Nevropatoloq Samira Ahadova

Nevropatoloq Samira Ahadova ATU-müalicə işi
Həkimləri təkmilləşdirmə inistutu EEG kursu
Ankara Universiteti-Nevrologiya üzrə ixtisasartırma
�iş yeri-Əhmədli klinikası

🧠Nevroloq Samirə Əhədova🏥Əhmədli klinikasıQəbula yazılmaq üçün 📞070 293 18 28Beyin damarlarının daralması və ya tıxanmas...
23/09/2025

🧠Nevroloq Samirə Əhədova
🏥Əhmədli klinikası
Qəbula yazılmaq üçün 📞070 293 18 28

Beyin damarlarının daralması və ya tıxanması beyin qan dövranının pozulmasına səbəb olur. Bu zaman
-Baş ağrıları
-Baş gicəllənmə
-Yaddaş zəifləməsi
-Üzdə əyilmə hissi
-Əllərdə və ya ayaqlarda uyuşma
-Nitqin pozulması kimi əlamətlər ortaya çıxa bilər.






İnsult qəfil baş verir və hər dəqiqəsi önəm daşıyır.Ona görədə insult zamanı əlamətləri tanımaq və vaxtına həkimə müraci...
10/09/2025

İnsult qəfil baş verir və hər dəqiqəsi önəm daşıyır.Ona görədə insult zamanı əlamətləri tanımaq və vaxtına həkimə müraciət etmək müalicə şansını artırır və beyin zədələnmələri daha az olur.
-Üzdə əyilmə və keylik
-Qolda zəiflik və hərəkətsizlik
-Nitqin pozulması
-Qəfil artan baş ağrısı
-Baş gicəllənmə
-Görmədə bulanıqlıq

Bizlər hər zaman sizlərin sağlamlığınız üçün var gücümüzlə çalışacağıq 🤗Dr.Samirə Əhədova📞 (+994 ) 70 293 18 28         ...
16/12/2021

Bizlər hər zaman sizlərin sağlamlığınız üçün var gücümüzlə çalışacağıq 🤗
Dr.Samirə Əhədova
📞 (+994 ) 70 293 18 28






🧠VERTİGO NƏDİR?Vertigo baş dönməsi hissini ifadə edən bir xəstəlikdir.  Vertigo daxili qulaqda, beyində vəya hissi sinir...
06/07/2021

🧠VERTİGO NƏDİR?
Vertigo baş dönməsi hissini ifadə edən bir xəstəlikdir. Vertigo daxili qulaqda, beyində vəya hissi sinir yolunda bir problem olduğunda ola bilər.
🧠VERTİGO SİMPTOMLARI
Dayanıqlığın itirilməsi (bu, ayaqda durmağı ya da yeriməyi çətinləşdirir)
– Mədə bulantısı və qusma
– Qulaq çınlaması ve axıntı
– Qulaqda batmsa hissi
– Baş ağrısı
🧠VERTİGO ÜÇÜN HANSI HƏKİMƏ GETMƏK LAZIMDIR?

Vertigosu olduğundan şüphələnənlər Qulaq Burun Boğaz ya da Nevrologiya bölümünə müraciət etməlidirlər. Vertigo, beyində meydana gələcək bəzi dəyişikliklərin qulaqda küy şəklində özünü göstərməsinə görə hər iki bölümə müraciət
olunmasında fayda vardır.

Miqren sadəcə baş ağrısı deyil,ümumi nevroloji bir xəstəlikdir.Miqrenin bir çox əlamətləri vardır.⬆Başağrısı daha çox pu...
10/03/2020

Miqren sadəcə baş ağrısı deyil,ümumi nevroloji bir xəstəlikdir.Miqrenin bir çox əlamətləri vardır.
⬆Başağrısı daha çox pulsasiyaedici
⬆Ürəkbulanma,qusma
⬆Səslərə,qoxuya və işığa həssaslıq
⬆Tükənmişlik hissi,yorğunluq
Miqren xəstəliyi həyat keyfiyyətinə ciddi şəkildə təsir edir.

Mədə nevrozu və yaxud Qıcıqlanan bağırsaq sindromu son dövrlərin aktual mövzusudur. Xəstəlik əsasən gənclərdə rast gəlin...
05/03/2020

Mədə nevrozu və yaxud Qıcıqlanan bağırsaq sindromu son dövrlərin aktual mövzusudur. Xəstəlik əsasən gənclərdə rast gəlinir.Xəstəliyin tam səbəbi məlum olmasada yaranmasında sinir-psixi gərginliyin,həyacan pozulmalarının əsas rol oynadığı göstərilir.Çünki xəstəliyin kəskinləşməsi məhz bu insanlarda əsəbilikdə,qorxduqda,həyəcanlandıqda və s artır.Bu xəstələrdə bağırsaqlar boşalandan sonra və qusduqda xəstə rahatlayır.Əsas əlamətlər bunlardır.
*Ürəkbulanma
*Qarında gərginlik hissi və ağrı
*Diareya (qarıngetmə) və ya qəbizlik
Bəzi insanlarda qəbizlik,bəzilərində diareya üstünlük təşkil edir.Bəzilərində isə qəbzlik və diareya növbələşir.
Bu xəstələrdə diareya olan formada təcili tualet istəyi,yemək yeyən kimi tualet istəyi olur. Həmçinin həyəcanlananda,əsəbilikdə bu simptomlar artır.Tualetdən sonra yenə bağırsaqlarının tam boşalmaması hissindən şikayət edirlər.Xəstəliyin müalicəsində kompleks yanaşma olmalıdır. Həm sinir-psixi fəaliyyət normallaşdırılmalı, müvafiq simptomatik müalicə və dieta təyin olunur.

Yaşadığınız baş ağrısı çox şiddətlidirsə, heç vaxt başım belə ağrımayıb deyirsinizsə, ağrı birdən birə meydana çıxıbsa v...
02/03/2020

Yaşadığınız baş ağrısı çox şiddətlidirsə, heç vaxt başım belə ağrımayıb deyirsinizsə, ağrı birdən birə meydana çıxıbsa və ya hər hansı fiziki aktivlikdən sonra yaranıbsa vaxt itirmədən həkimə müraciət edin.

Narahat ayaqlar sindromu sakit halda, xüsusilə gecələr ayaqlarda yaranan xoşagəlməz hissiyyat və ağrılardır. Narahat aya...
24/02/2020

Narahat ayaqlar sindromu sakit halda, xüsusilə gecələr ayaqlarda yaranan xoşagəlməz hissiyyat və
ağrılardır. Narahat ayaqlar sindromunun yaranmasının konkret səbəbi yoxdur, bir çox faktorların təsirindən, yanaşı xəstəliklər səbəbindən meydana çıxa bilər . Qeyd edək ki,xəstələrdə gəzərkən,gündüzlər şikayətləri olmur,lakin gecə xüsusilədə yatarkən ayaqlarda kontrolsuzluq, ayaqları biryerdə saxlaya bilməmək, diskamfort, gizilti,ağrı kimi şikayətlər yaranır.Bəzi xəstələr yata bilmirlər,nəticədə yuxuları pozulur. Xəstələrin şikayətinə görə diaqnoz qoyulur və kompleks müalicə təyin olunur.

Xəstəlik xəstəliyi olan insanlar öz bədənlərinə qarşı çox diqqətli olurlar. Hər məqamda xəstələnəcəklərini düşünürlər. B...
19/02/2020

Xəstəlik xəstəliyi olan insanlar öz bədənlərinə qarşı çox diqqətli olurlar. Hər məqamda xəstələnəcəklərini düşünürlər. Bu xəstəlik neyropsixoloji bir problemdir.Bəzən bu insanlar həkim-həkim gəzirlər amma sanki xəstəliklərinə bir çarə tapa bilmirlər. Bu xəstələr özlərində olan bir şikayəti, məsələn bir ağrını çox qabarıq halda göstərirlər.Həmçinin öz xəstəlikləri haqqında kiməsə danışanda rahatlayırlar.

Ayaqlarda qarışqagəzməsi hissi bir neçə xəstəliyin əlaməti ola bilər. Xüsusilədə ayaqlarda 🐜 gəzməsi hissi ilə yanaşı əl...
18/02/2020

Ayaqlarda qarışqagəzməsi hissi bir neçə xəstəliyin əlaməti ola bilər. Xüsusilədə ayaqlarda 🐜 gəzməsi hissi ilə yanaşı əlavə olaraq ağrı,keyləşmə olarsa bu daha ciddi problemlərdən xəbər verir. Daha çox qarışqa gəzməsi hissi
-Sinir zədələnmələrində
-Şəkərli diabet
-Vitamin çatışmazlığı
-Tiroid xəstəliklərində
-Böyrək çatışmazlığında
-Panik pozulmalar kimi hallarda rast gəlinir.

Günlük həyatımızda işdə,evdə istər istəməz problemlər olur.Çoxumuz bu gərginlikləri rahat aşırıq.Amma bəzi insanlar kiçi...
09/04/2019

Günlük həyatımızda işdə,evdə istər istəməz problemlər olur.Çoxumuz bu gərginlikləri rahat aşırıq.Amma bəzi insanlar kiçik bir gərginliyə , ''əsəbiləşdirici vəziyyətə''
kəskin reaksiya verir.Bu insanlarda sanki kontrolsuzluq olur.Birdən birə kəskin reaksiya, qarşı tərəfə qışqırma, sındrıb dağıtma və s ola bilir. Bu insanlar sakitləşəndən sonra məlum olur ki bu hal onların özlərindən aslı deyil, o anda özlərini kontrol edə bilmirlər.Hətta bəzən çox peşiman olurlar. Bu kimi vəziyyətlər iş şəraitinə,ailə münasibətlərinə təsir edə bilir. Qeyd edəkki bu cür sinir gərginlikləri həkim kontrolu ilə aradan qaldırılır.
Dr.Samirə Əhədova nevroloq

Xəstəlik xəstəliyi olan insanlar öz bədənlərinə qarşı çox diqqətli olurlar. Hər məqamda xəstələnəcəklərini düşünürlər. B...
28/03/2019

Xəstəlik xəstəliyi olan insanlar öz bədənlərinə qarşı çox diqqətli olurlar. Hər məqamda xəstələnəcəklərini düşünürlər. Bu xəstəlik neyropsixoloji bir problemdir.Bəzən bu insanlar həkim həkim gəzirlər amma sanki xəstəliklərinə bir çarə tapa bilmirlər. Bu xəstələr özlərində olan bir şikayəti, məsələn bir ağrını çox qabarıq halda göstərirlər.Həmçinin öz xəstəlikləri haqqında kiməsə danışanda rahatlayırlar.
Dr.Samirə Nevroloq

Address

Ramiz Quliyev 65
Baku

Telephone

+994702931828

Website

Alerts

Be the first to know and let us send you an email when Nevropatoloq Samira Ahadova posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category

SİNİR XƏSTƏLİKLƏRİNİN MÜALİCƏ VƏ DİAQNOSTİKASI

Əhmədli Klinikası, Neyrocərrahiyyə xəstəxanasının yaxınlığı