28/11/2025
GÖZ ÖNÜNDƏ “UÇAN NÖQTƏLƏR” — NƏDİR?
Gözünüzün qarşısında uçan kiçik nöqtələr, sap kimi xətlər görürsünüz? Bunlara çox insanda rast gəlinir.
Bu nöqtələr adətən zərərsizdir və vitreus adlanan göz daxili gelin yaşla dəyişməsi ilə bağlı və ya miopiyadan əziyyət çəkən insanlarda yaranır.
Ancaq aşağıdakı hallarda mütləq həkimə müraciət edin: 👇
🔹 Nöqtələrin sayı qəfil çoxalırsa
🔹 Gözdə “işıq çaxmaları” başlayırsa
🔹 Görmə sahənizdə kölgə və ya pərdə hiss edirsinizsə
🔹 Görməniz qəfil bulanarsa
Bu əlamətlər bəzən retina yırtığı və ya retina qopması kimi ciddi problemlərin göstəricisi ola bilər.
👁️✨ Dünyaya sağlam gözlərlə baxın.
Oftalmoloq-cərrah Ruslan Məmmədov
📱(077) 766 77 33
#офтальмологія katarakta kataraktameliyatı qlaukoma diabet oftalmoloqruslanmemmedov oftalmoloqcerrahruslanmemmedov