Mərkəzi Neftçilər Xəstəxanası

Mərkəzi Neftçilər Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

❗ İmmuniteti artıran 5 qızıl qaydaQış aylarında temperaturun dəyişməsi, qapalı məkanlarda uzun müddət qalmaq və günəş şü...
06/12/2025

❗ İmmuniteti artıran 5 qızıl qayda

Qış aylarında temperaturun dəyişməsi, qapalı məkanlarda uzun müddət qalmaq və günəş şüalarının azalması immunitet sisteminin zəifləməsinə səbəb ola bilər. Bu isə qrip, soyuqdəymə və digər respirator infeksiyalara daha həssas olmağa gətirib çıxarır. Sağlamlığı qorumağın ən effektiv yolu isə immuniteti gücləndirən düzgün vərdişlərə diqqət etməkdir.

1️⃣ D vitaminini unutmayın
Qışda günəş şüaları azalır və orqanizmdə D vitamini səviyyəsi aşağı düşə bilər. Bu vitamin həm immunitet, həm də sümük sağlamlığı üçün vacibdir. Günəşli havalarda ən azı 15–20 dəqiqə açıq havada gəzinti lazımdır. Zəruri hallarda həkim məsləhəti ilə D vitamini əlavələri qəbul etmək olar.

2️⃣ C vitamini ilə zəngin qidalar qəbul edin
C vitamini antioksidant təsirə malikdir və orqanizmin müdafiə mexanizmini gücləndirir. Sitrus meyvələri (limon, portağal, naringi), kivi, brokoli, kərəviz və təzə tərəvəz və meyvələr qəbul edilməsi vacibdir.

3️⃣ Düzgün və balanslı qidalanma
İmmunitetin 70%-i bağırsaqlardan keçir. Buna görə düzgün qidalanma qışda daha vacibdir.
Qida rasionunda zülal mənbələri (balıq, yumurta, toyuq, paxlalılar), omeqa-3 yağ turşuları və mütləq şəkildə maye qəbulu (gündə minimum 1.5–2 litr su) olmalıdır.

4️⃣ Geyim
Soyuq hava bədən müqavimətini zəiflədə və xəstəlik riskini artıra bilər. Buna görə hava şəraitinə uyğun, üst üstə2-3 geyim seçmək, ayaqların, baş və boyun nahiyəsini isti saxlamaq və nəmlənmiş havalarda quru və rahat geyimlər geyinmək vacibdir.

5️⃣ Təmiz hava və hərəkət
Qapalı məkanlarda viruslar daha sürətlə yayılır. Buna görə gündəlik 30 dəqiqə gəzinti etmək, otaqları tez-tez havalandırmaq və yüngül fiziki aktivliklə məşğul olmaq immun sisteminə ən böyük dəstəyi verir.

❗ Nəzərinizdə olsun ki, güclü immunitet qış xəstəliklərinə qarşı ən təsirli müdafiədir. Sağlam qalmaq üçün kiçik vərdişlərə yiyələnin.

❓ Mərkəzi Neftçilər Xəstəxanasında göstərilən tibbi xidmətlərdən razısınızmı?📋 Sorğu vətəndaşların məmnunluq səviyyəsini...
05/12/2025

❓ Mərkəzi Neftçilər Xəstəxanasında göstərilən tibbi xidmətlərdən razısınızmı?

📋 Sorğu vətəndaşların məmnunluq səviyyəsinin ölçülməsi məqsədilə keçirilir.

🔗 İştirak etmək üçün: https://forms.gle/cL3gsTb6xcNn9rJu6

📌 Sorğu 25 dekabr 2025-ci il tarixinədək davam edəcək.

Mərkəzi Neftçilər Xəstəxanasının Elm, Tədris və Təhsil bölməsi tərəfindən rezident və tibb personalı üçün “Hamilələrdə t...
28/11/2025

Mərkəzi Neftçilər Xəstəxanasının Elm, Tədris və Təhsil bölməsi tərəfindən rezident və tibb personalı üçün “Hamilələrdə toksoplazma və məxmərək infeksiyaları” mövzusunda tibbi seminar keçirilib.

Seminarda həkim-rezident Rüstəm Makfuri infeksiyaların hamiləlik dövründə yaratdığı risklər, diaqnostik yanaşmalar, profilaktika və müalicə prinsipləri barədə geniş məlumat verib.

Təqdimatda vurğulanıb ki, erkən skrininq, risk faktorlarının vaxtında müəyyənləşdirilməsi və düzgün laborator monitorinq həm ana, həm də döl sağlamlığının qorunmasında mühüm rol oynayır.

Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında müzakirələr aparılıb.

28/11/2025

Mərkəzi Neftçilər Xəstəxanasının ümumi cərrah-proktoloqu Sara Atakişiyeva "İcbari tibbi sığorta ilə hemoroidin müayinə və müalicəsi" mövzusunda danışır

28/11/2025

🔴 "Sığorta vaxtı"

28 noyabr saat 11:30-da DOST TV və Agentliyin "Facebook" səhifəsində canlı yayımda "İcbari tibbi sığorta ilə hemoroidin müayinə və müalicəsi" mövzusu ilə bağlı suallarınızı cavablandıracağıq.

📌 Suallarınızı şərh bölməsində qeyd etməyi və "Sığorta vaxtı"nı izləməyi unutmayın.

Mərkəzi Neftçilər Xəstəxanasında “Mavi Kod” üzrə praktiki simulyasiya təlimi keçirilib.“Kod Mavi” xəstəxanalarda xəstəni...
21/11/2025

Mərkəzi Neftçilər Xəstəxanasında “Mavi Kod” üzrə praktiki simulyasiya təlimi keçirilib.

“Kod Mavi” xəstəxanalarda xəstənin ürək fəaliyyəti və tənəffüsünün dayanması kimi həyati təhlükə yaradan vəziyyətlərdə tətbiq olunan təcili müdaxilə çağırışıdır. Belə hallarda həkimlər, tibb bacıları və reanimasiya qruplarından ibarət komanda saniyələr içində müdaxilə edərək xəstəni özünə gətirmək üçün həyati vacib prosedurları icra edir.

Təlim çərçivəsində real klinik ssenarilər imitasiya olunaraq personalın koordinasiya, operativ qərarvermə və reanimasiya bacarıqları təkmilləşdirilib. Təhlükəsiz xəstə mühiti və yüksək keyfiyyətli tibbi xidmət məqsədilə keçirilən bu məşqin təşkilində Mərkəzi Neftçilər Xəstəxanasının Keyfiyyətə nəzarətin idarəolunması üzrə mütəxəssisi Elnur Süleymanov, Təcili Tibbi Təxirəsalınmaz Yardım şöbəsinin müdiri Samirə Bayramova, şöbənin həkim terapevti Səbihə Səfərəliyeva və digər əməkdaşlarımızın iştirak ediblər.

21/11/2025

Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu Elnarə Məmmədova "Ana və uşaq sağlamlığında icbari tibbi sığortanın rolu" mövzusunda danışır

🔴 "Sığorta vaxtı"21 noyabr saat 11:30-da DOST TV və İcbari Tibbi Sığorta Agentliyinin "Facebook" səhifəsində canlı yayım...
20/11/2025

🔴 "Sığorta vaxtı"

21 noyabr saat 11:30-da DOST TV və İcbari Tibbi Sığorta Agentliyinin "Facebook" səhifəsində canlı yayımda "Ana və uşaq sağlamlığında icbari tibbi sığortanın rolu" mövzusu ilə bağlı suallarınızı cavablandıracağıq.

📌 Suallarınızı şərh bölməsində qeyd etməyi və "Sığorta vaxtı"nı izləməyi unutmayın.

Vaxtında müdaxilə həyatı dəyişir69 yaşlı qadın pasiyent Ş.Q. son bir neçə il qan və trombosit çatışmazlığından əziyyət ç...
18/11/2025

Vaxtında müdaxilə həyatı dəyişir

69 yaşlı qadın pasiyent Ş.Q. son bir neçə il qan və trombosit çatışmazlığından əziyyət çəkirdi. Konservativ müalicələr nəticə vermədiyi üçün xəstəyə ayda 2 dəfə qan köçürülməsi tələb olunurdu.

Aparılan müayinələr zamanı idiopatik trombositopenik purpura diaqnozu qoyuldu ki, bu da öz növbəsində idiopatik hipersplenizmə (dalağın böyüməsinə) səbəb olmuşdur. Bu vəziyyət qan elementlərinin sürətlə parçalanmasına və ciddi həyat təhlükəsinə gətirib çıxara bilərdi.

Tibbi göstərişlərə əsasən pasiyentə splenektomiya (dalağın cərrahi yolla çıxarılması) məsləhət görüldü və əməliyyat Mərkəzi Neftçilər Xəstəxanasının cərrah-həkim Fuad Qurbanov, asistent dr.Səməd Həsənli, anestezioloq dr.Fikrət Məmmədov və əməliyyatxana blokunun orta tibb personalı tərəfindən uğurla icra edilib.

Əməliyyatdan cəmi 2 gün sonra pasiyentin trombosit göstəricisi 65-dən 215-ə yüksəldi, bu isə müdaxilənin nə qədər effektiv olduğunu göstərir. Pasiyent 2 gün sonra öz istəyi ilə ambulator müalicə üçün evə yazılıb və hematoloqların daimi nəzarətində olacaq.

UNUTMAYIN: Qanazlığı, tez-tez göyərmələr və səbəbsiz qanaxmalar olduqda həkimə müraciət heç vaxt gecikdirilməməlidir. Vaxtında aparılan müayinə və düzgün müdaxilə bəzən həyat xilas edir.

17/11/2025

17 Noyabr Milli Dirçəliş Günüdür 🇦🇿

Mərkəzi Neftçilər Xəstəxanasının Ümumi cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri Elmir Əsgərov “Zəruri cərr...
15/11/2025

Mərkəzi Neftçilər Xəstəxanasının Ümumi cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri Elmir Əsgərov “Zəruri cərrahiyyə xidmətinin təşkili zamanı mütəxəssis çatışmazlığının aradan qaldırılması üçün mentor həkimlərin rolu” mövzusunda çıxış edib.

Mərkəzi Neftçilər Xəstəxanasında “Qırmızı Kod” təlimi keçirilibMərkəzi Neftçilər Xəstəxanasında yanğın təhlükəsizliyinə ...
14/11/2025

Mərkəzi Neftçilər Xəstəxanasında “Qırmızı Kod” təlimi keçirilib

Mərkəzi Neftçilər Xəstəxanasında yanğın təhlükəsizliyinə həsr olunmuş “Qırmızı Kod” üzrə praktiki təlim uğurla başa çatıb. Təlimi 11-ci Yanğından Mühafizə Hissəsinin rəisi polkovnik-leytenant İslam Cəfərov, şəxsi heyəti, Xətai rayonu üzrə Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi kapitan Elturan Fərzəliyev və Mərkəzi Neftçilər Xəstəxanasının Keyfiyyətə Nəzarətin İdarəolunması üzrə mütəxəssisi Elnur Süleymanov, Mülki Müdafiə Qərargah rəisi Zakir Atayev və Əməyin Mühafizəsi üzrə mühəndis Samir Abdullayev keçiriblər.

Təlim zamanı heyətin operativ reaksiyası, xəstələrin təhlükəsiz evakuasiyası və yanğın təhlükəsizliyi qaydalarına uyğun fəaliyyət bacarıqları sınaqdan keçirilib. Xəstəxananın hazırkı təhlükəsizlik standartları qiymətləndirilib və təkmilləşdirilib.

Address

Y. Səfərov 21
Baku
AZ1025

Telephone

+994124042800

Alerts

Be the first to know and let us send you an email when Mərkəzi Neftçilər Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Mərkəzi Neftçilər Xəstəxanası:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category