Mərkəzi Gömrük Hospitalı / Central Customs Hospital

Mərkəzi Gömrük Hospitalı / Central Customs Hospital Bakı ş, K.Kazımzadə küç. 118 Tel.: (012) 404 08 08; WhatsApp: (050) 404 08 08; www.customshospital.az
(310)

Ümummilli Lider Heydər Əliyevin Anım Gününə həsr edilmiş “Zərərli vərdişlərlə mübarizə və sağlam həyat tərzi” üzrə könül...
12/12/2025

Ümummilli Lider Heydər Əliyevin Anım Gününə həsr edilmiş “Zərərli vərdişlərlə mübarizə və sağlam həyat tərzi” üzrə könüllü gömrükçülərin III Forumu keçirilib

11 dekabr 2025-ci il tarixində Mərkəzi Gömrük Hospitalında Ümummilli Lider H.Əliyevin anım gününə həsr edilmiş “Zərərli vərdişlərlə mübarizə və sağlam həyat tərzi” üzrə könüllü gömrükçülərin III Forumu keçirilib. İlk öncə forum iştirakçıları və rəsmi qonaqlar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin büstü önünə gül çələngi və tər güllər düzüblər.

Forumda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim Ceyhun Məmmədov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d., Əməkdar həkim Rəşad Mahmudov, Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin rəisi Vüqar Əsgərov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi-Baş həkim, t.e.d. Bəxtiyar Musayev, Dövlət Gömrük Komitəsində könüllülük hərəkatının inkişafı çərçivəsində yaradılan 16-cı “Könüllü gömrükçü” dəstəsinin könüllü gömrükçüləri iştirak ediblər.

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov açılış nitqi ilə çıxış edərək dahi şəxsiyyət, Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və tərəqqisi naminə həyata keçirdiyi əvəzsiz xidmətlərindən, o cümlədən səhiyyə sahəsinə müstəsna töhfələrindən, bu sahədə həyata keçirdiyi islahatlardan danışıb. C.Məmmədov qeyd edib ki, Azərbaycan Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində bu gün regionun aparıcı dövlətinə çevrilib. Bu siyasət hazırda onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət öz əksini ölkə iqtisadiyyatında, o cümlədən səhiyyə sahəsində aparılan islahatlarda, qazanılan ugurlarda tapır.

Ulu öndər Heydər Əliyevin gənclərin təşəbbüskarlığını, vətənə xidmətdə fəal mövqe tutmalarını hər zaman yüksək qiymətləndirdiyini qeyd edən İdarə rəisi Ceyhun Məmmədov gənclərin könüllülük fəaliyyətinə cəlb edilməsi hərəkatı artıq bu gün Azərbaycanda da böyük könüllülük hərəkatına çevrilməsini vurğulayıb. Dövlət Gömrük Komitəsi də bu hərəkata aktiv şəkildə dəstək verir. Könüllü gömrükçü dəstələrinin üzvləri Dövlət Gömrük Komitəsinin müxtəlif struktur bölmələrində təcrübə keçərək bilik və bacarıqlarını artırırlar.

Daha sonra tədbirin rəsmi açılış hissəsində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin rəisi Vüqar Əsgərov çıxış edərək zərərli vərdişlərlə mübarizədə könüllülərin rolundan, onların cəmiyyətin sağlam həyat tərzinə yönəldilməsində apardığı maarifləndirici fəaliyyətin əhəmiyyətindən bəhs ediblər. Çıxışlarda qeyd olunub ki, gənclərin fəallığı və sosial məsuliyyəti bu sahədə həyata keçirilən dövlət siyasətinin uğurla icrasına mühüm töhfə verir.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev “Narkotik və psixotrop maddələrdən sui-istifadə: müasir dövrün aktual problemi və onun qlobal təhlükəsi”, Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşovun “Sağlamlıq və tütünçəkmə: Risklər, fəsadlar və profilaktika”, Mərkəzi Gömrük Hospitalının fizioterapevti Səidə Kərimova “Hərəkətin gücü: Fiziki aktivliyin sağlamlığın qorunmasında və xəstəliklərin profilaktikasında rolu”, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Həkim-Tibb Komissiyasının həkim-psixiatrı Gülay Məmmədzadə “Z-nəslinin psixi sağlamlığının qorunması: Stress menecmenti və emosional sabitlik”, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin elmi-təcrübi tədris mütəxəssisi Şəhla Mirzəzadə “Ulu Öndərin könüllülük irsi – sağlam həyat tərzinin təbliğində könüllülüyün rolu” mövzularında çıxış ediblər. Çıxış edən məruzəçilər tədbir iştirakçılarına mövzular ilə bağlı suallar verib, ən yaxşı cavab verənlərə hədiyyələr təqdim edilib.

Sonra Tibbi Xidmət İdarəsinin Könüllülərinin çəkdikləri video material nümayiş etdirilib.Tədbir xatirə şəklinin çəkilməsi ilə başa çatıb.

📞 (012) 404-08-08
🏨 Bakı, K.Kazımzadə, 118




12 dekabr – Ulu Öndər Heydər Əliyevin Anım GünüdürDekabrın 12-si Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar...
12/12/2025

12 dekabr – Ulu Öndər Heydər Əliyevin Anım Günüdür

Dekabrın 12-si Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış böyük siyasətçi, dövlət xadimi Ulu Öndər Heydər Əliyevin Anım Günüdür. Müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 22 il ötür.

Azərbaycan xalqı öz əbədi rəhbərini hər zaman dərin ehtiramla yad edir. Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu, onun banisi və böyük tarixi şəxsiyyətdir.
Azərbaycan 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində dövlət müstəqilliyinə qovuşmuşdur. Ancaq 1993-cü ilə qədər iqtisadiyyatı dağılmış, dövlətçiliyi yaradılmamış bir ölkədə bu müstəqilliyi qoruyub saxlamaq mümkün deyildi. Məhz Heydər Əliyevin müdrikliyi, siyasəti nəticəsində Azərbaycan müstəqil dövlətə çevrildi. Bu, Heydər Əliyevin tarix, xalq qarşısında ən böyük xidmətidir.

1993-cü ildə - ölkəmiz, xalqımız üçün ən ağır anlarda Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın sabitlik və inkişaf dövrü başlamışdır. Dövlətçiliyin əsasları qoyulmuş, müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmiş, ciddi islahatlara start verilmişdir. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bilmişdir.
Ulu Öndər Heydər Əliyevin 1993-2003-cü illərdə apardığı siyasət nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoymuş, dünyada böyük nüfuza malik olmuşdur.
Hazırda Azərbaycan iqtisadi sahədə dünya miqyasında ən sürətlə inkişaf edən ölkə kimi tanınır. Doğma Azərbaycanımız hər qarış torpağı ilə azaddır. 2020-ci ilin payızında Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın igid oğulları erməni faşistlərini doğma Qarabağdan qovaraq 44 günlük müharibədə tarixi Zəfər qazandılar. 5 ildir ki, həmin şanlı Zəfərdən Böyük Qayıdışa doğru inamlı addımlar atılır, doğma Qarabağımıza yenidən həyat qayıdır.

Qazanılan bütün uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir. Azərbaycan xalqı Ulu Öndərini heç vaxt unutmur, böyük sevgi və ehtiramla anır!


Mərkəzi Gömrük Hospitalının əməkdaşı Çiçək Rəşidovanın oğlu beynəlxalq robototexnika yarışında uğur qazanıbMərkəzi Gömrü...
11/12/2025

Mərkəzi Gömrük Hospitalının əməkdaşı Çiçək Rəşidovanın oğlu beynəlxalq robototexnika yarışında uğur qazanıb

Mərkəzi Gömrük Hospitalının Xəstə Xidmətləri şöbəsinin tibb qeydiyyatçısı Çiçək Rəşidovanın oğlu Amin Rəşidli Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən “Əl Yapon Robot Suma” beynəlxalq yarışında yüksək nəticə göstərərək sertifikatla təltif edilib.

Mərkəzi Gömrük Hospitalının rəisi-Baş həkim, t.e.d. Bəxtiyar Musayev Amin Rəşidli ilə görüşərək onun nailiyyətini yüksək dəyərləndirib, əldə etdiyi uğurun hamı üçün qürurverici olduğunu bildirib. Baş həkim Bəxtiyar Musayev Aminin gənc yaşda texnologiya və robototexnika sahəsinə göstərdiyi marağın alqışlanmalı olduğunu vurğulayaraq ona gələcək fəaliyyətində daha böyük uğurlar arzulayıb.

Qeyd edək ki, yarışda robotların idarə olunması sahəsində öz bacarıqlarını nümayiş etdirən Amin Rəşidli dəqiqliyi, düzgün manevr etmə qabiliyyəti və texniki hazırlığı ilə münsiflər heyətinin diqqətini cəlb edib. Onun göstərdiyi nəticə iştirakçılar arasında fərqlənərək xüsusi sertifikatla qiymətləndirilib. “Əl Yapon Robot Suma” yarışları gənclər arasında texniki yaradıcılığın inkişafını təşviq edən beynəlxalq platforma kimi tanınır və iştirakçıların mühəndislik bacarıqlarının ortaya çıxmasına mühüm töhfə verir.

Amin Rəşidlinin atası Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Tural Rəşidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Tural Rəşidov oktyabrın 16-da Füzuli döyüşləri zamanı şəhid olub.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının rəhbərliyi və kollektivi Xəstə Xidmətləri şöbəsinin tibb qeydiyyatçısı Çiçək Rəşidovanı və gənc istedad Amin Rəşidlini təbrik edir, ona gələcəkdə robototexnika və mühəndislik sahəsində daha böyük nailiyyətlər əldə etməyi arzulayır!

11/12/2025

Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi, uzman uşaq cərrahı Vüsal Cəfərov AzTV-nin “Telesəhər” proqramına “Uşaq cərrahiyyəsi böyük cərrahiyyəsindən nə ilə fərqlənir?” mövzusunda müsahibə verib. Süjeti Sizə təqdim edirik.

Mərkəzi Gömrük Hospitalında tibb bacıları üçün növbəti təlim keçirilib10 dekabr 2025-ci il tarixlərində Dövlət Gömrük Ko...
10/12/2025

Mərkəzi Gömrük Hospitalında tibb bacıları üçün növbəti təlim keçirilib

10 dekabr 2025-ci il tarixlərində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzi tərəfindən hazırlanmış təlim fəaliyyət planına uyğun olaraq Mərkəzi Gömrük Hospitalında tibb bacıları üçün növbəti təlim keçirilib.
Təlimdə Mərkəzi Gömrük Hospitalının Laboratoriya şöbəsinin mütəxəssisi Ceyranxanım Hacıyeva “Laborator müayinələrin keyfiyyətinin təmin olunmasında tibb bacısının rolu. Preanalitik mərhələnin qaydaları” mövzusunda geniş təqdimatla çıxış edib.

Ceyranxanım Hacıyeva təqdimatında laboratoriyada qan götürmə taktikaları, venepunksiyaya düzgün yanaşma, nümunələrin identifikasiyası,labarator müayinələrin nəticələri barədə ətraflı məlumat verib və Hospitalın Tibbi laboratoriyasının beynəlxalq keyfiyyət standartlarına uyğun fəaliyyət göstərdiyini vurğulayıb.

Təlim zamanı tibb işçilərini maraqlandıran suallar cavablandırılıb. Təlim xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.

📞 (012) 404-08-08
🏨 Bakı, K.Kazımzadə, 118




10/12/2025

Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi, uzman uşaq cərrahı Vüsal Cəfərov “Mərkəzi Gömrük Hospitalı ilə sağlamlığa doğru” rubrikasında “Uşaqlarda anadangəlmə uroloji xəstəliklər və qüsurlar” mövzusunda ətraflı məlumat verib.

10/12/2025

Mərkəzi Gömrük Hospitalının Mamalıq-ginekologiya şöbəsinin rəisi, t.ü.f.d., mama-ginekoloq Təranə Bayramova “Yumurtalıq kistləri nədir?” mövzusunda geniş məlumat verib. Maarifləndirici çarxı Sizə təqdim edirik.

Mərkəzi Gömrük Hospitalında "Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Günü"nə həsr edilmiş maarifləndirici tədbir keçirili...
09/12/2025

Mərkəzi Gömrük Hospitalında "Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Günü"nə həsr edilmiş maarifləndirici tədbir keçirilib

Prezident İlham Əliyevin 4 aprel 2022-ci il Sərəncamına uyğun olaraq “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar “Dövlət Gömrük Komitəsinin 2025-ci il üçün Tədbirlər Planı”na uyğun olaraq Tibbi Xidmət İdarəsinin antikorrupsiya davranış modelinin formalaşdırılması çərçivəsində 2025-ci il üçün Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrası və qarşıda duran vəzifələrlə bağlı 5 dekabr 2025-ci il tarixində Mərkəzi Gömrük Hospitalında "Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Günü"nə həsr edilmiş maarifləndirici tədbir keçirilib.

Tədbirin rəsmi açılış hissəsində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim Ceyhun Məmmədov, Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinin Xidməti Araşdırma Şöbəsinin rəisi Elşən Tağıyev və Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım salamlama nitqi ilə çıxış ediblər.
Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov korrupsiyaya qarşı mübarizənin dövlət idarəçiliyinin bütün sahələrində olduğu kimi səhiyyə sistemində də şəffaflıq və etimadın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. İdarə rəisi Ceyhun Məmmədov Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalında yüksək etik davranış mədəniyyətinin, şəffaflıq prinsipinin və ictimai etimadın qorunması istiqamətində görülən işlər barədə danışaraq, bütün əməkdaşları bu prosesdə fəal iştirak etməyə, göstərilən xidmətlərin keyfiyyətində ədalət, obyektivlik və məsuliyyət prinsiplərinə daim sadiq qalmağa çağırıb.

Daha sonra Mərkəzi Gömrük Hospitalının rəisi, baş həkim Bəxtiyar Musayev “Mərkəzi Gömrük Hospitalının iş prosesinin şəffaf və peşəkar qurulması istiqamətində həyata keçirilən davamlı tədbirlər” mövzusunda, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Hüquq şöbəsinin rəisi Rəna Hüseynova “Azərbaycan Respublikasında Korrupsiyaya qarşı mübarizənin hüquqi aspektləri” mövzusunda və Mərkəzi Gömrük Hospitalının böyük tibb bacısı Ətayə Vəliyeva “Korrupsiya ilə mübarizədə tibb bacısının rolu” mövzularında çıxış ediblər.

Mərkəzi Gömrük Hospitalının rəsi-baş həkim Bəxtiyar Musayev çıxışında çıxış edərək iş prosesində korrupsiyaya şərait yaradan halların qarşısının alınması sahəsində həyata keçirilən mütəmadi xarakterli tədbirlər və korrupsiya hüquqpozmalarına qarşı ciddi və səmərəli mübarizə üsulları barədə ətraflı məlumat verib. Dr.Bəxtiyar Musayev korrupsiyaya qarşı mübarizənin qanunvericiliyin tələbi ilə yanaşı hər bir əməkdaşın şəxsi məsuliyyəti və vicdanlı fəaliyyətinin göstəricisi olması, şəffaflıq, ədalət və etimad prinsiplərinin qorunmasının xəstə məmnuniyyətinin artırılması, ümumi iş mühitinin sağlamlaşdırılması baxımından mühüm rol oynadığını vurğulayıb.

Tədbir zamanı iştirakçılara korrupsiyanın anlayışı və mahiyyəti, onun sosial-hüquqi nəticələri, korrupsiyaya qarşı mübarizənin dövlət siyasətində prioritet istiqamətləri, korrupsiya hüquqpozmalarının növləri, həmin hüquqpozmalara görə tətbiq olunan məsuliyyət tədbirləri, mədəniyyət sahəsinə xas korrupsiya riskləri, eləcə də bu sahədə profilaktik və institusional mexanizmlər barədə geniş məlumat verilib.
Tədbirin sonunda korrupsiyaya qarşı maarifləndirməni əks etdirən videoçarx təqdim olunub və iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

📞 (012) 404-08-08
🏨 Bakı, K.Kazımzadə, 118




09/12/2025

Mərkəzi Gömrük Hospitalının Travmatologiya və Ortopediya şöbəsinin ikinci kurs həkim-rezidenti Ruslan Nəsibov peşəkar inkişafına və təcrübə qazanmasına yaradılan şəraitə və xüsusi qayğıya görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim Ceyhun Məmmədova, Mərkəzi Gömrük Hospitalının rəisi-Baş həkim, t.e.d. Bəxtiyar Musayevə, Mərkəzi Gömrük Hospitalının Travmatologiya şöbəsinin rəisi, t.ü.f.d., travmatoloq-ortoped Dr. Ramin Rzayevə və travmatoloq-ortopedi Dr. Müseyib Əhmədova təşəkkürünü bildirib. Süjeti diqqətinizə təqdim edirik.

08/12/2025

Mərkəzi Gömrük Hospitalının pasiyenti Rafiq Əliyevin yüksək tibbi xidmət üçün duyduğu dərin minnətdarlıq və təşəkkür rəyini Sizə təqdim edirik.

08/12/2025

Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi, uzman uşaq cərrahı Vüsal Cəfərov “Retraktik te**is” mövzusu ilə bağlı ətraflı məlumat verərək valideynləri bu vəziyyətin səbəbləri və düzgün müayinə vaxtı barədə maarifləndirib.

06/12/2025

Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəisi, t.ü.f.d., Səhiyyə əlaçısı Dr. Mircəlal Kazımi və onun komandası tərəfindən qaraciyər çatışmazlığından əziyyət çəkən pasiyent Bahar Əhmədovaya beyin ölümü keçirmiş donorun qaraciyəri köçürülüb. Mircəlal həkim evə yazılan pasiyent Bahar Əhmədovanın səhhəti barədə məlumat verib. Çarxı Sizə təqdim edirik.

Address

Kazim Kazimzade Str. 118
Baku
AZ1065

Alerts

Be the first to know and let us send you an email when Mərkəzi Gömrük Hospitalı / Central Customs Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Mərkəzi Gömrük Hospitalı / Central Customs Hospital:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Mərkəzi Gömrük Hospitalı

Sağlamlığınızın keşiyində etimadınızı doğruldan tibbi xidmət!