Dr. Aytəkin Ibrahimxəlilova

Dr. Aytəkin Ibrahimxəlilova Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dr. Aytəkin Ibrahimxəlilova, Medical Center, Azərbaycan Respublikası, Bakı şəhəri, Y. Səfərov küç. 17, Baku.

Görmə itiliyinin yoxlanılmasıƏgər sizin zənninizcə görmə qabiliyyətiniz pozulubsa, bu diaqram bu haqda sizə məlumat verə...
16/01/2018

Görmə itiliyinin yoxlanılması

Əgər sizin zənninizcə görmə qabiliyyətiniz pozulubsa, bu diaqram bu haqda sizə məlumat verə bilər. Monitorun ölçüsünü və əksetmə qabiliyyətini nəzərə alaraq sizlə monitorunuz arasında mükəmməl məsafəni tapın. Sonra bir gözünüzü örtərək, ədədləri yuxarıdan aşağıyadək soldan sağadək oxumağa çalışın. Əgər bu ədədlərin oxumağında çətinlik çəkirsizsə, gözlərinizi dərhal həkimə göstərin.

Monitorun əks etmə qabiliyyətinin əsasında monitordan məsafə
Monitorun ölçüsü / əks etmə qabiliyyəti: 640x480 / 800x600

14 düym 5,5 m 4,0 m
15 düym 6,0 m 4,5 m
17 düym 7,0 m 5,5 m

Körpələri nə vaxt göz müayinəsinə gətirmək olar?Vaxtından əvvəl doğulan körpələrin göz müayinəsi artıq doğumdan sonra 4-...
15/01/2018

Körpələri nə vaxt göz müayinəsinə gətirmək olar?

Vaxtından əvvəl doğulan körpələrin göz müayinəsi artıq doğumdan sonra 4-6 həftələrdə aparılmalıdır. Digər körpələrin göz müayinəsi 1 yaşında aparılır.

Əməliyyatdan öncə və sonrakı görüntünü sizlərə təqdim edirik.
13/01/2018

Əməliyyatdan öncə və sonrakı görüntünü sizlərə təqdim edirik.

Bütün göz xəstəliklərinin uğurlu müalicəsi üçün əsas şərt erkən diaqnozdur. Dəqiq diaqnoz isə, yüksək texnologiyaların k...
12/01/2018

Bütün göz xəstəliklərinin uğurlu müalicəsi üçün əsas şərt erkən diaqnozdur. Dəqiq diaqnoz isə, yüksək texnologiyaların köməyi ilə hərtərəfli müayinə ilə mümkündür. Gözlə bağlı hər hansı bir şikayət olmasa belə mümkün riskləri aşkarlamaq üçün ekspertlər uşaqlarda 1, 3 və 5 yaşında, böyüklərdə isə ildə bir dəfə göz müayinəsini tövsiyə edirlər.

Keratit – buynuz qişanın bulanıq olması və görmə qabiliyyətinin zəifləməsi ilə xarakterizə olunan buynuz qişasının iltih...
11/01/2018

Keratit – buynuz qişanın bulanıq olması və görmə qabiliyyətinin zəifləməsi ilə xarakterizə olunan buynuz qişasının iltihabi xəstəliyidir. Həm bir, həm də hər iki gözdə inişaf edə bilər.
Keratit adətən ağrı sindromu ilə müşayiət olunur. İltihabi prosesin yaranma və inişaf etmə səbəbindən asılı olaraq bu sindrom az və ya çox dərəcədə hiss oluna bilər. Xarici görünüşdən skleraların qızarması, buynuz qişasının parlaqlığının pozğunluğu görsənə bilər. Bu xəstəlik zamanı fotofobiya (işıqdan qorxma), blefarospazm (göz qapaqlarının davamlı bağlanması), həddən artıq çox göz yaşının ifraz olunması müşahidə oluna bilər.
Bu kimi əlamətlər müşahidə etdiyiniz zaman həkim-oftalmoloqa müraciət etmək tövsiyə olunur.

OPTİK NEVRİT (GÖZ SİNİRİ İLTİHABI)Göz siniri iltihabı (optik nevrit) ən çox 18-45 yaş arası daha çox qadınlar arasında y...
10/01/2018

OPTİK NEVRİT (GÖZ SİNİRİ İLTİHABI)

Göz siniri iltihabı (optik nevrit) ən çox 18-45 yaş arası daha çox qadınlar arasında yayılan, birtərəfli ağrılı görmə itkisi ilə müşayiət olunan göz xəstəliyidir. Özünü pozulmuş immun sistemi nəticəsində tutma şəklində büruzə verir. Gözün rəng qavrayışı, rənglərin parlaqlığı azalır. Təxminən 1/3 xəstələrdə göz siniri qarşısında şiş yaranır. Bir çox halda beyinə yaxın sinirin (arxa) hissələrində gecikmə baş verir.

Müayinə mərhələsində klinikamızda, VEP-dən (Çağrılmış görmə potensialı) və OKT-dən (Optik Koherent Tomoqrafiya Skaneri) istifadə olunur, sinir lifləri təbəqəsinin görünüşü və kompyuter görmə sahəsi yoxlanılır.

Uveit Nədir?3 təbəqədən ibarət örtük göz almasının mərkəzində gelə bənzər maddəni əhatə edir. Orta təbəqənin adı "uvea"d...
09/01/2018

Uveit Nədir?

3 təbəqədən ibarət örtük göz almasının mərkəzində gelə bənzər maddəni əhatə edir. Orta təbəqənin adı "uvea"dır. Uveanın iltihabı "uveit" adlandırılır.
Uveit nəticəsində pozğunluqlar:
✅Behçet xəstəliyi
✅İnfeksiyalar (bakterial, virus, parazit və ya göbələk) digər sahələrdən gözlərə keçə bilər. Vərəm, sifilis, herpes, toksoplazmos və s.
✅Göz travmaları və cərrahi müdaxilələr
✅Autoimmun reaksiyalar (immun sisteminin xəstəlikləri), revmatoid xəstəlikləri, xoralı kolit, sarkoidoz.

Ambliopiya (göz təmbəlliyi), gözdə və ya göz sinirində heç bir quruluş pozğunluqlarının olmamasına baxmayaraq, bir gözün...
08/01/2018

Ambliopiya (göz təmbəlliyi), gözdə və ya göz sinirində heç bir quruluş pozğunluqlarının olmamasına baxmayaraq, bir gözün o biri gözə nisbətən və ya hər iki gözdə görmə qabiliyyətinin normal hədlərdən daha aşağı düşməsi ilə əlaqədar göz xəstəliyidir.

Ambliopiyanın səbəbləri:
Refraksiya xətaları: Bir gözdə o biri gözə nisbətən daha yüksək və ya iki gözdə yüksək refraksiya xətası
Çəpgözlük: Bir gözün yöndən yayınması
Digər göz xəstəlikləri: Katarakt, buynuz qişanın bulanıqlığı, görməyə maneə törədən göz almasını örtən göz qapağının düşməsi.

Çəpgözlük – bir və ya hər iki gözün mərkəzi oxdan yayınması ilə xarakterizə olunan bir vəziyyətdir. Yəni insan baxışı no...
06/01/2018

Çəpgözlük – bir və ya hər iki gözün mərkəzi oxdan yayınması ilə xarakterizə olunan bir vəziyyətdir. Yəni insan baxışı normada olduğu kimi bir tərəfə deyil, fərqli tərəflərə yönəlmiş olur.
Göz əzələlərin ziddiyyətli fəaliyyəti bu xəstəliyin yaranmasına təkan verir.
Əksər hallarda 2-3 yaşlı uşaqlarda inkişaf edir.
Əgər çəgözlük artıq yetkin yaşlarda inkişaf etməyə başlayırsa, pasientlər ikiligörməyə şıkayətlənirlər, çünki beyinin adaptiv qabiliyyəti yaş keçdikcə əhəmiyyətli dərəcədə zəifləyir və çəp olan gözdən alınan görüntünü nəzərə almaya bilmir.
Pasient özü başa düşməlidir ki, gözlərin simmetrik olmayan fəaliyyəti bir patologiyadır və çəpgözlük özü-özünə keçən bir xəstəlik deyil. Çəpgözlüyün əlamətlərini aşkar etdikdə, dərhal həkim-oftalmoloqun müayinəsinə yazılmaq tövsiyəlidir.

✅Göz allergiyası həm müstəqil, həm də burundakı allergiya ilə birgə meydana çıxa bilər.✅Göz alergiyaları gözümüzün aller...
05/01/2018

✅Göz allergiyası həm müstəqil, həm də burundakı allergiya ilə birgə meydana çıxa bilər.

✅Göz alergiyaları gözümüzün allergik maddələrə məruz qaldığı zaman ortaya çıxır. Ev heyvanları və ya tozlar buna misaldır. Göz hüceyrələrinin ifraz etdiyi kimyəvi maddələr gözlərdə iltihaba səbəb olur. Nəticədə gözlərdə qaşınma, sulanma və qızarma əmələ gəlir.

Gözlə bağlı hər hansı bir şikayət olmasa belə mümkün riskləri aşkarlamaq üçün ekspertlər uşaqlarda 1, 3 və 5 yaşında, bö...
04/01/2018

Gözlə bağlı hər hansı bir şikayət olmasa belə mümkün riskləri aşkarlamaq üçün ekspertlər uşaqlarda 1, 3 və 5 yaşında, böyüklərdə isə ildə bir dəfə göz müayinəsini tövsiyə edirlər.

Hərtərəfli göz müayinəsi, göz xəstəliklərindən başqa şəkər, beyin şişi kimi bir çox həyat üçün təhlükəli xəstəliklərin erkən mərhələdə diaqnozuna kömək edir. Bu pozğunluqlar ciddi problemlərə çevrilmədən müalicə oluna bilər.

Bayramınız Mübarək!
31/12/2017

Bayramınız Mübarək!

Address

Azərbaycan Respublikası, Bakı şəhəri, Y. Səfərov Küç. 17
Baku
AZ1025

Opening Hours

Monday 09:00 - 15:00
Tuesday 09:00 - 15:00
Wednesday 09:00 - 15:00
Thursday 09:00 - 15:00
Friday 09:00 - 15:00
Saturday 09:00 - 15:00

Telephone

(050) 585 09 05

Alerts

Be the first to know and let us send you an email when Dr. Aytəkin Ibrahimxəlilova posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category