Dr.Ramiz Əkbərov - Uroloq,Androloq

Dr.Ramiz Əkbərov - Uroloq,Androloq -Doğum tarixi : 11 Sentyabr 1956 il. M.Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanası

-Tələbəlik illərində akademik M.

Yardımlı rayonu

-Oxuduğu məktəb: Yardımlı rayon M.F.Axundov adına orta məktəb 1963-1973

-1973-1979 illər N.Nərimanov adına Azərbaycan Tibb Universitenin müalicə profilaktika fakültəsini "Lenin" adlı təqaüdlə bitirib.

-1979-1980 ci illər cərrahiyyə üzrə subordinatura və internatura. Cavadzadənin klinikasında tibb qardaşı kimi əmək fəaliyyətinə başlayıb

-1980-1983 ci illərdə Saatlı rayon mərkəzi xəstəxanasında həkim-cərrah

-1983-1985 Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutu,urologiya kafedrası, kliniki ordinatura

-1994 ildə İranda , 2002 və 2012-14 illərdə Türkiyədə, Akdəniz universiteti / Gülhanə əsgəri tibb Akdemiyası / Amerika xəstəxanası və s. )

-1985-2017 ci illər Daxili İşlər Nazirliyinin Respublika Hospitalında mülki uroloq,cərrahiyyə şöbəsinin rəisi, hospitalın müalicə işləri üzrə rəis müavini; hospitalın rəisi vəzifəsində çalışmışdır.

-2017-ci ilin yanvarından təqauddə olan tibb xidməti polkovnikidir.

-Tibb üzrə fəlsəfə doktorudur (2003 -ci il)

-Fəlsəfə üzrə fəlsəfə doktorudur (2008 ci il)

-Respublikanın əməkdar həkimidir (2008 ci il)

- İxtisasca ali dərəcəli uroloq və ali dərəcəli səhiyyə təşkilatıçısıdır

-Azərbaycan Uroloqlar və Androloqlar Cəmiyyətinin və eyni zamanda
Avropa Uroloqlar cəmiyyətinin üzvüdür

-20 dən çox elmi-bədii publisistik kitabın (rus,türk,alman dillərində)

-200-ə yaxın elmi məqalə, tezis metodik tövsiyyələrin, səmərələşdirici təklifin, publisistik məqalənin müəllifidir.

-Azərbayacan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür (1998, 1999-cu ildən)

-"Qızıl Qələm", "Həsənbəy Zərdabi", "Altun" mükafatlarının laureatıdır.

- Hal -hazırda "İstanbul NS" Klinikasında Uroloji-Androloji bölümünün rəhbəridir

Gecə enurezi (gecə sidik qaçırması) uşaqlarda ən çox rastladığımız problemlərdən biridir. 5 yaşa kimi uşaq artıq sidik k...
03/12/2025

Gecə enurezi (gecə sidik qaçırması) uşaqlarda ən çox rastladığımız problemlərdən biridir. 5 yaşa kimi uşaq artıq sidik kontrolu edə bilir,bəzən bu müddət 7 yaşa kimi uzana bilir,ama 7 yaşdan yuxarı yaşda artıq narahat olunmalıdır.

‼️Gecə enurezinə səbəb ola biləcək amillər:

-Sidik kisəsinin ölçüsünün kiçik olması;

-Uşağın sidik kisəsinin dolu olmağını hiss etməməsi;

-Hormonal disbalans. Gecə sidik ifrazını azaldan hormonun yetərsizliyi;

-Şəkərli diabet;

-Yuxu apnoesi;

-Sidik ifrazat orqanlarının infeksiyaları;

‼️Risk faktorları:

-Stress, narahatlıq;

-Genetik meyillilik;

-Diqqət defisiti sindromu;

______________________
🩺Respublikanın əməkdar həkimi, təqaüdçü polkovnik, tibb və fəlsəfə üzrə fəlsəfə doktoru Ramiz Əkbərov

📍İstanbul NS klinika
________________________
kisi sonsuzluq infeksiya urogenitalinfeksiya kisisonsuzlugu infeksiyalarvesonsuzluq dasxesteliyi boyrekdasi oliqospermiya prostatboyumesi varikosel uroloq

Epididim kistaları xayaların üst hissəsində yerləşən xaya artımında əmələ gələn, içərisi maye ilə dolu, hamar səthli tör...
01/12/2025

Epididim kistaları xayaların üst hissəsində yerləşən xaya artımında əmələ gələn, içərisi maye ilə dolu, hamar səthli törəmələrdir. Adətən androloji müayinələr zamanı təsadüfən aşkarlanırlar. Müxtəlif ölçülərdə ola bilər (1-15 sm).

Əlamətləri: Adətən heç bir əlamət vermir və təsadüfən aşkarlanır. Çox böyük ölçülərə çatdıqları zaman ağrı, diskomfort hissi, bəzən oturma və yerimə zamanı maneəçilik törədə bilər. Nadirən infeksiyalaşa bilər. Öz-özünə yırtıla bilər. Bədxassəli törəmələrə çevrilmə ehtimalı yoxdur.

Ağırlaşmaları: Çox nadir hallarda infeksiyalaşa bilər.

______________________
🩺Respublikanın əməkdar həkimi, təqaüdçü polkovnik, tibb və fəlsəfə üzrə fəlsəfə doktoru Ramiz Əkbərov
📍İstanbul NS klinika
________________________
kisi sonsuzluq infeksiya urogenitalinfeksiya kisisonsuzlugu infeksiyalarvesonsuzluq dasxesteliyi boyrekdasi oliqospermiya prostatboyumesi varikosel uroloq

📌Peyroni xəstəliyi - pen*sin qalınlaşması və fibroz toxumanın inkişafı nəticəsində yaranan kişi cinsiyyət üzvünün əyilmə...
29/11/2025

📌Peyroni xəstəliyi - pen*sin qalınlaşması və fibroz toxumanın inkişafı nəticəsində yaranan kişi cinsiyyət üzvünün əyilməsidir. Bu hal ereksiyanı ağrılı edir. Peyroni xəstəliyi 40-60 yaşlı kişilərin 0,3-1%-də diaqnostika olunur. Bununla bərabər, tibbi araşdırmalar kavernoz cismin ağlı qişasında fibrozun və pen*sin gövdəsində, uretrada və cinsi üzvün yanlarında xoşxassəli qalınlaşmanın xəstəliyin inkişafına gətirib çıxardığını təsdiqləyir. Peyroni xəstəliyinin səbəbləri:

Xəstəliyin patogenezi bu günə qədər tam öyrənilməyib. Müasir andrologiyanın əsaslandığı Peyroni xəstəliyinin patogenezinə dair nəzəriyyələrdən daha məşhuru kavernoz cismin toxumasının fibroz dəyişikliklərinə gətirib çıxaran hematomanın inkişafı ilə ağlı qişanın mikrotravmalarını səbəb adlandırır.

Bununla yanaşı, Peyroni xəstəliyinin inkişafına gətirib çıxaran travmaların böyük hissəsi cinsi əlaqə zamanı meydana çıxır. Cinsi üzvün bütün əyilmələri qazanılma deyil. Bir sıra hallarda Peyroni xəstəliyi anadangəlmə olur. Anadangəlmə Peyroni xəstəliyinin səbəbi ağlı qişanın hipoplaziyası və ya qısa uretral kanaldır. Anadangəlmə patologiya zamanı fibroz toxuma müşahidə olunmur, cinsi üzvün əyilməsi kavernoz cisimdə birləşdirici toxumanın olması səbəbindən baş verir. Bununla bərabər, azacıq əyilmə patologiya hesab olunmur və müalicə tələb etmir. Kişilərin 2-3%-i ağırlıq dərəcəsi müxtəlif olan anadangəlmə Peyroni xəstəliyindən əziyyət çəkir.

_____________________
🩺Respublikanın əməkdar həkimi, təqaüdçü polkovnik, tibb və fəlsəfə üzrə fəlsəfə doktoru Ramiz Əkbərov

📍İstanbul NS klinika
________________________
kisi sonsuzluq infeksiya urogenitalinfeksiya kisisonsuzlugu infeksiyalarvesonsuzluq dasxesteliyi boyrekdasi oliqospermiya prostatboyumesi varikosel uroloq

📌Kişilərdə cinsi istəksizlik daha çox psixoloji probemlər nəticəsində meydana çıxır.Cinsi istəksizliyə fiziki problemlər...
25/11/2025

📌Kişilərdə cinsi istəksizlik daha çox psixoloji probemlər nəticəsində meydana çıxır.

Cinsi istəksizliyə fiziki problemlər də siqaret və narkotik asılılığı, artıq çəki, şəkər xəstəliyi, alkoqollu içkilərdən həddən artıq istifadə, antidepressant dərmanlar, hormonal dəyişikliklər, böyrək, qaraciyər və ya ürək çatışmazlığı, nevroloji xəstəliklər, xroniki xəstəliklər, uroloji əməliyyatlar və yaş faktoru da səbəb ola bilər.
Həmçinin: Koronar çatışmazlıqları, böyrəküstü vəzilərin çox, ya da az işləməsi, cinsi hormonların azlığı, qalxanvari hormonlarının azlığı və ya çoxluğu, beyin qanamaları cinsi istəyi azalda bilər.

________________________
🩺Respublikanın əməkdar həkimi, təqaüdçü polkovnik, tibb və fəlsəfə üzrə fəlsəfə doktoru Ramiz Əkbərov

📍İstanbul NS klinika
________________________
kisi sonsuzluq infeksiya urogenitalinfeksiya kisisonsuzlugu infeksiyalarvesonsuzluq dasxesteliyi boyrekdasi oliqospermiya prostatboyumesi varikosel uroloq

📌Böyrək xəstəlikləri – diaqnostikaDiaqnostika ümumi bir sxemlə aparılır:• Anamnez (xəstəlik haqqında məlumatın toplanılm...
23/11/2025

📌Böyrək xəstəlikləri – diaqnostika
Diaqnostika ümumi bir sxemlə aparılır:
• Anamnez (xəstəlik haqqında məlumatın toplanılması);
• Fiziki müayinə;
• Sidik analizi, böyrək sınaqları, sidiyin əkilməsi;
• Ultrasəs müayinəsi, zəruri hallarda doppleroqrafiya;
• Ehtiyac yarandıqda kompüter tomoqrafiya və ya maqnit rezonans tomoqrafiya;

📌Xəstəliyin diaqnozu təsdiqləndikdən sonra müalicə sxemi tərtib olunur.

🩺Respublikanın əməkdar həkimi, təqaüdçü polkovnik, tibb və fəlsəfə üzrə fəlsəfə doktoru Ramiz Əkbərov

📍İstanbul NS klinika
________________________
kisi sonsuzluq infeksiya urogenitalinfeksiya kisisonsuzlugu infeksiyalarvesonsuzluq dasxesteliyi boyrekdasi oliqospermiya prostatboyumesi varikosel uroloq

________________________🩺Respublikanın əməkdar həkimi, təqaüdçü polkovnik, tibb və fəlsəfə üzrə fəlsəfə doktoru Rami...
21/11/2025

________________________
🩺Respublikanın əməkdar həkimi, təqaüdçü polkovnik, tibb və fəlsəfə üzrə fəlsəfə doktoru Ramiz Əkbərov

📍İstanbul NS klinika
________________________
kisi sonsuzluq infeksiya urogenitalinfeksiya kisisonsuzlugu infeksiyalarvesonsuzluq dasxesteliyi boyrekdasi oliqospermiya prostatboyumesi varikosel

📌Potensiya ilə bağlı problem kimlərdə rast gəlinir?2010-cu illərdə aparılmış tədqiqatlar göstərib ki, erektik disfunksiy...
15/11/2025

📌Potensiya ilə bağlı problem kimlərdə rast gəlinir?
2010-cu illərdə aparılmış tədqiqatlar göstərib ki, erektik disfunksiya yaşı 40-dan yuxarı olan kişilərin 30-40%-də rast gəlinir. Bu, o deməkdir ki, hər üç kişidən biri erektil disfunksiya problemi ilə üzləşir. Əgər gənc yaşlarda həmin problem daha yüngül formada özünü biruzə verirsə, yaşlaşdıqda problemin mahiyyəti və ciddiliyi artır.

📌Yaş artdıqca erektik disfunksiya hallarının tezliyi də artır.Araşdırmalardan müəyyən edilib ki, erektik disfunksiya və ya impotensiya yaşı 40-49 arası olan hər 100 kişinin 17-də rast gəlirsə, yaşı 50-59 arası olanların 35-də, yaşı 60-69 arası olanların isə 70%-də rast gəlinir. 70 yaşdan yuxarı olan şəxslərdə isə bu problem hər 5 kişidən 4-də qeydə alınır.

Bu o demək d***l ki, daha gənc yaşlarda erektil disfunksiya rast gəlmir. Sadəcə, yaşı 40-dan aşağı olan kişilərdə bu problem az qeydə alınır və yaşı 40-dan yuxarı olanlarla müqayisədə daha yüngül formada keçir.

🩺Respublikanın əməkdar həkimi, təqaüdçü polkovnik, tibb və fəlsəfə üzrə fəlsəfə doktoru Ramiz Əkbərov

📍İstanbul NS klinika
________________________

📌Bəzi hallarda müəyyən bir ölçüyə çatan testislərdə kiçilmə baş verir,bu hal isə “testis atrofiyası” adlanır. Bu vəziyyə...
13/11/2025

📌Bəzi hallarda müəyyən bir ölçüyə çatan testislərdə kiçilmə baş verir,bu hal isə “testis atrofiyası” adlanır. Bu vəziyyət müxtəlif səbəblərə görə testislərin quruluşunun və funksiyasının pozulmasından qaynaqlanır.

Testisin kiçilməsi halında bu orqan kişilik hormonu olan testosteron ifraz edə bilmir və spermanın istehsalını əngəlləyir.

Soyuq havalarda xaya kisəsində qoruyucu vəziyyət yaratmaq,testislərdə istiliyi qorumaq məqsədilə skrotumda büzülmə meydana gəlir.İsti havalarda isə testislərin soyuması üçün skrotum genişlənir.

Testislərin kiçilməsi hər zaman xəstəlik göstəricisi olmaya bilər.Yaşla birlikdə testislərdə kiçilmə baş verə bilər,bu normal haldır.Ancaq həddindən artıq spirtli içki qəbulu,testisdə yaranan infeksiyalar,testisin ətrafında genişlənmiş damarlar (varikosel) olması da testisin kiçilməsinə yol açır.Bundan əlavə,həkim göstərişi olmadan normadan artıq hormon qəbulu da xaya kiçilməsinə səbəb ola bilir.

🩺Respublikanın əməkdar həkimi, təqaüdçü polkovnik, tibb və fəlsəfə üzrə fəlsəfə doktoru Ramiz Əkbərov

📍İstanbul NS klinika
________________________

📌Reyfenşteyn sindromuBu zaman xəstələr dəyişkən psevdohermofroditizm ilə birlikdə kişi fenotipinə sahibdirlər. Testoster...
12/11/2025

📌Reyfenşteyn sindromu

Bu zaman xəstələr dəyişkən psevdohermofroditizm ilə birlikdə kişi fenotipinə sahibdirlər. Testosteron və qonadotropinin səviyyəsi yüksək olur. Qismən androgen reseptor defekti mövcud olur. Maliqnizasiya səbəbilə abdominal yerləşmiş xayalar çıxarılmalıdır. Qinekomastiya da cərrahi yolla müalicə olunur. Hipospadiya da olarsa cərrahi yolla düzəlir. Xəstələr yüksək dozada testosteron müalicəsinə cavab verirlər.

🩺Respublikanın əməkdar həkimi, təqaüdçü polkovnik, tibb və fəlsəfə üzrə fəlsəfə doktoru Ramiz Əkbərov

📍İstanbul NS klinika
________________________

📌İnsan həyatında əhəmiyyət kəsb edən və ən vacib orqanlardan biri böyrəklərdir və bu orqanda yaranan problem insan sağla...
10/11/2025

📌İnsan həyatında əhəmiyyət kəsb edən və ən vacib orqanlardan biri böyrəklərdir və bu orqanda yaranan problem insan sağlamlığına ciddi təsir göstərir. Hətta cüzi bir diqqətsizlik və hərəkət, qidalanma insanın həyatı bahasına başa gələ bilər. Çünki böyrəklərin orqanizmi metabolik tullantılardan təmizləmə, qan təzyiqi və qandakı qırmızı qan hüceyrəsi tarazlığını nizamlama kimi həyati əhəmiyyəti funksiyaları var. Ancaq bu vacib orqanımız öz məsuliyyətsizliyimizdən müxtəlif zədələnmələrə məruz qalırlar. Böyrəklərə zərər verən ən önəmli vasitələrdən biri bizim zərərli vərdişlərimizdi.
Bəs bu zərərli vərdişlər hansılardır ?

1.az su içmək;
2.çox duz istehlak etmək;
3.uzun müddət sidik saxlamaq;
4.ağrıkəsicilərdən çox istifadə etmək;
5.çox zülal istehlak etmək;
6.soyuqdəymə və qrip kimi xəstəliklər;
7.yuxusuzluq;
8.spirtli içki və siqaret çəkmək;

🩺Respublikanın əməkdar həkimi, təqaüdçü polkovnik, tibb və fəlsəfə üzrə fəlsəfə doktoru Ramiz Əkbərov

📍İstanbul NS klinika
________________________

🇦🇿9Noyabr-Dövlər Bayrağı Günüdür.🇦🇿Müstəqilliyimizin və milli mənsubiyyətimizin müqəddəs rəmzi olan üçrəngli bayrağımızı...
08/11/2025

🇦🇿9Noyabr-Dövlər Bayrağı Günüdür.
🇦🇿Müstəqilliyimizin və milli mənsubiyyətimizin müqəddəs rəmzi olan üçrəngli bayrağımızın daima zirvələrdə dalğalanmasını arzu edirik!

🇦🇿8 Noyabr - Zəfər Günüdür.Bugün, Azerbaycanın tarixində əvəzsiz bir yerə sahib olan, hamrəylik və qürur dolu bir gündür...
07/11/2025

🇦🇿8 Noyabr - Zəfər Günüdür.
Bugün, Azerbaycanın tarixində əvəzsiz bir yerə sahib olan, hamrəylik və qürur dolu bir gündür.
🇦🇿8 Noyabr, yalnız bir zəfər deyil, müstəqilliyimiz uğrunda göstərdiyimiz qətiyyətin, birlik və inamın simvoludur. Bu gün, Vətən uğrunda şəhid olan qəhrəmanlarımızı və bütün əsgərlərimizi anır, onlara minnətdarlığımızı bildiririk.

🇦🇿Vətənə olan sevgimiz, əsgərlərimizin qəhrəmanlığı və xalqımızın birlik içində mübarizə etməsi bizə hər zaman ilham verir.

Address

Ataturk Prospekti 140
Baku
AZ1033

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Telephone

994503140824

Alerts

Be the first to know and let us send you an email when Dr.Ramiz Əkbərov - Uroloq,Androloq posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category