Uzman Dr.Ayten Rasulzade

Uzman Dr.Ayten Rasulzade Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Uzman Dr.Ayten Rasulzade, Doctor, Azerbaycan, Baku.

Bəzən ən gözəl terapiya – təbiət və sükutdur…
24/03/2026

Bəzən ən gözəl terapiya – təbiət və sükutdur…

Həkim olaraq hər doğum özəldir, amma bu dəfə mənim üçün bir az daha özel idi.Çünki həm dostumun və həm də meslekdaşımın ...
19/03/2026

Həkim olaraq hər doğum özəldir, amma bu dəfə mənim üçün bir az daha özel idi.Çünki
həm dostumun və həm də meslekdaşımın bu yolunda yanında olmaq ayrı bir məsuliyyət hissi yaradırdı.
Bu gözəl anı sağlıqla tamamlayıb, onları körpələri ilə birlikdə evlərinə yola salmaq mənim üçün çox dəyərli bir an oldu.gözünüz aydın olsun əzizim,sağlıqla böyüdəsiz balanızı🥰

Həddindən artıq susuzluq, tez yorulma, tez-tez acma hissi və sürətli çəki artımı sizə hamiləlikdə normal gələ bilər.Amma...
14/03/2026

Həddindən artıq susuzluq, tez yorulma, tez-tez acma hissi və sürətli çəki artımı sizə hamiləlikdə normal gələ bilər.

Amma bu simptomlar bəzən hamiləlik diabetinin ilkin siqnalları ola bilər.🆘

Bu vəziyyət hamiləlik zamanı qan şəkərinin yüksəlməsi ilə xarakterizə olunur və adətən 24–28-ci həftələr arasında aşkarlanır. Vaxtında aparılan skrininq, düzgün qidalanma rejimi və həkim nəzarəti həm ana, həm də körpə sağlamlığı üçün vacibdir. ✨

Qəbul üçün:
📞 +994 50 363 24 44
📍HB Güven Klinikası

Bir ailem üçün daha yeni bir həyat başladı🥰Qəbul üçün:📞 +994 50 363 24 44📍HB Güven Klinikası
09/03/2026

Bir ailem üçün daha yeni bir həyat başladı🥰

Qəbul üçün:
📞 +994 50 363 24 44
📍HB Güven Klinikası

Sidik qaçırma qadınların həyat keyfiyyətini ciddi şəkildə təsir edə bilər.Düzgün diaqnoz və müalicə ilə bu problemdən qu...
04/03/2026

Sidik qaçırma qadınların həyat keyfiyyətini ciddi şəkildə təsir edə bilər.
Düzgün diaqnoz və müalicə ilə bu problemdən qurtulmaq mümkündür.

Qəbul üçün:
📞 +994 50 363 24 44
📍HB Güven Klinikası

Bəzən şəxsi planlara görə qadınlar ana olmağı daha gec yaşlara ertələyirlər. Bu, tamamilə başa düşüləndir. Amma burada m...
25/02/2026

Bəzən şəxsi planlara görə qadınlar ana olmağı daha gec yaşlara ertələyirlər. Bu, tamamilə başa düşüləndir. Amma burada mütləq nəzərə alınmalı vacib bir tibbi məqam var.👇🏻

Yaş artdıqca qadının yumurtalıq ehtiyatı və yumurta keyfiyyəti tədricən azalır. Nəticədə isə hamilə qalma şansı azalır, bəzi hallarda isə əlavə müalicələrə ehtiyac yarana bilər.

Məhz buna görə uşaq planlarınızı qurarkən vaxt itirmədən ginekoloqa müraciət etmək çox önəmlidir. Həkim müayinəsi və lazımi analizlər vasitəsilə reproduktiv vəziyyətiniz qiymətləndirilə, gələcək üçün daha sağlam və real planlama aparıla bilər.✅

Qəbul üçün:
📞 +994 50 363 24 44
📍HB Güven Klinikası

Hamiləlik dövründə bel ağrıları bir çox ana namizədinin gündəlik həyatına təsir edə bilər. Amma doğru və təhlükəsiz məşq...
16/02/2026

Hamiləlik dövründə bel ağrıları bir çox ana namizədinin gündəlik həyatına təsir edə bilər. Amma doğru və təhlükəsiz məşqlərlə bu narahatlığı azaltmaq mümkündür 🤍

Bu 3 sadə və təhlükəsiz məşq bel ağrılarını yüngülləşdirməyə kömək etməklə yanaşı, gün ərzində özünüzü daha rahat və gümrah hiss etməyinizə də dəstək olacaq.🌸🤗

Unutmayın, hər məşq fərdi vəziyyətə uyğun olmalı və həkim məsləhəti ilə icra edilməlidir.✅

Qəbul üçün:
📞 +994 50 363 24 44
📍HB Güven Klinikası

Bəzilərimiz üçün menstruasiya daha yüngül keçərkən, bəzilərimiz üçün bu dövr şiddətli ağrılar, halsızlıq və gündəlik həy...
09/02/2026

Bəzilərimiz üçün menstruasiya daha yüngül keçərkən, bəzilərimiz üçün bu dövr şiddətli ağrılar, halsızlıq və gündəlik həyatın pozulması ilə müşayiət olunur.🤔

Menstruasiya ağrılarının şiddətinə uşaqlıq yığılmalarının gücü, hormonal balans və mövcud ginekoloji problemlər birbaşa təsir edir. Endometrioz, mioma, polip, hormonal pozğunluqlar kimi hallar ağrıların daha intensiv hiss olunmasına səbəb ola bilər.

Unutmayaq ki, hər dəfə çox şiddətli olan ağrılı menstruasiya normal qəbul edilməməlidir. Əgər hər ay güclü ağrılar yaşayırsınızsa, bu, bədənin sizə verdiyi bir siqnal ola bilər. 👇🏻

Məhz bu səbəbdən ginekoloji müayinədən keçməlisiniz!

Qəbul üçün:
📞 +994 50 363 24 44
📍HB Güven Klinikası

Ginekoloji qanaxmalar hər zaman eyni mənanı daşımır. Bəzi hallarda onlar zərərsiz və keçici səbəblərlə əlaqəli ola bilər...
02/02/2026

Ginekoloji qanaxmalar hər zaman eyni mənanı daşımır. Bəzi hallarda onlar zərərsiz və keçici səbəblərlə əlaqəli ola bilər, lakin digər hallarda ciddi risk siqnalı kimi dəyərləndirilməlidir. 👇🏻

Bu qanaxmalar hormonal dəyişikliklərdən qaynaqlana biləcəyi kimi, hamiləliklə bağlı problemlərin, infeksiyaların və ya digər ginekoloji xəstəliklərin ilk əlaməti də ola bilər. Əsas məsələ qanaxmanı görməzdən gəlməmək və onun səbəbini dəqiq müəyyən etməkdir.❗

Vaxtında həkim müayinəsi ilə qanaxmanın səbəbini müəyyən etmək həm sağlamlığı, həm də gələcək fəsadları qorumağa imkan verir.✅

Qəbul üçün:
📞 +994 50 363 24 44
📍HB Güven Klinikası

Vaginal axıntıların növlərini, rəngini, və müşayiət edən əlamətləri bilmək qadın sağlamlığı üçün olduqca vacibdir. Bu də...
26/01/2026

Vaginal axıntıların növlərini, rəngini, və müşayiət edən əlamətləri bilmək qadın sağlamlığı üçün olduqca vacibdir. Bu dəyişikliklər bədənin verdiyi təbii siqnallardır və bir çox ginekoloji xəstəliklərin erkən mərhələdə aşkarlanmasına kömək edə bilər.🌸

Normal axıntı ilə infeksiya əlamətlərini ayırd etməyi bacaran qadın, baş verən dəyişiklikləri vaxtında fərq edir və problemi gecikdirmədən qiymətləndirir.

Bu məlumatlılıq nəticəsində qadınlar öz bədənlərini daha yaxşı tanıyır, lazımsız narahatlıqdan qaçır və düzgün zamanda həkimə müraciət edərək həm sağlamlıqlarını, həm də həyat keyfiyyətlərini qoruyurlar.✅

Qəbul üçün:
📞 +994 50 363 24 44
📍HB Güven Klinikası

Kiçik əllər, böyük möcüzələr…Hər körpə öz gözəlliyi ilə dünyaya gəlir 🤍Qəbul üçün:📞 +994 50 363 24 44📍HB Güven Klinikası...
20/01/2026

Kiçik əllər, böyük möcüzələr…
Hər körpə öz gözəlliyi ilə dünyaya gəlir 🤍

Qəbul üçün:
📞 +994 50 363 24 44
📍HB Güven Klinikası

Ağıllı bir körpə istəyirsən? 👶🧠Bu, təkcə körpəyə musiqi dinlətməklə bağlı deyil - nə yediyin, nə hiss etdiyin və necə dü...
19/01/2026

Ağıllı bir körpə istəyirsən? 👶🧠

Bu, təkcə körpəyə musiqi dinlətməklə bağlı deyil - nə yediyin, nə hiss etdiyin və necə düşündüyün də çox önəmlidir. ✨

Omega-3, fol turşusu, dəmir və stresdən uzaq bir həyat tərzi körpənin beyin inkişafı üçün ideal kombinasiyadır. 💡

Beyin inkişafını dəstəkləyən ətraflı hamiləlik rutinini hazırladığım PDF-dən öyrənə bilərsən.

Şərhdə “BEYİN” yaz!👇🏻

Qəbul üçün:
📞 +994 50 363 24 44
📍HB Güven Klinikası

Address

Azerbaycan
Baku
AZ1000

Telephone

+994503632444

Website

Alerts

Be the first to know and let us send you an email when Uzman Dr.Ayten Rasulzade posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Uzman Dr.Ayten Rasulzade:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category