Pr. Doktor Sabir Həbibov

Pr. Doktor Sabir Həbibov Tibb elmləri doktoru, professor, "Rusiya Federasiyasının əməkdar həkimi" akademik.

Əziz və dəyərli xalqımız sizləri torpaq çərşənbəsi münasibətiylə təbrik edirəm. Canınız sağ, eviniz ruzi bərəkətli olsun...
19/03/2019

Əziz və dəyərli xalqımız sizləri torpaq çərşənbəsi münasibətiylə təbrik edirəm. Canınız sağ, eviniz ruzi bərəkətli olsun.

Əziz xanımlar, 8 mart beynalxalq qadınlar bayramınız mübarək.
08/03/2019

Əziz xanımlar, 8 mart beynalxalq qadınlar bayramınız mübarək.

02/02/2019
Сабир ГабибовЛапароскопическая гастроэктомия (Gastric GIST laparoscopic gastrectomy)Клинический случай: ГИСО желудка(Cli...
23/01/2019

Сабир Габибов

Лапароскопическая гастроэктомия (Gastric GIST laparoscopic gastrectomy)

Клинический случай: ГИСО желудка
(Clinical case: gastric GIST)

Оперирует дмн Габибов С.Г., Москва 2014г.
(by Gabibov S.G, Moscow 2014)

Лапароскопическая гастроэктомия (Gastric GIST laparoscopic gastrectomy) Клинический случай: ГИСО желудка (Clinical case: gastric GIST) Оперирует дмн Габибов ...

Сабир ГабибовГибридная лапароскопическая атипичная ГИСО резекция желудка (Hybrid laparoscopic tansgastric GIST resection...
16/01/2019

Сабир Габибов
Гибридная лапароскопическая атипичная ГИСО резекция желудка (Hybrid laparoscopic tansgastric GIST resection)

Гибридная лапароскопическая атипичная ГИСО резекция желудка (Hybrid laparoscopic tansgastric GIST resection) Клинический случай: ГИСО желудка (Clinical case:...

Sabir Həbibov– 1995-ci ildə Hamburqda ümumdünya endoskopik cərrahların qurultayı keçirilən zaman orada yeni bir metod gö...
21/12/2018

Sabir Həbibov– 1995-ci ildə Hamburqda ümumdünya endoskopik cərrahların qurultayı keçirilən zaman orada yeni bir metod görür. Həmin metod damarların varikoz genişlənməsi ilə bağlı olub. Damarların varikoz genişlənməsi daha çox qadınlarda rast gəlinir. Cavan qadınlarda bundan əməliyyat olunan zaman əməliyyatın izi qalır. Bu da qadınlarda kosmetik deffekt yaradır. Buna görə də qadınlar bu əməliyyatlara az hallarda gedirlər, fəsadlı hallarda gedirlər və bu zaman da əməliyyat etdirməyə məcbur olurlar. Varikoz genişlənmə ilə bağlı o metodun tətbiqi üçün Profesorun işlədiyi xəstəxanaya 30 min dollarlıq əməliyyat alətləri almaq lazım olur. Lakin xəstəxananın bu alətləri almağa maddi imkanı çatmır. Ancaq ilk dəfə Rusiyada bir çox xəstəxanalarda pr. doktor Sabir Həbibovun sayəsində o metodu tətbiq edilir və damarların varikoz genişlənməsi əməliyatın izi qalmadan aparılır. Buna görə ilk dəfə Moskva hökumətinin dövlət mükafatını alır. Sonra isə endoskopik cərrahiyyənin tibbi texniki akademiyasının üzvü seçilir, qızıl medal, tərifnamələr verilir. Daha sonra isə Rusiyanın əməkdar həkimi adına layiq görülür.

Sabir Həbibov — tibb elmləri doktoru, professor, "Rusiya Federasiyasının əməkdar həkimi" (2009), Rusiya Tibbi-Texniki Elmlər Akademiyasının və Ümumrusiya Endoskopiya Cərrahları Cəmiyyətinin həqiqi üzvü, Moskva şəhəri səhiyyə departamentinin 79 nömrəli şəhər klinik xəstəxanası dövlət müəssisəsinin rekonstruktiv, plastik və endoskopik cərrahiyyə şöbəsinin müdiri, akademik Bakıda Mərkəzi Gömrük Hospitalında uğurla əməliyatlarını davam etdirir.

Bir dəqiqəmizi ayrıb Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcər rayonunda doğulub boya başa çatmış Dünyaca məhşur cərah Azərbaycanımızın fəxri pr.doktor Sabir Həbibovun səhifəsini bəyənək.

"Cərrahın ən böyük mükafatı xəstələrinin əməliyyatsonrası təbəssümüdür"Professor Sabir Həbibov.
09/12/2018

"Cərrahın ən böyük mükafatı xəstələrinin əməliyyatsonrası təbəssümüdür"
Professor Sabir Həbibov.

07/12/2018

Havaların soyuması uşaqların sağlamlığına təsir edə bilər , soyuq havalarda körpələrinizi qoruyun. Uşaqlar gələcəyimizdir. Gələcəyimiz olan körpələrimizin qayğısına qalaq.

05/12/2018

Mədəaltı vəzinin xərçəngini edeskopik cərrahiyyə üsuluyla əməliyyat edən ilk Azərbaycanlı tibb elmləri doktoru, professor, "Rusiya Federasiyasının əməkdar həkimi" (2009), Rusiya Tibbi-Texniki Elmlər Akademiyasının və Ümumrusiya Endoskopiya Cərrahları Cəmiyyətinin həqiqi üzvü, Rusiyada ilk dəfə rekonstruktiv, plastik və endoskopik cərrahiyyə şöbəsini yaradaraq, Moskva şəhəri səhiyyə departamentinin 79 nömrəli şəhər klinik xəstəxanası dövlət müəssisəsinin rekonstruktiv, plastik və endoskopik cərrahiyyə şöbəsinin müdiri olmuş, tibb elminin inkişafında göstərdiyi xidmətlərə görə 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif olunmuş Mərkəzi Gömrük Hospitalının ümumi cərahı akademik Sabir Həbibov bu gün Sağlam Yaşamaq verlişinin qonağı oldu.

Sonuncu əməliyyatınız haqda nə deyə bilərsiniz?

– Mədəaltı vəzinin xərçəngi ilə bağlı olub bu. Həyat üçün lazım olan damarlar, sinirlər hamısı mədəaltı vəzindən keçir. Texniki cəhətdən mədəaltı vəzə yaxınlaşmaq çox çətindir. Mədəaltındakı vəzdəki şiş böyüyəndə o digər orqanlara keçir. Ona görə də bu işlə məşğul olmaq çox adamın xoşuna gəlmir. Həm də bu, çox ağır bir əməliyyatdır.

Mədəni kəsib götürmək çox böyük bir əməliyyat hesab olunurdu. Mən mədəaltı vəzinin xərçənginin əməliyyatını Azərbaycanda kiminsə etdiyini bilmirəm. Çünki Azərbaycanda edilən əməliyyatlar haqqında biz bilirdik. Mən tələbə olanda da, işləyəndə də belə bir əməliyyat görmədim. İşlədiyim Topçubaşov adına klinika ən böyük və bərk gedən klinikadır ki, işlədiyim 7 il müddətində mən orada belə bir əməliyyat görmədim. Onkologiyada da buna rast gəlmədim. Amma bilirdim ki, Moskvada bunu kimlər edir. Bu, çox travmatik bir əməliyyatdır, siz təsəvvür edin ki, mədə, on iki barmaq bağırsaq, od yolları, bağırsaq kəsilir. Bunları kəsmək asandır, amma bunları yenidən rekonstruksiya etmək lazımdır. Buna görə bu, çox çətin əməliyyatdır, 40-dan çox rekonstruksiya növləri var.

Bu əməliyyatı etmək fikri məni gecə-gündüz yatmağa qoymurdu. 5 il mən bu əməliyyat haqında fikirləşirdim. Əməliyyatı məndən cavan bir həkim edir. Ona tibbi firmalar əməliyyat üçün lazım olanlara təmin edir. Bu əməliyyatda istifadə olunan alətlər də çoxdur onlar bu əməliyyatı edərkən endoskopik yolla mədəaltə vəzin o hissəsini kəsib çıxartdılar. Təkcə kəsilmə üçün 11 saat vaxt sərf etdilər, amma rekonstrusiya etmədilər. Mən isə gecə-gündüz fikirləşirdim ki, mən bu əməliyyatı etməliyəm. Bu əməliyyatı etmək üçün mənə iki aparat lazım idi. Onun birinin qiyməti 1 milyon 500 manat, digərinin isə 2 milyon yarımdır. Bunu da bizim xəstəxananın alma qabiliyyəti yox idi. Mən 5 il idi ki, bu alətləri toplayırdım, deyirdim ki, bu əməliyyatı etməyib, öldümsə, daha bu nə yaşayış oldu, mən bunu mütləq etməliyəm. Ya bunu edim alınsın, ya da ki alınmasın, ondan sonra mən bu işdən əl çəkim. Axır ki, mən bu alətləri toplayıb, əməliyyatı yerinə yetirdim. Mən bilirdim ki, bu əməliyyatın öhdəsindən gələ biləcəm. Əvvəlcə xəstəni müayinə etdim, orada müəyyən əlamətlər var ki, onunla təyin edə bilərsən ki, sən bu şişi çıxarda bilərsən, ya yox. Mən əvvəlcədən hiss edirdim ki, bu əməliyyatı edə biləcəm. Öncədən bilirdim ki, uzun əməliyyat olacaq, əməliyyat qrupuna yemək-içmək gətirmişdim. Demişdim ki, kim qalmaq istəmirsə, bəri başdan getsin və bir də məni əsəbiləşdirməyin. Əməliyyatı uğurla həyata keçirdim, əməliyyatdan çıxandan sonra sanki heç bir əməliyyatdan çıxmamışdım. Özümü çox rahat hiss edirdim. Hətta ikinci bir əməliyyat da edə bilərdim.
Səhərə yaxın gördüm ki, xəstə özünü çox yaxşı hiss edir.

Tibb elmləri doktoru, professor, "Rusiya Federasiyasının əməkdar həkimi" (2009), Rusiya Tibbi-Texniki Elmlər Akademiyası...
03/12/2018

Tibb elmləri doktoru, professor, "Rusiya Federasiyasının əməkdar həkimi" (2009), Rusiya Tibbi-Texniki Elmlər Akademiyasının və Ümumrusiya Endoskopiya Cərrahları Cəmiyyətinin həqiqi üzvü, Moskva şəhəri səhiyyə departamentinin 79 nömrəli şəhər klinik xəstəxanası dövlət müəssisəsinin rekonstruktiv, plastik və endoskopik cərrahiyyə şöbəsinin müdiri, akademik Mərkəzi Gömrük Hospitalının ümumi cərahı Sabir Həbibov tibb elminin inkişafında göstərdiyi xidmətlərə görə aldığı diplom və sertifkatların bir hisəsini sizlərlə paylaşırıq.

03/12/2018

Bu həftə İctimai televiziyanın sağlam yaşamaq verlişinin qonağı professor doktor Sabir Həbibov olacaq.

Address

K, Kazımzadə Küç. 118. AZ 1065
Baku

Opening Hours

Monday 09:00 - 12:00
Tuesday 09:00 - 12:00
Wednesday 09:00 - 12:00
Thursday 09:00 - 12:00
Friday 09:00 - 12:00
Saturday 09:00 - 12:00

Telephone

+994503410676

Alerts

Be the first to know and let us send you an email when Pr. Doktor Sabir Həbibov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Pr. Doktor Sabir Həbibov:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category

Sabir Həbibov — tibb elmləri doktoru, professor, "Rusiya Federasiyasının əməkdar həkimi" (2009), Rusiya Tibbi-Texniki Elmlər Akademiyasının və Ümumrusiya Endoskopiya Cərrahları Cəmiyyətinin həqiqi üzvü, Moskva şəhəri səhiyyə departamentinin 79 nömrəli şəhər klinik xəstəxanası dövlət müəssisəsinin rekonstruktiv, plastik və endoskopik cərrahiyyə şöbəsinin müdiri, akademik Bakıda Mərkəzi Gömrük Hospitalında uğurla əməliyatlarını davam etdirir.

📷