Dr. Elviz Gasimov

Dr. Elviz Gasimov Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanası

Direktor

02/12/2025

Bu gün həkim Elviz Qasımov, “Doğru hesab edilən yanlış məlumatlar” barədə danışacaq.

Məlumatlı olun, sağlam qalın
⚕️Dr. Elviz Qasımov
Respublika Klinik Xəstəxanası
🌐www.elvizgasimov.com

Aşağı ətraflarda yaranan deformasiyalar skelet və əzələ quruluşunda meydana gələn dəyişikliklər nəticəsində formalaşır. ...
28/11/2025

Aşağı ətraflarda yaranan deformasiyalar skelet və əzələ quruluşunda meydana gələn dəyişikliklər nəticəsində formalaşır. Bu dəyişikliklər doğuşdan ola bilər və ya sonradan travma, xəstəlik, ortopedik problemlər, yanlış yüklənmə və ya həyat tərzi faktorları səbəbindən əmələ gələ bilər.

Ən çox rast gəlinən aşağı ətraf deformasiyalarına aşağıdakılar daxildir:

✔️Genu valgus (X-variaya ayaqlar)
✔️Genu varus (O-variaya ayaqlar)
✔️Pes planus (düzdabanlıq)
✔️Pes cavus (çox qabarıq qövs)
✔️Ayaq barmaqlarının deformasiyaları
✔️Topuq və diz oynağı anomaliyaları

Bu deformasiyalar düzgün müayinə olunmadıqda ağrı, yeriş pozğunluğu, dayaq funksiyasının zəifləməsi və uzunmüddətli ortopedik problemlərə səbəb ola bilər. Erkən diaqnoz və vaxtında müalicə - ortopedik müayinələr, xüsusi islahedici məşqlər, ortopedik ayaqqabı və ya cərrahi müdaxilə - sümük-əzələ sisteminin sağlamlığının qorunmasında mühüm rol oynayır.

Məlumatlı olun, sağlam qalın❗
⚕️Dr. Elviz Qasımov
🏥Respublika Klinik Xəstəxanası
🌐www.elvizgasimov.com

25/11/2025

Bu gün həkim Elviz Qasımov bir izləyicinin sosial şəbəkə üzərindən verdiyi sual əsasında, “Aşağı ətraflarda olan deformasiyalar” barədə danışacaq.

Məlumatlı olun, sağlam qalın
⚕️Dr. Elviz Qasımov
Respublika Klinik Xəstəxanası
🌐www.elvizgasimov.com

1988-ci il 17 noyabr tarixində milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu. Bu gün qa...
17/11/2025

1988-ci il 17 noyabr tarixində milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu. Bu gün qazandığımız hər bir uğurun arxasında həmin gün birləşən xalqımız və dirçələn azadlıq ümidlərimiz dayanır. Nə xoş ki, illər əvvəl azadlıq eşqi ilə qaldırdığımız bayraq indi işğaldan azad olunmuş torpaqlarımızda dalğalanır.

Eksostoz — sümüyün səthində əmələ gələn xoşxassəli törəmə olub, adətən qığırdaq qatı ilə örtülü sümük çıxıntısı şəklində...
17/11/2025

Eksostoz — sümüyün səthində əmələ gələn xoşxassəli törəmə olub, adətən qığırdaq qatı ilə örtülü sümük çıxıntısı şəklində olur. Tibbi ədəbiyyatda bu törəmələr daha çox osteoxondroma kimi tanınır. Eksostozlar sümüklərin inkişaf prosesində yaranan dəyişikliklər, travmalar və ya genetik meyllilik nəticəsində formalaşa bilər. Xüsusilə uşaqlıq və yeniyetməlik dövründə, sümüklərin aktiv böyümə mərhələsində daha çox rast gəlinir.

Ən çox uzun sümüklərin uclarında — bud, baldır, qol və çiyin nahiyələrində — müşahidə olunur. Çox vaxt heç bir əlamət vermir və təsadüfi rentgen müayinəsi zamanı aşkarlanır. Lakin törəmənin ölçüsündən və yerləşdiyi nahiyədən asılı olaraq bəzi xəstələrdə ağrı, nahiyədə sərt çıxıntı hissi, hərəkət məhdudluğu və ya qonşu toxumalara təzyiq nəticəsində narahatlıq yarana bilər. Nadirdir ki, eksostoz sinir və damar strukturlarını sıxaraq əlavə klinik problemlərə səbəb olsun.

Bu törəmələr xoşxassəli olduğundan əksər hallarda xüsusi müalicəyə ehtiyac olmur. Sadəcə müşahidə və periodik görüntüləmə kifayətdir. Lakin törəmə sürətlə böyüdükdə, davamlı ağrı verdikdə və ya funksional çətinlik yaratdıqda cərrahi yolla çıxarılması tövsiyə edilir. Proqnoz, adətən, müsbətdir və cərrahiyyədən sonra təkrar yaranma halları çox az rast gəlinir.

Məlumatlı olun, sağlam qalın
⚕️Dr. Elviz Qasımov
Respublika Klinik Xəstəxanası
🌐www.elvizgasimov.com

1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub. Konstitusiya g...
12/11/2025

1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub. Konstitusiya günümüz mübarək!

9 Noyabr - Dövlət Bayrağı Günü🇦🇿Bayrağımız qürurumuzdur. Üç rəngli bayrağınla məsud yaşa, Azərbaycan!
09/11/2025

9 Noyabr - Dövlət Bayrağı Günü🇦🇿

Bayrağımız qürurumuzdur. Üç rəngli bayrağınla məsud yaşa, Azərbaycan!

“Zəfər Günü bizim bayramımızdır. Bu, Zəfər bayramıdır, bu, rəşadət bayramıdır, bu, ədalət bayramıdır, bu, milli qürur, m...
08/11/2025

“Zəfər Günü bizim bayramımızdır. Bu, Zəfər bayramıdır, bu, rəşadət bayramıdır, bu, ədalət bayramıdır, bu, milli qürur, milli ləyaqət bayramıdır”. İlham Əliyev

Tarixə imzamızı atmışıq. İndi zəfərinlə qürur duyuruq, Azərbaycan!

Qarabağ Azərbaycandır, Qarabağ candır!

05/11/2025

Bu gün həkim Elviz Qasımov bir izləyicinin sosial şəbəkə üzərindən verdiyi sual əsasında, “Sümükdə yaranan xoşxassəli törəmə- eksostoz” barədə danışacaq.

Məlumatlı olun, sağlam qalın
⚕️Dr. Elviz Qasımov
Respublika Klinik Xəstəxanası
🌐www.elvizgasimov.com

Sümük sınıqlarının cərrahi yolla müalicəsi (osteosintez əməliyyatı) adətən sınığın düzgün bitişməsini və xəstənin funksi...
31/10/2025

Sümük sınıqlarının cərrahi yolla müalicəsi (osteosintez əməliyyatı) adətən sınığın düzgün bitişməsini və xəstənin funksional bərpasını təmin etmək məqsədi daşıyır. Lakin hər bir cərrahi müdaxilə kimi, bu əməliyyatlardan sonra da müəyyən ağırlaşmalar yarana bilər. Bu ağırlaşmalar yerli (lokal) və ümumi (sistemik) xarakter daşıya bilər.

1. İnfeksiya (iltihab prosesi)
Ən çox rast gəlinən ağırlaşmalardan biridir. Əməliyyat sahəsinə mikroorqanizmlərin düşməsi nəticəsində yaranır.
Əlamətləri: ağrı, qızartı, şişkinlik, irinli axıntı, hərarətin yüksəlməsi.
Qarşısının alınması: steril şəraitin qorunması, antibiotik profilaktikası, yaraya düzgün qulluq.

2. Sümüyün bitişməməsi (psödartroz)
Əməliyyatdan sonra sınıq hissələrinin birləşməməsi nəticəsində yaranır.
Səbəblər: qeyri-kafi fiksasiya, qan dövranının pozulması, infeksiya, erkən yüklənmə.
Müalicə: əlavə əməliyyat, sümük transplantasiyası və ya fiksasiya üsulunun dəyişdirilməsi.

3. Sümüyün səhv bitişməsi (malunion)
Sınıq hissələrinin düzgün vəziyyətdə birləşməməsi nəticəsində sümüyün forması və funksiyası pozulur.
Nəticə: ətrafın qısalması, əyrilik, hərəkət məhdudiyyəti.
Müalicə: korreksiyaedici osteotomiya (yenidən cərrahi müdaxilə).

4. Tromboembolik ağırlaşmalar
Uzunmüddətli immobilizasiya nəticəsində dərin venaların trombozu və ya ağciyər emboliyası yarana bilər.
Profilaktika: erkən hərəkətə başlama, elastik sarğılar, antikoaqulyant preparatlar.

5. Sinir və damar zədələnmələri
Əməliyyat zamanı və ya sonrasında sinir və damar strukturlarının zədələnməsi mümkündür.
Nəticə: hissiyatın azalması, əzələ zəifliyi, qan dövranı pozğunluğu.

6. Əməliyyatdan sonrakı ağrı və şişkinlik
Bu hallar qismən normal sayılır, lakin uzun müddət davam edərsə, infeksiya və ya qan dövranı pozğunluğuna işarə edə bilər.

Sümük sınıqlarının əməliyyatdan sonrakı dövrü diqqətli nəzarət və düzgün reabilitasiya tələb edir. Xəstənin həkim təlimatlarına ciddi riayət etməsi, yaraya düzgün qulluq və vaxtında müayinələr ağırlaşmaların qarşısını almaqda mühüm rol oynayır.

Məlumatlı olun, sağlam qalın❗
⚕️Dr. Elviz Qasımov
🏥Respublika Klinik Xəstəxanası
🌐www.elvizgasimov.com

28/10/2025

Bu gün həkim Elviz Qasımov bir izləyicinin sosial şəbəkə üzərindən verdiyi sual əsasında, “sümük sınıqları əməliyyatından sonra yarana biləcək ağırlaşmalar” barədə danışacaq.

Məlumatlı olun, sağlam qalın
⚕️Dr. Elviz Qasımov
Respublika Klinik Xəstəxanası
🌐www.elvizgasimov.com

18 oktyabr – Müstəqilliyin bərpası günüBu gün xalqımızın tarixində ən önəmli səhifələrdən biridir.1991-ci ilin 18 oktyab...
18/10/2025

18 oktyabr – Müstəqilliyin bərpası günü

Bu gün xalqımızın tarixində ən önəmli səhifələrdən biridir.
1991-ci ilin 18 oktyabrında Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilərək, ölkəmizin müstəqilliyi bərpa olundu.

Bu gün Azərbaycan dövləti güclü, suveren və beynəlxalq aləmdə söz sahibi olan ölkə kimi inkişaf yolunda inamla addımlayır.

Müstəqilliyimizi qoruyan, onu yaşadan bütün qəhrəmanlarımızı qürur və ehtiramla yad edirik! 🇦🇿

Address

Yasamal Rayonu. M. A. Şərifzadə 212
Baku

Alerts

Be the first to know and let us send you an email when Dr. Elviz Gasimov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr. Elviz Gasimov:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category