21/11/2025
Əgər münasibət qurduğunuz şəxs evlidirsə...
Yəni, bəy xanımına sizinlə xəyanət edirsə...
Siz onun üçün başqa qadın və ya II variantsınız. Və inanın ki, tək variant deyilsiniz...
Heç bir kişi ailəsini başqa qadınla əvəz eləmək istəmir. Sizi çox istədiyini, hətta sevdiyini desə belə, siz, yalnız onun üçün növbəti bir əyləncə və ya maraqlı bir “oyuncaq”sınız... Nə qədər çətin əldə olunsanız, o qədər çox səy göstərir hər bir kişi... Və əldə etməklə, əslində o, özünü təsdiq edib, özünə güvəni artırmaq üçün edir...
Eyni zamanda, sizinlə olmaq ona “sərf” edir.
• Ona sərf edir ki, sizinlə görüşəndən sonra hər kəs öz evinə dönür. Onun sizin qarşınızda heç bir öhdəçiliyi yoxdur. Siz onun üçün vaxtını maraqlı keçirtmək üçün əlavə variantsınız.
• Ona sərf edir, ona görə ki, sizdən istədiyi, arzuladığı hər şeyi alır. Yəni, sizi bir növ “istifadə edir”... Sizinlə əlaqə həyatındakı boşluğu doldurur və siz ona “xüsusi” olduğunu hiss etdirirsiniz.
• Ona sərf edir ki, bütün vaxtını sizinlə keçirtmək kimi bir öhdəçiliyi yoxdur. O, sizin yanınızdan çıxan kimi, dərhal evinə yollanır - Vaxtını “istədiyi” kimi, keçirtdi... sizi yolladı... özü də evə - “dincəlməyə” getdi. Çünki, o, nə edirsə, özünə görə, öz mənafeyinə uyğun edir.
• Əgər bir kişi, doğurdan da, sizi sevirsə, o, hər bir halda, ən çətin vəziyyətdə belə sizinlə vaxt keçirtmək üçün vaxt və zaman tapacaq. Problemlərinizin həllində çəkinmədən sizə yardımçı olacaq. Sizi hədiyyələrlə sevindirəcək... Əks halda, o, sadəcə olaraq, sizdən istifadə edir.
• Əgər, hətta, sizi sevdiyini deyirsə və ailəsini sizə görə dağıdırsa, nə zəmanət ki, sizi də bir zaman kiməsə görə atmaycaq.
Əlbəttə, burda söhbət dağılan ailədə başqa qlobal, ciddi bir ailədaxili problemlər olmadığı halda, ailənin sırf ikinci qadına görə dağılmasından gedir.
Ona görə, əgər sizin qarşınıza sizə dəyər verən, tək sizi arzulayan və yalnız sizinlə olmaq istəyən bir kişi çıxıbsa, onu qiymətləndirin! Onun tək sevimlisi özünüz olmağa çalışın! Ona sadiq olun! Onun sadiqliyini dəyərlndirin! Laqeyd olmadığınızı hiss elətdirin! Əks halda, siz, onun üçün “tək” olmayacaqınız. O, özünü təsdiq üçün başqa qadınların yanına qaçacaq...
̇li̇k