Dr.Abdulla Sixlinski

Dr.Abdulla Sixlinski Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dr.Abdulla Sixlinski, Doctor, Fizuli Street Mərdanov Qardashları 52, Baku.

Psixosomatik xəstəliklər...Part 2🔻🔻🔻Bəzən psixosomatik ağrılardan xəstələr illər boyu can qurtara bilmirlər. Bütün həkim...
03/12/2018

Psixosomatik xəstəliklər...Part 2🔻🔻🔻

Bəzən psixosomatik ağrılardan xəstələr illər boyu can qurtara bilmirlər. Bütün həkimlərdə olur, qəbul etmədikləri dərman qalmır, amma ağrılar, narahatlıqlar keçmir. Bu zaman bir dayanın və psixoloji durumunuza nəzər salın. Əslində yaşadıqlarımız və mühitimiz xəstəliklərimizin ən yaxşı təyinedicisidir.

İllərdir yaxa qurtara bilmədiyiniz bu səbəbi tapılmayan ağrılar Psixogen ağrılar adlanır. Psixogen ağrılar insanın psixoloji durumundan qaynaqlanan ağrılardır. Əsasında psixi səbəblərin, gərginliyin, mənfi psixoemosional yüklənmənin , qorxu və həyəcanın durduğunu xəstələr çox vaxt qəbul etmək istəmir və hansısa bir reseptlə bütün narahatlıqlardan qurtulmaq istəyirlər. Halbuki, psixosomatik ağrılar dərmanla aradan qalxan deyil! İlk öncə bunu qəbul etmək lazımdır! Psixoloji faktor aradan qalxmadıqca ağrıların da aradan qalxmayacağı labüddür.

Psixosomatik xəstəliklərin bir neçə forması var. Bunlardan ən geniş yayılanları psixogen baş ağrıları, ürək və qarın nahiyəsində olan psixogen ağrılardır. Psixogen baş ağrılarını miqrendən fərqləndirmək lazımdır. Belə ki, psixogen baş ağrıları bütün baş nahiyəsində, ənsə nahiyəsində olur və ağrılar gözlərə vurur. Çox vaxtə əsas şikayət kimi ağırlaşmanın çiyin nahiyəsindən başlayıb başa keçdiyi söylənilir. Miqren isə birtərəfli , ancaq başın bir nahiyəsində, ritmik bir ağrı şəklində olur. Baş ağrılarının ilk öncə həkim nəzarətində EKQ, MRT, KT və s. kimi bir sıra müayinələrdən keçdikdən sonra heç bir tibbi səbəb tapılmazsa psixogen olduğunu söyləmək olar.

☑Həkim-Psixiatr
✅Dr Abdulla Şıxlinski
☑+994 55-439-41-55
✅Türk-Amerikan Tibb Mərkəzi

Psixosomatik xəstəliklər...Part 1🔻🔻🔻Psixosomatik xəstəliklər , əsasən gənc yaşlarda başlayan və illərcə davam edən , özü...
01/12/2018

Psixosomatik xəstəliklər...Part 1🔻🔻🔻

Psixosomatik xəstəliklər , əsasən gənc yaşlarda başlayan və illərcə davam edən , özünü müxtəlif bədənsəl ( fiziki) simptomlarla biruzə verən bir psixoloji narahatlıqdır. Bədənsəl simptomlar arasında vücudun müxtəlif hissələrində olan ağrılar ( baş ağrısı, bel ağrısı,qarın ağrısı və s.), ürək bulanması, qusma, gəyirmə, əl və ayaqda uyuşma- qıcolma, səsin tutulması, menstural pozğunluq sıx-sıx rastlananlardandır. Bu simptomların heç bir tibbi açıqlaması olmur və təmamən psixoloji rahatsızlıqla əlaqədardır. Ruhi sağlamlığımız ilə bədənimizin fiziki funksiyaları daim qarşılıqlı əlaqədədir. Necə ki, tibbi bir xəstəlik keçirən zaman psixoloji olaraq da bundan narahatlıq keçirir, əhvalımız korlanır, eynilə də hansısa qorxu, stress, həyəcanverici bir hadisə ilə qarşılaşdıqda bu hallar özünü somatik olaraq biruzə verə bilir, bulantı, baş ağrısı, qıcolma, tərləmə və s. kimi.

☑Həkim-Psixiatr
✅Dr Abdulla Şıxlinski
☑+994 55-439-41-55
✅Türk-Amerikan Tibb Mərkəzi

Anoreksiya...Part 4🔻🔻🔻Əlamətləri:Nevrotik anoreksiyalarda aşağıdakı somatik əlamətlərin bir neçəsi birlikdə rast gəlinir...
29/11/2018

Anoreksiya...Part 4🔻🔻🔻

Əlamətləri:

Nevrotik anoreksiyalarda aşağıdakı somatik əlamətlərin bir neçəsi birlikdə rast gəlinir.

- İfrat arıqlama
- Zərif xarici görünüş
- Zəiflik və yorğunluq hissi
- Arabir başgicəllənmə
- Saçların zəif, sınan olması və tökülməsi
- Qəbzlik
- Menustrasiyanın olmaması
- Kövrək dırnaqlar
- Bədən dərisinin yumşaq tüklə örtülməsi
- Dərinin quru olması
- Soyuğa dözümsüzlük
- Qeyi-requlyar ürək döyüntüləri
- Qanın ümumi analizində anormallıq
- Arterial təzyiqin aşağı olması
- Dehidratasiya
- Osteoparoz

Somatik əlamətlərlə yanaşı bəzi emosinal və davranış əlamətləri də qeyd olunur:

- Yeməkdə imtina
- Aclığın inkar edilməsi
- İfrat bədən tərbiyəsi
- Əhval ruhiyyənin aşağı olması
- Emosiyanın olmaması
- Fikrin dağınıqlığı
- Qida məsələlərinə ifrat diqqətcillik

☑Həkim-Psixiatr
✅Dr Abdulla Şıxlinski
☑+994 55-439-41-55
✅Türk-Amerikan Tibb Mərkəzi

Anoreksiya...Part 3🔻🔻🔻GedişiNevrotik anoreksiyalar zamanı qidalanmanın azlığı bədən daxilində maddələr mübadiləsinin poz...
27/11/2018

Anoreksiya...Part 3🔻🔻🔻

Gedişi

Nevrotik anoreksiyalar zamanı qidalanmanın azlığı bədən daxilində maddələr mübadiləsinin pozğunluğuna, daxili orqanların və sistemlərin patoloji dəyişikliklərinə gətirib çıxarır. Neyroendokrin pozğunluqlar xüsusi qeyd olunmalıdır. Bu hallarda cinsi yetkinliyin gecikməsi, ovulyasiyanın olmaması, menustrial tsiklin dayanması (amenoreya), estrogenlərin azalması, antidiuretik hormonların azalması, hipotermiya baş verir. Xəstəliyə tutulmuş oğlanlarda isə hipogonadism əmələ gələ bilir ki, bu da cinsi yetkinliyi gecikdirir. Nevrotik anoreksiyalı gənc xanimları spesifik xarakterləri də qeyd edilir. Onlar kamilliyə mayilli olurlar, akademik uğurlar qazanırlar, əks cinsə az maraq göstərirlər, aclığa qarşı dözümləri ilə öyünürlər. Bununla yanaşı, nevrotik anoreksiyalı xanımlarda inkişaf qüsurları, özünəqapanma, aşırı həssalıq olur.

☑Həkim-Psixiatr
✅Dr Abdulla Şıxlinski
☑+994 55-439-41-55
✅Türk-Amerikan Tibb Mərkəzi

Anoreksiya...Part 2🔻🔻🔻Nevrotik Anoreksiya (Anorexia Nervoza) diaqnozu ən çox (90%) gənc xanımlarda (15-25 yaş arası) qoy...
23/11/2018

Anoreksiya...Part 2🔻🔻🔻

Nevrotik Anoreksiya (Anorexia Nervoza) diaqnozu ən çox (90%) gənc xanımlarda (15-25 yaş arası) qoyulur və psixoloji pozğunluq hesab edilir. Xəstəliyin əsasında xanimların zərif görünmə istəyi durur. Bu məqsədlə onlar qidalanmanı azaldır, ifrat idmanla məşğul olur və hətta maye itirmək üçün sidikqovuculardan, süni qusma və ishal yaratma kimi vasitələrdən istifadə edirlər. Bəzən xanimların bu istəyi uğursuzluqla nəticələnir və bir müddət sonra onlarda iştahasızlıq, qidalanma fobiyası (qorxusu) yaranır.
u xəstəlik zəmanəmizin xəstəliyi olsa da ilk dəfə ədəbiyyatlarda 1874-cü ildə təsvir edilmişdir. İnkişaf etmiş ölkələrdə rast gəlmə tezliyi qadınlar arasında 0,3-1%, kişilər arasında 0,1%-dir. Psixatrik xəstəliklər arasında ən çox ölüm göstəricisi nevrotik anoreksiyanın payına düşür və müxtəlif mənbələrin məlumatına əsasən 8-15% təşkil edir.

Xəstəliyə tutulmuş insanların 50% asanlıqla müalicəyə tabe olur. Amma bir çox hallarda bədəndə müalicəyə qarşı ciddi rezistentlik yaranır.

☑Həkim-Psixiatr
✅Dr Abdulla Şıxlinski
☑+994 55-439-41-55
✅Türk-Amerikan Tibb Mərkəzi

Anoreksiya...Part 1🔻🔻🔻Anoreksiya nədir? Onun haqqında nə bilirik?Əgər sadə dildə danışsaq, anoreksiya-insan sağlamlığı ü...
22/11/2018

Anoreksiya...Part 1🔻🔻🔻

Anoreksiya nədir? Onun haqqında nə bilirik?
Əgər sadə dildə danışsaq, anoreksiya-insan sağlamlığı üçün təhlükəli olan arıqlamaq metodudur. Anoreksiya həm də psixi pozğunluğun nəticəsi və ölümlə qurtara bilən xəstəlikdir. Xəstəliyin ilkin fəsadları depressiyanın fonunda orqanizimdə gedən dəyişikliklərə başlanır.
Anoreksiyaya düçar olan insanlar əsasən bir prinsiplə yaşayırlar. Çəkini minimuma endirmək- yəni çəki nə qədər az olsa belə yuxunu bilərəkdən pozmaq,cəmiyyətdən təcrid olmaq və hər an kökəlmək qorxusunu hiss etmək. Bu zaman fiziki yorğunluğun artması, qan damar sisteminin normal işini pisləşdirir.

☑Həkim-Psixiatr
✅Dr Abdulla Şıxlinski
☑+994 55-439-41-55
✅Türk-Amerikan Tibb Mərkəzi

Bipolyar affektiv pozuntu...Part 4🔻🔻🔻Bipolyar pozuntunun növləri hansılardır?Bipolyar pozuntunun ən çox 4 alt tipinə ras...
22/11/2018

Bipolyar affektiv pozuntu...Part 4🔻🔻🔻

Bipolyar pozuntunun növləri hansılardır?

Bipolyar pozuntunun ən çox 4 alt tipinə rast gəlinir:

Birinci tip bipolyar pozuntu: manik, depressiv və hipomaniakal fazanın müşahidə olunduğu alt tipdir. Bu diaqnozun qoyulması üçün manik fazanın qeydə alınması mütləqdir. Birinci tip bipolyar pozuntu digər növlərə nisbətən daha ağır gedişlidir və birmənalı şəkildə stasionar (xəstəxanada yatış) müalicəyə göndərilməlidir.
İkinci tip bipolyar pozuntu: hipomaniakal və depressiv fazaların müşahidə olunduğu alt tipdir.
Tsiklotimiya: 2 il müddətində mütəmadi şəkildə davam edən yüngül dərəcəli depressiv (major depressiya səviyyəsində deyil) və hipomaniakal dərəcələrin ardıcıl yaşandığı, 2 aydan çox davam edən müsbət göstəricilərin olmadığı alt tipdir. Xroniki gedişli olmasına görə borderline (sərhədi) şəxsiyyət pozuntusu ilə qarışdırıla bilər.
Yuxarıda qeyd olunan alt tiplərin hər hansına uyğun gəlməyən tip: bu növ DSM-V-də “digər adla adlandırılmayan bipolyar pozuntu” kimi adlandırılır.

☑Həkim-Psixiatr
✅Dr Abdulla Şıxlinski
☑+994 55-439-41-55
✅Türk-Amerikan Tibb Mərkəzi

Bipolyar affektiv pozuntu...Part 3🔻🔻🔻Qadın və kişilər arasında fərq var?Unipolyar depressiya qadınlarda kişilərə nisbətd...
20/11/2018

Bipolyar affektiv pozuntu...Part 3🔻🔻🔻

Qadın və kişilər arasında fərq var?

Unipolyar depressiya qadınlarda kişilərə nisbətdə iki dəfə daha çox müşahidə edilsə də, bipolyar pozuntunun faiz göstəriciləri hər iki genderdə eynidir. Bipolyar pozuntunun alt tiplərinə nəzər saldıqda, ikinci tip bipolyar pozuntuda depressiv fazanın çoxluğu ilə müşahidə olunan vəziyyət qadınlarda kişilərə nisbətən daha çox, manik fazanın üstünlüyü ilə qeyd olunan alt tip isə kişilərdə qadınlarla müqayisədə daha çoxdur.

☑Həkim-Psixiatr
✅Dr Abdulla Şıxlinski
☑+994 55-439-41-55
✅Türk-Amerikan Tibb Mərkəzi

Bipolyar affektiv pozuntu...Part 2🔻🔻🔻Bipolyar pozuntu hansı yaşdan başlayır, hansı tezlikdə görülür?Bipolyar pozuntu, bü...
18/11/2018

Bipolyar affektiv pozuntu...Part 2🔻🔻🔻

Bipolyar pozuntu hansı yaşdan başlayır, hansı tezlikdə görülür?

Bipolyar pozuntu, bütün yaş dövrlərində başlamasına baxmayaraq, ən çox erkən yeniyetməlik dövründə, 15-35 yaş arası müşahidə edilir. Kişilərdə başlanğıc yaşı təxmini olaraq 18, qadınlarda isə 20 yaşı əhatə edir. Bipolyarların yarısı xəstəliyin ilkin fazasını 20 yaşından əvvəl keçirir. Uşaqlıq və digər yaş dövrlərində başlanmasına nadir hallarda rast gəlinir. Ailəsində bipolyar diaqnozu olan insanlarda bipolyar pozuntu daha erkən yaşdan başlayır.

Cəmiyyət rastlanma tezliyi 1-2% arasında dəyişir. Belə demək mümkünsə, bipolyar pozuntu heç də nadir görülən narahatlıq deyil. Bipolyarın generalizasiyasında (yayılması) heç bir irqi, dini və coğrafi fərqlilik yoxdur.

☑Həkim-Psixiatr
✅Dr Abdulla Şıxlinski
☑+994 55-439-41-55
✅Türk-Amerikan Tibb Mərkəzi

15/11/2018

Geniş Yayılmış Sindrom ASPERGER🔻🔻🔻

☑Həkim-Psixiatr
✅Dr Abdulla Şıxlinski
☑+994 55-439-41-55
✅Türk-Amerikan Tibb Mərkəzi

Bipolyar affektiv pozuntu...Part 1🔻🔻🔻Bipolyar affektiv pozuntu nədir? Bipolyar pozuntu, əvvəlki təsnifatda manik-depress...
13/11/2018

Bipolyar affektiv pozuntu...Part 1🔻🔻🔻

Bipolyar affektiv pozuntu nədir?

Bipolyar pozuntu, əvvəlki təsnifatda manik-depressiv psixoz olaraq adlandırılırdı. “Bipolyar” sözünün tərcüməsi iki qütblü deməkdir və affektiv xəstəliklər qrupuna aiddir. Bipolyar pozuntu diaqnozu qoyulan insanda maniya, depressiya, hipomaniya kimi xəstəliyin mərhələləri müşahidə olunur. Qeyd olunan mərhələlərdən yalnız depressiya müşahidə olunduğu təqdirdə bipolyar pozuntu diaqnozu qoyulmur. Əgər depressiya ilə yanaşı həyatı boyu ən azı bir dəfə maniya keçiribsə, DSM-V diaqnoz kriteriyalarına əsasən birinci tip bipolyar pozuntu, yalnız bir depressiya və hipomaniya keçiribsə, ikinci tip bipolyar pozuntu diaqnozu qoyulur. Sadəcə təkrarlanan depressiya keçirən insanlara isə unipolyar depressiya (bir qütblü pozuntu) diaqnozu qoyulur.

☑Həkim-Psixiatr
✅Dr Abdulla Şıxlinski
☑+994 55-439-41-55
✅Türk-Amerikan Tibb Mərkəzi

Aspergen Sindromu...Part 3🔻🔻🔻Təxəyyüldə çətinliklər- Digərlərinin nə hiss etdiyini anlamaqda çətinlik çəkirlər. Duyğular...
10/11/2018

Aspergen Sindromu...Part 3🔻🔻🔻

Təxəyyüldə çətinliklər- Digərlərinin nə hiss etdiyini anlamaqda çətinlik çəkirlər. Duyğuların,mimikaların nə ifadə etdiyini başa düşməzlər.Hekayələrin,nağılların mənasını anlamaqda problemləri var.

Asperger sindromunun səbəbləri olaraq ekoloji faktorlar,beyin zədələnməsi,çətin doguş göstərilir.Lakin insanların genetik quruluşunun asperger sindromunda böyük rolu olduğu müəyyən edilmişdir. Asperger sindromu uşaqlarda 3-4 yaş arası müşahidə edilir,daha çox oğlanlarda bu sindroma rast gəlinir .Bu uşaqlarda təhsil çox önəmlidir həmçinin onların davranışlarında yaranan problemlər üçün dəstəyə ehtiyacları vardır. Asperger sindromunda təkrar olunan davranışlar edilir,onlar özlərinə qapanırlar. Suallara uyğun cavab verməkdə çətinlik çəkirlər.Bu sindromlu usaqlara psixoterapiya,özəl təhsil,davranışı dəyişdirmək üçün müalicə lazımdır.

☑Həkim-Psixiatr
✅Dr Abdulla Şıxlinski
☑+994 55-439-41-55
✅Türk-Amerikan Tibb Mərkəzi

Address

Fizuli Street Mərdanov Qardashları 52
Baku

Telephone

055-439-41-55

Website

Alerts

Be the first to know and let us send you an email when Dr.Abdulla Sixlinski posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category