21/02/2019
Diş itirilmişsə, nə etmək olar?
Öz sağlam dişlərimiz implantdan daha yaxşıdır. Amma diş itirilmişsə nə etmək olar?
Belə vəziyyətdə yalnız peşəkar stomatoloqa müraciət etmək lazımdır. Ənənəvi çıxmayan körpüyəbənzər protezlər dayaq üçün dişlərə söykənir. Bu zaman körpüyəbənzər protezə söykənmiş (birləşdirilmiş) dişlər çeynəmə aktı zamanı iki qat yüklənməyə məruz qalır ki, bu da sonda onların da itirilməsinə gətirib çıxarır. Daha bir p*s hal odur ki, körpüyəbənzər protezləri hazılamaq üçün sağlam dişləri yonmaq lazım gəlir.
Əgər hətta körpüyəbənzər protezlər belə düzəltmək mümkün deyilsə, dişlər tamamilə itirilibsə implantasiya qaçılmazdır .
İmplant itirilmiş dişi tamamilə bərpa edir. Bu halda hər bir diş və implant sərbəst şəkildə çeynəmədə iştirak edir. Yəni heç bir dişə iki qat yüklənmə düşmür (körpüyəbənzər protezdən fərqli olaraq). İmplantasiya vaxtı istifadə edilən materiallar yüksək antiseptik xüsusiyyətə malikdir və ən sürətli sağalmaya imkan yaradır. Dişlərin implantasiyasında titandan istifadə edirlər Titan bioinert materialdır. Bu o deməkdir ki , immun sistem implantları “görmür” və bu üzdən titana allergik reaksiya qeyri mümkündür. Dişlərin vaxtında keyfiyyətli implantasiyası –bu tamlığın zəmanəti və dişlərin sağlamlığıdır.
İmplantasiya əsasən iki mərhələdə aparılır:
Əvvəlcə süni kök qoyulur və yalnız bir neçə aydan sonra tac hissəsi hazırlanir.
Dişlərin implantasiyası yeni metoddur və son 40 ildə həyata keçməyə başlamışdır. Dişlərin implantasiyasının dəyəri əməliyyatın əla nəticələrinə tamamilə uyğundur.