Respublika Pediatriya Mərkəzi

Respublika Pediatriya Mərkəzi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Respublika Pediatriya Mərkəzi, Hospital, Mirəsədulla Mirqasımov küç. 2, Baku.

❓Respublika Pediatriya Mərkəzində göstərilən tibbi xidmətlərdən razısınızmı?📋 Sorğu vətəndaşların məmnunluq səviyyəsinin...
05/12/2025

❓Respublika Pediatriya Mərkəzində göstərilən tibbi xidmətlərdən razısınızmı?

📋 Sorğu vətəndaşların məmnunluq səviyyəsinin ölçülməsi məqsədilə keçirilir.

🔗 İştirak etmək üçün: https://forms.gle/cL3gsTb6xcNn9rJu6

📌 Sorğu 25 dekabr 2025-ci il tarixinədək davam edəcək.

“Milli Pediatriya Dərnəyi”nin təşkilatçılığı, TƏBİB-in və Respublika Pediatriya Mərkəzinin dəstəyi ilə Ə.F. Qarayev adın...
04/12/2025

“Milli Pediatriya Dərnəyi”nin təşkilatçılığı, TƏBİB-in və Respublika Pediatriya Mərkəzinin dəstəyi ilə Ə.F. Qarayev adına Uşaq Klinik Xəstəxanasında “Uşaqlarda Təkmil Həyata Dəstək” mövzusunda təlimə start verildi.

Təlimin məqsədi pediatrik təcili yardım sahəsində çalışan tibb işçilərinin bilik və bacarıqlarını artırmaq, kritik hallarda uşaqlara göstərilən tibbi yardımın keyfiyyətini daha da yaxşılaşdırmaqdır. İki gün davam edəcək proqram çərçivəsində iştirakçılar həm nəzəri biliklər əldə edəcək, həm də praktiki simulyasiya məşğələlərində bacarıqlarını inkişaf etdirəcəklər.

Tədbirin açılışında Respublika Pediatriya Mərkəzinin direktoru Azər Əhmədov, “Milli Pediatriya Dərnəyi”nin sədri Anar Qurbanov və Ə.F. Qarayev adına Uşaq Klinik Xəstəxanasının baş həkimi Emil Nuriyev çıxış ediblər.

Azər Əhmədov təlimlərin tibb işçilərinin peşəkar hazırlığının gücləndirilməsi baxımından xüsusi önəm daşıdığını və müasir yanaşmaların pediatrik təcili yardım xidmətlərinə müsbət təsir etdiyini vurğulayıb.

Anar Qurbanov çıxışında beynəlxalq təcrübənin ölkəmizdə tətbiq edilməsinin vacibliyini qeyd edərək, bu kursların gələcəyin pediatrik təcili yardım mütəxəssislərinin yetişməsinə mühüm töhfə verdiyini bildirib.

Emil Nuriyev isə xəstəxananın belə bir təlimə ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib və praktiki məşğələlərin tibb işçilərinin klinik qərarvermə bacarıqlarını gücləndirdiyini qeyd edib.

Bu cür proqramların keçirilməsi həm tibb işçilərinin peşəkar inkişafına, həm də ölkəmizdə uşaqlara göstərilən təcili tibbi yardım xidmətlərinin təkmilləşdirilməsinə mühüm töhfə verir.

Respublika Pediatriya Mərkəzinin direktoru Azər Əhmədov, Mərkəzin nəzdində fəaliyyət göstərən Ə.Qarayev adına Uşaq Klini...
27/11/2025

Respublika Pediatriya Mərkəzinin direktoru Azər Əhmədov, Mərkəzin nəzdində fəaliyyət göstərən Ə.Qarayev adına Uşaq Klinik Xəstəxanasının baş həkimi Emil Nuriyev, həmçinin Mərkəzin uzman uşaq allerqoloq və immunoloqu Röyalə Babayeva Çexiya Respublikasında keçirilən Primer İmmun Çatışmazlıqları üzrə Beynəlxalq Konqresdə iştirak ediblər.

Tədbirdə mütəxəssislərimiz “Azərbaycanda anadangəlmə immun çatışmazlıqlar” mövzusunda müasir yanaşmalara əsaslanan elmi-tədqiqat işi təqdim ediblər və bu təqdimat konqres iştirakçısı olan müxtəlif ölkələrin mütəxəssisləri tərəfindən böyük maraqla qarşılanıb.

Konqres çərçivəsində mütəxəssislərimiz immunologiya və allerqologiya sahəsində ən son yenilikləri müzakirə edib, eləcə də beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində səmərəli fikir mübadiləsi aparıblar. Bu iştirak ölkəmizdə pediatrik immunologiya sahəsində elmi biliklərin və klinik təcrübənin daha da inkişafına töhfə vermək baxımından mühüm əhəmiyyət kəsb edir.

24/11/2025
20/11/2025

TƏBİB-in dəstəyi ilə Beynəlxalq Vaxtından Əvvəl Doğulmuşlar Gününə həsr olunan elmi konfrans keçirilib

17 noyabr tarixində Respublika Pediatriya Mərkəzinin nəzdində fəaliyyət göstərən Uşaq Bərpa Mərkəzində Beynəlxalq Vaxtından Əvvəl Doğulmuşlar Gününə həsr olunan elmi konfrans keçirilib.

Tədbirin açılışında Mərkəzin direktoru Azər Əhmədov çıxış edərək vaxtından əvvəl doğulmuş körpələrin sağlamlığının qorunması, onlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması və erkən reabilitasiya tədbirlərinin əhəmiyyətindən danışıb. O, həmçinin bu sahədə multidisiplinar yanaşmanın və ailələrlə sıx əməkdaşlığın vacibliyini vurğulayıb.

TƏBİB-in Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Mirzəbəyli çıxış edərək ölkədə neonatoloji xidmətlərin inkişafı, kadr potensialının gücləndirilməsi, beynəlxalq təcrübənin tətbiqi məqsədilə həyata keçirilən təlim və layihələrdən söz açıb. O, belə tədbirlərin elmi biliklərin paylaşılması baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Daha sonra TƏBİB-in Ana və uşaq sağlamlığı şöbəsinin müdiri Sevinc Məmmədova vaxtından əvvəl doğulmuş uşaqlar üçün tətbiq olunan klinik protokollar, erkən müdaxilə xidmətlərinin genişləndirilməsi və risk qrupuna aid körpələrin sistemli izlənməsinin vacibliyi barədə məlumat verib. O, həmçinin sahə üzrə müasir yanaşmaların ölkə səviyyəsində tətbiqi istiqamətində görülən işləri iştirakçılara təqdim edib.

Konfransın bir hissəsi kimi Respublika Pediatriya Mərkəzinin Yenidoğulmuşlar şöbəsində müalicə alaraq sağlam şəkildə evlərinə yola salınan ailələr də tədbirə dəvət olunub. Mərkəz tərəfindən onlara hədiyyələr təqdim olunub və onların təcrübələri iştirakçılarla bölüşülüb.

Tədbirin elmi hissəsində sahə üzrə mütəxəssislər vaxtından əvvəl doğulan körpələrin tibbi idarə olunması, inkişafın izlənməsi, erkən müdaxilə proqramları və reabilitasiya metodları barədə təqdimatlarla çıxış ediblər. Onlar ən son elmi yeniliklər, müasir müalicə və reabilitasiya yanaşmaları, həmçinin beynəlxalq təcrübəyə əsaslanan praktik protokollar haqqında ətraflı məlumat veriblər.

13/11/2025
12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür.
12/11/2025

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür.

Bu gün üçrəngli gözəl bayrağın altında birləşən, onu daima ürəklərdə daşıyan, uğrunda canını fəda edən hər kəsin bayramı...
09/11/2025

Bu gün üçrəngli gözəl bayrağın altında birləşən, onu daima ürəklərdə daşıyan, uğrunda canını fəda edən hər kəsin bayramıdır! 🇦🇿

Daima dalğalan, fərəhləndir və qürurlandır!

Dövlət Bayrağı Gününüz mübarək! 🇦🇿

Bu gün 44 günlük çətin, amma qürurlu yolun sonunda əldə olunan ZƏFƏRin sevincini qürurla yaşayırıq! 🇦🇿Ali Baş Komandanım...
08/11/2025

Bu gün 44 günlük çətin, amma qürurlu yolun sonunda əldə olunan ZƏFƏRin sevincini qürurla yaşayırıq! 🇦🇿

Ali Baş Komandanımızın siyasəti, Müzəffər Ordumuzun gücü ilə öz doğma torpaqlarımıza əbədi olaraq qayıtdıq!

Bu sevinci bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə can sağlığı arzu edirik! 🙏🏼

Qarabağ Azərbaycandır! 🇦🇿

🇦🇿🇹🇷

17.11.2025-ci il tarixində Respublika Pediatriya Mərkəzi Uşaq Bərpa Mərkəzində “Beynəlxalq Vaxtından Əvvəl Doğulmuşlar G...
03/11/2025

17.11.2025-ci il tarixində Respublika Pediatriya Mərkəzi Uşaq Bərpa Mərkəzində “Beynəlxalq Vaxtından Əvvəl Doğulmuşlar Günü”nə həsr edilmiş elmi konfrans keçiriləcək.

Konfransda bu sahə üzrə tanınmış mütəxəssislər tərəfindən aktual məlumatlar təqdim olunacaq və iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılacaq.

✅ Qeydiyyat ödənişsizdir.

“Medinex” sərgisində “Koqnitiv pozuntu və depressiya” adlı keys sessiyası baş tutubTƏBİB-in dəstəyilə “Medinex” sərgisin...
01/11/2025

“Medinex” sərgisində “Koqnitiv pozuntu və depressiya” adlı keys sessiyası baş tutub

TƏBİB-in dəstəyilə “Medinex” sərgisinin işgüzar proqramı çərçivəsində “Koqnitiv pozuntu və depressiya” adlı keys sessiyası keçirilib.

Respublika Pediatriya Mərkəzinin nəzdində olan Uşaq Bərpa Mərkəzinin uşaq və yeniyetmə psixoloqu Dəniz Umarova “Depressiyanın koqnitiv modelləri və psixoterapevtik yanaşma”, Nəfəs Psixonevroloji Mərkəzinin uşaq və yeniyetmə psixiatrı Ceyran Əhmədova isə “Diqqət əskikliyi və hiperaktiv pozuntu (DƏHP) və beyin texnologiyaları: Gələcəyin
müdaxiləsi” mövzusunda təqdimatla çıxış edib.

D.Umarova depressiya və onun əsas simptomlarından, depressiyanın koqnitiv modellərindən söz açıb:

“Koqnitiv davranış terapiyasının əsas prinsipləri düşüncənin emosiya və davranışları formalaşdırması, mənfi avtomatik düşüncələrin psixoloji narahatlığa səbəb olması, düşüncə tərzinin dəyişməsidir.

Terapiya zamanı əsas məqsədlər düşüncə tərzini dəyişərək emosional rifahı artırmaq, şəxsin özünü dərkini və problemlərlə mübarizə bacarığını gücləndirmək, qısamüddətli və məqsədyönlü yanaşma təmin etmək, terapiyadan sonra şəxsin özünüidarəetmə bacarığını inkişaf etdirməkdən ibarətdir”.

C.Əhmədova çıxışında bildirib ki, DƏHP uşaqlarda ən çox rast gəlinən ruhi pozuntulardan biridir:

“Diqqətsizlik (uşaqların diqqətini detallara yönəldə bilməməsi, dərslərində tez-tez səhvlər etməsi və s.), hiperaktivlik (uşağın çox vaxt yerində dayana bilməməsi, əlləri və ayaqlarının daim hərəkətdə olması və s.), impulsivlik (sualın sonunu gözləmədən cavab vermə, növbə gözləməkdə çətinlik çəkmə və s.) hallarında valideynlər diqqətli olmalı, mütəxəssislərə müraciət etməlidirlər”.

C.Əhmədova sözügedən hallarda alternativ müalicə yanaşmalarından, bədən tərbiyəsi və idmandan, pəhriz, qida dəstəyi və vitaminlərlə bağlı da iştirakçıları məlumatlandırıb.

Sonda iştirakçıların sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Address

Mirəsədulla Mirqasımov Küç. 2
Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Respublika Pediatriya Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category