Uzman Dr. Şəhriyar B. Fətullayev

Uzman Dr. Şəhriyar B. Fətullayev 💼Ortopediya və Travmatologiya Uzmanı.
📝Sümük-Əzələ Sistemi xəstəliklərinin cərrahi Həkim, Cərrah, Vətəndaş.

Laissez faire et laissez passer, le monde va de lui même! UTOQ (Uzman Travmatologiya və Ortopediya Qrupu)
Caspian International Hospital
Uzman Doktor

📌 Uşaqlarda Bud-Çanaq Oynağı Displaziyası (BÇOD) nədir?👶🏻✨Bud-çanaq oynağı displaziyası, körpələrdə bud sümüyünün çanaql...
21/05/2025

📌 Uşaqlarda Bud-Çanaq Oynağı Displaziyası (BÇOD) nədir?
👶🏻✨

Bud-çanaq oynağı displaziyası, körpələrdə bud sümüyünün çanaqla normal əlaqəsinin pozulduğu bir vəziyyətdir. Erkən diaqnoz və müalicə olmadan, bu vəziyyət gələcəkdə yeriş pozğunluğuna və oynaq problemlərinə səbəb ola bilər.

🔍 Risk faktorları:
▫️ Ailəvi meyllilik
▫️ Qız uşaqlar
▫️ Ana bətnində ters gəlmə vəziyyəti və s.

💡 Əlamətlər nələr ola bilər?
▪️ Ayaqların bərabər açılmaması
▪️ Bir ayağın qısa görünməsi
▪️ Bud-Çanaq oynağından klik səsi gəlməsi
▪️ Gec yeriş və axsama

📅 Nə zaman müayinə olunmalıdır?
🍼 Doğuşdan sonra ilk 4-6 həftə içində ortopedik müayinə və USM ilə yoxlanılması tövsiyə olunur!

📍Uşaqlarda erkən diaqnoz üçün displaziya skrininq proqramı həyata keçirmək vacibdir.

🧑‍⚕️ Müasir pasient mərkəzli yanaşmamızla uşağınızın sağlam addımlarına dəstək oluruq!

👶2,5 yaşında bu balaca pasientimizdə olduğu kimi!

19/05/2025

🦴 Diz qapağı sınığı nədir?Diz qapağı – yəni patella – bud əzələlərinin gücünü diz oynağına ötürən kiçik, lakin çox vacib bir sümükdür. Travma, yıxılma və ya güclü zərbələr nəticəsində sınıq baş verə bilər.❗️ Diz qapağı sınıqlarında əsas problemlər: • Güclü ağrı və şişkinlik • Ayaqda dayana bilməmə • Hərəkət məhdudluğu • Düzgün sağalmadıqda xroniki ağrılar və diz funksiyasının itməsinə səbəb ola bilər🛠 Müalicə necə aparılır?Müalicə sınığın növünə görə dəyişir. “Zuggurtung texnikası” və ya kombinə fiksasiya metodları tətbiq edirik. Məqsəd oynaq səthinin rigid-anatomik reduksiyasıdır.📍 60 yaşında yolda yıxılan və diz qapağı çox parçalı sınığı olan bu xəstəmizə də müvafiq əməliyyat icra edildi.

Osteoporoz səbəbilə müalicə alan xəstələrdə bud sümüyü sınığı diqqətlə araşdırılmalıdır.
29/03/2025

Osteoporoz səbəbilə müalicə alan xəstələrdə bud sümüyü sınığı diqqətlə araşdırılmalıdır.

28/03/2025
Distal radius sınığıƏl bilək nahiyyəsində mil sümüyünün aşağı hissəsinin sınığı ən çox açıq əl üzərinə yıxılmalar zamanı...
26/03/2025

Distal radius sınığı

Əl bilək nahiyyəsində mil sümüyünün aşağı hissəsinin sınığı ən çox açıq əl üzərinə yıxılmalar zamanı meydana gəlir.
Bu sınıqların müalicəsində məqsəd:
•xəstəyə ağrısız əl biləyi hərəkəti qazandırmaq
•xəstəni travmadan əvvəlki həyat vəziyyətinə qaytarmaq
•xəstədə əl biləyində artrozu və digər ağırlaşmaların qarşısını almaqdır.

Sınıqlar zamanı eyni zamanda bağ, vətər əzələ kimi yumşaq toxuma zədələnmələri də baş verir. Bütün bunları nəzərə alaraq, əl bilək-distal radius sınıqlarının müalicəsi düzgün planlama tələb edir. Bunun üçün:
•Diaqnoz dəqiqləşdirilməli, problemin həcmi və forması müəyyən edilməlidir.
•Müalicə metodu seçilməlidir.
•Xəstə müalicənin bütün mərhələləri haqqında məlumatlandırılmalı və nəzarət üçün təkrar müayinələrə çağırılmalıdır.

🔺Diaqnoz: fiziki və rentgenoloji müayinədən sonra müəyyən edilir,
🔹İlk yardım: travmaya məruz qalmış nahiyyə sabitləşdirilir, buz tətbiq edilir, ağrıkəsici qəbul edilərək həkimə müraciət edilir
🔸Müalicə: gips və ya cərrahi müdaxilə edilir. Sınıq formaları müxtəlifdir, yuxarıda qeyd olunan hədəflərə çatmaq üçün xəstəyə spesifik müalicə metodu seçilməlidir.
Əks təqdirdə xəstə məmnuniyyətsizliyi və fiziki ağırlaşmalar qaçınılmazdır

📃Travma yüksək və aşağı enerjili fiziki təsirlərin nəticəsində yaranan ciddi tibbi və ictimai sağlamlıq problemidir. Yük...
03/03/2025

📃Travma yüksək və aşağı enerjili fiziki təsirlərin nəticəsində yaranan ciddi tibbi və ictimai sağlamlıq problemidir. Yüksək enerjili travmalara yol-nəqliyyat qəzaları, yüksəkdən yıxılmalar və silah yaralanmaları aid olduğu halda, aşağı enerjili travmalar daha çox yaşlı insanlarda rast gəlinən yıxılmalar və sadə mexaniki zədələnmələrlə bağlıdır. Travmalar, xüsusilə gənc insanlarda ölüm və əlilliyin əsas səbəblərindən biri olmaqla, böyük iqtisadi və sosial yük yaradır. Effektiv travma idarəetməsi və profilaktik tədbirlərin gücləndirilməsi ictimai sağlamlığın qorunmasında mühüm rol oynayır.

📍Bütün sosioekonomik səviyyələrdəki insanların 3-cü ən çox ölüm səbəbidir Travma!

▶️1-46 yaşlar arasında isə ən çox ölüm səbəbidir.

▶️İllik uşaq travmalarının maliyyəti 8 milyard dollardan artıqdır.

▶️Hər il 11 milyon hospitalizasiya, 150 min əlillik, 15 min uşaq ölümünə səbəb olur travma.

Bu səhiyyəsi və digər əlaqəli sistemləri inkişaf etmiş ölkələr üçün ümumi statsitik göstəricilərdir.

-Müharibələr
-Təbii və süni fəlakətlər
-Səhiyyə və müvafiq sistemi yetərsiz olan cəmiyyətlərdə bu rəqəmlər mütənasib olaraq daha çoxdur.

Bizim region üçün isə həyatda qalmağın əsas yollarından biri bu sistemləri inkişaf etdirməkdir.

“A National Trauma Care System: Integrating Military and Civilian Trauma Systems to Achieve Zero Preventable Deaths After Injury (2016)”

🇦🇿

📌Osteoartrit nədir?Osteoartrit (OA) oynaq qığırdağının tədricən aşınması və degenerasiyası ilə xarakterizə olunan xronik...
20/02/2025

📌Osteoartrit nədir?

Osteoartrit (OA) oynaq qığırdağının tədricən aşınması və degenerasiyası ilə xarakterizə olunan xroniki oynaq xəstəliyidir. Bu proses nəticəsində oynaq səthləri zədələnir, sümük toxumasında dəyişikliklər baş verir və iltihab yaranır. Ən çox diz, bud-çanaq, çiyin, əl və onurğa oynaqlarında müşahidə olunur.

📍Risk faktorları
• Yaş – 50 yaşdan yuxarı insanlarda daha çox rast gəlinir.
• Cinsiyyət – Qadınlarda kişilərə nisbətən daha çox müşahidə edilir.

• Genetik meyillilik – Ailədə osteoartrit olan insanlarda risk daha yüksəkdir.
• Piylənmə – Artıq çəki oynaqlara əlavə yüklənmə yaradır və qığırdaq zədələnməsini sürətləndirir.
• Oynaq travmaları – Keçirilmiş zədələr və ya cərrahi əməliyyatlar osteoartritin inkişafına səbəb ola bilər.
• Peşə və fiziki fəaliyyət – Oynaqlara davamlı təzyiq göstərən ağır fiziki işlər və ya idman fəaliyyətləri riski artırır.
• Metabolik və hormonal xəstəliklər – Revmatizmal xəstəliklər, podaqra və digər metabolik pozğunluqlar osteoartrit riskini yüksəldə bilər

📍Qorunma yolları
• Sağlam çəkinin qorunması – Artıq çəki oynaqlara təzyiqi artırır, buna görə də balanslı qidalanma və fiziki aktivlik önəmlidir.
• Mütəmadi fiziki fəaliyyət – Minimal yüklənmə yaradan idman növləri (üzgüçülük, velosiped sürmə, yoqa) oynaqların elastikliyini qorumağa kömək edir.
• Doğru hərəkət texnikalarının mənimsənilməsi – Ağır yük qaldırmaq və ya uzunmüddətli oturaq həyat tərzi oynaq sağlamlığına mənfi təsir göstərə bilər.
• Zədələrdən qorunmaq – Oynaq zədələrinin qarşısını almaq üçün idman qaydalarına riayət etmək vacibdir.
• Sağlam qidalanma – Müxtəlif yağ turşuları, kollagen, C və D vitamini oynaq sağlamlığını dəstəkləyir.

Osteoartritin tam müalicəsi mümkün olmasa da, erkən diaqnoz və düzgün yanaşma xəstəliyin gedişatını yavaşlada və həyat keyfiyyətini yaxşılaşdıra bilər.

13/02/2025

📃Sağ çiyin ağrısı və hərəkət məhdudluğu səbəbilə müraciət edən pasientimizə Çiyin Artroskopiyası cərrahi müdaxiləsi edildi.
Sağ çiynində əzələ yırtığı, vətərlərin iltihabı olan xəstəmizin problemləri cərrahi müdaxilədən sonra aradan qaldırıldı. Həyat keyfiyyəti yaxşılaşdı. Çiyin oynağının itirilmiş funksiyası bərpa edildi.

📝Dirsək ArtroskopiyasıDirsək oynağının yanlarından və arxasından açılan 3 və ya 4 ədəd 0,5 sm kəsik ilə oynaq içərisinə ...
07/01/2025

📝Dirsək Artroskopiyası

Dirsək oynağının yanlarından və arxasından açılan 3 və ya 4 ədəd 0,5 sm kəsik ilə oynaq içərisinə 2.7 mm 30 dərəcə kamera vasitəsilə girilərək aparılır.Xüsusilə dirsək oynağı qığırdaq problemlərində, oynaq içi sərbəst sümük, qığırdaq hissələri varlığında, oynaq içi sinovit varlığında dirsək artroskopiyası edilir.

Eyni zamanda dirsəyin bayır kənarında ağrıya səbəb olan və dərman müalicəsilə keçməyən Lateral epikondilit (Tenisçi dirsəyi) dediyimiz xəstəlik də müvəffəqiyyətlə dirsək artroskopiyası vasitəsilə müalicə edilir. Dirsək oynağı qığırdaq zədələnmələrində artroskopiya zamanı aşkar edilən qığırdaq zədəyə görə;

1. Debridment dediyimiz qığırdağın zədəli hissəsinin çıxarılması,

2. ``Mikrosınıq`` üsulu dediyimiz qığırdaq itkisi olan sahədəki sümükdə kiçik dəliklər açılaraq yeni qığırdaq yaranması üçün zəmin hazırlanması,

3. 1.5 sm dən böyük qığırdaq defektlərində diz oynağından alınan silindrlər-qığırdaq-sümük qreftlerinin transferi,

4. Kök hüceyrə, qığırdaq hüceyrə nəqlinə uyğun xəstələrdə, xəstədən yeni toxuma sintezi üçün qığırdaq hüceyrə alınması əməliyyatlarını həyata keçiririk.

Dirsək oynağı içində sərbəst sümük və qığırdaq hissələri varlığında dirsək artroskopiyası ilə bu hissələrin yeri tam müəyyənləşdirilərək çıxarılır. Xüsusən Lateral epikondilit(tenisçi dirsəyi) və sinovitlərdə açıq cərrahiyyəyə ehtiyac qalmadan qapalı dirsək artroskopiyası ilə çox yaxşı nəticələr əldə edirik.

📋1980-ci ilə qədər sadəcə diaqnostik məqsədlər üçün istifadə edilən dirsək artroskopiyası artıq dünyada müalicə məqsədi ilə də geniş istifadə olunmaqdadır.Ölkəmizdə də bu tipli xəstəliklərin müalicəsində tətbiq edilir.


https://www.instagram.com/p/DEiFmxpoTJN/?igsh=Z2lrbzgzN3dibnls

01/06/2024

Diz ağrılarının səbəbləri nələrdir?

Dizə yüklənərkən ağrılar artırsa, hərəkət məhdudluğu varsa, diz digər dizlə müqayisədə şişkindirsə, dizdə deformasiya (əyilmələr) hiss edəndə, zədədən sonra “boşluğa basma hissi” kimi daha əvvəl olmayan şikayətlər yarananda, pilləkən enərkən və çıxarkən, gecə yuxudan oyandıran diz ağrıları olanda ortoped - travmatoloq həkiminə müayinəyə getmək məsləhətdir

🌐www.drfatullayev.com

Address

Liv Bona Dea Hospital
Baku

Alerts

Be the first to know and let us send you an email when Uzman Dr. Şəhriyar B. Fətullayev posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Uzman Dr. Şəhriyar B. Fətullayev:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category