Psixoloq

Psixoloq Gəlin bir az söhbət edək görün necə şirin gəlir :) Psixoloq, mediator, motivator.

Düşdüyünüz vəziyyət sizə çıxılmazdırsa
Probleminizi başqasıyla bölüşə bilmirsinizsə
Ətrafdakılar sizi başa düşmürsə
Özünüzə çox qapanırsınızsa
Stressdən çıxa bilmlrsinizsə
Ailə münasibətləriniz gərgindirsə
Uşaqlarınızla probleminiz varsa
Məsləhət üçün ali təhsilli psixoloqa inanın və müraciət edin.
· Ailedaxili problemler
· Depressiya
· Stress
· Fobiya
· Ozuneinamsizliq
· Psixoloji narahatliq ve ya gerginlik
· Tenhaliq
· Kompleks
· Ozuneqapanma ve s....
sadəcə müraciət edin nəticəni özünüz təhlil edin...

25/11/2025

Sinfə(seminar otağına) girmisiniz, müəllim(təlimçi) sizə buyurun əyləşin deyir. Özünüzü ən rahat hiss edəcəyiniz yeri şərhdə qeyd edin, sizə özünüz haqqında da məlumat verim 🤗

Hər günün içində bir yaxşı detal tapmaq mümkündür. Unutmayın, pozitiv sözlər ən çətin günləri də yumşalda bilir.  .     ...
24/11/2025

Hər günün içində bir yaxşı detal tapmaq mümkündür. Unutmayın, pozitiv sözlər ən çətin günləri də yumşalda bilir.

.
.
.

İnsanın ən böyük ehtiyaclarından biri öz dəyərini hiss etməkdir.Unutma: səni dəyərli edən heç kim və heç nə deyil, öz iç...
23/11/2025

İnsanın ən böyük ehtiyaclarından biri öz dəyərini hiss etməkdir.
Unutma: səni dəyərli edən heç kim və heç nə deyil, öz içində daşıdığın enerjidir.
Tənqidlər səni zəiflətməsin — sən olduğun kimi tam və kifayətsən.
Daxili dəyərini özün təsdiqlə, başqaları yox.

.
.

Bir məqsədə doğru yavaş addım belə, geri addımdan yaxşıdır. Özünü müqayisə etmə — hər kəsin tempi fərqlidir.
22/11/2025

Bir məqsədə doğru yavaş addım belə, geri addımdan yaxşıdır. Özünü müqayisə etmə — hər kəsin tempi fərqlidir.

Səhər yeməyinin nə qədər vacib olub-olmadığı barədə illərlə müzakirələr aparılıb, saysız tövsiyələr verilib. Amma çox az...
20/11/2025

Səhər yeməyinin nə qədər vacib olub-olmadığı barədə illərlə müzakirələr aparılıb, saysız tövsiyələr verilib. Amma çox az insan anlayıb ki, insanın ruhunu doyuran ən böyük qida — səhər-səhər eşidilən xoş sözlərdir. Sağlamlığa bəlkə də heç bir vitaminin verə bilmədiyi təsiri, bir səmimi arzu, bir istilik dolu cümlə verir. Təəssüf ki, bu möcüzəvi təsirin dəyərini dərk edən və onu həyatına tətbiq edən insanların sayı hələ də azdır.
Sabahınız xeyir olsun əzizlər, gününüz uğurlu olsun, arzularınız real, gözləntiləriniz rastınıza çıxsın 🤗🤗🤗

Uşağın tərbiyəsilə indi məşğul olmasanız, sonra səhvləri düzəltməyə on dəfə çox vaxt və güc sərf olunacaqdır.  .     .  ...
18/11/2025

Uşağın tərbiyəsilə indi məşğul olmasanız, sonra səhvləri düzəltməyə on dəfə çox vaxt və güc sərf olunacaqdır.
.
.

Müsbət münasibət enerjini artırır, qərarları aydınlaşdırır. Ən əsas da özünə yaxşı davranan insan ətrafa da yaxşı təsir ...
18/11/2025

Müsbət münasibət enerjini artırır, qərarları aydınlaşdırır. Ən əsas da özünə yaxşı davranan insan ətrafa da yaxşı təsir edir.
SABAHINIZ XEYİRLİ OLSUN🤲🙏✊️

.
. .

Bir günün necə keçəcəyi çox vaxt bir düşüncə ilə başlayır. Kiçik pozitiv vərdişlər böyük dəyişikliklərin başlanğıcıdır. ...
16/11/2025

Bir günün necə keçəcəyi çox vaxt bir düşüncə ilə başlayır. Kiçik pozitiv vərdişlər böyük dəyişikliklərin başlanğıcıdır.

.
.

14/11/2025

İnsan uzaqlaşmır — sadəcə duyulmadığı yerdə susur.
Uzaqlaşmaq çox vaxt qərar deyil, daxili müdafiə mexanizmidir.
İnsan səssizcə çəkiləndə, deməli, artıq izah etməyə enerjisi qalmayıb.
Bəzən bir cümlə, bir diqqət, bir anlayış — bir insanı itirməkdən xilas edə bilər.

💬 Səssizlik, çox vaxt eşidilməyən “məni anla”dır.
.

Uzun müddət işsiz qalmış Ayı eşidir ki, meşədə vakansiya var. Gedib maraqlananda mə'lum olur ki, vakansiya yalnız Dovşan...
14/11/2025

Uzun müddət işsiz qalmış Ayı eşidir ki, meşədə vakansiya var. Gedib maraqlananda mə'lum olur ki, vakansiya yalnız Dovşan vəzifəsi üçündür. Naçar qalmış Ayı məcbur olub Dovşan kimi qeydiyyatdan keçir və tezliklə yeni vəzifəsinin icrasına başlayır. Bütün günü meşədə Ayı kimi tər töksə də bir Dovşan maaşı almaqla kifayətlənməli olur. Lakin bir müddətdən sonra öyrənir ki, elə bu meşədə bir Dovşan Ayı adı ilə "oformit" olub işləyir və təbii ki, Ayı maaşı alır.
Ayı bu haqsızlığa dözməyib yuxarı instansiyaya şikayət məktubu göndərir, bir müddətdən sonra şikayəti yoxlamaq üçün ŞiRLƏRDƏN ibarət komissiya meşəyə təşrif buyurur.
Komissiyanın sədri Dovşanı çağırıb soruşur:
-- Cənab Dovşan, şikayət var ki, siz bu meşədə Ayı maaşı alırsınız. Deyin görüm, sizin bunu təsdiqləyəcək rəsmi sənədiniz varmı?
Dovşan sakitcə Ayı kimi işə götürülməsi haqqında əmrin surətini komissiyaya təqdim edir.
Sonra Ayını da çağırıb sənədlərini yoxlayan komissiya sədri son qərarını bildirir:
-- Cənab Ayı, sizin bu şikayətiniz əsassızdır. Çünki əldə olan rəsmi sənədlərə əsasən siz bir Dovşan, o isə Ayıdır və maaşlarınız da tam ədalətlə ödənilir! Beləliklə, meşədə "ƏDALƏTİ" bərpa edən komissiya üzvləri meşədə doyunca yeyib-içəndən sonra geriyə yola düşürlər.

Soruşa bilərsiniz ki, bu kiçik hadisənin MAHİYYƏTİ və İBRƏTİ nədən ibarətdir? Sadəcə o komissiyanın bütün üzvləri ŞİR kimi qeydiyyatdan keçmiş EŞŞƏKLƏRDƏN ibarət idi!
©️

Orqanlarımız nəyi sevir, nədən qorxur?
12/11/2025

Orqanlarımız nəyi sevir, nədən qorxur?

İnsan ən çox öz sükutuna cavab tapa biləndə böyüyür.Bəzən həyat səni sükuta məhkum edir.Dostlar uzaqlaşır, sözlər bitir,...
12/11/2025

İnsan ən çox öz sükutuna cavab tapa biləndə böyüyür.
Bəzən həyat səni sükuta məhkum edir.
Dostlar uzaqlaşır, sözlər bitir, izah etmək mənasız gəlir.
O an böyümə başlayır — çünki artıq özünlə dialoqa girirsən.
Sükutda eşitdiyin səs — artıq sən özünsən.
ES Akademiya – daxili sükutun təfsirini birgə axtarır.

Address

Nizami Metrosu, Caspian Biznes Center
Baku

Opening Hours

Monday 11:00 - 11:00
Tuesday 10:00 - 20:00
Wednesday 10:00 - 20:00
Thursday 10:00 - 20:00
Friday 10:00 - 20:00
Saturday 10:00 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when Psixoloq posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Psixoloq:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category