Academy of Nutrition, Dietetics and Obesity Prevention

Academy of Nutrition, Dietetics and Obesity Prevention ANDOP dietologoya və nutrisiologiya üzrə beynəlxalq səviyyəli heyəti ilə, qida obyektlərinin auditi və qida təhlükəsizlik xidmətini təklif edən ilk qurumdur.

31/10/2025

Noyabr ayında başlayan ANDOP təlimləri.

🔸“Praktik dərslər” kursu - 8 noyabr

Pasiyentlərlə işləmə bacarığını real şəraitdə inkişaf etdirmək istəyənlər üçün əla fürsətdir.

🔸“Mikrobiota” təlimi - 10 noyabr

ANDOP və Referans Klinik Laboratoriyanın birgə layihəsi.
Burada mikrobiota analizlərinin düzgün götürülməsi və şərh edilməsi üzrə biliklər qazanacaqsınız.

🔸“Uşaq nutrisioloqiyası” təlimi - 14 noyabr

Uşaqlarda piylənmə, metabolik sindrom, qidalanma və müalicə prinsiplərini öyrənmək istəyən həkimlər və nutrisiologlar üçün nəzərdə tutulub.

🔸“Natiqlik Sənəti” təlimi - 17 noyabr

Öz fikrini aydın, təsirli və inamla ifadə etmək istəyənlər üçün.

Daha ətraflı məlumat almaq üçün direct-ə müraciət edin 🙂

29/10/2025

Bəli, nəhayət, qırmızı rənginə çatdıq ❤

«Həyatımızdakı qırmızı cizgilər» mövzusunda səhər yeməyi - seminarımızda iştirak edən həmkarlarımızı və həmfikirlərimizi görməkdən çox məmnun olduq.

Beləliklə, "RED Party" bitdi. Ən çox hansı rəngi bəyəndiyinizi şərhlərdə yazın. Biz isə düşünəcəyik 🙂

2025-ci il oktyabrın 18-19-da Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Şuşa şəhərində...
29/10/2025

2025-ci il oktyabrın 18-19-da Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Şuşa şəhərində “QHT-lərin VI İnkişaf və Mübadilə Proqramı” keçirilib.

Tədbirdə ANDOP İctimai Birliyinin nümayəndəsi Jalə Məmmədova da iştirak edib.

2 gün davam edən təlimlərdə layihələrin hazırlanması, məqsəd və vəzifələrin müəyyənləşdirilməsi, icra mərhələlərinin planlaşdırılması, məlumatların toplanması və təhlili, qərarların qəbulu prosesi, hədəf qruplarının müəyyən edilməsi, tərəfdaşlarla iş və digər mühüm mövzularda QHT-lərin bilik və bacarıqları artırılıb.Təlimin yekununda uğurlu nəticə göstərən QHT-lərə sertifikatlar təqdim olunub.

Qazanılan bacarıqlar ANDOP-un gələcək fəaliyyətlərində uğurla tətbiq olunacaq.

24/10/2025
20/10/2025

Tezliklə tədbirimizdə görüşənədək. Həmişə olduğu kimi maraqlı, dadlı və faydalı olacaq.

Sizi təsvirolunmaz atmosfer, lazımlı məlumatlar, brend hədiyyələr və viktorina gözləyir.

🔥 Mövzu: Həyatımızdakı qırmızı cizgilər
💃 Dress code: Qırmızının bütün çalarları. Qırmızı rəngində geyim və ya hər hansı aksesuar arzuolunandır

İştirak ödənişlidir. Yerlər məhduddur.

🗓 26.10.2025
🕙 10.00-13.00
📌 Mangal Steak House

👉 Ətraflı məlumat almaq üçün direct-ə müraciət edin.

İctimai tövsiyələr verərkən və pasientlərlə işləyərkən qidalanma mütəxəssislərinin sübut edilmiş elmi tədqiqatlara əsasl...
19/10/2025

İctimai tövsiyələr verərkən və pasientlərlə işləyərkən qidalanma mütəxəssislərinin sübut edilmiş elmi tədqiqatlara əsaslanması nə üçün vacibdir?

Dr. Züleyxa Bədəlova – həkim-nutrisioloq, ANDOP-un ictimai səhiyyə üzrə həkim-eksperti. bu barədə fikirlərini bölüşür

📖 Oxumaq üçün www.andop.az

Hörmətli həkimlər, psixoloqlar və nutrisioloqlar və öz həyat keyfiyyətini yüksəltmək istəyən xanımlar!Sizi Mangal Steak ...
12/10/2025

Hörmətli həkimlər, psixoloqlar və nutrisioloqlar və öz həyat keyfiyyətini yüksəltmək istəyən xanımlar!

Sizi Mangal Steak House restoranında keçiriləcək xüsusi səhər yeməyi - seminara dəvət edirik.

Bu ANDOP tədbirləri ənənəyə çevrilir. Biz çalışırıq ki, səhər yeməyimizi müşayiət edən xoş dad və ab-hava həmişə tədbirin əsas məqamı olsun.

🔥 Mövzu: Həyatımızdakı qırmızı cizgilər
💃 Dress code: Qırmızının bütün çalarları. Qırmızı rəngində geyim və ya hər hansı aksesuar arzuolunandır

Spikerlər:
Dr. Emil Hidayətli - SCOPE sertifikasiyalı piylənmə müalicəsi mütəxəssisi, ANDOP həmtəsisçi və təlimçisi
Ceyran Həsənli – Klinik psixoloq

🗓 26.10.2025
🕙 10.00-13.00
📌 Mangal Steak House

👉İndi qeydiyyatdan keçin. Ətraflı məlumat almaq üçün direct-ə müraciət edin.

🎓 13-cü Ulusal Obezite ve Eşlik Hastalıklar Kongresi📍 TürkiyəANDOP komandasının nümayəndələri 13-cü Ulusal Obezite ve Eş...
05/10/2025

🎓 13-cü Ulusal Obezite ve Eşlik Hastalıklar Kongresi
📍 Türkiyə

ANDOP komandasının nümayəndələri 13-cü Ulusal Obezite ve Eşlik Eden Hastalıklar Kongresin-də iştirak ediblər. Konqres çərçivəsində piyləmənin müalicəsində yeni tendensiyalar, piyləmənin xəstəlik kimi qəbul olunması və piyləmə mərkəzlərinin yaradılması mövzularında məruzələr təqdim olunub.

Tədbirdə Azərbaycan Piyləmə Assosiasiyasının və NDPP nümayəndələrinin iştirakı da qeyd olunub. NDPP nümayəndələri tədbirdə EASO prezidenti Volkan Yumukun dəvəti ilə iştirak ediblər.

Bu dəyərli tədbir obezitenin qarşısının alınması və müalicəsində beynəlxalq əməkdaşlığın vacibliyini bir daha vurğuladı.

Bugün isə bu mövzunun ikinci hissəsini paylaşırıq — bu dəfə başqa bir mütəxəssis tərəfindən hazırlanıb.Məqalənin müəllif...
03/10/2025

Bugün isə bu mövzunun ikinci hissəsini paylaşırıq — bu dəfə başqa bir mütəxəssis tərəfindən hazırlanıb.
Məqalənin müəllifi — Dr. Meyxanım Quliyeva, həkim-diyetoloq, infeksionist.

O, qidalanma və kandidoz arasındakı əlaqədən danışır, vacib faktlar və praktik tövsiyələr verir.

Oxumağa davam edin və öyrənin:
— hansı səbəblər kandidozun yaranmasına şərait yaradır,
— hansı qidalar vəziyyəti ağırlaşdırır,
— hansı pəhriz dəyişiklikləri müalicəni daha effektiv edir.

👉 Məqaləni sonuna qədər oxumağı unutmayın — bu hər kəs üçün faydalı ola biləcək dəyərli məlumatdır. Oxumaq üçün www.andop.az

Kandidoz və qalxanabənzər vəzi necə əlaqəli ola bilər? Kandidozun inkişafına hansı şərtlər səbəb ola bilər?Dr. Aida Oruc...
21/09/2025

Kandidoz və qalxanabənzər vəzi necə əlaqəli ola bilər? Kandidozun inkişafına hansı şərtlər səbəb ola bilər?

Dr. Aida Orucova, həkim-diyetoloq, funksional tibb həkimi, ANDOP məzunu, bu barədə fikirlərini bölüşür

📖 Oxumaq üçün www.andop.az

Qidalanmada yeni tendensiya Fibermaxxing. Bu nədir – həlledici diyet ya da marketinq hiyləsi?Dr. Jalə Məmmədova, həkim-d...
07/09/2025

Qidalanmada yeni tendensiya Fibermaxxing. Bu nədir – həlledici diyet ya da marketinq hiyləsi?

Dr. Jalə Məmmədova, həkim-diyetoloq, nutrisioloq, ANDOP məzunu, bu barədə fikirlərini bölüşür

📖 Oxumaq üçün www.andop.az

Hörmətli həmkarlarSentyabrın 25-dən 28-dək Türkiyənin Kapadokya şəhərində 13-cü Piylənmə və yanaşı gedən xəstəliklər (di...
03/09/2025

Hörmətli həmkarlar

Sentyabrın 25-dən 28-dək Türkiyənin Kapadokya şəhərində 13-cü Piylənmə və yanaşı gedən xəstəliklər (diabet, ateroskleroz, hipertenziya, hiperlipidemiya) Konqresi keçiriləcək. Tədbir Türkiyə Piylənmənin Tədqiqi İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.

Konqresdə tanınmış alimlərin və səhiyyə mütəxəssislərin çıxışları olacaq. Tədbirin proqramını əldə etmək üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

Qeyd etmək lazımdır ki, iştirak etmək üçün qeydiyyat rüsumu (15.500 TL) + oteldə qalmaq (səhər, günorta, axşam yeməklər, coffee break) ödənişi (27.500 TL (ƏDV-siz)) tələb olunur.

‼️ Amma Konqresdə iştirak etmək istəyən NDPP İctimai Birliyi üzvlərinə xüsusi şərtlər təklif olunur.
Qeydiyyat üçün ödəniş etmədən, yalnız oteldə qalma xərclərini ödəyərək tədbirdə iştirak edə bilərsiz. NDPP Qeydiyyatla bağlı lazımi dəstəyi göstərəcək.

Bütün suallar üçün +994 51 945 55 59 nömrəsinə zəng edə bilərsiniz

̇ctimaibirliyi

Address

Səməd Vurgun Küç. , 43. World Business Center 20-ci Mərtəbə
Baku
AZ1007

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Academy of Nutrition, Dietetics and Obesity Prevention posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Academy of Nutrition, Dietetics and Obesity Prevention:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram