Sunlab Laboratoriyası

Sunlab Laboratoriyası Sunlab sağlamlıqdır!
�Bakı şəhəri, Mirəli Qaşqay 139, Feyzulla Qasımzadə küçəsi ilə kəsişmə
� *7707

2 aprel — Autizm haqqında Maarifləndirmə Günüdür 💙Autizm bir xəstəlik deyil, fərqli düşüncə və dünyanı fərqli hiss etmə ...
02/04/2026

2 aprel — Autizm haqqında Maarifləndirmə Günüdür 💙

Autizm bir xəstəlik deyil, fərqli düşüncə və dünyanı fərqli hiss etmə formasıdır.
Hər bir insan özünəməxsusdur və bu müxtəliflik dünyanı daha gözəl edir.

Gəlin daha anlayışlı olaq, daha çox dinləyək və fərqlilikləri qəbul edək.
Dəstək olmaq üçün böyük şeylərə ehtiyac yoxdur — bəzən sadəcə anlayış kifayətdir.

💙 Fərqliliklər gücdür
💙 Empatiya dəyişir
💙 Qəbul etmək vacibdir

zun müddət davam edən halsızlıq və enerji azlığı sadəcə yuxusuzluqla bağlı olmaya bilər. Xroniki yorğunluğun səbəbini mü...
31/03/2026

zun müddət davam edən halsızlıq və enerji azlığı sadəcə yuxusuzluqla bağlı olmaya bilər. Xroniki yorğunluğun səbəbini müəyyən etmək üçün laborator müayinələr vacibdir.
🩸 Ümumi qan göstəriciləri
🔹 Hemoqram (Ümumi qan analizi) – anemiya və iltihabın qiymətləndirilməsi
🔹 EÇS və ya CRP – gizli iltihabi proseslər
🧬 Dəmir mübadiləsi
🔹 Ferritin
🔹 Dəmir bağlama qabiliyyəti total
🔹 Transferrin
➡️ Gizli dəmir çatışmazlığı tez-tez yorğunluğa səbəb olur.
🦋 Qalxanabənzər vəz hormonları
🔹 TSH
🔹 Free T4
🔹 (Lazım olduqda Free T3)
➡️ Hipotireoz zamanı xroniki halsızlıq müşahidə olunur.
Qlükoza mübadiləsi
🔹 Qlükoza (aclıq)
🔹 HbA1c
➡️ Şəkər səviyyəsinin pozulması da enerji azalmasına səbəb ola bilər.
☀️ Vitamin və mineral səviyyələri
🔹 Vitamin D
🔹 Vitamin B12
🔹 Maqnezium
🌡️ Digər hormonlar
🔹 Kortizol
🔹 Cinsi hormonlar (ehtiyac olduqda)
📌 Qeyd: Analizlər adətən səhər saatlarında və acqarına verilir

31 Mart Soyqırımı (1918-ci il Mart hadisələri) — Azərbaycan tarixində ən faciəli və kədərli hadisələrdən biridir. Bu gün...
31/03/2026

31 Mart Soyqırımı (1918-ci il Mart hadisələri) — Azərbaycan tarixində ən faciəli və kədərli hadisələrdən biridir. Bu gün hər il ölkədə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran və digər bölgələrdə silahlı dəstələr tərəfindən azərbaycanlı mülki əhaliyə qarşı kütləvi qırğınlar törədilmişdir.

Minlərlə azərbaycanlı dinc sakin qətlə yetirilmişdir
Yaşayış məntəqələri dağıdılmış, kəndlər yandırılmışdır
Tarixi və dini abidələr məhv edilmişdir
Qadın, uşaq və qocalar xüsusi qəddarlıqla öldürülmüşdür.

Keçmişimizi yadda saxlamaq, tariximizdən nəticə çıxarmaq və bu həqiqətləri gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur.

🧬 FSH və LH – Reproduktiv sağlamlığın əsas hormonlarıFSH (Follikulstimullaşdırıcı hormon) və LH (Luteinləşdirici hormon)...
28/03/2026

🧬 FSH və LH – Reproduktiv sağlamlığın əsas hormonları
FSH (Follikulstimullaşdırıcı hormon) və LH (Luteinləşdirici hormon) hipofiz vəzindən ifraz olunur və reproduktiv sistemin düzgün fəaliyyətində əsas rol oynayır.
👩 Qadınlarda:
🔹 FSH – yumurtalıqlarda follikulların inkişafını stimullaşdırır
🔹 LH – ovulyasiyanı (yumurtlamanı) təmin edir
🔹 LH/FSH nisbəti dəyişdikdə hormonal pozğunluq ehtimalı araşdırılır
🔹 Sonsuzluq və menstrual pozğunluqlarda vacib göstəricidir
👨 Kişilərdə:
🔹 FSH – sperma istehsalına təsir edir
🔹 LH – testosteron sintezini stimullaşdırır
🔹 Sonsuzluq araşdırmasında əsas hormonlardır

🧬 Xromosomların say və struktur qiymətləndirilməsiXromosomların say və quruluş baxımından qiymətləndirilməsi genetik müa...
23/03/2026

🧬 Xromosomların say və struktur qiymətləndirilməsi
Xromosomların say və quruluş baxımından qiymətləndirilməsi genetik müayinələrin əsas istiqamətlərindən biridir. Bu analizlər xromosomlarda olan numerik (sayla bağlı) və struktur(quruluşla bağlı) dəyişikliklərin aşkar edilməsinə imkan verir.
Normal halda insan hüceyrəsində 46 xromosom (23 cüt) olur. Say dəyişiklikləri zamanı
xromosomların artması və ya azalması müşahidə edilə bilər. Struktur dəyişikliklər isə
xromosomun bir hissəsinin qırılması, yer dəyişməsi və ya əlavə olunması ilə xarakterizə
olunur.
🔬 Hansı hallarda tövsiyə olunur?
✔️ Sonsuzluq və ya təkrarlanan düşük hallarında
✔️ Anadangəlmə qüsur şübhəsində
✔️ İnkişaf geriliyi olan uşaqlarda
✔️ Ailəvi genetik xəstəlik şübhəsində
✔️ Hamiləlik zamanı prenatal skrininqdə risk aşkar edildikdə

Novruz bayrami süfrənizə ruzu, qəlbinizə xoş hisslər gətirsin. Sağlamlığınız möhkəm və daimi, umidləriniz gerçək olsun! ...
21/03/2026

Novruz bayrami süfrənizə ruzu, qəlbinizə xoş hisslər gətirsin. Sağlamlığınız möhkəm və daimi, umidləriniz gerçək olsun! Novruz bayramınız mübarək olsun!

Mübarək Ramazan bayramı münasibətilə hər birinizi təbrik edir, mərhəmət və şəfqət rəmzi olan bu bayramda tutulan oruclar...
20/03/2026

Mübarək Ramazan bayramı münasibətilə hər birinizi təbrik edir, mərhəmət və şəfqət rəmzi olan bu bayramda tutulan orucların, edilən dua və niyyətlərin qəbul olunmasını diləyirik.

Sağlam, enerjili və xoşbəxt günlər sizinlə olsun 🌿

📅 Bayram günlərində də xidmətinizdəyik!Sizin rahatlığınız üçün iş rejimimizi uyğunlaşdırdıq:🔴 Mərkəz filialı20–29 mart |...
19/03/2026

📅 Bayram günlərində də xidmətinizdəyik!

Sizin rahatlığınız üçün iş rejimimizi uyğunlaşdırdıq:

🔴 Mərkəz filialı

20–29 mart | ⏰ 08:00–18:00

🔴 Əhmədli filialı

23–28 mart | ⏰ 08:00–18:00

🧪 Analizlərinizi gecikdirməyin – sağlamlığınızı bayramda da nəzarətdə saxlayın.

Novruzun sonuncu çərşənbəsi İlaxır çərşənbə — Yel çərşənbəsidir.Yel çərşənbəsi təbiətin oyanışını, havanın canlanmasını ...
17/03/2026

Novruzun sonuncu çərşənbəsi İlaxır çərşənbə — Yel çərşənbəsidir.
Yel çərşənbəsi təbiətin oyanışını, havanın canlanmasını və baharın yaxınlaşmasını müjdələyir. İnanca görə, bu gün əsən yel torpağı oyadır, ağaclara, çiçəklərə və bütün təbiətə yeni nəfəs verir.
Bu gözəl çərşənbə bizə yenilənməyi, köhnə yorğunluğu arxada qoymağı və baharı ümidlə qarşılamağı xatırladır.
Qoy Yel çərşənbəsi evinizə bərəkət, qəlbinizə sevinc, həyatınıza isə təzə enerji gətirsin.
Yel çərşənbəniz mübarək!

Qısa müddətdə səbəbsiz çəki artımı və ya düzgün pəhriz və idmana baxmayaraq çəki verə bilməmək təkcə qidalanma ilə bağlı...
14/03/2026

Qısa müddətdə səbəbsiz çəki artımı və ya düzgün pəhriz və idmana baxmayaraq çəki verə bilməmək təkcə qidalanma ilə bağlı olmaya bilər. Bu vəziyyət çox vaxt hormonal disbalans, metabolik pozğunluq və ya həyat tərzi faktorları ilə əlaqəlidir.
Qısa müddətdə səbəbsiz çəki artımı və ya düzgün pəhriz və idmana baxmayaraq çəki verə bilməmək təkcə qidalanma ilə bağlı olmaya bilər. Bu vəziyyət çox vaxt hormonal disbalans, metabolik pozğunluq və ya həyat tərzi faktorları ilə
əlaqəlidir.

🧬 Hormonal səbəblər
🔸 Qalxanabənzər vəz pozğunluğu (TSH yüksək olduqda metabolizma yavaşıyır)
🔸 İnsulin rezistentliyi (yağ toplanması artır)
🔸 Kortizolun yüksəlməsi (xroniki stress)

🧪 Hansı analizlər verilməlidir?
✔️ Qlükoza (aclıq)
✔️ HbA1c
✔️ İnsulin və HOMA-IR
✔️ TSH, Free T4
✔️ Kortizol
✔️ Lipid paneli

SUNLAB MEDICAL
HƏR HƏYAT DƏYƏRLİDİR!

Əlaqə:

📲 *7707

📲 055 494 77 07

🕒 Mərkəz filialı – Həftənin 7 günü, 08:00–18:00
🕒 Əhmədli filialı – Həftənin 6 günü, 08:00–18:00

📍Ünvan: Mərkəz filialı:Mirəli Qaşqay 139
📍Əhmədli filialı:Sarayevo 113A-113 C

sunlablaboratoriyasi

Tez-tez diliniz ağzınızda quruyur?Daimi susuzluq və ağız quruluğu sadə maye çatışmazlığından yarana bilər, lakin bəzən ş...
12/03/2026

Tez-tez diliniz ağzınızda quruyur?

Daimi susuzluq və ağız quruluğu sadə maye çatışmazlığından yarana bilər, lakin bəzən şəkərli diabet, qalxanabənzər vəz pozğunluğu, elektrolit disbalansı və ya digər metabolik problemlərin əlaməti ola bilər. Səbəbi müəyyən etmək üçün laborator müayinə vacibdir.
🧪 Hansı laborator analizlər verilməlidir?

➡️ Şəkərli diabet və ya prediabetin aşkarlanması üçün əsas testlərdir.

• Qlükoza (aclıq)
• HbA1c (qlikozilləşmiş hemoglobin)
• Qlükoza tolerantlıq testi (OGTT)

➡️ Elektrolit pozğunluğu susuzluq və ağız quruluğuna səbəb ola bilər.

Elektrolitlər
• Natrium (Na)
• Kalium (K)
• Xlor (Cl)

Böyrəklərin funksiyası. Böyrəklərin filtrasiya qabiliyyəti qiymətləndirilir

• Kreatinin
• Sidik cövhəri (Urea)
• Sidiyin ümumi analizi

SUNLAB MEDICAL
HƏR HƏYAT DƏYƏRLİDİR!

Əlaqə:

📲 *7707

📲 055 494 77 07

🕒 Mərkəz filialı – Həftənin 7 günü, 08:00–18:00
🕒 Əhmədli filialı – Həftənin 6 günü, 08:00–18:00

📍Ünvan: Mərkəz filialı:Mirəli Qaşqay 139
📍Əhmədli filialı:Sarayevo 113A-113 C

sunlablaboratoriyasi

🌙 Ramazan ayı mənəvi təmizlənmə, səbrin möhkəmləndiyi və insanın daxili tarazlığını yenidən kəşf etdiyi xüsusi bir dövrd...
11/03/2026

🌙 Ramazan ayı mənəvi təmizlənmə, səbrin möhkəmləndiyi və insanın daxili tarazlığını yenidən kəşf etdiyi xüsusi bir dövrdür. Bu ayda yalnız ruh deyil, eyni zamanda orqanizm də fərqli bir rejimə uyğunlaşır. Gün ərzində qidalanma və maye qəbulunun dəyişməsi bədəndə metabolik proseslərə, enerji istifadəsinə və ümumi sağlamlıq vəziyyətinə müəyyən təsir göstərə bilər.
🛑 Orucun təsiri ilə qida və su qəbulunun saatları dəyişir, bu isə qan şəkəri səviyyəsinin tənzimlənməsi, vitamin və mineral balansı, elektrolitlərin vəziyyəti, həmçinin böyrək və qaraciyər fəaliyyətinin daha həssas bir mərhələyə keçməsinə səbəb olur. Bu səbəbdən Ramazan ayına sağlam və hazırlıqlı başlamaq çox önəmlidir.
📌 Orqanizmin daxili tarazlığının qorunması ibadət zamanı gümrahlığın saxlanılması, diqqətin və enerjinin gün ərzində davam etməsi, eləcə də halsızlıq, başgicəllənmə və zəiflik kimi halların qarşısının alınması baxımından mühüm rol oynayır.
🩺 Ramazana özəl Check-Up müayinə panelimiz orqanizmin bu yeni qidalanma rejiminə nə dərəcədə hazır olduğunu qiymətləndirməyə kömək edir. Aparılan laborator analizlər vasitəsilə qan göstəriciləri, şəkər balansı, vitamin və mineral səviyyələri, həmçinin ümumi sağlamlıq vəziyyəti haqqında ətraflı məlumat əldə etmək mümkündür.
✅ Bu müayinə sayəsində Ramazan ayını daha sağlam, enerjili və rahat şəkildə keçirmək, mümkün risklərin vaxtında müəyyən edilməsi və lazımi tədbirlərin görülməsi mümkündür.
🌙 Sağlam bədən və sakit ruhla Ramazan ayını qarşılamaq üçün profilaktik müayinədən keçmək tövsiyə olunur.

SUNLAB MEDICAL
HƏR HƏYAT DƏYƏRLİDİR!

Əlaqə:

📲 *7707

📲 055 494 77 07

🕒 Mərkəz filialı – Həftənin 7 günü, 08:00–18:00
🕒 Əhmədli filialı – Həftənin 6 günü, 08:00–18:00

📍Ünvan: Mərkəz filialı:Mirəli Qaşqay 139
📍Əhmədli filialı:Sarayevo 113A-113 C

sunlablaboratoriyasi

Address

Mirəli Qaşqay 139
Baku

Alerts

Be the first to know and let us send you an email when Sunlab Laboratoriyası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram