Otorinolarinqoloq Məmmədova Oksana

Otorinolarinqoloq Məmmədova Oksana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Otorinolarinqoloq Məmmədova Oksana, Doctor, Baku.

‼Sinuzit deyib keçməyin!🚫✅Burun ətrafındakı kəllə sümüklərin daxilində olan boşluqlara 'sinus', bu boşluqların daxilini ...
29/07/2020

‼Sinuzit deyib keçməyin!🚫

✅Burun ətrafındakı kəllə sümüklərin daxilində olan boşluqlara 'sinus', bu boşluqların daxilini döşəyən selikli qişanın iltihablanmasına 'sinusit' deyilir. Sinuslar dar kanallarla burun ilə əlaqə halındadırlar və sinus içərisində istehsal olunan selik bu kanallar vasitəsilə buruna boşalır.✅

✴Normalda sinuslar hava ilə doludur, lakin hər hansı bir səbəblə bu kanallar tutuldugunda, sinuslar selik ilə dolar, virus və ya bakteriyalarin burada çoxalması ilə birlikdə sinüzit inkişaf edər.✴

Sinus kanallarının tıxanmasına səbəb olan faktorlar aşağıdakılardır:👇👇👇👇
🔷Soyuqdəymə
🔷Allergik rinit
🔷Nazal polip (allergiyaya bağlı burun içərisindəki olmaq böyüməsi)
🔷Burun çəpər əyriliyi.
Bu faktorlar xaricində hava çirkliliyi, siqaret tüstüsü də xəstələnmə riskini artırmaqdadır.
Əgər sizdə də problemi varsa, vaxtında həkimə müraciət edin.‼
👇👇👇👇
👇Lor_cərrah Oksana Məmmədova
✡✡✡

👩‍⚕️Ağız qoxusunun başlıca səbəblərindən biri badamcıq daşıdır.☝️ Boğazımızda yerləşən badamcıqlarda kript deyilən boşlu...
08/05/2020

👩‍⚕️Ağız qoxusunun başlıca səbəblərindən biri badamcıq daşıdır.☝️ Boğazımızda yerləşən badamcıqlarda kript deyilən boşluqlar olur.Bu boşluqlar müəyyən müddət ərzində yemek artıqları 🥪 və bakteriyalar ilə dolub, ağ rəngli badamcıq daşının əmələ gəlməsinə səbəb olur. ♻️Əsasən böyüklərdə rast gəlinən bu xəstəlik kiçik ölçü ilə başlayıb zamanla böyüyür.Ölçüsü 300mg-42 gram arası dəyişir.Bəzən badamcıqların arxasında gizli qaldığı üçün yalnız rentgen müayinəsi zamanı görmək mümkün olur.
🏵Badamcıq daşı ağızdan p*s qoxunun gəlməsinə,udqunma zamanı narahatçılığa səbəb olur.Nadir hallarda qulaq və boyun ağrıları da verə bilər.Zamanında ixtisaslı həkim tərəfindən müayinə olunmazsa badamcıq şişi və iltihablanmasına səbəb ola bilər.✅

13/04/2020
👉Qulaq tutulması qulaq kanalının bağlanması nəticəsində ortaya çıxan, çox görünən bir problemdir. Qulaq tutulmasının qul...
06/08/2019

👉Qulaq tutulması qulaq kanalının bağlanması nəticəsində ortaya çıxan, çox görünən bir problemdir. Qulaq tutulmasının qulaq çirkinin yığılıb qalması, qəfil yüksəklik dəyişiklikləri və infeksiyalar kimi bir çox səbəbi var.
🔹🔸🔹
🔻Qulaq tutulması boğaz infeksiyaları, burun axıntısı, burun yolunun keçilməzliyi və sinusit kimi digər tibbi hallarında ortaya çıxması ilə yarana bilir. Bu, insan qulağının, burnunun, boşluqlarının və boğazının bir-biri ilə əlaqəli olmasının nəticəsidir.⤵ Bu səbəbdən hər hansı birində ortaya çıxan bir vəziyyət digərlərinə də təsir edir.
🔸🔹🔸
⤵Qulaq tutulması əlamətləri.
Qulaq zəifləməsinin tez-tez görünən əlamətləri aşağıdakılardır:
🔸🔹🔸
⤵Qulaq içində doluluq hissi, ya da təzyiq
Qulaqdan sarımtıl bir axınti
Yüngül keçici bir eşitməzlik
Qulaq zəifləməsində adətən yüngül, nadir hallarda də şiddətli ağrılar görülür, hətta bəzən də qulaq içində bir şırıltı səsi eşidilir. 🔻Qulaq zəifləməsinin səbəbi sinus infeksiya isə, xəstə çox p*s bir baş ağrısıyla da qarşılaşa bilər.
Qulaq tutulmasının səbəbləri.✅
📞Əlaqe/ Whatsapp 055_408_04_98
✡✡✡

Burun qanamalarının səbəbləriArterial damar qanamalarına qarşı diqqətli olun.Burnun quruluşunda giriş hissədə olan damar...
24/03/2019

Burun qanamalarının səbəbləri
Arterial damar qanamalarına qarşı diqqətli olun.
Burnun quruluşunda giriş hissədə olan damar şəbəkəsinin çox olması burun qanamalarının ən çox rast gəlinən səbəbidir. Bu bölgəyə məruz qalan zərbə, asqırma, burun qurdalanması kimi bir çox hallar da damarların zədələnərək qanamasına gətirib çıxara bilər. Bu, burnun qabaq hissəsində baş verənlər nəticəsində yaranan qanamalardır. Lakin burnun arxa hissəsində baş verən qanamalara qarşı daha çox diqqətli olmaq lazımdır. Bu cür qanamalara isə yüksək təzyiq, ürək və damar xəstəlikləri səbəb ola bilər.
Təzyiqi olan xəstələr daha çox risk altındadır.
Burun qanaması ümumiyyətlə lokal, sistematik və ekoloji səbəblərə əlaqədar baş verə bilər. Öz-özünə yaranan qanamalara əsasən isti, soyuq və quru hava səbəb olur. Yetkin yaşda tez-tez baş verən travmalar, uşaqlarda isə üst tənəffüs yolu infeksiyaları və buruna daxil olan yad cisimlər qanamalara səbəb olur. Bunlarla yanaşı, allergik rinit, xroniki sinusit, yüksək təzyiq, qanama pozuntuları kimi xəstəlikləri olanlarda burun qanaması daha risklidir.
Tək tərəfli burun qanaması daha risklidir.
Yeniyetməlik dövründə xüsusən də oğlan uşaqlarında burun qanamaları burnun nəfəs yolundakı damarla bağlı şişlərin yaranmasına səbəb ola bilər. Yeniyetmə yaşlarda burnun bir tərəfinin tez-tez qanaması da burunda şiş xəbərçisi ola bilər. Burun qanamaları daha çox 2-10 yaş arası uşaqlar, 50-80 yaş arası yetkin insanlarda daha sıx rast gəlinir.
Qanama zamanı bunları edin.
Burun qanaması zamanı əvvəlcə xəstə başını önə əyməlidir. Bu zaman baş və işarət barmaqla burunu 5-10 dəqiqə sıxıb saxlamaq lazımdır. Bu, qanamanı dayandırmağa kömək edəcək. Bundan sonra isə buruna qanın getdiyi damarlara buz qoyulması məsləhətdir. Buz birbaşa deyil, parçaya bükülərək qoyulmalıdır. Qanama dayanana qədər dərin və yavaş nəfəs almaq lazımdır. Bundan başqa, burnun içərisinə qanamanı dayandıran spreylər də fısqırtmaq olar. Lakin nəzərə almaq lazımdır ki, sadə bir qanama böyük problemlərə səbəb ola bilər. Ona görə də burun qanamasına qarşı diqqətli davranmaq lazımdır. Qanama tez-tez baş verərsə, mütləq həkimə müraciət edin.

Qulağa maye dolarsa... Qulaqda maye olduqda müalicə əvvəlcə dərman müalicəsidir.Bu zaman mayenin iltihabı bir maye olduğ...
01/09/2018

Qulağa maye dolarsa...
Qulaqda maye olduqda müalicə əvvəlcə dərman müalicəsidir.Bu zaman mayenin iltihabı bir maye olduğu qeyd edildiyi üçün antibiotik müalicəsi aparılır. Xəstəyə 10-14 günlük antibiotik müalicəsi tətbiq olunur. Bunun yanında mayenin sorulmasına köməkçi dərmanlar olaraq spreylər, uşaqlarda siroplar, allergik xəstələrdə antihistamin adı verilən dərmanlar və kortizonlu spreylər istifadə edilə bilər. Bu dərman müalicəsindən sonra xəstə nəzarətə alınır. Qulaq pərdəsində çökmə kimi dəyişikliklər, ciddi eşitmə itkisi kimi bəzi xüsusi vəziyyətlər yoxdursa, xəstə 3 aya qədər ara-sıra müayinə edilə bilər. Bu müddətin sonunda hələ də maye sorulmayıbsa cərrahi müalicə tətbiq olunur.
Cərrahi müalicədə qulaq pərdəsinə bir cızıq atılaraq qulağa ventilyasiya tüpü deyilən və orta qulağın havalanmasına icazə verən tüp tətbiq olunur. Uşaq xəstələrdə bu problemdə əhəmiyyətli rol oynayan burun əti də alınır.
Uşaq xəstələrdə ümumi anesteziya tətbiq olunur. Yetkin xəstələrdə isə əməliyyat lokal anestezi ilə həyata keçirilə bilər.
Tərbiq olunmuş tüp çöldən görülmür.
Tüp taxdıqdan sonra qulaq sudan qorunmalıdır. Bunun üçün ən gözəl yol, hər yuyunmada tək istifadəlik vazelinli pambıqlardan istifadə etməkdir. Əks halda qulaq iltihablanır və ifrazat axmağa başlasa dərhal həkimə müraciət edin.

Uşaqlarda orta qulaq iltihabıOrta qulaq iltihabı orta qulaqda müxtəlif səbəblərə bağlı olaraq inkişaf edən infeksiyalar ...
31/08/2018

Uşaqlarda orta qulaq iltihabı
Orta qulaq iltihabı orta qulaqda müxtəlif səbəblərə bağlı olaraq inkişaf edən infeksiyalar nəticəsində yaranır. Tək və ya iki qulaqda da ola bilər. Uşaqlarda görülən eşitmə itkisinin ən ciddi səbəblərindən birinin orta qulaq iltihabı olduğu unudulmamalıdır.
Orta qulaq iltihabinin risk faktorları:
-Ana südünün erkən kəsilməsi və erkən əlavə qidaya keçilməsi.
-Əmziklə bəslənmə.
-Üfüqi vəziyyətdə qidalanma.
-Erkən yaşda baxçaya başlanma.
-Evdə siqaret çəkilməsi.
-Allergik orqanizm.
Tez-tez qış və payız aylarında görülür. Otit zamanı yaranan eşitmə itkisi keçicidir. Vaxtında və düzgün müalicə qısa müddətdə eşitmə itkisini bərpa edir.

Qulaq pərdəsinin deşilməsiQopmuş və ya deşilmiş qulaq zarı, xarici qulaq kanalını orta qulaqdan ayıran pərdədə meydana g...
30/08/2018

Qulaq pərdəsinin deşilməsi
Qopmuş və ya deşilmiş qulaq zarı, xarici qulaq kanalını orta qulaqdan ayıran pərdədə meydana gələn bir dəlik ya da yırtıqtır. Qulaq zarı dəlinmələrinin bir çoxu, orta qulaq iltihabından qaynaqlanır. Bir partlayış və ya başa gələn şiddətli bir zərbə (təzyiqdə ani dəyişikliyə səbəb olur) və ya qulağa soxulan yad bir cisim, (pambıqlı çubuq kimi , qulaq zarının açılmasında səbəb olan digər səbəblərdir.
Dəlinmə, qismən eşitmə itkisinə, az miqdarda qanama, ya da qulaqdan sızıntıya və qulaq ağrısına səbəb olur. Ağrını yüngülləşdirmək üçün həkimə müraciət edin.
Həkim otoskop (qulaq müayinə cihazı) köməyi ilə qulaq pərdəsində cırıq qisimi axtaracaq. Bir cırıq meydana gəlmişsə, infeksiya olmaması üçün antibiotik yazacaq. Bəzi kiçik dəliklər, özlüyündə keçəcək.

Xroniki tonzillitXroniki tonzillit - damaq badamcıqlarının xroniki iltihabıdır. Xəstəlik təkrar anginalar və digər xroni...
29/08/2018

Xroniki tonzillit
Xroniki tonzillit - damaq badamcıqlarının xroniki iltihabıdır. Xəstəlik təkrar anginalar və digər xroniki iltihabi xəstəliklər (rinit, faringit, qaymorit və s.) nəticəsində inkişaf edir. Proses əsasən badamcıqların çökəklərində inkişaf edir. Çökəklərdə bakteriyalar, leykositlər və bəzən qida kütlələri ilə birgə qatılaşan və yığışan epiteliyalar çirkli və ya üfunətli kəsmikvari kütləyə çevrilirlər.
Simptomlar və gedişat
Xəstə adətən badamcıqlar nahiyəsində göynəmə, qıcıqlanma hiss edir, ağızdan p*s iy gəlir, udqunmada (bəzən qulağa ötürülən) ağrılar baş verir. Çox vaxt xəstəlik hərarətin uzunmüddətli azacıq qalxması ilə müşaiyət olunur. Prosesin uzunmüddətli gedişatında damaq badamcıqları boşalırlar və yarılırlar.
Şpatellə toxunduqda badamcıq çökəklərindən üfunətli irin ayrılır. Adətən xəstənin iş qabiliyyəti aşağıdır, tez-tez baş ağrıları olur, xəstə asanlıqla soyuqdəymə xəstəliklərinə yoluxur. Tonzillit demək olar ki, somptomsuz keçdiyindən xəstələr heç bir şeydən şikayət etmirlər və nəticədə ürək, böyrək, oynaq xəstəlikləri ağırlaşmaları ola bilər.
Diaqnoz
Xroniki tonzillitin ən xarakterik əlamətləri bunlardır: tez-tez təkrarolunan anginalar, çökəklərdə tıxaclar, ağızda xoşagəlməz iy, badamcıqların ətraf toxumayla birləşməsi, boyunönü limfatik vəzlərin böyüməsi.
Müalicə
Yüngül formalı tonzillitin müalicəsində konservativ üsullardan istifadə olunur. Badamcıqların səthini dezinfeksiyaedici məhlullarla yuyurlar və sonra çökəkliklərə lyuqol məlhəmi qoyurlar. Fizioterapevtik prosedurlar təyin edirlər: UYT, tubus, kvars, UFŞ, lazer terapiyası. Aparılan terapiya bir nəticə vermədikdə badamcıqları kəsib götürürlər.

Anosmiya – qoxu hissiyyatının itməsiQoxu rəngarənglik, duyula bilən fərqli iylər zövq bəxş etdiyi kimi müxtəlif təhlükəl...
28/08/2018

Anosmiya – qoxu hissiyyatının itməsi
Qoxu rəngarənglik, duyula bilən fərqli iylər zövq bəxş etdiyi kimi müxtəlif təhlükələrdən də qoruyur.
Yanıq və ya qaz qoxusunu vaxtında hiss edərək bədbəxt hadisələrin qarşısının alınması həmin duyğu üzvünün normal fəaliyyəti hesabına baş verir.
Burun boşluğunun yuxarı mərtəbəsində yerləşən reseptorlar 200 minə qədər fərqli qoxunu ayırd etməyə imkan verir. Qoxu hissiyyatından məhrum olmaq anosmiya, iybilmənin azalması və ya itirilməsi isə hiposmiya adlandırılır.
Anosmiya və hiposmiya həm anadangəlmə, həm də qazanılmış ola bilər. Anadangəlmə anosmiya qoxu yollarının inkişaf etməməsi nəticəsində yaranır və bir çox hallarda kəllənin üz və burun hissəsinin anomaliyaları ilə birlikdə müşahidə olunur.
Qazanılmış anosmiya həm mərkəzi, həm də periferik mənşəli ola bilər. Mərkəzi və ya beyin anosmiyası mərkəzi sinir sisteminin ensefalit, meningir, kəllə-beyin travmaları və şiş xəstəlikləri nəticəsində yaranır.
Qoxunun periferik əskikliyi müxtəlif səbəblərdən baş verə bilər:
- funksional anosmiya nevrozlar, isteriya, tənəffüs yollarının infeksion xəstəlikləri və allergik rinitlərlə əlaqədar olur
- respirator anosmiya burun çəpərinin əyriliyi, burun-udlaq şişləri, adenoid kimi patologiyaları zamanı inkişaf edir, hava qoxu sinirinin periferik reseptorları olan hissəyə keçə bilmir
- essensial anosmiya iltihabi proses, travma, termiki və ya kimyəvi yanıqla əlaqədar olaraq qoxu reseptorlarının zədələnməsi zamanı yaranır
- qocalıq anosmiyası – yaşla bağlı burunun selikli qışasının atrofiyası ilə əlaqədar olur.
Anosmiyanın müalicəsinə başlamazdan əvvəl onun mənşəyinə və yaranma səbəbinə dəqiq diaqnoz qoyularaq xəstənin baş beynin komyuter tomoqrafiyası və neyrocərrahın müayinəsindən keçirilir. Qoxunun tədqiqi test vasitəsilə aparılır. Məsələn, rus fizioloqu Bernşteyn qoxu analizatorunun müxtəlif hissələrinə təsir edən 8 müxtəlif ətirli maddədən istifadə etməyi təklif etmişdir. Bu cür müayinə problemin dəqiq lokalizasiyasını və qoxu hissinin itirilməsinin səbəbini aşkar etməyə imkan verir.
Anosmiyanın müalicəsində xalq təbabəti üsulları ilə uğurlu nəticələr əldə etmək mümkündür, lakin təbii üsullarla müalicəyə başlamazdan əvvəl mütləq onun səbəbini aydınlaşdlrmaq lazımdır. Anosmiyanın mərkəzi formalarında proqnoz əsas xəstəlikdən asılıdır. Periferik formalarda isə müalicə tədbirləri burun tənəfüsünün bərpasına, burun boşluğunun və ciblərin sanasiyasına yönəlir.

Burun qanamalarının səbəbləriArterial damar qanamalarına qarşı diqqətli olun.Burnun quruluşunda giriş hissədə olan damar...
27/08/2018

Burun qanamalarının səbəbləri
Arterial damar qanamalarına qarşı diqqətli olun.
Burnun quruluşunda giriş hissədə olan damar şəbəkəsinin çox olması burun qanamalarının ən çox rast gəlinən səbəbidir. Bu bölgəyə məruz qalan zərbə, asqırma, burun qurdalanması kimi bir çox hallar da damarların zədələnərək qanamasına gətirib çıxara bilər. Bu, burnun qabaq hissəsində baş verənlər nəticəsində yaranan qanamalardır. Lakin burnun arxa hissəsində baş verən qanamalara qarşı daha çox diqqətli olmaq lazımdır. Bu cür qanamalara isə yüksək təzyiq, ürək və damar xəstəlikləri səbəb ola bilər.
Təzyiqi olan xəstələr daha çox risk altındadır.
Burun qanaması ümumiyyətlə lokal, sistematik və ekoloji səbəblərə əlaqədar baş verə bilər. Öz-özünə yaranan qanamalara əsasən isti, soyuq və quru hava səbəb olur. Yetkin yaşda tez-tez baş verən travmalar, uşaqlarda isə üst tənəffüs yolu infeksiyaları və buruna daxil olan yad cisimlər qanamalara səbəb olur. Bunlarla yanaşı, allergik rinit, xroniki sinusit, yüksək təzyiq, qanama pozuntuları kimi xəstəlikləri olanlarda burun qanaması daha risklidir.
Tək tərəfli burun qanaması daha risklidir.
Yeniyetməlik dövründə xüsusən də oğlan uşaqlarında burun qanamaları burnun nəfəs yolundakı damarla bağlı şişlərin yaranmasına səbəb ola bilər. Yeniyetmə yaşlarda burnun bir tərəfinin tez-tez qanaması da burunda şiş xəbərçisi ola bilər. Burun qanamaları daha çox 2-10 yaş arası uşaqlar, 50-80 yaş arası yetkin insanlarda daha sıx rast gəlinir.
Qanama zamanı bunları edin.
Burun qanaması zamanı əvvəlcə xəstə başını önə əyməlidir. Bu zaman baş və işarət barmaqla burunu 5-10 dəqiqə sıxıb saxlamaq lazımdır. Bu, qanamanı dayandırmağa kömək edəcək. Bundan sonra isə buruna qanın getdiyi damarlara buz qoyulması məsləhətdir. Buz birbaşa deyil, parçaya bükülərək qoyulmalıdır. Qanama dayanana qədər dərin və yavaş nəfəs almaq lazımdır. Bundan başqa, burnun içərisinə qanamanı dayandıran spreylər də fısqırtmaq olar. Lakin nəzərə almaq lazımdır ki, sadə bir qanama böyük problemlərə səbəb ola bilər. Ona görə də burun qanamasına qarşı diqqətli davranmaq lazımdır. Qanama tez-tez baş verərsə, mütləq həkimə müraciət edin.

26/08/2018

Burun çəpəri əyrilikləri.

Address

Baku
2001

Opening Hours

Tuesday 12:00 - 03:00
Thursday 12:00 - 03:00
Saturday 12:00 - 03:00

Telephone

+994554080498

Website

Alerts

Be the first to know and let us send you an email when Otorinolarinqoloq Məmmədova Oksana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category