Dr.Farida Abbasova

Dr.Farida Abbasova Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dr.Farida Abbasova, Doctor, Baki şəh. , AZ 1007, Vaqif pr. 73A, Baku.

22/12/2015
Sızanaqların tam müalicəsi.
07/12/2015

Sızanaqların tam müalicəsi.

30/11/2015

Врач – одна из самых важных профессий в мире. Медики проходят многолетнюю подготовку, чтобы бороться за наше здоровье и жизнь. На протяжении долгих лет работы врачи наблюдают такое, что обычному челов

Biorevitalizasiya - yalnız xarici görünüşü deyil, həm də dərinin daxili strukturunu, su balansını bərpa edən və dəri hüc...
27/11/2015

Biorevitalizasiya - yalnız xarici görünüşü deyil, həm də dərinin daxili strukturunu, su balansını bərpa edən və dəri hüceyrələrinin funksiyaları üçün optimal şərait yaradan müasir kosmetoloji üsuldur. Nəticədə müəyyən müddətdən sonra şəxsi funksional imkanların bərpası hesabına prosedurların xarici effekti güclənir.
Biorevitalizasiya – təbii qialuron turşusunun dəri daxili inyeksiya üsuludur. Bu inyeksiyaların nəticəsi “sürətli” və “ləng” nəticələrə bolünür. ”Sürətli nəticə” - dəridə daha çox çatışmayan yerlərə qialuron turşusu yeritməklə qırış və qatların hamarlaşmasıdır. Belə nəticə müvəqqəti olur və 7-14 güne keçir.
“Ləng nəticə” – davamlıdır, 3 ay ərzində qalır. Kənardan yeridilən qialuron turşusunun dəri hüceyrələrində utilizasiyası ilə bağlı özünün qialuron turşusunu yaradır və onlar kollaqen lifləri və elastini sintez edərək zədələnmiş dərinin strukturunu bərpa edirlər. Belə təsir nəticəsində dərinin tonusu və dərinin dolğunluğu tədricən yaxşılaşır, qırışların sayı və dərinliyi azalır, dəri xarici mühitin təsirlərinə qarşı daha davamlı olur.

Saç mezoterapiyası saç tökülməsini dayandırmaq, saçın canlılığını və keyfiyyətini artırmaq, dəri səthində olub böyüməyən...
27/11/2015

Saç mezoterapiyası saç tökülməsini dayandırmaq, saçın canlılığını və keyfiyyətini artırmaq, dəri səthində olub böyüməyən və zəif saçları gücləndirmək üçün bütün dünyada qəbul olunmuş, ən məşhur və ən təsirli FDA tərəfindən təsdiq edilmiş olan vitamin, mineral və kapilyar dövranı sürətləndirici dərmanların, çox incə iynələrin köməyi ilə dərinin orta təbəqəsinə minimal dozalarda keçirilən mikroinyeksiyon müalicəsidir. Dərinin altındakı kapilyar damar şəbəkəsinə tətbiq olunan dərmanlar çox sürətli bir şəkildə nəticə alınmasını təmin edir. Mezoterapiyada istifadə olunan bütün dərmanlar orqanikdir. Yalnız saçlı dəridə saç köklərində təsirli olurlar. Heç bir təhlükəsi yoxdur. Saç köklərinin follikullarini qidalandırır və canlandırır. 10-20 dəqiqə ərzində həyata keçirilir. Saç mezoterapiyası sonuna qədər tətbiq olunarsa, təsiri daha da yaxşı olur. Bu metod ilə androgenetik alopecia (genetik kişi tipi saç tökülməsi), alopecia areata, alopecia totalis (saç qıranlar), diffuz alopecia (daha çox qadınlarda görülən saç tökülməsi) kimi bir çox səbəblə bağlı saç tökülmələri müalicə edilə bilər.

Hiperhidroz(həddən artıq tərləmə)Hiperhidroz – artıq dərəcədə tər ifrazı ilə xarakterizə olunan xəstəlikdir. Xəstələr qo...
27/11/2015

Hiperhidroz(həddən artıq tərləmə)
Hiperhidroz – artıq dərəcədə tər ifrazı ilə xarakterizə olunan xəstəlikdir. Xəstələr qoltuqaltı, ovuc və pəncə nahiyələrinin, bəzən də ümumilikdə bədənin daim səbəbsiz olaraq tərləməsindən şikayətlənir. Əl və ayaqlar həmişə nəm olur. Xüsusən də xoşagəlməz qoxulu tər ifrazı, yəni osmidroz xəstələrin sosial həyatını çətinləşdirir. Bunun səbəbi bakteriya və göbələklərin nəm dəri üzərində daha tez aktivləşməsidir. Tərin təsiri nəticəsində xəstələrin dərisində bişməcə və dermatitlər yarana bilir.

Dəri soyma deyə də adlandırılan pilinq müxtəlif üsullarla dərinin üzdən ya da dərin olaraq soyulmasıyla tətbiq olunur.Də...
27/11/2015

Dəri soyma deyə də adlandırılan pilinq müxtəlif üsullarla dərinin üzdən ya da dərin olaraq soyulmasıyla tətbiq olunur.
Dəri səthindəki ziyanlı təbəqə qaldırılır və altdakı ziyansız təbəqə canlandırılır. Qadınlar əsas 8 səbəblə pilinq etdirir:
- İncə qırışların aradan qaldırılması..
- Ləkə azaldılması.
- Dəriyə canlılıq qazandırılması.
- Parlaq bir dəri yaradılması.
- Dərinin toxumasının yumuşaldılması.
- Sızanaq izlərinin yüngülləşdirilməsi.
3 növ pilinqlər var..
1)Kimyəvi pilinq
2) Mexaniki pilinq
3)Laser pilinq
Hal-hazırda ən çox dəriüstü və orta dərinlikdə pilinq növü üstünlük təşkil edir. Dəriüstü və orta dərinlikdə pilinq alfa hidroksi turşular (AHA), beta hidroksi turşular, triklorasetik turşu (TCA), Jessner sol, rezorsin istifadə edilir.Pilinq sonra dəridə qızartı, qabıqlanma və soyulmalar meydana gələ bilər. Erkən dövrdə soyuq tətbiqlər, nəmləndirici kremlər köməkçi olur. Qabıqlanma meydana gəlsə qoparılmaması, həkimin təklif edəcəyi məlhəmi dəriyə nizamlı olaraq tətbiq olunması təklif edilir. Çölə çıxarkən yüksək faktorlu günəşdən qoruyucu kremlər sürtülməsi əhəmiyyət daşıyır. Dəriüstü pilinq bir neçə həftə, orta dərinlikdə pilinq isə bir neçə aydan bir neçə ilə qədər günəşdən qorunması lazımdır.

Address

Baki şəh. , AZ 1007, Vaqif Pr. 73A
Baku

Telephone

0552886004

Website

Alerts

Be the first to know and let us send you an email when Dr.Farida Abbasova posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category