Op.dr. firuza humbataliyeva genel cərrah-proktoloq

Op.dr. firuza humbataliyeva genel cərrah-proktoloq Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Op.dr. firuza humbataliyeva genel cərrah-proktoloq, Surgeon, Azerbaycan, Baku.

Laparoskopik xolesistektomiya öd kisəsinin minimal invaziv üsulla çıxarılmasıdır. Ən çox öd daşları və xolesistit səbəbi...
15/10/2025

Laparoskopik xolesistektomiya öd kisəsinin minimal invaziv üsulla çıxarılmasıdır. Ən çox öd daşları və xolesistit səbəbi ilə edilir. Qarında 3–4 kiçik dəlik açılaraq kamera və alətlərlə əməliyyat aparılır.

Üstünlükləri: az ağrı, sürətli bərpa, qısa xəstəxanada qalma müddəti, minimal estetik iz.

Əməliyyatdan sonra: yüngül ağrı, qaz sancısı ola bilər, adi qidalanmaya 1–2 gün içində keçilir, tam bərpa 1–2 həftəyə tamamlanır.

Risklər (nadir): infeksiya, qanaxma, safra axınının zədələnməsi.

Bağırsaq disbiozu – faydalı və zərərli bakteriyalar arasında tarazlığın pozulmasıdır. Bu vəziyyət yalnız həzmlə məhdudla...
14/10/2025

Bağırsaq disbiozu – faydalı və zərərli bakteriyalar arasında tarazlığın pozulmasıdır. Bu vəziyyət yalnız həzmlə məhdudlaşmır, immun sisteminə, dərinin vəziyyətinə, hormonlara və ümumi sağlamlığa təsir edir. Qarında köp, qəbizlik və ya ishal, ağız qoxusu, yorğunluq, həzm pozğunluğu və səpgilər bu problemin əsas əlamətlərindəndir. Antibiotik qəbulu, stress, qeyri-sağlam qidalanma və yuxu rejiminin pozulması disbiozu daha da gücləndirə bilər. Vaxtında müayinə, balanslı qida, probiotik və prebiyotik dəstəyi ilə bağırsaq florasını bərpa etmək mümkündür. Sağlam bağırsaq – güclü immunitetin və rahat həyatın əsas şərtidir.

Bağırsaq polipləri — yoğun və ya nazik bağırsağın daxili selikli qişasında əmələ gələn xoşxassəli çıxıntılardır. Çox zam...
10/10/2025

Bağırsaq polipləri — yoğun və ya nazik bağırsağın daxili selikli qişasında əmələ gələn xoşxassəli çıxıntılardır. Çox zaman təsadüfən aşkarlanır və ilkin mərhələdə heç bir əlamət verməyə bilər. Lakin zamanla böyüdükdə qarın ağrısı, nəcisdə qan, qəbizlik və ya ishal kimi şikayətlərə səbəb ola bilər. Poliplərin bəzi növləri gələcəkdə xərçəng riski daşıdığı üçün vaxtında aşkarlanması və çıxarılması vacibdir.

Risk faktorlara irsi meyllilik, yaş, yanlış qidalanma, az hərəkətlilik və bağırsaq iltihabi xəstəlikləri daxildir. Kolonoskopiya vasitəsilə diaqnoz qoyulur və polipin növündən asılı olaraq müalicə aparılır. Profilaktik müayinələr erkən müdaxilə üçün ən effektiv üsuldur.

27 Sentyabr – Şəhidlərimizi ehtiramla yad edirik.Qəhrəmanlar unudulmur... 🇦🇿
26/09/2025

27 Sentyabr – Şəhidlərimizi ehtiramla yad edirik.
Qəhrəmanlar unudulmur... 🇦🇿

Hamiləlikdə hemoroid – normaldır, amma laqeyd yanaşma!Hamiləlik zamanı hemoroid (babasil) çox yayılmış problemdir.Naraha...
24/09/2025

Hamiləlikdə hemoroid – normaldır, amma laqeyd yanaşma!
Hamiləlik zamanı hemoroid (babasil) çox yayılmış problemdir.
Narahatdır, amma qorxulu deyil – nəzarətdə saxlamaq mümkündür!
📌 Niyə yaranır?
– Böyüyən uşaqlıq damarlara təzyiq edir
– Qəbizlik və hormonlar təsir edir
– Doğuş zamanı gücənmə vəziyyəti ağırlaşdıra bilər
🔍 Əlamətlər:
• Ağrılı nəcis
• Qaşınma və yanma
• Qan izi
• Şişlik hissi
✅ Nə etməli?
✔ Lifli qidalan
✔ Bol su iç
✔ Hərəkətli ol
✔ Uzun müddət oturma
✔ İsti oturaq vannalar rahatladır

**Proktoloq məsləhəti: Sağlam bağırsaq və rektum üçün vacib addımlar!**Bağırsaq və rektum problemləri, çox vaxt utanılac...
19/09/2025

**Proktoloq məsləhəti: Sağlam bağırsaq və rektum üçün vacib addımlar!**

Bağırsaq və rektum problemləri, çox vaxt utanılacaq və ya gözardı ediləcək vəziyyətlər kimi qəbul edilir, amma bu problemlərin müalicəsi mümkündür və əhəmiyyətlidir. Əgər qanlı nəcisləmə, davamlı qəbizlik, ağrı və ya digər narahatlıq hissləriniz varsa, **proktoloqa** müraciət etmək çox vacibdir.

Çox vaxt bu problemlər erkən mərhələlərdə müdaxilə ilə asanlıqla həll oluna bilər. Sağlam həyat tərzi, düzgün qidalanma və mütəmadi müayinələr həm profilaktika, həm də müalicə üçün önəmlidir.

Unutmayın: **Sizin sağlamlığınız, sizin nəzarətinizdədir!** Hər hansı şübhəniz varsa, peşəkar bir proktoloqla əlaqə saxlayın.

\

Ən çox rast gəlinən şikayətlər:🔸 Qıçlarda ağırlıq və qaşınma🔸 Dışkı zamanı qan🔸 Oturarkən və ya gəzərkən ağrı🔸 Qəbizlik ...
17/09/2025

Ən çox rast gəlinən şikayətlər:
🔸 Qıçlarda ağırlıq və qaşınma
🔸 Dışkı zamanı qan
🔸 Oturarkən və ya gəzərkən ağrı
🔸 Qəbizlik və ya ishalın tez-tez təkrarlanması
📉 Bu əlamətləri uzun müddət görməməzlikdən gəlmək, xroniki xəstəliklərə və hətta daha ciddi proktoloji problemlərə gətirib çıxara bilər.
👉 Yadda saxlayın:
Proktoloqa getmək utanılacaq deyil, məsuliyyətli addımdır! Erken diaqnoz – tez və rahat müalicə deməkdir.

Əziz izləyicilər, sizi narahat edən proktoloji problemlərlə bağlı müraciət edə bilərsiniz! 📌
11/09/2025

Əziz izləyicilər, sizi narahat edən proktoloji problemlərlə bağlı müraciət edə bilərsiniz! 📌

📢 MəlumatlandırmaƏziz pasiyentlər, 1 – 10 sentyabr tarixlərində məzuniyyətdəyəm.📅 11 sentyabr tarixindən etibarən qəbul ...
01/09/2025

📢 Məlumatlandırma

Əziz pasiyentlər,
1 – 10 sentyabr tarixlərində məzuniyyətdəyəm.

📅 11 sentyabr tarixindən etibarən qəbul yenidən başlayır!

🎉 Doğum gününüz mübarək, Mehriban xanım!Humanizm və mədəniyyətin simvolu olaraq, Siz daim nümunəsiniz.Sizə uğurlar və da...
26/08/2025

🎉 Doğum gününüz mübarək, Mehriban xanım!
Humanizm və mədəniyyətin simvolu olaraq, Siz daim nümunəsiniz.
Sizə uğurlar və davamlı nailiyyətlər arzulayırıq.

Bu sadə görünən vərdişlər, istər 20 yaşında olun, istər 60 — babasilin yaranmasına səbəb ola bilər!🩺 Babasil (hemoroid) ...
20/08/2025

Bu sadə görünən vərdişlər, istər 20 yaşında olun, istər 60 — babasilin yaranmasına səbəb ola bilər!
🩺 Babasil (hemoroid) yalnız yaşlıların problemi deyil. Bu gün gənclər arasında da çox yayılmışdır.
🔍 Əlamətlər:
– Tualet zamanı qan
– A**l nahiyədə qaşınma, yanma
– Narahat oturma
– Xaricə çıxan yumşaq düyünlər
🛑 Bu əlamətləri hiss edirsinizsə, öz-özünə keçməsini gözləməyin.
Vaxtında proktoloq müayinəsi sizi daha ciddi fəsadlardan qoruya bilər.

Bir çox insan a**l nahiyədə diskomfort yaşasa da, utanaraq bu barədə həkimə müraciət etmir. Halbuki bu əlamətlər bəzən s...
15/08/2025

Bir çox insan a**l nahiyədə diskomfort yaşasa da, utanaraq bu barədə həkimə müraciət etmir. Halbuki bu əlamətlər bəzən sadə bir dermatit, bəzən isə ciddi bir proktoloji xəstəliyin ilk xəbərçisi ola bilər.
❗ BU ƏLAMƏTLƏR SİZDƏ VARSA, PROKTOLOQA MÜRACİƏT EDİN:
🔹 Gəzərkən və ya oturarkən a**l nahiyədə yanma və ya sızıltı
🔹 Nəcisdən sonra və ya gecələr qaşınma hissi
🔹 Uzun müddətli rütubətlik və ya axıntı hissi
🔹 Dəri qıcıqlanması, qızartı və ya çatlar
🔹 İfrazat zamanı və sonra ağrı və ya göynəmə

🩺 Ən doğru addım – proktoloq müayinəsi və dəqiq diaqnozdur.

Address

Azerbaycan
Baku

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+994502344314

Alerts

Be the first to know and let us send you an email when Op.dr. firuza humbataliyeva genel cərrah-proktoloq posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category