Azerbaijan Neurology Week

Azerbaijan Neurology Week Tədbirin təşkilatı dəstəyi “Caspian Event Organisers” tərəfindən təmin edilir.

16-21 dekabr 2024-cü il tarixində Nevroloqların Milli Assosiasiyası, Azərbaycan Uşaq Nevroloqları Cəmiyyəti və Türkdilli Dövlətlərin Nevrologiya Cəmiyyətinin təşkilatçılığı ilə Bakıda Nevrologiya həftəsi-2024 keçiriləcək. Nevrologiya həftəsi çərçivəsində Bakı aşağıdakı milli və beynəlxalq tədbirlərə ev sahibliyi edəcək:

— 2-ci Azərbaycan Uşaq Nevroloqlarının Konfransı, 17-18 dekabr 2024;

— Azərbaycan Nevroloqlarının 8-ci Konfransı, 18 dekabr 2024;

— Türkdilli Dövlətlərin 5-ci Beynəlxalq Nevrologiya Konqresi, 19-20 dekabr 2024;

— “EPNS” təlim kursları, 19-20 dekabr 2024. Bu tədbirlərdən əlavə 16, 17 və 21 dekabr 2024-cü il tarixlərində nevrologiyanın bir sıra sahələri üzrə masterklaslar təşkil ediləcək.

17-18 dekabr tarixlərində 2-ci Azərbaycan Uşaq Nevroloqlarının Konfransı keçirildi. Konfrans uşaq nevrologiyası sahəsind...
27/12/2024

17-18 dekabr tarixlərində 2-ci Azərbaycan Uşaq Nevroloqlarının Konfransı keçirildi.
Konfrans uşaq nevrologiyası sahəsində çalışan yerli və xarici mütəxəssisləri bir araya gətirərək, sahədəki ən son elmi nailiyyətlərin, yeniliklərin və praktiki yanaşmaların müzakirəsinə imkan yaratdı.

Tədbirdə təqdim olunan məlumatlar və dəyərli müzakirələr sahənin inkişafına, yeni tədqiqatların başlanmasına və daha yaxşı kliniki nəticələrin əldə olunmasına töhfə verəcək.

Nevrologiya Həftəsi 2024 çərçivəsində 19-20 dekabr tarixlərində Avropa Uşaq Nevrologiyası Cəmiyyəti (EPNS - European Pae...
23/12/2024

Nevrologiya Həftəsi 2024 çərçivəsində 19-20 dekabr tarixlərində Avropa Uşaq Nevrologiyası Cəmiyyəti (EPNS - European Paediatric Neurology Society) tərəfindən təlim kursları keçirildi. Tədbir, xüsusilə uşaq nevroloqlarına yönəldilmiş praktiki biliklərin və müasir yanaşmaların öyrədilməsi ilə yadda qaldı.

Təlimlər çərçivəsində “Fetal nevrologiyadan neonatal nevrologiyaya səyahət” adlı xüsusi kurs təşkil olundu. Bu kursda iştirakçılar prenatal dövrdən yenidoğulmuş dövrünə qədər nevroloji inkişafı və patologiyaları anlamaq, diaqnostika və müalicə metodlarını daha dərindən öyrənmək imkanı əldə etdilər. İştirakçılar həm nəzəri biliklər, həm də praktik bacarıqlar qazandılar.

Təlim kurslarında iştirak edən bütün mütəxəssislərə və iştirakçılara təşəkkür edirik!

19-20 dekabr tarixlərində Nevrologiya Həftəsi 2024 çərçivəsində Türkdilli Dövlətlərin 5-ci Nevrologiya konqresi baş tutd...
20/12/2024

19-20 dekabr tarixlərində Nevrologiya Həftəsi 2024 çərçivəsində Türkdilli Dövlətlərin 5-ci Nevrologiya konqresi baş tutdu.

Konqresin ilk günü nevrologiya sahəsində ən son yeniliklərin və nailiyyətlərin müzakirə olunduğu önəmli bir platforma oldu. Tədbir çərçivəsində Turkiyə, Qazaxıstan, Türkmənistan, Tatarıstan həmçinin Gürcüstan və Rusiyadan dəvət olunmuş alimlər və mütəxəssislər arasında geniş fikir mübadiləsi aparıldı, elmi araşdırmalar təqdim olundu və sahənin inkişafına dair yeni əməkdaşlıq imkanları müzakirə edildi. Bu konqres nevrologiya sahəsində bilik və təcrübənin paylaşılması, həmçinin türkdilli dövlətlər arasında elmi əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm rol oynadı.

18 dekabr tarixində Nevrologiya Həftəsi 2024 çərçivəsində Azərbaycan Nevroloqlarının 8-ci konfransının təntənəli açılışı...
19/12/2024

18 dekabr tarixində Nevrologiya Həftəsi 2024 çərçivəsində Azərbaycan Nevroloqlarının 8-ci konfransının təntənəli açılışı baş tutdu!

Tədbirdə dövlət rəsmiləri, tibb sahəsinin nüfuzlu nümayəndələri və dünyanın müxtəlif ölkələrindən gəlmiş nevrologiya mütəxəssisləri iştirak etdi. Tədbir boyunca mütəxəssislər bilik və təcrübələrini bölüşdülər, yeni yanaşmalar, müasir müalicə üsulları və diaqnostik yeniliklər geniş müzakirə olundu. Bu konfrans elmi nailiyyətlər və innovasiyalarla yanaşı, nevrologiya sahəsində beynəlxalq əməkdaşlıq üçün əhəmiyyətli platforma oldu.

İştirak edən hər kəsə təşəkkür edirik! Bu möhtəşəm tədbirin bir hissəsi olduğunuz üçün minnətdarıq.

📣Nevrologiya Həftəsi 2024 üçün sayılı günlər qalıb!Nevrologiya sahəsində ən son yeniliklərdən xəbərdar olmaq və beynəlxa...
10/12/2024

📣Nevrologiya Həftəsi 2024 üçün sayılı günlər qalıb!
Nevrologiya sahəsində ən son yeniliklərdən xəbərdar olmaq və beynəlxalq mütəxəssislərlə bir araya gəlmək üçün bu fürsəti qaçırmayın.

Baş tutacaq əsas tədbirlər:
🧬 2-ci Azərbaycan Uşaq Nevroloqlarının Konfransı, 17-18 dekabr;
🧬Azərbaycan Nevroloqlarının 8-ci Konfransı, 18 dekabr;
🧬 Türkdilli Dövlətlərin 5-ci Beynəlxalq Nevrologiya Konqresi, 19-20 dekabr;
🧬 EPNS Təlim Kursları, 19-20 dekabr.

Bundan əlavə 16, 17 və 21 dekabr tarixlərində nevrologiya sahəsinə uyğun müxtəlif masterklaslar da təşkil ediləcək.

⏳ Yerlər məhduddur. İndi qeydiyyatdan keçin:
https://neuroweek.az/az-content-21.htm

28/11/2024

Prof. Dr. Aynur Özge sizi 17 dekabr tarixində "Uşaq və yeniyetmələrdə baş ağrıları" üzrə beynəlxalq konqresə dəvət edir.
Hilton Bakı hotelində baş tutacaq konqresdə nevrologiya sahəsindəki ən son tədqiqatlar və müalicə metodları müzakirə ediləcək. Tanınmış mütəxəssislərin çıxışları və interaktiv müzakirələr sizi gözləyir.

🔗 Qeydiyyat üçün: https://neuroweek.az/az-content-21.html

26/11/2024

Ruh sağlamlığı və nevrologiya xəstəlikləri üzrə mütəxəssis Dr. Füsun Mayda Domaç sizi Nevrologiya Həftəsi 2024 çərçivəsində keçiriləcək "Uşaq və yeniyetmələrdə baş ağrıları" üzrə beynəlxalq konqresə dəvət edir.

📆 17 dekabr
📍 Hilton Hotel Baku

🔗Qeydiyyat üçün: https://neuroweek.az/az-content-21.html

Azərbaycan Nevrologiya Həftəsi çərçivəsində keçiriləcək Türkdilli dövlətlərin 5-ci Beynəlxalq Nevrologiya konqresinin il...
25/11/2024

Azərbaycan Nevrologiya Həftəsi çərçivəsində keçiriləcək Türkdilli dövlətlərin 5-ci Beynəlxalq Nevrologiya konqresinin ilk günündə "Dağınıq skleroz” mövzusu da müzakirə olunacaq.

19 dekabr tarixində bu sahədə ixtisaslaşmış həkimlər və professorlar aşağıdakı mövzular barədə ətraflı danışacaqlar:

🔹Hər dağınıq skleroz xəstəsi üçün ən yaxşı müalicə;
🔹Dağınıq sklerozun diaqnostikasında və diferensial diaqnostikasında MRT-nın rolu;
🔹Dağınıq sklerozun neyroimmunologiyası;
🔹Dağınıq sklerozun risk faktorları.

📍Ünvan: Hilton Hotel Baku

Nevrologiya sahəsində son tədqiqatlar, yeniliklər və müalicə yanaşmaları haqqında məlumat əldə etmək fürsətini qaçırmayın!

🔗 Link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz: https://neuroweek.az/az-content-21.html

🏥 Türkdilli dövlətlərin 5-ci Beynəlxalq Nevrologiya konqresinin ilk günündə “Epilepsiya” mövzusunu da gündəmə gətirəcəyi...
22/11/2024

🏥 Türkdilli dövlətlərin 5-ci Beynəlxalq Nevrologiya konqresinin ilk günündə “Epilepsiya” mövzusunu da gündəmə gətirəcəyik!

🧑‍⚕️19 dekabr tarixində Moskva və Kazan şəhərlərindən dəvət olunan həkimlərimiz aşağıdakı mövzular barədə ətraflı danışacaqlar:
🧬İnsultdan əziyyət çəkən xəstələrdə epilepsiya və epileptik tutmalar;
🧬Neonatal epileptik tutmalar: Səbəblər və ağırlaşmalar;
🧬Epilepsiya zamanı gecə boğulmaları: Kliniki manifestasiyanın və ağırlaşmaların xüsusiyyətləri;
🧬Uşaq və yeniyetmələrdə epilepsiya ilə səhv salınan hansı hallar müşahidə edilir?

📍Ünvan: Hilton Hotel Baku

🔗Link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz: https://neuroweek.az/az-content-21.html

🧠 Dağınıq sklerozun klinik gedişini dəyişən preparatların istifadəsi haqqında Nevroloqların Milli Assosiasiyasının Prezi...
21/11/2024

🧠 Dağınıq sklerozun klinik gedişini dəyişən preparatların istifadəsi haqqında Nevroloqların Milli Assosiasiyasının Prezidenti Prof. Rəna Şirəliyevanın təqdimatında daha çox məlumat əldə etmək üçün bizə qoşulun.

⏰ 16 dekabr, 10:00-12:00 saat aralığında baş tutacaq bu seminarda iştirak edərək, çox faydalı məlumatlar əldə edə bilərsiniz.

📍Respublika Diaqnostika Mərkəzi

İştirak üçün link vasitəsilə qeydiyyatdan keçməyi unutmayın:https://neuroweek.az/az-content-21.html

18/11/2024

İstanbul Universiteti, İstanbul Tibb fakültəsinin Nevrologiya şöbəsinin dosenti Dr. Esme Ekizoğlu-Turqut sizi 17 dekabrda keçiriləcək "Uşaq və yeniyetmələrdə baş ağrıları" üzrə beynəlxalq konqresə dəvət edir.

🔗Tədbirdə iştirak üçün erkən qeydiyyat: https://neuroweek.az/az-content-21.html

16/11/2024

Miqren və baş ağrıları üzrə mütəxəssis Dr.Sərxan Əmirquliyev sizi Azərbaycan Uşaq Nervoloqların 2-ci konfransı çərçivəsində, 17 dekabr tarixində keçiriləcək "Uşaq və yeniyetmələrdə baş ağrıları" üzrə beynəlxalq konqresə dəvət edir.

🔗Qeydiyyat üçün: https://neuroweek.az/az-content-21.html

Address

"Hilton" Hotels & Resorts
Baku
1000

Alerts

Be the first to know and let us send you an email when Azerbaijan Neurology Week posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram