17/11/2025
Bu gün vaxtından əvvəl doğulanlar günüdür.Onların vahid adı yoxdu:ingilis preterm deyir,ruslar недоношенный,türklər prematür,azərbaycan əvvəl "yarımçıq doğulmuş" deyirdi.Termin olaraq səslənməsinin xoş olmadığı qənaətindəyəm. Dünya üzrə doğuşların 15%ə qədərinin vaxtından(37 həftə) əvvəl olduğu deyilir.
Tibbin inkişafı ilə əlaqədar bu doğuşların sayı artmışdır,hər 10 doğuşa bir.Həmçinin erkən və az çəkidə doğulub sağ qalanların sayı yüksəlmişdir.Ölkə olaraq təbii ki,Hindistan ilk yerdədir.
Qədimdə belə uşaqları ələyin içində pambıqda və ya yunda saxlayırmışlar.Qazax və qırğızlar xəz papağın içinə qoyub alaçıqdan asarmışlar ki,yerə toxunmasın.M.V.Şoloxovun "Sakit Don"əsərində yarımçıq doğulan Panteley Prokofyeviçin"kəpək xaşılına tutulması"yazılıb.Rusiyada xəmiri bədəninə yaxıb,üzünü açıq saxlayar və üç dəfə peçin içinə salıb çıxararmışlar(!).
Folklorumuzda səbrsiz,tələskən adama "altıaylıq","yeddiaylıq" deyirlər.
Əhali arasında belə bir yanlış inanc da var ki,yeddi ayda doğulan səkkiz ayda doğulanlara nisbətən sağ qalma şansı və yaşama göstəriciləri yüksəkdir.
Bunun kökləri Homerin "İliada"sına,Hippokratın əsərinə,Galen və Soranus fikirlərinə,yəhudi Təlmuduna uzanır.
Camaat düşünür ki "səkkizinci ayda ana bətnindəki uşağın hamisi Saturn planetidi.O soyuq və quru olduğu üçün uşağın təbiətini məhv edir"
Yeddi və doqquz rəqəminin mistik mə'na daşıması belə yanlış düşüncənin yaranmasına səbəb olub.
Yarımçıq doğulmuş uşaqlar normal doğulanlarla müqayisədə daha az çəkidə,daha müdafiəsizdilər.Tənəffüs sistemi xəstəlikləri,infeksiyalar,kəllədaxili qanaxma,sinir sistemi patologiyaları,ürək qüsurları riski daha artıqdır.
Sonrakı həyatlarında bu uşaqların diqqət əksikliyi,hiperaktivlik,autizm spektr pozulmaları,anksiyete,obsessiv pozuntulara daha meyllidirlər.İntrovert,öyrənmə çətinliyi kimi hallar da görülə bilir.
Amma bu uşaqlar böyük zehni potensiala sahibdirlər.Nyuton,Napoleon,Eynşteyn,Çerçill,Kepler,Mark Tven,Darvin kimi məşhurlar vaxtından əvvəl doğulublar.
Bəs ən erkən doğulan və yaşayan preterm kimdi görəsən?!
Dünya rekordu Nash Keen adlı uşağındı.21 həftəlik 285 gram çəkidə,24cm boyda doğulub.İowa Universiteti xəstəxanası 6 ay müalicədən sonra evə yazıb.Hazırda 1yaş 6aylıqdı.
Bütün tez doğulub ərsəyə gələn uşaqları təbrik edir,cansağlığı,təhsil və drəslərundə uğurlar diləyirəm.Hələ küvözdə olanlara da mücadilədən qalib ayrılmağı arzulayıram.
Gününüz mübarək Əziz Prematüreler!!!
#недоношенный #