AR Səhiyyə Nazirliyi K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu

  • Home
  • Azerbaijan
  • Baku
  • AR Səhiyyə Nazirliyi K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu

AR Səhiyyə Nazirliyi K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu
(1)

Address

B. Bağırova 17
Baku
1000

Alerts

Be the first to know and let us send you an email when AR Səhiyyə Nazirliyi K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to AR Səhiyyə Nazirliyi K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category

K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu

2017-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun yaradılmasının 90 ili tamam olur. Mübaliğəsiz demək olar ki, Azərbaycanda ilk yaradılan şəfa ocaqlarından biri olan bu qocaman tibb müəssisəsi bir əsrə yaxın vaxt ərzində ana və uşaqların sağlamlığının qorunması kimi mühüm və nəcib işə şərəf və ləyaqətlə xidmət etmişdir.

Bəli, bugünkü reallığımıza çatmaq üçün institutumuz 90 illik tarixi bir yol keçmişdir – o həm müalicə, həm də təhsil ocağı olmuşdur. Humanizm ideyalarına sədaqəti, qayğıkeşliyi və rəşadəti ilə öyünən institutun ənənələrinin kökləri dərin olmaqla, onun yaranma tarixinə gedib çıxır. Bu tibb müəssisəsi 1925-ci ildə 200 çarpayılıq uşaq xəstəxanasının bazasında təşkil olunmuş, 1927-ci ildə yenidən qurularaq Ana və Uşaqları müafizə institutuna çevrilmişdir.

İnstitutun yarandığı ilk illər mama-ginekologiya, uşaqlıq dövrünün fiziologiya və patologiyası sahələrində elmi-tədqiqat işləri ilə yanaşı, analıq və körpəliyin mühafizəsi müəssisələrinin təşkilində və bu müəssisələr üçün orta tibb işçilərinin hazırlanmasında səhiyyə orqanlarına böyük kömək göstərmişdir.

İnstitutun tərkibində ana və uşaq sektorundan əlavə ana və uşaqların sosial gigiyenası strukturu da yaradılmışdı. Burada həm də səyyari həkim briqadaları fəaliyyət göstərirdi ki, bunlar da, sistematik olaraq səhiyyə orqanlarına, ana və uşaqların mühafizəsi müəssisələrinə əməli yardım etmək, eləcə də qadın və uşaq əhalisinə tibbi yardım göstərmək üçün respublikanın rayonlarına göndərilirdi.