),
- kistanın xərçəngə çevrilməsi,
- arterial hipertenziyanın inkişafı,
- böyrək çatışmazlığı,
- pielonefrit (böyrək iltihabı),
- kistanın irinlənməsi və yırtılması.
Adətən sadaladığımız pozulmalar iri kistalar zamanı inkişaf edə bilər. Kiçik kistalar heç bir xüsusi müalicə tələb etmir, həkim yalnız dinamik nəzarət tövsiyə edir. Bu o deməkdir ki, xəstə 1 ildə 1-2 dəfə USM-dən keçməlidir. Kista böyüməyə başladıqda və ya kistanın fonunda hər hansı fəsadlar inkişaf etdikdə, həkim müalicə təyin edə bilər.
İri kistalar cərrahiyə yolu ilə müalicə olunur. Hal hazırda belə əməliyyatlar daha tez-tez hallarda laparoskopik üsulu ilə həyata keçirilir. Bəzən açıq (ənənəvi) əməliyyat da tətbiq oluna bilər. Belə əməliyyat kistanın irinlənməsi, yırtılması, xərçəngə çevrilməsi və s. fəsadlar zamanı tətbiq oluna bilər.
Saglamdunya

Priapizm seksual stimulyasiya olmadan p***sin (kişi cinsiyyət orqanın) davamlı ereksiyasıdır. Priapizmin diaqnostikası ü...
30/11/2016

Priapizm seksual stimulyasiya olmadan p***sin (kişi cinsiyyət orqanın) davamlı ereksiyasıdır. Priapizmin diaqnostikası üçün p***sin ereksiyasının davam etdiyi müddət dəqiq təyin edilməyibdir. Lakin, qəbul olunub ki, p***sin 4 saatdan çox davam edən ereksiyasında priapizm diaqnozu qoyulur.
Priapizm əsasən az hallarda müşahidə edilir, lakin istənilən yaş qrupunda müşahidə edilə bilər. Oraq hüceyrəli anemiyası olan şəxslərdə priapizm daha çox təsadüf edilir.
Priapizm işemik və qeyri-işemik priapizmə bölünür. İşemik priapizm uroloji təxirəsalınmaz haldır. Qeyri-işemik priapizm isə adətən keçib gedəndir.
Priapizmin əsas səbəbi dəqiq məlum deyil, lakin onun baş verməsi bir sıra dərman preparatlarının qəbulu və bir sıra xəstəliklər ilə əlaqələndirilir. Böyüklər arasında priapizm əsasən dərmanlar səbəbindən, xüsusilə də, intrakavernoz (və ya mağaralı cismin daxilinə) dərman inyeksiyaları səbəbindən baş verir. Uşaqlarda isə priapizm daha çox oraq hüceyrəli anemiyası olanlarda müşahidə edilir.
-İşemik priapizm zamanı p***sin uzun müddət davam edən erkesiyası erektil toxumanın zədələnməsinə gətirib çıxarır. Zədələnmə isə qismən toxumanın ödemi səbəbindən baş verir. Müşahidələr göstərir ki, 4 saatdan çox davam edən erkesiya zamanı artıq mikroskopik səviyyədə p***sin toxumasının zədələnməsi başlayır. 12 saat davam edən ereksiya zamanı isə mağaralı cismin ciddi zədələnməsi müşahidə edilir. 24-48 saat davam edən priapizm nəticəsində isə qeyri-dönməyən struktur zədələnmə, o cümlədən, kavernoz cismin hamar əzələlərinin və endotelial hüceyrələrin nekrozu, fibroblastların proliferasiyası və sonda mağaralı cismin fibrozu baş verir.
Priapizmin davam etdiyi müddət sonradan müşahidə edilən erektil disfunksiyanın dərəcəsi ilə düz mütanasibdir. Priapizmi 24 saatdan çox davam etmiş xəstələrin 90% sonradan cinsi əlaqəyə girmə bacarığını itirmiş olur. Priapizm zamanı erkən müdaxilə ilə p***sin normal boşalmış vəziyyətə qaytarılması xüsusi əhəmiyyət kəsb edir və uzun müddətli ağırlaşmalarla müşahidə edilmir.
-Qeyri-işemik priapizm həm də arteriyal və ya anadangəlmə priapizm adlanır və işemik priapizmlə müqayisədə daha az hallarda müşahidə edilir. Qeyri-işemik priapizm adətən kavernoz arteriya (mağaralı cismin arteriyası) ilə mağaralı cism (corpus cavernosum) arasında fistulanın yaranması səbəbindən baş verir
Qeyri-işemik priapizm adətən p***s və ya aralığın travmasından sonra və bəzən də mağaralı cism daxilinə edilmiş iynə inyeksiyasından sonra müşahidə edilir. P***s və aralığın küt travması (məs., velosiped sürmə zamanı) mağaralı cismin arteriyasının zədələnməsinə və mağaralı cismə arteriyal qan axının artmasına gətirib çıxara bilər.
Arteriyaların anadagəlmə malformasiyaları da qeyri-işemik priapizmə səbəb ola bilər.
Qeyri-işemik priapizm təxirəsalınmaz hadisə deyildir, çünki mağaralı cismə axan qan yaxşı oksigenasiya olunmuş qandır. 60%-dan çox hallarda qeyri-işemik priapizm sponta olaraq aradan qalxmış olur.
Priapizmin növünün təyini isə adətən detallı anamnez və fiziki müayinə vasitəsilə aparılır. Bundan əlavə kavernoz və ya mağaralı cismdən əldə olunmuş qan qazlarının analizi və/və ya Doppler ultrasəs müayinəsinin aparılması ilə işemik və qeyri-işemik priapizmin fərqləndirilməsi təmin oluna bilər. Priapizmin növünün (işemik və ya qeyri-işemik) təyin edilməsi xüsusi əhəmiyyət kəsb edir, çünki işemik priapizm hallarında diaqnozun gecikdirilməsi və terapevtik müdaxilənin vaxtında aparılmaması p***s toxumasının geriyə dönməyən zədələnməsi və ömürlük erektil disfunksiyanın baş verməsinə səbəb ola bilər.

Kişilərdə xayalığın kiçik dərəcəli travmalar tez-tez müşahidə edilir. Lakin, travma çox nadir hallarda xayanın ağır trav...
29/11/2016

Kişilərdə xayalığın kiçik dərəcəli travmalar tez-tez müşahidə edilir. Lakin, travma çox nadir hallarda xayanın ağır travmasına səbəb ola bilər. Məs., xayalığa ünvanlanmış bir başa zərbə və ya perineuma düşən zərbə nəticəsində xayaların qasıq sümüyünə dəyərək kompressiyası baş verə bilər. Xayalığın zədələnməsi nəticəsində travmatik ağırlaşmalar müxtəlif olur.
-Travmatik ağırlaşmalara hematosele (tunika vaginalisdə qan yığını),
-piyosele ilə nəticələnən infeksiya (tunica vaginalis daxilində irin yığını)
-xayanın cırılması daxildir.
Rəngli Doppler US müayinəsi ilə travmanın əhatəliyini və zədənin ağırlığını təyin etmək olur.
Xayanın cırılması hallarında təcili cərrahi müdaxilə tələb olunur. Digər travmatik zədələnmələrin müalicəsi isə çox vaxt konservativ aparılır. Lakin, müalicə taktikasının seçimi xəstənin kliniki vəziyyəti və travmanın törətdiyi zədənin ağırlıq dərəcəsindən asılı olaraq müəyyən edilir.

Kişilərdə döş toxumalarının normal ölçüsündən daha artıq diqqətə çarpmasını ginekomastiya termini ilə adlandırırıq. Yeni...
28/11/2016

Kişilərdə döş toxumalarının normal ölçüsündən daha artıq diqqətə çarpmasını ginekomastiya termini ilə adlandırırıq. Yeniyetmə dövründə bədən quruluşunda meydana gələn bu vəziyyət, normal şərtlərdə yeniyetmə dövründən sonra azalır. Ancaq azalmırsa, bu halda ginekomastiya sindromları yaranır. Bu vəziyyət daha çox yeniyetmə dövründə və sonrakı periodlarda kişilər üçün cəmiyyətdə və sosial həyatda problemlər yarada bilər. Psixologiya üzərində təsiri kimi də, belə insanların dar köynək geyməyi, dənizə girməyi və idman etməyi özləri üçün problem etməyə başladıqları hallarını göstərmək olar.
Ginekomastiyanın azalmamasına və əgər yaradarsa, psixoloji narahatçılıqlara görə xəstə üçün müalicə periodunun başlanması bu vəziyyətdə ən doğru qərardır.
Ginekomastiyanın yaranmağının, azalmağının ən əsas səbəbləri olaraq hormonlar, əzələlər, dərman preparatları və düzgün qidalanmama hallarını sadalamaq mümkündür. Ginekomastiyada müalicəyə istiqamət verən aşağıdakı klassifikasiya nəzərə alınır:
Mərhələ 1: Kiçik dərəcədə böyümə, artıq dəri yoxdur
Mərhələ 2a: Orta dərəcədə böyümə artıq dəri yoxdur
Mərhələ 2b: Orta dərəcədə böyümə artıq dəri vardır
Mərhələ 3: Diqqətə çarpan böyümə artıq dəri vardır
Mərhələ 1 və 2-də çox vaxt liposaksiya metodu ilə ginekomastiya müalicə edilir, ancaq Mərhələ 3-də artıq dərini cərrahiyyə metodu ilə çıxarmaq lazım ola bilər. Bu vəziyyətdə ən müvafiq qərarı plastik cərrahınız dərinizin xüsusiyyətini və ginekomastiya toxumalarınızı müayinə edərək, lazım olduqda ultrasəs müayinəsi apararaq verir.

Hal-hazırda böyrək şişlərinin 90-95 faizi böyrək-toxuma xərçənginin payına düşür, hansı ki, çox vaxt böyrəyin adenokarsi...
27/11/2016

Hal-hazırda böyrək şişlərinin 90-95 faizi böyrək-toxuma xərçənginin payına düşür, hansı ki, çox vaxt böyrəyin adenokarsinoması, hipernefroma, açıq rəngli böyrək şişləri adlandırılır. Digər şişlər – sarkoma və Vilms şişi nadir hallarda olurlar.
Böyrək xərçənginin əsas 3 simptomuna görə pasiyentlər həkimə müraciət edirlər – hematuriya, qarında əmələgəlmələr və ağrılar. Hematuriya latın sözü olub “sidikdə qan” deməkdir. Mikrohematuriya və makrohematuriyanı fərqləndirirlər. Mikrohematuriyada sidikdə qan elementlərini yalnız mikroskop altında görmək olar. Təbii ki, bu araşdırmalar laboratoriya şəraitində aparılır. Sidik bu halda adi rəngdə olur. Makrohematuriyada qanın hesabına sidik qırmızı rəng alır. Bunu mikroskopsuz da görmək olur. Hematuriyalı adam özünü sağlam hiss edir, bu böyrək xərçəngi üçün xarakterikdir, çox vaxt hematuriya ağrılarla müşayət olunmur (bu daha çox sidikdaşı xəstəliyində böyrək sancısı üçün xarakterikdir). Özünü biruzə verdikdən sonra hematuriya yoxa çıxa bilər. Bu müxtəlif vaxtlarda təkrar olunur – bir neçə gündən, aydan, bir-iki ildən sonra.
Şişin böyüməsi nəticəsində qanaxma yaranır, qan damarları bol olan böyrək toxumaları zədələnirlər. Onlardan qan axır. Qan laxtalanır, öz növbəsində sidikdaşı xəstəliklərində olduğu kimi böyrək sancisını törədir.
Şişin ölçüləri tədricən böyüyürlər və ikinci simptomu – qarında yeni əmələgəlmələr yaradırlar. Böyrəyi şiş ilə birgə qarından əllə hiss etmək olar. Çox vaxt arıq pasiyentlər öz böyrəklərini xəstəliyin başlanğıcında hiss edirlər. Lakin qarının müayinəsi zamanı böyrəyin hiss olunması faktı həmişə şiş olmasını təsdiqləmir. Müalicə almadıqda şiş böyrək kapsulu ölçülərindən kənara çıxır və qonşu strukturlara – piy toxumalarına, qan damarlarına keçir.
Sinir sonluqlarının sıxılması nəticəsində ağrı ola bilər. Böyrək xərçənginin ilkin formalarının yalnız 10-15 faizində ağrı olur. Çox vaxt ağrı yayılmış şişdən xəbər verir. Şiş yaxınlıqdakı damarlar istiqamətində böyüyür, nəticədə qarın boşluğu – aşağı vena boşluğu magistral vena damarı ilə axan qan cərəyanını pozur. Kişilərdə belə pozulma varikoselenin (toxum kanalcığı venasının genişlənməsi) yaranmasına gətirir.
Ağrı şişin metastazı - digər üzvlərdə yeni ocaqların əmələ gəlib artması nəticəsində ola bilər. Böyrək xərçəngi demək olar ki, bütün üzvlərə və toxumalara yayılır. Metastazı daha çox ağ ciyərdə, qaraciyərdə, sümüklərdə müəyyən edirlər.

Address

Baku
AZ1078

Telephone

0503673232

Website

Alerts

Be the first to know and let us send you an email when Uşaq Urologiyası.Uroloq-Androloq Qardaşxan Mamedov. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category