29/11/2025
Hello everyone, we are the Live-Action Cosplay Group of Witch Hunters, and our mission is to bring joy to you all.Here, we will devote our hearts to creating...
Fransa təhsilli Mama Ginekoloq Cərrah Dr. İlahə Quliyeva Laparoskopik Ginekologiya yeniliklərə imza atmış və Lyon şəhərində 5 il müddətində çalışmışdır.
48 Yəhya Bakuvi Street
Baku
AZ1142
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
Be the first to know and let us send you an email when Ginekoloq Dr. İlahə Quliyeva posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
Send a message to Ginekoloq Dr. İlahə Quliyeva:
Quliyeva İlahə Ariz qızı 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1999-cu ildə 5 saylı kimya-biologiya təmayüllü Respublika baza liseyini Fərqlənmə attestatı ilə bitirərək yüksək balla (642 bal) Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə daxil olmuşdur. 1999-2005 illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini Fərqlənmə Diplomu ilə bitirərək 2005-2006 cı ildə A.T. Abbasov adına Şəhər Onkoloji Dispanserin OnkoGinekologiya şöbəsində internatura keçmişdir. 2006-2010-cu illərdə Fransanın Lyon şəhərində Claude Bernard Lyon 1 Universitetinin tibb fakültəsində və Qadın Ana Uşaq Mərkəzi Universitet Baza Xəstəxanasının Mama Ginekologiya şöbəsində Mama Ginekologiya sahəsi üzrə Rezidentura proqramını keçmiş və Fransa Mama Ginekoloq Mütəxəssisliyini qazanmışdir. Təhsil aldığı illər ərzində Fransa Dövlət Təqaüdünə və sonrakı illərdə Azərbaycan Dövlət Təqaüdünə layiq görülmüşdür. Bu illərdə aşağıdakı ixtisas artırma diplomlarını və sertifikatları əldə etmişdir: 2006-2007 Vaginal Cərrahiyyə Diplomu, Claude Bernard Lyon 1 Universiteti, Lyon , Fransa 2007-2008 Laparoskopik Anatomiya və Disseksiya Diplomu Montpellier 1 Universiteti, Montpellier, Fransa 2008-2009 Sonsuzluq üzrə Master 1, Claude Bernard Lyon 1 Universiteti, Lyon, Fransa 2009-2010 Avropa Beynəlxalq Endoskopik Ginekoloji Cərrahiyyə Diplomu, Clermont Ferrand, Fransa Sertifikatlar: 2008 Orqan sallanması və qeyri iradi sidik qaçırmanın AMS (American Medical System) protezlərlə cərrahi müalicəsi, Lyon, Fransa 2010 Laparoskopik Ginekoloji əməliyyat texnikaları İRCAD Strasbourg, Fransa 2010 DALF C2 (fransız dili üzrə ən yüksək səviyyə), Lyon, Fransa 2010-cu il noyabr ayından Mərkəzi Gömrük Hospitalının Mama Ginekologiya şöbəsində cərrah mama ginekoloq kimi çalışmışdır. 2011- ci ildən etibarən Oksigen Klinik Xəstəxanasının Mama Ginekologiya Şöbəsinin Müdiri olmuşdur. 2012 -ci ildən Bakı Medical Plaza Klinikasında cərrah mama ginekoloq kimi fəaliyyətdə olmuşdur. 2013 -cü ilin noyabr ayından Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun Mama Ginekologiya kafedrasının əməkdaşıdır və ginekologiyanın ən müasir diaqnostika,müalicə üsulları mövzularında leksiyalar deyir.Həmçinin gənc kadrların və rezidentləri yetişdirən aktiv kuratordur. Mama Ginekologiya və Cərrahiyyə ixtisasları üzrə müdafiə edərək Tibb üzrə fəlsəfə doktoru (Phd) elmi dərəcəsini qazanmışdır. Hal-hazırda praktik fəaliyyətinə Baku Medikal Plaza Klinikasının Babək filialında davam edir. Fransa Milli Mama Ginekoloqlar Cəmiyyətinin və Avropa Endoskopik Ginekoloji Cəmiyyətin üzvüdür. İndiyədək çoxlu sayda konqreslərdə iştirak etmişdir və edir.