Dr. Ogtay Huseynov

Dr. Ogtay Huseynov Şəkərli diabet, metabolik sindrom, piylənmə, hipofiz, qalxanabənzər və böyrəküstü vəzil

14 noyabrda biz Baki Sağlamliq Mərkəzimizdə -  Ümumdünya Diabet Gününü qeyd etdik. Bu günü biz multidisciplinar bir semi...
15/11/2025

14 noyabrda biz Baki Sağlamliq Mərkəzimizdə - Ümumdünya Diabet Gününü qeyd etdik. Bu günü biz multidisciplinar bir seminar formatında, sevimli həkim-rezidentlərimizlə birlikdə keçirdik. Seminar təşkil olundu, rezidentlər çıxış etdilər. Onların məruzələri yüksək səviyyədə təqdim olundu.

Bundan sonra viktorina keçirildi. Sevindirici məqam ondan ibarət idi ki, yalnız rezidentlər və klinikamızın həkimləri deyil, həm də üçüncü kurs tələbələrim – həkimlik yoluna yeni qədəm qoyan gənclər – seminarda iştirak etdilər.

Hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Və ən xoş olanı odur ki, hər bir həkim bu konfransdan özünə yeni bir bilik, yeni bir fikir götürdü. #

🧤 Soyuq əllər – bu tiroid problemidir, yoxsa qan dövranı?“Əllərim daim buz kimi olur…”Bu cümləni deməyən xəstə demək ola...
13/11/2025

🧤 Soyuq əllər – bu tiroid problemidir, yoxsa qan dövranı?

“Əllərim daim buz kimi olur…”
Bu cümləni deməyən xəstə demək olar ki, qalmayıb.

Bəzən insanlar bunu qan azlığı, bəzən qan dövranı zəifliyi, bəzən də tiroid pozğunluğu ilə əlaqələndirirlər.

Bəs əslində nə baş verir?

📌 Əgər insanın əlləri və ayaqları daim soyuqdursa, buna səbəb bir neçə fərqli mexanizm ola bilər:

🔹 Hipotireoz – yəni qalxanabənzər vəzin zəif işləməsi.
Bu zaman bədənin maddələr mübadiləsi yavaşlayır, istilik istehsalı azalır. İnsan sanki “içəridən soyuyur”.
Yuxululuq, halsızlıq, qəbizlik, dəri quruluğu da varsa – mütləq TSH və FT4 analizlərinə baxmaq lazımdır.

🔹 Vegetativ disfunksiya – xüsusilə gənc insanlarda rast gəlinir. Stress, yuxusuzluq, emosional gərginlik zamanı damarlar daralır, əllərə qan axını zəifləyir.
Belə hallarda TSH normal olur, amma əllər yenə soyuq qalır.

🔹 Anemiya – xüsusilə dəmir çatışmazlığı zamanı. Qanın oksigen daşıma qabiliyyəti azalır və ətraflar daha tez soyuyur.

🔹 Damar problemləri – çox nadir hallarda. Məsələn, Reyno fenomeni.

🧠 Bəzən hərarətsiz soyuqluq daxildə olur.
Bəzən tiroid yavaşlayanda, insanın özü də yavaşlayır.
Enerji düşür, nəbz azalır, ruh çəkilir. Elə bil bədən “yuxuya gedir” – həm fiziki, həm psixoloji mənada.

Amma bəzən bu sadəcə həyatdan yorğunluqdur.
Sadəcə stressin bədəndəki təzahürü.
Bəzən isə, heç nə ciddi deyil — bu, sadəcə sizin bədəninizin xüsusiyyətidir.

💬 Siz necə düşünürsünüz? Əlləri daim soyuq olan biri həkimə getməlidirmi?
Yoxsa bu, sadəcə xasiyyətdir?

👇 Şərhlərdə paylaşın. Bəlkə sizin təcrübəniz kiməsə yol göstərə bilər. #

Bəzi qadınlarda çənə nahiyəsində nazik tükcüklər təbiidir və problem yaratmır. Amma bəzən bu tüklər qalın, tünd və davam...
05/11/2025

Bəzi qadınlarda çənə nahiyəsində nazik tükcüklər təbiidir və problem yaratmır. Amma bəzən bu tüklər qalın, tünd və davamlı şəkildə çıxmağa başlayır. Bu hal təkcə kosmetik məsələ deyil — bəzən hormonal dəyişikliklərin siqnalı ola bilər.

Çənə nahiyəsində tüklənmənin bir neçə səbəbi ola bilər 👇
1. 🧬 Genetik meyl — bəzi ailələrdə təbii olaraq üz tükləri daha sıxdır.
2. 🧠 Hormonal pozğunluqlar — xüsusilə kişi hormonlarının (androgenlərin) artması:
• Polikistoz yumurtalıq sindromu (PCOS)
• Qalxanabənzər vəz pozğunluqları
• Bəzən nadir hallarda adrenal vəz xəstəlikləri
3. 💊 Bəzi dərmanlar (kortikosteroidlər və ya androgen təsirli preparatlar)
4. 👵 Menopauza dövrü — estrogen azalır, nisbətən androgen təsiri artır.

🧪 Nə zaman həkimə müraciət etmək lazımdır?

👉 Tüklənmə get-gedə artırsa
👉 Yeni və qalın tünd tüklər əmələ gəlirsə
👉 Menstrual dövr pozulubsa, sızanaq, saç tökülməsi və ya çəki artımı müşahidə olunursa
👉 Birdən-birə və sürətli şəkildə tüklənmə yaranıbsa (xüsusilə 30 yaşdan sonra)

Bu hallarda sadəcə epilyasiya və ya üz qırxmaqla kifayətlənmək düzgün deyil — endokrinoloq və ya ginekoloq-endokrinoloqla müayinə vacibdir.

🩺 Müayinə nələri əhatə edə bilər
• Qan analizlərində hormonal göstəricilər (androgenlər, LH/FSH nisbəti, prolaktin, TSH və s.)
• Qalxanabənzər vəz funksiyası
• Yumurtalıqların ultrasəs müayinəsi — PCOS ehtimalını qiymətləndirmək üçün
• Bəzən adrenal vəzlərin əlavə qiymətləndirilməsi də lazım olur

🧼 Müalicə və qulluq yanaşmaları

✅ Əgər hormonal pozğunluq aşkarlanırsa, əsas məqsəd səbəbi aradan qaldırmaqdır — məsələn, PCOS zamanı hormonal balansı tənzimləmək.
✅ Lokal tüklənməyə qarşı müasir üsullar:
• Lazer epilyasiya (dəridə aktiv iltihab yoxdursa və tibbi əks göstəriş yoxdursa)
• Mexaniki üsullar (amma davamlı və doğru texnika ilə)
✅ Özbaşına hormonal preparat qəbul etmək qətiyyən olmaz.

📣 Nəticə

Çənə nahiyəsində tüklənmə — sadəcə estetik məsələ deyil.
Bəzi hallarda bu, orqanizmdə hormonal tarazlığın pozulmasının erkən göstəricisi ola bilər.

Əgər tüklər qalınlaşıb, artırsa və ya digər əlamətlərlə müşayiət olunursa, vaxt itirmədən endokrinoloqla məsləhətləşmək ən doğru addımdır 🩺 #

🍫 Çayla birlikdə şokolad konfetlər — amma hansılarla?Bizdə çay süfrəsinin ayrılmaz hissəsi — şokolad konfetlərdir.Demək ...
30/10/2025

🍫 Çayla birlikdə şokolad konfetlər — amma hansılarla?

Bizdə çay süfrəsinin ayrılmaz hissəsi — şokolad konfetlərdir.
Demək olar ki, hər evdə gündəlik vərdişdir.
Amma çox az adam bilir ki, marketlərdə satılan ucuz və orta qiymətli konfetlərin böyük hissəsi təbii kakao yağı ilə deyil, hidrogenləşdirilmiş bitki yağları ilə hazırlanır.
Yəni — trans yağlarla.

⚠️ Trans yağlar nədir və niyə təhlükəlidir?

Trans yağ — maye bitki yağının süni şəkildə bərkiməsi nəticəsində yaranan maddədir.
Onlar konfetə uzun saxlanma müddəti, parıltı və dad verir, amma…
Orqanizmdə xolesterini artırır, damar divarını zədələyir,
ürək-damar xəstəliklərinin, infarkt və insultun riskini dəfələrlə yüksəldir.

🧾 Etiketə baxın

Əgər tərkibdə yazılıbsa:
👉 “hidrogenləşdirilmiş yağ”
👉 “bitki yağı”
👉 “kakao yağı əvəzləyicisi” —
deməli bu məhsulda trans yağ var.

Əgər yazılıbsa:
✅ “kakao yağı”, “kakao kütləsi” — bu, təbii və daha təhlükəsiz seçimdir.

💡 Nə etmək olar?

Çox bəsit:
• Az, amma keyfiyyətli tünd şokolad (70% və yuxarı) seçin.
• Ucuz, parıltılı konfetlərdən uzaq durun.
• Unutmayın: şirinlik keyfiyyətlə ölçülür, miqdarla yox.
👉Pasiyentlərimin çoxu “şokolad az yeyirəm, amma hər gün bir-iki konfetlə çay içirəm” deyirlər. Halbuki, məhz o “bir-iki konfet” bəzən damarlarımız üçün ən böyük zərbə olur.
❗️Məsləhətim budur: əgər şirin dad xoşunuza gəlirsə, keyfiyyətli tünd şokoladı seçin. Çünki sağlamlıq — ucuz məhsulla qənaət ediləcək mövzu deyil. #

🩺 Diabet və “qızartı” arxasında gizlənən təhlükəBəzən xəstələrimiz “ayağımda bir az qızartı var, keçər” deyib gözləyirlə...
28/10/2025

🩺 Diabet və “qızartı” arxasında gizlənən təhlükə

Bəzən xəstələrimiz “ayağımda bir az qızartı var, keçər” deyib gözləyirlər. Amma şəkərli diabet fonunda bu “bir az qızartı” bəzən çox ciddi problemə çevrilə bilər.
Bu fotolardakı 40 yaşlı kişi xəstə də elə belə gəldi – qızartı, şişkinlik, hərarət. Qan analizində C-reaktiv zülal 350-dən yuxarı, prokalsitonin yüksəlib. Diaqnoz: Qızıl yel xəstəliyi.

Müalicə — intensiv antibiotik terapiyası, insulinə keçid (bazal-bolus üsulu) və nəzarətli qidalanma.
Bir həftə sonra CRP 350-dən 17-yə düşdü. Qızartı azaldı, ağrı çəkildi, temperatur normallaşdı.
Effekt – fotolarda aydın görünür.

👉 Ən önəmlisi: şəkəri olan insan infeksiyaya daha həssasdır. Gecikmək olmaz. Qızartı, istilik, ağrı varsa – mütləq həkimə müraciət edin.
Bəzən vaxtında başlanmış müalicə – amputasiyanın, bəzən isə həyatı xilas edir.

💬 Mənim üçün hər belə hal bir xatırlatmadır: diabet sadəcə “şəkərin qalxması” deyil, bəzən bütün orqanizm üçün ciddi sınaqdır. #

🍽 Diabeti olan insan Azərbaycan toyunda nə yeyə bilər?Mənə tez-tez bu sualı verirlər: “Doktor, toyda nə yeyim, nə yeməyi...
24/10/2025

🍽 Diabeti olan insan Azərbaycan toyunda nə yeyə bilər?

Mənə tez-tez bu sualı verirlər: “Doktor, toyda nə yeyim, nə yeməyim? Hər yerdə plov, qızartma, tort…”
Əslində toy süfrəsi bizim mədəniyyətin bir hissəsidir, amma orada hər şey “icazəlidir” demək də düzgün olmaz.

Əvvəlcə yadımızda saxlayaq: diabetdə əsas məqsəd qan şəkərini sabit saxlamaqdır.

✅ Yeyilə bilənlər

🥩 Yağsız ət – dana, toyuq, balıq (sobada və ya qaynadılmış)
🥗 Tərəvəz salatları – xüsusilə zeytun yağı ilə
🍚 Az miqdarda plov – 1-2 xörək qaşığından çox yox
🥛 Qatıq, ayran və ya şəkərsiz içkilər
🍏 Bir kiçik meyvə hissəsi – alma, armud və ya bir az nar

🚫 Uzaq dur!

🍰 Tortlar, paxlava, şəkərbura, halva
🥤 Kompot, meyvə şirələri, qazlı içkilər
🥘 Qızardılmış yeməklər, çox yağlı qovurmalar
🍷 Şirin spirtli içkilər

Bu məhsullar qan şəkərini ani şəkildə qaldırır və bəzən bir neçə saatdan sonra hipoqlikemiya riski də yaradır.

💡 Kiçik məsləhət

Toyda dadmaq istəyirsənsə — olar.
Sadəcə:
🕐 Az miqdarda,
🐢 yavaş-yavaş,
💧 və su içərək yeyin.

❗️Əgər insulin və ya qlükozanı azaldan dərman qəbul edirsinizsə – dərman vaxtını dəyişməyin, əvvəlcədən plan qurun.

👉Sonda bir həqiqət: diabeti olan insan da normal həyat yaşaya bilər, sadəcə nizam-intizam vacibdir. Toyda da bu qaydanı unutmamaq kifayətdir 💙 #

Son vaxtlar çox xanım məndən eyni şeyi soruşur:🩷 “Doktor, mən Metformin qəbul edirdim, indi hamiləyəm… davam edimmi, yox...
21/10/2025

Son vaxtlar çox xanım məndən eyni şeyi soruşur:
🩷 “Doktor, mən Metformin qəbul edirdim, indi hamiləyəm… davam edimmi, yoxsa dayandırım?”

Ən vacibi: Metformin plasentanı keçir, yəni uşağa da çatır. Amma böyük tədqiqatlar (MiG, ADA, Endocrine Society və b.) göstərib ki ⤵️
🟢 Dölə zərər vermir, doğuş qüsurlarını artırmır.
🟡 Bəzi uşaqlarda sonradan bir qədər artıq çəki müşahidə olunub — yəni ehtiyatlı olmaq lazımdır.

Ona görə beynəlxalq tövsiyələr belə deyir:
📍 Əgər qadında gestasion diabet (hamiləlik zamanı şəkərin yüksəlməsi) varsa — əsas müalicə insulindir.
📍 Metformin isə o hallarda istifadə olunur ki, insulin mümkün deyil və ya pasiyent razı deyil.
📍 PCOS səbəbilə qəbul edənlərdə həkim bəzən dərmanı 1-ci trimestrin sonuna qədər saxlayır, sonra isə vəziyyətdən asılı olaraq dayandırır.

💬 Mənim pasiyentlərimə adətən belə deyirəm:
➡️ Özbaşına dərmanı kəsməyin.
➡️ Qərarı endokrinoloq və ginekoloq birlikdə verməlidir.
➡️ Əgər şəkər normadadır və vəziyyət stabildirsə, həkim bəzən metformini müvəqqəti saxlaya bilər.
➡️ Əgər şəkər qalxırsa — insulin daha etibarlıdır.

Metformin çox qadına hamilə qalmağa kömək edir, amma hamiləlik zamanı hamıya eyni qayda tətbiq edilmir.
Hər qadının vəziyyəti fərqlidir. 🌸

📚 Bəs protokollara görə necədir?

🔹 Amerika Diabet Assosiasiyası (ADA 2025) və Amerika Ginekoloqlar Kolleci (ACOG) bildirir ki, hamiləlik zamanı şəkər yüksəlibsə, insulin birinci seçimdir.
🔹 Metformin yalnız o hallarda verilə bilər ki, insulin qəbul etmək mümkün olmasın və ya pasiyent açıq şəkildə imtina etsin.
🔹 Böyük Britaniyanın NICE tövsiyələrinə görə, bəzi qadınlarda (xüsusilə artıq çəkili və insulin müqaviməti olanlarda) metformin qəbuluna icazə verilə bilər, amma qlükoza hədəfləri əldə olunmazsa insulin əlavə olunmalıdır.
🔹 Endocrine Society (2025) isə 2-ci tip diabeti olan qadınlarda hamiləlik zamanı metforminin rutində istifadəsini tövsiyə etmir — yalnız seçilmiş hallarda.

Yəni sadə desək, beynəlxalq protokollar metformini tam qadağan etmir, amma onu əsas müalicə kimi də görmür.
Qərar fərdi yanaşma ilə, endokrinoloq və ginekoloqun birgə qərarı ilə verilməlidir. 🤝 #

👣 Şəkərli diabetdə düzgün ayaqqabı seçimi — kiçik detal, böyük fərqŞəkərli diabet zamanı sinir ucları və qan dövranı zəd...
16/10/2025

👣 Şəkərli diabetdə düzgün ayaqqabı seçimi — kiçik detal, böyük fərq

Şəkərli diabet zamanı sinir ucları və qan dövranı zədələnə bilər. Bu, xüsusilə ayaqlarda özünü daha aydın göstərir. Bəzən pasiyent ayaqqabının içindəki xırda daş, tikiş və ya sıxmanı hiss etmir. Nəticədə kiçik bir qabar sağalmayan xoraya, o isə bəzən çox ciddi fəsadlara çevrilə bilər.

Düzgün ayaqqabı seçimi — sadəcə rahatlıq üçün deyil, ayaqları qorumağın ən vacib üsullarından biridir 👇

👟 Düzgün ayaqqabının əsas xüsusiyyətləri

✅ Geniş və rahat burun hissəsi — barmaqlar sıxılmamalıdır.
✅ Daxildə tikiş, sərt çıxıntı olmamalıdır — sürtünmə və yaralanma riskini azaldır.
✅ Yumşaq, lakin möhkəm daban — təzyiqi bərabər paylayır.
✅ Ayağa tam oturmalıdır, amma sıxmamalıdır.
✅ Təbii materialdan hazırlanmalıdır — dəri və nəfəs alan parça ən uyğundur.
✅ Qalın və hamar altlıq — mismar, daş batmasının qarşısını alır.

🚫 Nələrdən uzaq durmaq lazımdır

❌ Dar burunlu və ya hündürdaban ayaqqabılar
❌ İçi tikişli və sərt materialdan olan modellər
❌ Arxası açıq “şəpşəp” və ya flip-floplar
❌ İkinci əl və ya geyilmiş ayaqqabılar — hər ayağın forması fərqlidir
❌ Plastmas və ya sintetik materiallar

🧼 Gündəlik ayaq və ayaqqabı baxımı

👣 Hər gün ayaqlarınızı diqqətlə yoxlayın — daban, barmaqlar arası, ayaqaltı.
🧦 Təmiz, tikişsiz corab geyinin.
🪶 Ayaqqabını geyməzdən əvvəl içini yoxlayın — yad cisim və ya qatlanmış içlik ola bilər.
🧼 Ayaqqabılar təmiz və quru saxlanmalıdır.

🕓 Ayaqqabı alarkən və geyərkən əlavə vacib məsləhətlər

🛍 Ayaqqabını günün sonunda almaq daha düzgündür
→ Gün ərzində ayaq bir qədər şişir. Səhər alınan ayaqqabı axşam dar gələ bilər. Günün sonunda ölçü real vəziyyətə daha uyğundur.

👞 Yeni ayaqqabını tədricən geyinin
→ İlk gün 20–30 dəqiqəlik geyinmək kifayətdir, sonra çıxarıb köhnə rahat ayaqqabınızı geyin.
→ Növbəti gün bu müddəti bir qədər artırın.
→ Beləcə ayaqqabı həm ayağa uyğunlaşır, həm də yaralanma riski azalır.

📲 Bu məlumatı yaxınlarınızla paylaşın — bəzən doğru ayaqqabı seçimi bir həyatı dəyişə bilər. #

🦶 Diabet zamanı niyə ayaqlar ağrıyır?⁉️ Bu sualı mən pasiyentlərimdən həkimlik fəaliyyətimin ilk günündən eşidirəm. Xəst...
14/10/2025

🦶 Diabet zamanı niyə ayaqlar ağrıyır?

⁉️ Bu sualı mən pasiyentlərimdən həkimlik fəaliyyətimin ilk günündən eşidirəm. Xəstələr “ayaqlarım sanki yanır”, “gecə yatanda sancı tutur”, “bəzən sanki qarışqa gəzirmiş kimi olur” deyirlər. Bütün bunlar təsadüfi deyil.

Əslində diabet zamanı ayaqlarda ağrıların bir neçə əsas səbəbi var 👇

1️⃣ Sinirlərin zədələnməsi (Diabetik neyropatiya)

Qanda şəkərin uzunmüddətli yüksək qalması sinir uclarına zərər verir. Nəticədə yanma, keylik, sancı, bəzən də ağrının azalması (hissiyyatsızlıq) yaranır. Xüsusilə gecələr bu ağrılar daha çox hiss olunur.

2️⃣ Qan dövranının pozulması (Angiopatiya)

Diabet damarlara da təsir göstərir. Ayaqlara qan axını zəifləyir, bu da soyuqluq, yorğunluq, gəzəndə ağrılarla özünü göstərir. İrəliləmiş hallarda yaralar və sağalmada gecikmələr müşahidə olunur.

3️⃣ Ayaq problemlərinin vaxtında aşkarlanmaması

Sinir zədələnməsi səbəbindən bəzən pasiyentlər ayaqlarındakı kiçik yaraları, batmış dırnaqları və ya göbələk infeksiyalarını hiss etmirlər. Bu isə sonradan ağrı və ciddi fəsadlara gətirib çıxara bilər.

📝 Nə etmək lazımdır?
• 🩺 Ayaqlarınızı hər gün diqqətlə yoxlayın
• 👣 Rahat və uyğun ölçülü ayaqqabı geyin
• 🧼 Ayaq gigiyenasına fikir verin
• 🩻 Qan şəkərinizi yaxşı nəzarətdə saxlayın
• 👨‍⚕️ Əlamətlər varsa, gecikmədən həkimə müraciət edin

📌 Unutmayın: Ayaq ağrısı diabetin “xəbərdarlıq zəngi” ola bilər. Problemi nə qədər tez aşkar etsəniz, nəticə bir o qədər yaxşı olar. #

✨ Aspirin hər kəs üçün deyil! ✨50 yaşdan sonra hər gün aspirin içmək lazımdır — bu fikir hələ də cəmiyyətdə geniş yayılı...
10/10/2025

✨ Aspirin hər kəs üçün deyil! ✨
50 yaşdan sonra hər gün aspirin içmək lazımdır — bu fikir hələ də cəmiyyətdə geniş yayılıb. Amma bu tam doğru deyil

🩺 Aspirin – sadə görünən, amma ciddi dərmandır.
Onun ən böyük riski mədə-bağırsaq və beyin qanaxmalarıdır. Bu risk yaş artdıqca daha da yüksəlir. Ona görə də son illərdə klinik tövsiyələr dəyişib.
Gəlin, son tibbi tövsiyələrə baxaq👇

🟨 1️⃣ Mif və Reallıq

🧠 MİF:

“50 yaşdan sonra hər kəs gündə aspirin içməlidir.”

📚 REALLIQ:

Aspirin yalnız damar xəstəliyi sübut olunmuş şəxslərdə həyati əhəmiyyət daşıyır.
Sağlam insanlarda isə qanaxma riski faydadan çox ola bilər.

🟩 2️⃣ Aspirin kimlərə vacibdir (İkincili profilaktika)

✅ İnfarkt və ya insult keçirmiş şəxslər
✅ Karotid arteriyada ≥50% darlıq və ya başqa sübut olunmuş ateroskleroz
✅ Stent, bypass və ya revaskulyasiya əməliyyatı keçirmiş xəstələr

👉 Bu hallarda gündəlik 75–100 mq aspirin uzunmüddətli müalicənin əsas hissəsidir.

🟥 3️⃣ Kimlərə aspirin lazım deyil (Birincili profilaktika)

🚫 60 yaşdan yuxarı sağlam şəxslər üçün rutin aspirin tövsiyə olunmur
🚫 Yalnız təzyiq və ya xolesterin yüksəkdirsə, amma damar zədələnməsi yoxdursa — aspirin lazım deyil
🚫 “Profilaktika üçün içim” yanaşması — artıq tövsiyə olunmur

⚠️ Səbəb: qanaxma riski faydanı ötür.

🟦 4️⃣ Fərdi qərar vacibdir

👩‍⚕️ 45–59 yaş arası, yüksək 10 illik KV riski olan şəxslərdə aspirin bəzən fərdi qiymətləndirmə ilə düşünülə bilər.
👉 Amma bu qərar mütləq həkimlə məsləhətləşərək verilməlidir.

🟧 5️⃣ Yekun mesaj ✍️

📌 “50 yaşdan sonra hər kəs aspirin içməlidir” fikri köhnəlib
📌 Aspirin yalnız damar xəstəliyi sübut olunmuş şəxslərə lazımdır
📌 Qalan hallarda — özbaşına qəbul etmək olmaz

💬 Bu mövzuda tez-tez yanlış fikirlər yayılır. Paylaşaraq başqalarının da doğru məlumat almasına kömək edə bilərsiniz. #

🟠 PAYIZ — MEYVƏ MÖVSÜMÜ 🍂Azərbaycanda payızda bazarlarda bol və rəngarəng meyvələr olur.Ancaq şəkərli diabeti, qalxanabə...
07/10/2025

🟠 PAYIZ — MEYVƏ MÖVSÜMÜ 🍂
Azərbaycanda payızda bazarlarda bol və rəngarəng meyvələr olur.
Ancaq şəkərli diabeti, qalxanabənzər vəzi və ya digər endokrin xəstəlikləri olanlar üçün bu mövsüm bəzi suallar yaradır 👇

🍏 1️⃣ Şəkərli diabet zamanı
Meyvələrdə təbii şəkər var → qan şəkərinə təsir edir.
Tövsiyə olunur (kiçik porsiyalarla):
✅ Alma, armud (qabıqlı)
✅ Nar (½ stəkan)
✅ Heyva (1 ədəd)
✅ Portağal, kivi

⚠️ Məhdudlaşdırın:
❌ Üzüm, xurma, banan
❌ Qurudulmuş meyvələr

📌 Meyvəni əsas yeməklə birlikdə yemək qlikemik reaksiyanı azaldır.

🦋 2️⃣ Qalxanabənzər vəzi xəstəliklərində
Xüsusi “qadağan meyvə” yoxdur, amma:
⚠️ Qreypfrut və pomelo levotiroksinin sorulmasını azalda bilər → dərmanı qəbul etdikdən 4 saat sonra yeyin.
📌 Levotiroksin qəbulundan sonra 30 dəqiqə ərzində heç nə yeməyin.

🍇 3️⃣ Digər endokrin pozğunluqlar
• İnsulinrezistentlik: yüksək şəkərli meyvələrə nəzarət edin
• Osteoporoz: portağal, kivi – C vitamini və kaliumla zəngin 🦴
• Obezite: porsiya ölçüsü çox vacibdir 🍽

👉 “Meyvə sağlamdır” deyib limitsiz yemək olmaz.

🦷 4️⃣ Meyvələrin dişlərə təsiri
Turş meyvələr (nar, portağal, kivi) → diş minasını yumşalda bilər.
❗ Meyvə yedikdən sonra dişləri dərhal fırçalamaq olmaz, ən azı 30 dəq gözləyin.
🍏 Meyvəni çeynəyərək yemək şirəyə nisbətən daha faydalıdır.

💊 5️⃣ Meyvələr və dərmanlar
⚠️ Qreypfrut → bir çox dərmanların (statinlər, levotiroksin və s.) təsirini dəyişə bilər.
⚠️ Şəkərsalıcı dərmanlar + çox meyvə → hiperglikemiya riski.
⚠️ İnzulinlə birlikdə meyvə miqdarı qlikemiyaya uyğun tənzimlənməlidir.

🍎 Nəticə:
Meyvələr sağlam qidalanmanın bir hissəsidir
Amma endokrin xəstəliklərdə düzgün seçim və porsiya nəzarəti vacibdir.
👉 Dərmanlarla qarşılıqlı təsirləri nəzərə alın.
👉 Meyvəni təzə, çiy və balanslı miqdarda yeyin 🍂 #

Son zamanlar artıq çəkidən, piylənmədən və şəkərli diabetdən əziyyət çəkən pasiyentlərin sayı artıb. Əsas səbəblərdən bi...
05/10/2025

Son zamanlar artıq çəkidən, piylənmədən və şəkərli diabetdən əziyyət çəkən pasiyentlərin sayı artıb. Əsas səbəblərdən biri isə çox sadədir — yanlış və nizamsız qidalanma vərdişləri.
Məhz buna görə sizin üçün gündəlik həyatınızda rahat tətbiq edə biləcəyiniz sadə və vizual bələdçi hazırladım.
Aşağıdakı cədvəllərdə günün müxtəlif vaxtlarında — səhər, günorta və axşam yeməklərində:
• ✅ nələri rahat yeyə biləcəyiniz,
• ⚠️ nələri məhdud miqdarda qəbul etməyiniz,
• ❌ və nələrdən uzaq durmağınız lazım olduğu göstərilib.

Bu qaydalar həm artıq çəki ilə mübarizədə, həm də şəkərli diabetin qarşısının alınmasında çox böyük rol oynayır. Sağlam vərdişlər kiçik addımlardan başlayır 🥦🥚🍗 #

Address

пр. Азадлыг 112
Baku
AZ1110

Opening Hours

Monday 10:00 - 16:30
Tuesday 09:00 - 16:30
Wednesday 09:00 - 16:30
Thursday 09:00 - 16:30
Friday 09:00 - 16:30
Saturday 09:00 - 13:00

Telephone

+994502062220

Alerts

Be the first to know and let us send you an email when Dr. Ogtay Huseynov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr. Ogtay Huseynov:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram