Ginekoloq Cahan Memmedyarova

Ginekoloq Cahan Memmedyarova 📌Elmi Tədqiqat Mama Ginekologiya İnstitutu🏩
📲(+994) 50 5727222

21/07/2022
Tebii doguw planlasaq da herden bele de olur emeliyyata gedesi olduq🙂 Chox wukur Feride oz balasina sagsalamat qovushdu🤲...
27/06/2022

Tebii doguw planlasaq da herden bele de olur emeliyyata gedesi olduq🙂 Chox wukur Feride oz balasina sagsalamat qovushdu🤲🏻😍

dr.cahan.memmedyarova • Original Audio

14/06/2022

Ucuncu keyseriyye ucuncu qiz🥰🫶

Mioma ən çox rast gəlinən ginekoloji xəstəliklərdən biridir. ❗Uşaqlığın düz əzələ toxumasında əmələ gələn bu xoş xassəli...
04/01/2022

Mioma ən çox rast gəlinən ginekoloji xəstəliklərdən biridir. ❗Uşaqlığın düz əzələ toxumasında əmələ gələn bu xoş xassəli şişin xərçəngə çevrilmə ehtimalı demək olar ki, yoxdur. ❌

▫️Miomaların ölçüsü, forması və yeri çox fərqli ola bilər;
▫️Uşaqlığın daxilində, divarında və ya xarici səthində görünə bilər;
▫️Qadınların təxminən 25-50 faizində rast gəlinir. Adətən kliniki əlamətlər vermir və ginekoloji müayinə zamanı aşkarlanırlar.✅

❗Miomaların simptomları kimi isə menstruasiyadakı dəyişiklikləri, daha çox qanaxma, menstruasiyanın uzun və ya daha tez-tez olması, menstrual ağrı (kramplar), təzyiq, uşaqlıq və qarın böyüməsi, aşağı düşmə və sonsuzluğu qeyd etmək olar.

Əziz xanımlar, unutmayın ki, bu simptomlar başqa problemlərin də əlaməti ola bilər.🆘 Buna görə də hər zaman həkiminizlə məsləhətləşməyiniz tövsiyə olunur.😊

📲(+994) 50 5727222

📍Elmi Tedqiqat Mama Ginekologiya Institutu (6saylı doğum evi)

Cinsi yolla keçən xəstəliklər dedikdə ağıla ilk AİDS xəstəliyi gəlsə də, AİDS cinsi yolla yoluxan xəstəliklərin sadəcə b...
30/12/2021

Cinsi yolla keçən xəstəliklər dedikdə ağıla ilk AİDS xəstəliyi gəlsə də, AİDS cinsi yolla yoluxan xəstəliklərin sadəcə biridir.❗ Cinsi yolla yoluxan xəstəliklər və bunlardan məsul olan mikroorqanizmlər aşağıdakı kimi qruplandırıla bilər:⚡

Bakteriyalar
▪️Gonoreya
▪️Sifilis
▪️Xlamidya

Parazitlər
▪️Trikomoniyaz

Virüslar
▪️İnsan papilloma virüsü
ge***al herpes (xalk arasında cinsi yolla yoluxan sızanaq olaraq bilinir),

• HIV

🆘Aşağıdakı şərtlərdə yaşayan insanlar cinsi yolla yoluxan xəstəliklər baxımından ən yüksək risk altında olan qruplardır:

▫️Birdən çox cinsi partnyoru olanlar,
▫️Bir çox partnyoru olan biri ilə əlaqəyə girənlər,
▫️Cinsi əlaqə zamanı prezervativ istifadə etməyənlər,
▫️İntravenoz dərmanlar enjektə edərkən iynələri bölüşənlər,

📲(+994) 50 5727222

📍Elmi Tedqiqat Mama Ginekologiya Institutu (6saylı doğum evi)

✅Bugünkü postda təbii doğum haqqında ən çox verilən suallar və cavabları ilə tanış ola bilərsiniz:1️⃣ Doğuş əsnasında ra...
27/12/2021

✅Bugünkü postda təbii doğum haqqında ən çox verilən suallar və cavabları ilə tanış ola bilərsiniz:

1️⃣ Doğuş əsnasında rahatlamaq üçün nələr etmək lazımdır?

Hərəkətli olmaq, sevdiyiniz 🎶 bir musiqi, qoxu, su səsi, sevdiyiniz bir görüntü və ya xəyal gücünüzü artırmağa yönəlmiş şeylərə müraciət etmək olar. Eyni zamanda sevdiyiniz, güvəndiyiniz, sizə dəstək olan insanların yanınızda olması da prosesə müsbət yöndə təsir göstərəcəkdir.

2️⃣ Təbii doğum üçün hansı məşqləri etmək tövsiyə olunur?

Pilates, 🧘‍♀️yoqa, gəzinti, pilləkən çıxıb-düşmək, squat, nəfəs və diafraqma məşqləri təbii doğum üçün ən ideal məşqlərdir. Riskli hamiləlikdə həkim icazəsi olmadan bu hərəkətlər tətbiq olunmamalıdır.❌

3️⃣ Bu məşqlərə nə zaman başlanmalıdır?

Bu müddət hər hamiləlikdə fərqli olur.❗ Ancaq ümumi olaraq götürdükdə riskli olmayan hamiləliklərdə 12-ci həftədən sonra başlamaq olar.✔️

4️⃣ Təbii doğum ağrılıdırmı?

Təbii doğum təbiətcə ağrılı bir prosesdir. Ancaq təbii və fiziki bir proses olduğu üçün bədən ağrının öhdəsindən gəlməyə qadirdir.🥰

📲(+994) 50 5727222

📍Elmi Tedqiqat Mama Ginekologiya Institutu (6saylı doğum evi)

Ginekoloji xəstəliklərdən ən başlıcaları bunlardır:⚡Uşaqlıq boynunun iltihabı xəstəlikləri (eroziya)Uşaqlığın miomaları ...
24/12/2021

Ginekoloji xəstəliklərdən ən başlıcaları bunlardır:

⚡Uşaqlıq boynunun iltihabı xəstəlikləri (eroziya)

Uşaqlığın miomaları
⚡submukoz
⚡subseroz
⚡İntramural

Yumurtalıq kistaları
⚡funksional
⚡dermoid
⚡endometrioid (sokolad kisti)

Uşaqlığın anatomik quruluşunun dəyişiklikləri ilə keçən xəstəliklər:

Uşaqlıq yolu və uşaqlığın sallanması✅

Hansı ki sistoselə (sidikliyin sallanması) rektosele (duz bağırsaq sallanmasə) ilə birgə müşahidə edilir.

🆘Əgər bu xəstəlikləri vaxtında müayinə edib aşkar etməsək, ciddi fəsadlara gətirib çıxara bilər.

Uşaqlıq boynu xəstəlikləri xərçəngönü xəstəliyi sayılır və əgər müalicə olunmazsa bədxassəli şişlərə çevrilmə ehtimalı yüksəkdir.

Yumurtalıq kistaları partlaya bilər və ya öz ətrafında burulma nəticəsində nekrozlaşa bilər.

Miomalar gigant ölçülərə çatmaqda digər orqanların funksiyalarını poza və güclü uşaqlıq 🩸qanaxmaları verə bilər.

Sallanmalar isə növündən asılı olaraq sidik saxlamazlıq, qəbizlik, cinsi əlaqə zamanı diskomfort hissi yarada bilər.

🚫Buna görə ildə bir dəfə pap smear analizi, kolposkopik müayinə USM və ginekoloji baxış çox önəmlidir.

📲(+994) 50 5727222

📍Elmi Tedqiqat Mama Ginekologiya Institutu (6saylı doğum evi)

Hamiləlik xəbərini öyrənəndən sonra demək olar ki, hər kəsin diqqəti körpənin üzərində olur. Xüsusilə hamilə qadınlar kö...
23/12/2021

Hamiləlik xəbərini öyrənəndən sonra demək olar ki, hər kəsin diqqəti körpənin üzərində olur. Xüsusilə hamilə qadınlar körpələrinin ana bətnində sağlam inkişaf edib, böyüməsini arzulayırlar. Bu prosesdə ana südünün əhəmiyyəti isə əvəzedilməzdir.😊 Belə ki:

🍼Körpənizin qidalanması və inkişafı üçün ana südü çox vacibdir. Ana südü körpənizin qida ehtiyacını qarşılayıb, fiziki inkişafına töhfə verməklə yanaşı, ana ilə körpə arasındakı emosional bağı da gücləndirir;

🍼Elmi araşdırmalar göstərir ki, körpənin sağlam inkişafı üçün ilk 6 ayda birbaşa olaraq ana südünün verilməsi, 2 yaşına qədər isə əlavə qidalarla birgə ana südünün davam etdirilməsi ən təsirli qidalanma üsullarındandır;

🍼Əmzirən anaların ən böyük narahatlığı isə körpə dünyaya gəldikdən sonra ana südünün kifayət edib-etməyəcəyidir. Narahat olmayın, düzgün qidalanaraq sağlam həyat tərzinə riayət etdikdə ana südünün miqdarı da artacaqdır.

📲(+994) 50 5727222

📍Elmi Tedqiqat Mama Ginekologiya Institutu (6saylı doğum evi)

17/08/2020

Gunayim Allahin izni bizim vasitemizle ikinci defe en gozel status olan analiq statusunu qazandi.Bu balaca korpe Wri-Lanka ve Azerbaycan arasinda bir bag oldu,saglam ve xowbext boyudesiniz❤️🥰🌹

Address

Elmi-Tədqiqat Mamalıq Və Ginekologiya İnstitutu (6 Saylı Doğum Evi)
Baku
118AZ1065

Website

Alerts

Be the first to know and let us send you an email when Ginekoloq Cahan Memmedyarova posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram