Sağlam Yaşam

Sağlam Yaşam Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sağlam Yaşam, Medical and health, Baku.

Bunlar sümükləri bərkidir,görmə qabiliyyətini bərpa edir və yaddaşı yaxşılaşdırırlar!Bu məqalədə sizə yaddaşınızı,görmə ...
23/02/2019

Bunlar sümükləri bərkidir,görmə qabiliyyətini bərpa edir və yaddaşı yaxşılaşdırırlar!

Bu məqalədə sizə yaddaşınızı,görmə qabiliyyətinizi yaxşılaşdırmaq,sümüklərinizi bərkitmək,beyin fəaliyyətinizi və immun sisteminizi artırmaq üçün təbii məhsullar təqdim edəcəyik.
Bu təbii məhsulların üstünlüyü ondan ibarətdir ki,onlar adi dərmanlar və müalicə üsulları kimi bahalı deyillər və bazarda təqdim edilən digər vasitələrdən daha effektiv təsir etmə gücünə malikdirlər.Çox gümanki,bu məhsullar artıq sizin mətbəxinizdə var.
Çəmən otu(Rozmarin)
Yaddaşın yaxşılaşdırılması üçün çəmən otu ən güclü bitkilərdən biridir.O,beyin səmərəliliyini artıran kimyavi tərkibə malikdir,üstəlik çox gözəl ətiri var.
Çuğundur
Çuğundur bizim beynimizdə və bədənimizdə qan dövranını yaxşılaşdırır.
Yumurta
Yumurta yaddaşı itiləyir və insan beyninin sağlamlığı üçün faydalı olan tərkibə malikdir.
Balıq
Balıqın tərkibində omeqa 3-yağ turşuları var.Onlar beynin düzgün fəaliyyət görsətməsi və ümumi sağlamlıq üçün zəruridirlər.
Avokado
Avokado da həmçinin bədəndə və beyində qan axınını artırır.
Mərcanı
Mərcanı beyni yaşlanmaqdan və yaşla bağlı hallardan qoruyan antioksidləşdiricilərlə zəngindir
Soğan
Soğanı quru halda istifadə etdikdə yaddaşı yaxşılaşdırır.
Taxıl
Taxıl omeqa 3 yağ turşuları,kompleks karbohidratlar və sellüloza ilə zəngindir.Onlar beynimizin sağlamlığını dəstəkləyir.
Pomidor
Onlar beyin hüceyrələrini zədələrdən qoruyan likopenlə zəngindirlər.
Yaşıl çay
Yaşıl çay yaddaşı yaxşılaşdırır və beyin həcmini artırır.Diqqətin konsentrasiyasını,idrak funksiyalarını və beyindaxili elektrik əlaqələrin artırılması üçün gündə 2-3 fincan qəbul etmək tövsiyyə olunur.
Tünd şokolad
Tünd şokolad,konsentrasiyanı və yaddaşı artıran antioksidantlar və kofeinlə zəngindir.
Fındıq
Fındıq qan axınını artırır və tərkibində omeqa 3 yağ turşuları var.Onlar beyində qan damarlarını gücləndirir.
Sarı kök
Sarı kök iltihabın qarşısını alır və yaddaşı artırır.
Alma
Özünüzü formada saxlamağ və beyninizin sağlamlığının qaygısına qalmaq istəyirsinizsə almadan daima istifadə edin.

Parazitlərə qarşı qidalanma. Buna inanmaq çətindir,amma  baş ağrısı, tez-tez soyuqdəymələr, depressiya, bədəndə səpkilər...
14/01/2019

Parazitlərə qarşı qidalanma.

Buna inanmaq çətindir,amma baş ağrısı, tez-tez soyuqdəymələr, depressiya, bədəndə səpkilər,hətta saçda kəpək həqiqətən helmintlərin və ya parazitar qurdların fəaliyyətlərinin nəticəsində yarana bilərlər.
Bəzi hallarda onları qovmaq asan olmur.Buna görə də qida üzrə mütəxəssislər helmintozun qarşısının alınması və müalicəsi üçün müntəzəm olaraq antiparazitik məhsullardan istifadə etməyi məsləhət görürlər. Bundan əlavə, bu məhsulların əksəriyyəti daim əlimizin altında olurlar. Helmintlər və ya bağırsaq parazitləri haqqında nələr bilmək lazımdır?

Helmintlər çoxhüceyrəli orqanizmlərdir və el arasında qurdlar kimi tanınırlar.Müasir elmə bir neçə yüz qurd növü məlumdur. Onlar insan bədənində illərlə yaşaya bilərlər və öz fəaliyyətləri ilə insan orqanizmini zəhərləməkdə davam edə bilərlər. Təsəvvür edin ki, Dünya Səhiyyə Təşkilatının məlumatlarına görə dünyada təxminən 3 milyard insan helmintasiyadan əziyyət çəkir.
Helmintlərin yalnız bağırsaqlarda yaşadığı məşhur inancın əksinə, qan və əzələ toxumasında, ağciyərlərdə, qaraciyərdə, gözlərdə və hətta beynində tapılır. Parazitlər maskalanmaq üçün hiyləğər bir qabiliyyət inkişaf etdiriblər: bir qayda olaraq,orqanizmə zərbəni ümumi xəstəliklər adı altında vururlar. Bu səbəbdən,bir çox hallarda onların sayı kritik həddə çatana qədər də insanlar onların mövcudluğundan şübhələnmirlər.
Lakin yuxarıdakı simptomlara əlavə olaraq iştahsızlıq,mədə ağrısı, çəki itirilməsi, ürək bulanma,göz ətrafında qaşınma,öskürək,anemiya və ya aşağı hemoqlobin, əzələ ağrısı,yuxusuzluq,yorğunluq və s. helmintlərin mövcudluğunu göstərir.Bədəndə qurdların olmasının ən ümumi səbəbləri:yuyulmamış əllər, kirli tərəvəzlər, meyvələr, çirklənmiş ət və sudur. Onlarla mübarizə aparmaq üçün ənənəvi dərman preparatlarından başqa xüsusi antiparazitar pəhrizdən istifadə etmək lazımdır.
Antiparazitar pəhrizin mahiyyəti immuniteti artırmağa kömək edən və mədə bağırsaq sistemininə müsbət təsir edən müəyyən vitamin və mikroelementlər ilə zəngin olan qidaları qəbul etməkdir.
Parazitlərə qarşı ən yaxşı məhsullrla tanış ola bilərsiniz:

Sarımsaq - onun möcüzəvi xüsusiyyətləri haqqında çoxdan əfsanələr gəzir və bu, təəccüblü deyil.Onun tərkibində xüsusi maddə-allisin var.Askarid və lyambliya daxil olmaqla,o parazitlərlə effektiv mübarizə aparır.
Boranı tumları - onları nənələrimiz də istifadə edirdilər.Bu məhsulun uğurunun sirri –tərkibində sink və kukurbitinin olmasıdır.Sonuncu parazitləri paralizə edir və onların bağırsaq divarlarına bağlanmasına mane olur.
Nar-kalium, dəmir, antioksidantlar və C vitamini qaynağıdır.Bədəndən toksin və tullantıların aradan qaldırılmasına, mədə-bağırsaq traktının normallaşdırılmasına və immunitetinin artmasına kömək edir. Ənənəvi tibb qurdlara qarşı mübarizədə nardan qabəğından da istifadə edir.
Qıtıq otu(xren) –onun da tərkibində parazitlərlə mübarizə aparan allisin var.
Qırmızı acı bıbər(Çili bibəri)-Əsasən Meksika və Asiya mətbəxlərində istifadə edilən inanılmaz baharatlı ədviyyatdır.Onun tərkibində A və C vitaminləri var.Onlar immuniteti artırır, mədə-bağırsaq funksiyasını və maddələr mübadiləsini yaxşılaşdırır, parazitlərlə effektli mübarizə aparır və hətta yara sağalmasına köməklik edir.
Sarıkök də oxşar xüsusiyyətləri olan bir başqa ədviyyatdır. Siz onu darçın və hil ilə əvəz edə bilərsiniz.
Soğan - allicinin qaynağıdır.
Kök və ya kök şirəsi-A vitamini və sellüloz mənbəyidir,onlar həzm sistemini yaxşılaşdırır və qurdlara qarşı mübarizə aparır. Buna görə həkimlər tez-tez antiparazitik müalicənin tərkib hissəsi kimi kök şirəsini əlavı edirlər.
Ananas – onun tərkibində parazitlərin fəaliyyətini məhv edən bromelayn maddəsi var. Bundan əlavə, ananaslar turş olur və bu qurdlara aid olan qlükoza miqdarını azaldır.Bu səbəbdən onların aclıqları başlayır və məhv olurlar.
Kəklik otu- bədəndən lentvari qurdları çıxartmaq üçün onun dəmləməsindən istifadə edirlər.
Badam - o, bədəndə parazitlərin təkrarlanmasına və yayılmasına mane olur, həm də onları effektiv təmizləyir. Bu da onun içərisində yağlı turşuların yüksək konsentrasiyasından irəli gəlir.Bununla yanaşı, badam sakitləşdirici xüsusiyyətlərə malikdir və mədə divarlarının qıcıqlanmasını azaldır.
Mixək – onun tərkibində qurdların yumurtalarını və sürfələrini məhv edən tanenlər var. Buna görə çox vaxt helmintasiyanın qarşısının alınması üçün istifadə olunur.
Limon - antimikrob və antiparazitar xüsusiyyətlərə malikdir. Ekspertlər maksimum təsir üçün onu banan ilə istifadə etməyi məsləhət görürlər. Sonuncusu həzm sistemini yaxşılaşdıran təbii bir işlədici vasitədir.
Brokoli - diyetoloq Phyllis Balch görə, "antiparazitar və antifunqal xüsusiyyətləri olan bir tiol ehtiva edir."
Yoqurt-həzm sistemini yaxşılaşdıran, immuniteti artıran və parazitlərin böyüməsinə maneə törədən probiotiklərin mənbəyidir.
Zəncəfil - yalnız antiparazitar xüsusiyyətlərə malik deyil, həm də maddələr mübadiləsini və həzmini yaxşılaşdırır və bədəndən toksinləri aradan qaldırır. Buna görə Yaponiyada suşiya qoyulur.

Şəxsi gigiyena qaydalarına riayət etmək üçün özünüzü parazitlərdən qorumaq üçün başqa nə etməli? Sağlamlığına nəzarət edin, çünki zəif immunitet parazitlərə qarşı müqavimət göstərə bilməz.Şəkər və un qəbulunu məhdudlaşdırmaq, çünki qlükoza onların yayılması üçün gözəl vasitədir.Qəhvə və spirtli içkilərdən imtina etmək - onlar bədəni zəhərləyirlər. Helmintoz,onların mövqeyindən və statusundan asılı olmayaraq bütün insanlara təsir edə biləcək bir hiyləgər xəstəlikdir. 21-ci əsrdə onlardan nəinki əziyyət çəkirlər, həm də ölürlər. Ancaq bu narahatçılığa səbəb deyil! Əksinə, düşünmək və nəhayət, pəhrizinizə antiparazitar məhsullar əlavə etmək lazımdır.
Sağlamlığınızı qoruyun, diqqətlə pəhrizinizi planlayın və sağlam olun!

Tanrıların meyvəsiFəslin ən faydalı meyvələrindən biri də xurmadır. Xurma latın dilində “Tanrıların meyvəsi” adlanır. Bi...
24/12/2018

Tanrıların meyvəsi

Fəslin ən faydalı meyvələrindən biri də xurmadır. Xurma latın dilində “Tanrıların meyvəsi” adlanır. Bir çox ölkələrdə isə bu meyvəyə “cənnət xurması” deyirlər.Onun tərkibi faydalı mikroelementlərlə boldur. Onkologiya, ağciyər xəstəlikləri və böyrək daşları üçün profilaktik tədbir kimi xidmət edir.Sidikqovucu və tonuslaşdırıcıdır. Görmə gücünü gücləndirir və bədənin vaxtından əvvəl yaşlanmasının qarşısını alır. Bundan əlavə o sinir sistemini sakitləşdirir, iş qabiliyyətini artırır. Xurmanı sevənlər çox vaxt uzun ömürlü olurlar.

Xurmanın faydaları

Xurma dəmirlə zəngindir. Bunun üçün də qan azlığı zamanı onun şirəsindən gündə 2 dəfə yeməkdən öncə 50-100 ml qəbul edin.Eyni zamanda xurma ağacının yarpaqlarında da bütün mikroelementlər və vitaminlər var. Ona görə də, anemiya (qan azlığı) xəstəliklərində onun dəmləməsini içmək xeyirlidir

Ürəyi xəstə olanlar xurma yeyə bilərlər. Çünki onun tərkibində kalium boldur. O, "valokordin"ni tam əvəz edə bilər. Gün ərzində 2-3 xurma yesəniz uzun müddət ürək xəstəliklərini unudacaqsınız.Eyni zamanda maqnium, dəmir və yod maddələri ilə zəngin olan xurma ürəyin işini yaxşılaşdırır.

Xurma həmçinin, yüngül sidik qovucudur. Ona görə də qan təzyiqi olan xəstələrin yemək rasionuna xurmanın daxil edilməsi məqsədəuyğundur. Əgər gün ərzində 3-4 ədəd xurma yeyilsə, qan təzyiqini dərmanların köməyi olmadan da tənzimləmək mümkündür.

P və C vitaminlərinin köməyi ilə damarların divarlarını gücləndirir.Həkimlər bu meyvədən varikoz xəstəliyi və damaq qanamasından əziyyət çəkənlərin yeməsini məsləhət görürlər.

Xurmanın tərkibindəki maqnium böyrəklərdə daş yaranmaq riskini azaldır, orqanizmdən duzların çıxmasına kömək edir.

Xurma yodla zəngindir,zob xəstəliyi olan insanların gündəlik olaraq bu meyvədən istifadə etmələri tövsiyə olunur.

Öskürəyin ən yaxşı dərmanıdır. Yəni, meyvə olaraq ən yaxşı sinə dərmanı hesab olunur. Xurma bəlğəmə, nəfəs borusuna təsir göstərir.

Xurma vitaminlərlə zəngin olmasına baxmayaraq, 3 yaşa qədər olan uşaqlara və hamilə qadınlara çox miqdarda bu meyvədən yemək məsləhət görülmür.Bu meyvənin tərkibində olan taninlər, xlorid turşusu və mədə fermentləri ilə təmasda olduqda bezoarlar ("daşlar") əmələ gətirirlər.Mədədə, onikibarmaq bağırsaqdavə ya nazik bağırsaqda bir növ "daşlar" meydana gəlir, bu isə kəskin bağırsaq keçməzliyinə səbəb olur. Bu vəziyyət yalnız cərrahiyyə müdaxiləsi ilə müalicə olunur.

Yüksək təzyiqdə faydalı olan 10 məhsul• Yağsız kəsmik ürəyi gücləndirir, qan damarlarını genişləndirir.Kalsium,maqnezium...
18/12/2018

Yüksək təzyiqdə faydalı olan 10 məhsul

• Yağsız kəsmik ürəyi gücləndirir, qan damarlarını genişləndirir.Kalsium,maqnezium,kalium mənbəyidir. Hər gün ən azı 100 qram kəsmik yemək lazımdır.

• Qırmızı bibərin tərkibində rekord miqdarda C vitamini var. Hipertenziyadan əziyyət çəkən xəstələrin hər fürsətdə yeməsi lazımdır. Gündəlik 2 bibər yesəniz,orqanizminiz C vitamini ilə təmin olunacaq.

• Qızılbalıq- omeqa-3 yağ turşularının qaynağıdır və yüksək təzyiqin azalmasına kömək edir. Həftədə 3 dəfə hər dəfə 100-150 qr olmaqla istifadə etmək məsləhətdir.
• Yulaf yarması(Овсяная каша) hər səhər hipertoniklərin menyusunda olmalıdır. Araşdırmalar göstərir ki, yulaf selenlə orqanizmi təmin edən mənbədir.
• Boranı tumları sink çatışmamazlığını kompensasiya edir və infarktdan azad edər. Gündəlik 20qram qəbul etsəniz kifayət edər.
• Kakao qan damarlarının vəziyyətini yaxşılaşdırır. Ancaq,bu yüksək kalorili bir içkidir.Həftədə 1-2 fincan kifayətdir, artıq yox.

•Yağsız süd hipertoniklərin vəziyyətini yaxşılaşdırır,tərkibində kalium, kalsium, maqnezium, vitaminlər var.Gündə 3 stəkana qədər içmək olar.

•Acı şokolad ürək əzələlərini gücləndirir, tərkibində antioksidantlar var və təzyiqi 5-10 mm azalda bilər. Böyük miqdarda qəbul etmək lazım deyil.

•Badam xolesterolu azaldır,tərkibində monoyağlar var.Əlavə olaraq tərkibində kalium, maqnezium, vitamin E - təzyiqi azaltmaq üçün lazım olan bütün maddələr var.

• Yaşıl çay, müntəzəm istifadədə xolesterolu əridir.Tərkibində bir çox antioksidantlar var.Bədənin yaşlanma prosesinə mane olur.Dünyada ən çox yaşıl çay içənlər yaponlardır,orada demək olar ki, hipertenziyadan əziyyət çəkən yoxdur.

Əgər bunu ac qarnına qəbul edərsiniszə,bütün parazitlər bədəninizdən buxarlanacaq.Bir çoxumuza uşaqlıqdan deyirdiliər ki...
08/12/2018

Əgər bunu ac qarnına qəbul edərsiniszə,bütün parazitlər bədəninizdən buxarlanacaq.

Bir çoxumuza uşaqlıqdan deyirdiliər ki,boranıdan hazırlan yeməklər yesəniz,sağlam və güclü böyəcəksiniz.Və valideynlərimiz,nənə babalarımız tamamilə doğru idi!
Nə qədər faydalı xüsusiyyətlər gizlədir özündə adi boranı.O nəyinki,qan damarlarını xolesterindən təmizləyir,hətta qanda şəkəri azaldır.Balqabaq zərərli mikroorqanizmlərlə birlikdə bütün toksinləri bədəndən çıxarır!

Boranının faydaları
Boranı sağlamlıq üçün xeyirlidir.Bu tərəvəzin faydalı xüsusiyyətlərini öyrənəndə,onu özünüzə və yaxınlarınıza daha tez-tez bişirmək istəyəcəksiniz.Balqabaqdan hazırlana biləcək çox miqdarda sadə və dadlı yeməklər var. Hazırlayın, lazım olan miqdarda yeyin və sağlam olun.
1. Balqabaq orqanizmi C vitamin və B qrupunun vitaminləri ilə təmin edir.Eyni zamanda onun tərkibində kifayət qədər pektin,kalsiy,karotin,dəmir və mis var.
2. Balqabaqda yaşlanma prosesini yavaşladan sink duzları və E vitamini var.
3. Bu məhsul ürək-damar sisteminin xəstəliklərinin müalicəsi və qarşısını almaq üçün istifadə olunur.
4. Boranının köməyi ilə artıq çəki ilə mübarizə apara bilərsiniz.O 90% sudan ibarətdir.Tərkibində kalorilərin miqdarı da azdır.100 g məhsula yalnız 23 kkal.
5.Boranı şirəsi mədədə yüksək dərəcədə turşuluğu olan qastritə xeyirli təsir göstərir. Bu şirənin soyuqdəymələrin müalicəsində də istifadə edilməsi inanılmazdır.
6. Bu dadlı tərəvəz immuniteti artırır. Bu səbəbdən,payızda onu daha çox qəbul etmək arzu olunandır.
7. Boranı şirəsi diş minasının qayğısına qalır,onu gücləndirir. Tez-tez bu şirəni içsəniz kariyeslə bağlı probleminiz olmaz.
8. Boranının toxumları amansız şəkildə orqanizmi qurdlardan və digər bağırsaq parazitlərdən azad edirlər.Gecə yatmazdan əvvəl 100qr toxumu bal ilə yeyin. Səhər saatlarında 1 xörək qaşığı gənəgərçək yağı için.
9. Qaraciyərin effektiv təmizlənməsi üçün, məsələn, antibiotiklərin kursundan sonra bal ilə boranı qəbul edin.
Kiçik bir boranı götürün, yuxarı hissəsini kəsin və toxumlarını çıxardın.Sonra ona bal tökün,yüngülcə qarışdırın və kəsilən"qapağı" ilə örtün. Kəsmə xətlərinı xəmirlə bağlayın. Boranını qaranlıq bir yerə qoyun. İstilik temperaturu otağ tempertaturundan azca aşağı olmalıdır.
10 gündən sonra dərman hazırdır. Yeməkdən yarım saat əvvəl gündə 2 dəfə bir xörək qaşığı ilə 20 gün qəbul edin.
10. Bağırsaq funksiyasının yaxşılaşdırılması üçün əla resept.
150-170 qr ağırlığında olan boranı götürün.Qabığını soyun. Toxumlarını çıxarın.Xırda hissələrə doğrayın. Yumuşaq olana qədər tavada qovurun.Qaba qoyun,üzərinə bal və sevimli qoz-fındıqlarlanızdan səpin.
11. Təəssüfki, balqabaq şəkərli diabet,mədəxorası və aşağı turşuluğu olan qastritdə istifadə edilə bilməz.

Qurdlara qarşı boranının quru tumları yaxşı köməklik görsədir. Parazitlərin qarşısını almaq və aradan qaldırılması üçün, hər səhər balqabaq toxumu istifadə edin.Eyni zamanda boranı şirəsi qurd əleyhinə əvəzolunmaz vasitədir

Gününüzü bu 4 səhər prosedurları ilə başlayın.Sağlamlığınızı qorumaq üçün mütəmaddi olaraq onun qayğısına qalmaq lazımdı...
08/12/2018

Gününüzü bu 4 səhər prosedurları ilə başlayın.

Sağlamlığınızı qorumaq üçün mütəmaddi olaraq onun qayğısına qalmaq lazımdır. Bunun üçün bir çox fərqli prosedurlar var, amma ən effektivli olanlar yuxudan sonra səhər saatlarında həyata keçirilənlərdir.Onlar sizin 5 dəqiqədən çox vaxtınızı almadan kifayət qədər sağlamlığınıza fayda verəcəklər.

Bu məsələdə mütamadilik böyük əhəmiyyət kəsb edir. Hər gün bu tövsiyələrə əməl etsəniz, nəticə göz qabağında olacaq. Əvvəlcə bir az çətin olacaq, amma bir müddət sonra bir vərdiş inkişaf edəcək. Lazım olan prosedurlar üçün: limon, su, bal və hidrogen peroksid lazım olacaq.

Səhər prosedurları

1. Dilin təmizlənməsi

Hamımız səhər saatlarında dişlərimizi fırçalayırıq, ancaq dilin təmizlənməsi kimi əhəmiyyətli bir məsələni xatırlamaq lazımdır. İnsanlar qədim zamanlardan bu prosedurun əhəmiyyətini bilirlər. Avisenna gündəlik ağız boşluğunun qulluğunda dilin təmizlənməsinin daxil edilməsini tə’kidlə məsələhət görürdü.
Bunu diş fırçası və yaxud xüsusi bir qazıyıcı ilə də edə bilərsiniz.

Dilimizi niyə təmizləmək lazımdır?

Mədəyə daxil ola bilən və müxtəlif xəstəliklərə səbəb olan bakteriyalardan xilas olacaqsınız.
Dildəki bakteriyalar - p*s nəfəsin, həmçinin ağız boşluğu xəstəliklərinin əsas səbəblərindəndir.

2. Bir stəkan isti su

Çoxlarınız yuxudan sonra içməli su balansının tarazlığınının bərpa olunmasının əhəmıyyətini bilirsiniz.Qaynadılmamış,filter olunmuş suyu qaynar olana qədər qızdırın.Stəkana tökün və ora bir dilim limon və ya bir az limon suyu əlavə edin. Yeməkdən 20 dəqiqə əvvəl kiçik qurtumlarla için.

Səhərlər limonla su içmək nə üçün vacibdir?

Su həzm sistemini normallaşdırır. Bədəni yeməyə hazırlayır.
Maddələr mübadiləsini yaxşılaşdırır və kilo verməyə kömək edir.
Qaraciyər təmizləyir.
Limon suyunun tərkibində böyük miqdarda mikroelementlər var (kalsiy, fosfor, natriy, kaliy, maqneziy, dəmir) və B və C qruplarının vitaminləri də daxildir.

3. Yeməkdən əvvəl bal

Səhər yeməyindən on dəqiqə əvvəl bir çay qaşığı bal yeyin və üstündən su için. Balın təbii və təzə olması lazımdır.

Niyə səhər bir qaşıq bal yeməlisiniz?
Bal-vitamin və mikroelementlərin mənbəyidir. Tərkibində bədəni enerji ilə təmin edən böyük miqdarda fruktoza və qlükoza var, beyin fəaliyyətinin yaxşılaşdırılmasına və səmərəliliyinin artırılmasına kömək edir.
İmmuniteti artırır.
Bu vasitə antioksidant xüsusiyyətlərə malikdir, vücudun yaşlanma və p*sləşməsinə müqavimət göstərməsinə kömək edir.

4. Ağızınızı hidrogen peroksid həlliylə yaxalayın.

Səhər yeməyindən sonra ağzınızı su və hidrogen peroksid həlli ilə yaxalayın. 50 mq qaynadılmamış su ilə 3% peroksid həllininin 5-7 damcısı ilə qarışdırın.

Səhər yeməyindən sonra ağzınızı hidrogen peroksid ilə həll etmək niyə vacibdir?

Kariyesin,diş və diş əti xəstəliklərinin qarşısını alır.
Ağızdan p*s qoxunu aradan qaldırır.
Dişlərinizi asan ağardır.
Hər səhər bu prosedurları aparın və sağlamlığınız yaxşılaşacaq. Əgər məsləhətləri bəyəndinizsə və bu dərmanlara allergik deyilsinizsə,növbəti gündən prosedurlara başlamağa məsləhət görürük .

Mənbə: zdorovie.adviseria.com

18 qızıl müalicə qaydası Bu qaydalar sistemi hər bir  mərhələdə şəfa verir və istənilən insana uyğun gəlir.Siz özünüz bü...
02/12/2018

18 qızıl müalicə qaydası



Bu qaydalar sistemi hər bir mərhələdə şəfa verir və istənilən insana uyğun gəlir.

Siz özünüz bütün şəfa proseslərini idarə edirsiniz. Kimdənsə asılı olmayın və heç kimə pul verməyin.

Bütün şəfa verən güclər artıq sizin içərinizdədir və yalnız bu 18 qayda ilə onları aktivləşdirin.

1.Bir dəfəyə 0,5 litr su içmək - səhər, nahar və axşam. Su təmiz olmalıdır.İçdiyiniz anda özünüzə deyin: "Mən sağlamam, mən sağlamlaşıram!"

2. Nəfəsinizi dəyişdirin. Nəfəs vermənizi iki-üç dəfə uzadın. Yavaş,bərabər , sərbəst və daxili sevinc hissi ilə nəfəs alın.Gün boyunca, nəfəsinizi xatırlayın və onu düzgün edin.

3. Şəfa verən söz siyahınız olsun . Onlar tez- tez təkrarlanmalıdırlar. Məsələn: "Mən şəfa alıram! Şəfa enerjisi mənə daxil olur, bədənimə şəfa verir. Mən bu şəfa enerji axını üçün açıqam. Mənim qaraciyərim (başım, böyrəyim ...) sağlamlaşır. "

4. Özünüzü masaj etməyə başlayın. Ayaqlarınıza,döş qəfəsinizə, başınıza ,boynunuza və xəstə olan orqanınızın sahəsinə xüsusi diqqət yetirin.

5. Kiçik bir nəfəs alın.Barmaqlarınızla ağız və burnunuzu bağlayın. Bir müddətdən sonra nəfəs almaq üçün ilk çağırış ortaya çıxacaq – özünüzə çox şüurlu şəkildə ifadə edin: "Mən yaşamaq istəyirəm!". Nəfəs alıb buraxın. Bu, vücudunuza (beyninizə) yaşamaq istəyiniz üçün çox güclü bir siqnal verir. Çünki çox vaxt şüuraltı yaşamamaq istəyi-təhlükəli xəstəliklərə səbəb olur.

6. 22.00-da yatın. Erkən saat 5.00-də qalxın. Yatmadan öncə özünüzə söyləyin: "İndi şəfa tapma ölkəsinə gedirəm, burada mənə şəfa verməyə kömək edəcəklər". Mütləq nahar vaxtı 1 saat yatın.

7. Hər hansı bir mənfi məlumatın əldə oluna biləcəyi kanallardan tamamilə uzaqlaşın. Yalnız pozitiv düşünün. Komediyalara, komik şoulara baxın.Xoş,yorucu olmayan iş görün.

8. Axşam rahatladıcı,həzn musiqi dinləyin,eyni zamanda şən və ritmik musiqi dinləyin. Səsi yüksək də ola bilər (günorta vaxtlarında). Sadəcə özünüz üçün rəqs etmək məsləhətdir. Zümzümə də edə bilərsiniz.

9. Təbiətdə daha tez-tez olun.Alınmırsa- eyvanda oturaraq və yaxud pəncərədən buludlara baxın.

10. Xəstəliyiniz barədə düşünməyin,danışmayın, müzakirə etməyin. Sadəcə beyninizdən çıxardın. Əgər fikirləriniz yenə də bu problemə qayıtsa - heç bir şey haqqında düşünməyin. Sadəcə sükutda oturun.

11. Qohumlarınızla və dostlarınızla sakin, səmimi söhbət edin - bu sizi normal hala gətirən,qarşılıqlı enerji mübadiləsidir.

12. Bədəninizə soyuq su tökməyə başlayın. Əvvəlcə ayağlarınızdan başlayın,tədricən yuxarıya qalxın başınıza tökməyə başlayana qədər. Suyu bədəninizə tökən zaman şəfa haqqında düşünün.

13. Az yeyin, lakin tez-tez (gündə 5-7 dəfə). Bu, mümkün qədər sadə evdə hazırlanmış yeməklər olmalıdır: qatıq, kələm, evdə hazırlanan çörək, salat və s. Damarları darlaşdıran içkilərdən uzaq olun : çay, qəhvə və ya spirtli içkilər.

14. Tərləyənə qədər səhər idmanı etməyə başlayın – oturub durma,yüngül qantellər və s.Qaçış çox yaxşıdır,havalandırılan otaqda yerində qaçmaq da olar.

15. Həftədə bir dəfə ac qalın. Mümkünsə, 24-36 saat. Edə bilmirsinizsə - azda olsa ac qalın.

16. Hər gün 5-10 dəqiqə rahat oturun, sakitləşin və beyninizdə təkrarlayın: "Hər kəs sağlam olsun, hamıda hər şey yaxşı olsun".Ürəkdən belə fikirləşin və təsəvvür edin ki,ətrafdakılarınızın sağlamlıqları yaxşılaşır.

17. Hər gün özünüzü yaxın gələcəkdə, sağlam bir insan kimi təsəvvür edin. Məsələn, 7 gün sonra özünüzü rahatlıqla təsəvvür edə biləcəyiniz bir yerdə açıq-aydın günəşli bir gündə sağlam, qüvvətli, gülümsəyən bir insan kimi görürsünüz.

18. Köməyi Allahdan istəyin.

Massage.ru

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Sağlam Yaşam posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram