İnci Laboratoriyaları

İnci Laboratoriyaları İnci Laboratoriyalarının rəsmi Facebook səhifəsi

Böyrəküstü vəzilər tərəfindən istehsal olunan kortizol, sadəcə bir "stres hormonu" deyil, bədənimizin daxili balansını q...
26/01/2026

Böyrəküstü vəzilər tərəfindən istehsal olunan kortizol, sadəcə bir "stres hormonu" deyil, bədənimizin daxili balansını qoruyan əsas tənzimləyicidir. Hüceyrələrimizdəki xüsusi reseptorlar vasitəsilə bu hormon maddələr mübadiləsindən tutmuş immun sisteminə qədər hər bir prosesə birbaşa təsir edir. ⚖️

Kortizol orqanizmdə necə işləyir? 🔍
⚡ Enerji balansı: Qanda şəkərin səviyyəsini tənzimləyərək bədəni enerji ilə təmin edir.

🛡️ İltihabın idarə edilməsi: Orqanizmdəki iltihabi reaksiyaları azaldır.

🌙 Orqanizmdə bioloji saatı tənzimləyərək yuxu rejimini idarə edir.

Disbalansın təhlükələri ⚠️
Kortizolun normadan yüksək olması xroniki yorğunluq, stresin artması, yüksək təzyiq və sürətli çəki artımına, aşağı olması isə enerji çatışmazlığı və təzyiq düşməsinə səbəb ola bilər.

Qanda kortizol səviyyəsi günün saatından asılı olaraq kəskin dəyişir.
Düzgün nəticə üçün analiz səhər saat 07:00 – 09:00 aralığında verilməlidir.

Etibarlı nəticə üçün İnci Laboratoriyalarına müraciət edin! *1113

23/01/2026

Hər bir test nəticəsi düzgün müalicəyə aparan vacib göstəricilərdəndir!

Həkim və laboratoriya əməkdaşlığı səhvsiz diaqnoz və fərdi müalicə üçün həyati önəmlidir.

👩‍⚕️ İnci Laboratoriyalarının Mərkəz filialının şöbə müdiri, T.ü.F.D. Leyla Məmmədova laborator nəticələrin klinik qərarlardakı rolunu və düzgün diaqnostikanın əhəmiyyətini izah edir, həmçinin həkim-klinisist və laboratoriya əməkdaşlığının vacibliyini vurğulayır.

✅ Sağlamlığınızı riskə atmayın – doğru test, doğru qərar, doğru nəticə!

20 Yanvar şəhidlərimizin əbədi xatirəsini dərin ehtiramla yad edirik.
19/01/2026

20 Yanvar şəhidlərimizin əbədi xatirəsini dərin ehtiramla yad edirik.

7-8 fevral tarixlərində Azərbaycan Pediatriya Cəmiyyəti və Azərbaycan Revmatoloqlar İctimai Birliyinin birgə təşəbbüsü i...
19/01/2026

7-8 fevral tarixlərində Azərbaycan Pediatriya Cəmiyyəti və Azərbaycan Revmatoloqlar İctimai Birliyinin birgə təşəbbüsü ilə keçiriləcək II Azərbaycan Pediatrik Revmatologiya Simpoziumu və I Azərbaycan–Türkiyə Pediatrik Revmatologiya Konfransında İNCİ Laboratoriyalarının mütəxəssis heyəti iştirak edəcək.

Tədbir çərçivəsində laboratoriyamızın nümayəndələri uşaq revmatologiyasında müasir laborator diaqnostika metodlarına dair elmi məruzələrlə çıxış edəcək, yerli və xarici mütəxəssislərlə təcrübə mübadiləsi aparacaqlar.

Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunan bu nüfuzlu toplantı uşaq sağlamlığı sahəsindəki yeniliklərin tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir.

📌 Konqresdə iştirak üçün qeydiyyat mütləqdir.

15/01/2026

Papilloma (HPV) nədir və niyə önəmlidir❓

🦠 İnsan Papilloma Virusu (HPV) dünyada ən geniş yayılmış virus infeksiyalarından biridir. Çox zaman simptomsuz keçsə də, bəzən dəridə və selikli qişada papillomalar, uzunmüddətli risklər yarada bilər.

👨‍⚕️ İnci Laboratoriyalarının həkim-epidemioloqu Dr. Müslüm Xanalıbəyli HPV-nin yoluxma yolları, risk faktorları, diaqnostika imkanları və profilaktikanın əhəmiyyəti barədə vacib məlumatları paylaşır.

🔬 Erkən diaqnostika və düzgün maarifləndirmə sağlamlığın qorunmasında əsas amildir.

Sağlam orqanizmin təməli uşaqlıq dövründə qoyulur! Vitamin və mineral çatışmazlığı sadəcə yorğunluq deyil, həm də boy ar...
13/01/2026

Sağlam orqanizmin təməli uşaqlıq dövründə qoyulur!

Vitamin və mineral çatışmazlığı sadəcə yorğunluq deyil, həm də boy artımının ləngiməsi, zəif yaddaş və tez-tez xəstələnmək deməkdir.

💊Vitamin D və Kalsium: Boy artımı, möhkəm sümüklər və güclü immunitet zənciri üçün əsasdır.

🩸Ferritin: Beynin oksigenlə qidalanmasını təmin edir. Ferritin aşağı olduqda uşaqlarda diqqət dağınıqlığı və tez yorulma qaçılmazdır.

🧠Vitamin B12: Sinir hüceyrələrinin qorunmasında və beyin funksiyalarının sağlam fəaliyyətində iştirak edir. Bu, uşağın qavrama və yaddaş qabiliyyətini dəstəkləyən əsas amillərdən biridir.

🛡️Sink və Vitamin C: Hüceyrələrin yenilənməsi və infeksiyalara qarşı "qalxan" funksiyasını yerinə yetirir.

💤Maqnezium: Uşağın emosional sabitliyi, rahat yuxusu və əzələ inkişafı üçün vacibdir.

Təsadüfi vitamin qəbulu deyil, laborator dəqiqliklə seçilmiş dəstək ən doğru yoldur. Övladınızın sağlamlığını İnci Laboratoriyalarının beynəlxalq standartlara uyğun dəqiq analizlərinə həvalə edin! 🧪

📞 *1113

Fol turşusu – qadın sağlamlığının əsas dəstəyiFol turşusu qadın orqanizmində hüceyrə yenilənməsi, qan yaranması və repro...
12/01/2026

Fol turşusu – qadın sağlamlığının əsas dəstəyi

Fol turşusu qadın orqanizmində hüceyrə yenilənməsi, qan yaranması və reproduktiv sistemin normal fəaliyyəti üçün əsas elementlərdən biridir. Onun çatışmazlığı enerji azlığı, anemiya, hormonal balans və ümumi sağlamlıq göstəricilərinin zəifləməsi ilə nəticələnə bilər.

Fol turşusunun əsas funksiyaları:

🔹 Hüceyrə və toxuma yenilənməsi:
Bədəndə aktiv bölünən hüceyrələrin (dəri, saç, qan hüceyrələri) sağlamlığı fol turşusundan asılıdır.

🔹 Qan yaranmasının dəstəklənməsi:
B9 çatışmazlığı qırmızı qan hüceyrələrinin düzgün formalaşmasının pozulmasına və anemiya əlamətlərinə səbəb ola bilər.

🔹 Reproduktiv sağlamlıq:
Qadınlarda menstrual dövrün nizamlanması və reproduktiv funksiyanın qorunmasında mühüm rol oynayır.

🔹 Sinir sistemi və enerji:
Fol turşusu sinir sisteminin stabil fəaliyyətinə və ümumi enerji səviyyəsinin düzgün saxlanılmasına kömək edir.

Niyə yoxlanmalıdır❓
Fol turşusunun səviyyəsinin mütəmadi qiymətləndirilməsi qadın sağlamlığında gizli risklərin vaxtında aşkarlanmasına imkan yaradır.

Fol turşusu analizini İnci Laboratoriyalarında dəqiq və etibarlı şəkildə yoxlada bilərsiniz!

📞 *1113

❄️ Orqanizminiz “qış rejiminə” hazırdırmı?Qış aylarında özünüzü yorğun hiss etməyiniz, tez-tez xəstələnməyiniz və ya əhv...
09/01/2026

❄️ Orqanizminiz “qış rejiminə” hazırdırmı?

Qış aylarında özünüzü yorğun hiss etməyiniz, tez-tez xəstələnməyiniz və ya əhvalınızın aşağı olması sadəcə havaların soyuması ilə bağlı deyil. Bu, bədəninizdəki bəzi vacib elementlərin azalmasının “siqnalı” ola bilər.

Sağlam bir qış keçirmək üçün bədəninizin daxili balansını yoxlamağın tam zamanıdır!

🩸Qanın ümumi analizi: İltihabi prosesləri və immun sisteminin vəziyyətini göstərən ilk addımdır.
💊Vitamin D: Həm sümükləriniz, həm də immunitet və əhvalınız üçün vacibdir.
💊Sink və Maqnezium: Viruslara qarşı qalxan rolunu oynayan sink və streslə mübarizə aparan, yuxunu tənzimləyən maqnezium qışın əvəzolunmazlarıdır.
💊B12 və Fol turşusu: Enerji istehsalı və sinir sistemi üçün vacibdir.

📍 Analiz üçün ünvanlarımıza yaxınlaşaraq qışa tam hazır ola bilərsiniz.

05/01/2026

İnci Patologiya Laboratoriyası - Diaqnostik prosesin hər mərhələsində dəqiqlik, nəzarət və yüksək texnologiya!

Nümunə qəbulundan molekulyar analizlərə, immunohistokimyadan nəticələrin elektron təqdimatına qədər bütün mərhələlər beynəlxalq standartlara uyğun və avtomatlaşdırılmış sistemlər üzərindən həyata keçirilir.

🔬 Etibarlı diaqnoz;
⚙️ Avtomatlaşdırılmış laboratoriya prosesləri;
🧬 Müasir patoloji yanaşma.

İnci Laboratoriyaları– dəqiq nəticə üçün güvənilən ünvan!

Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, qarşıdan gələn ilin hər biriniz üçün...
30/12/2025

Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, qarşıdan gələn ilin hər biriniz üçün uğurlu olmasını diləyirik. 🇦🇿🎉


30/12/2025

Göyöskürək nədir və niyə təhlükəlidir❓

😷 Gündəlik həyatda sadə bir öskürək kimi görünən bu xəstəlik xüsusilə körpələr və azyaşlı uşaqlar üçün ciddi risk yarada bilər.

👩‍⚕️ İnci Laboratoriyalarının Mərkəz filialının müdiri, T.ü.F.D. Leyla Məmmədova göyöskürəyin yoluxma yolları, əsas əlamətləri, diaqnostikası və profilaktikanın əhəmiyyəti barədə əhəmiyyətli məlumatlar verir.

29/12/2025

🔬İnci Laboratoriyalarında autoimmun analizlər mərhələli və nəzarətli proses əsasında aparılır.

🧪Nümunələrin qəbulu, analizə hazırlanması və nəticələrin formalaşdırılması ardıcıl şəkildə, avtomatlaşdırılmış sistemlər üzərindən həyata keçirilir. Bu yanaşma həm insan faktorunu minimuma endirir, həm də nəticələrin sabitliyini təmin edir. Autoimmun laboratoriya prosesləri bu sahədə beynəlxalq təcrübəyə malik mütəxəssislərin iştirakı ilə həyata keçirilir. Texnoloji imkanlar və peşəkar yanaşma hər mərhələdə keyfiyyətə yönəlib. 🧬

Çünki biz bilirik: hər bir analiz sağlam gələcək üçün atılan ilk addımdır! ✨

Address

Bül Bül рr. 58G
Baku
AZ1014

Opening Hours

Monday 08:00 - 23:00
Tuesday 08:00 - 23:00
Wednesday 08:00 - 23:00
Thursday 08:00 - 23:00
Friday 08:00 - 23:00
Saturday 08:00 - 20:00

Telephone

+994124648920

Alerts

Be the first to know and let us send you an email when İnci Laboratoriyaları posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to İnci Laboratoriyaları:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category

İnci Laboratoriyaları

Laboratoriyamızda dünyanın referens mərkəzlərində istifadə olunan tam avtomatlaşdırılmış, ən müasir biokimyəvi, mikrobioloji, immunoloji, genetik və digər analizatorlar mövcuddur. EUCAST, CLSI və ISO kimi müstəqil qurumların keyfiyyət standartları əsas istiqamət götürülür. Bununla yanaşı, xidmətlərimizdən istifadə edən dəyərli pasiyentlərin təklif və tövsiyələri günbəgün inkişafımızda mühim rola malikdir.

Bizimlə əməkdaşlıq edən müalicə həkimləri laborator müayinə istəklərinə uyğun barkodlanmış nümunələr laboratoriyamıza daxil olduqdan qısa müddət sonra analiz nəticələrini öz kompyuterlərində görə biləcəklər. Pasiyentlərimiz dünyanın istənilən ölkəsindən şəxsi kodları ilə saytımıza daxil olaraq laborator analizlərinin nəticələrini əldə edə biləcəklər.

TƏDQİQATDA İRƏLİLƏYİŞ

Elm və texnologiyanın sürətli inkişafı, yeni metodların kəşfi son zamanlar Klinik laborator diaqnostikanın təbabətin bütün sahələri ilə inteqrasiyasına şərait yaratmışdır. Mikrobioloji, immunoloji və molekulyar genetik müayinə metodlarının tətbiqi bir sıra ölümcül xəstəliklərin tamamilə aradan qaldırılmasına imkan verir.