International Medical Centre 1

International Medical Centre 1 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from International Medical Centre 1, Medical and health, Bəşir Səfəroğlu küç 183, Baku.

07/03/2017
GİNEKOLOJİ CHECK UP PAKETİNƏ DAXİLDİR. 📝Qanın ümumi analizi 📝Sidiyin ümumi analizi 📝Geniş yaxma 📝Ginekaloji USM 📝Ginekol...
10/02/2017

GİNEKOLOJİ CHECK UP PAKETİNƏ DAXİLDİR.
📝Qanın ümumi analizi
📝Sidiyin ümumi analizi
📝Geniş yaxma
📝Ginekaloji USM
📝Ginekoloqun qəbulu
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu 183

Eşitmə getdikcə zəifləyirsə, qulaqlarda uğultu, doluluq hissi yaranırsa, yanaşı olaraq baş gicəllənməsi, hətta baş ağrıl...
03/02/2017

Eşitmə getdikcə zəifləyirsə, qulaqlarda uğultu, doluluq hissi yaranırsa, yanaşı olaraq baş gicəllənməsi, hətta baş ağrıları da olursa, bunun səbəbi qulaq kiri tıxacı ola bilər.
Tıxacın təmizlənməsi eşitmənin bərpası ilə bərabər digər əlamətlərin də aradan qalxmasına səbəb olur.
Qulaq çirki qulaq keçəcəyinin dərisindəki vəzlər tərəfindən ifraz olunan maddədir. Onun tərkibi bir qayda olaraq kükürd, toz hissəcikləri, ölmüş epitel hüceyrələri və dəri yağından təşkil olunur.
Qulaq çirki eşitmə orqanının normal fəaliyyəti üçün olduqca vacibdir, qulağın daxilinə bakteriya, virus, göbələk kimi mikroorqanizmlərin daxil olmasına əngəl olur, həmçinin ölmüş epitel hüceyrələrini xaric edir. Normal halda qulaq kirinin artığı toplanmış toz və çirk hissəciklərilə birlikdə çeynəmə və udma hərəkətləri hesabına təbii şəkildə qulaqdan xaric olur. Patoloji hallarda qulaq çirki bərkiyir və xarici qulaq keçəcəyində tıxac yaradır.
Tıxacın yaranma səbəbləri:
- Vəzlərin fəaliyyəti və çirkin ifrazının artması;
- Qulaq keçəcəyinin anatomik olaraq dar olması və ya qıvrımlığı;
- Qulaq keçəcəyi dərisinin qulaq çöpləri, eşitmə aparatı və ya qulaqcıqla zədələnməsi;
- Otit və sinusit kimi keçirilmiş xəstəliklər;
- Mütəmadi olaraq tozlu şəraitdə fəaliyyət;
- Qulaq təmizləyərkən çirkin təbil pərdəsinə doğru itələnməsi
Qulaq tıxacının təmizlənməsi üçün LOR həkimə müraciət edilməlidir.

Kardialgik sindrom ürək damar sistemi xəstəlikləri zamanı xəstələrin əksəriyyətində rast gəlinən simptomlar toplusudur.Ü...
02/02/2017

Kardialgik sindrom ürək damar sistemi xəstəlikləri zamanı xəstələrin əksəriyyətində rast gəlinən simptomlar toplusudur.
Ürək xəstələrində ağrıların təzahür forması müxtəlif olur:
- zəif xoşagəlməz
- əzabverici
- dözülməz
- deşici, kəsici
- sıxıcı, yandırıcı
- bərk yad cismin əzməsi.
Çox zaman bu əlamətlərin bir-neçəsi eyni xəstədə baş verə bilir.
Ağrıların lokalizasiyası da olduqca fərqli olur. Ağrılar adətən, ürəyin zirvə nahiyəsində olsalar da körpücükaltı, parastenal, hətta döş sümüyünün arxasında da hiss edilə bilər. Xəstələrin bir çoxu ağrını ürəyin arxa proyeksiyasında, sol kürəkaltı və ya kürəkarası nahiyədə hiss edirlər. Ancaq sinədə, ürək nahiyəsində ağrıların rastgəlmə tezliyi 90% olur.
Ağrıların müddəti olduqca fərqli olur. Bəzən bir-neçə saniyə dəlib keçən ağrı, bəzən isə saatlarla göynədici, dartıcı, təzyiqlə sıxıcı ağrılar baş verir. Ağrılar bəzən tutmaşəkilli də ola bilir. Ağrıların fiziki gərginliklə əlaqədar olması xüsusilə diqqət çəkici olur.
Xəstələrdə ürəkdöyünmə və aritmiyalar da müşayiət edilir. Ürəkdöyünmə həyəcanlanma, bəzən hətta sakitlik dövründə də baş verir. Əsasən fiziki iş, gərginlik, kofe, spirtli içki qəbulu zamanı ürəkdöyünmələrin sayı artır.
Ürək xəstəliklərinin əlamətlərindən biri də tənəffüs pozğunluğudur. Belə xəstələr fiziki gərginlik zamanı, hündürlüyə qalxan zaman onlarda təngnəfəslik meydana çıxır.

UŞAĞINIZIN SAĞLAM GƏLƏCƏYİNİ BU GÜNDƏN DÜŞÜNÜN!!! 1-12 yaş arası uşaqlar ildə iki dəfə pediatr müayinəsindən keçirilməli...
01/02/2017

UŞAĞINIZIN SAĞLAM GƏLƏCƏYİNİ BU GÜNDƏN DÜŞÜNÜN!!! 1-12 yaş arası uşaqlar ildə iki dəfə pediatr müayinəsindən keçirilməlidir.
☎️(012)596 13 16
☎️(012)596 44 50
☎️(055)424 29 40

Terapevtik check upın tərkibi.📝Qanın ümumi analizi 📝 Sidiyin ümumi analizi 📝Abdominal USM 📝Terapevtin qəbulu Bakı şəhəri...
31/01/2017

Terapevtik check upın tərkibi.
📝Qanın ümumi analizi
📝 Sidiyin ümumi analizi
📝Abdominal USM
📝Terapevtin qəbulu
Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu 183

Qadın reproduksiya sahəsinin USM-iQadın cinsiyyət orqanlarının USM-i uşaqlığın, yumurtalıqların, uşaqlıq borularının, uş...
30/01/2017

Qadın reproduksiya sahəsinin USM-i
Qadın cinsiyyət orqanlarının USM-i uşaqlığın, yumurtalıqların, uşaqlıq borularının, uşaqlıq boynunun müxtəlif xəstəliklərini: yumurtalıqların kista və şişlərini, yumurtalıqların polikistozunu, uşaqlığın miomasını, endometrinin hiperplastik proseslərini, uşaqlığın və uşaqlıq boynunun poliplərini və s. aşkar etməyə imkan verir. USM-in köməyi ilə yumurtalıqda follikullarm yetişməsinə, endometrinin sikl üzrə yenidən qurulmasının tamlığına nəzarət etmək olar. USM hamiləliyin diaqnostikası və müddətinin müəyyən edilməsi, uşaqlıqdan kənar hamiləliyin qarşısının alınması üçün istifadə olunur.

Kiçik çanaq orqanlarının USM-i abdominal (qarından - transabdominal) və ya vaginal (uşaqlıq yolundan) aparıla bilər. Abdominal müayinə üçün sidik kisəsinin doldurulması lazım olduğu halda, vaginal müayinə üçün, əksinə - sidik kisəsinin boş olması lazımdır. Uşaqlıq borularının müayinəsi üçün uşaqlıq boynunun kanalı vasitəsi ilə boruların xüsusi məhlulla kontrastlaması lazımdır. Diaqnostik məqsəddən asılı olaraq, müayinəni menstruasiya siklinin müəyyən günlərində aparmaq lazımdır.

Op.Dr Rafiq Dəmirçalov 1987-ci il Azərbaycan Tibb Universitetini bitirmis,1987 - 1992-ci illərdə Rusiyanın Rostov vilayə...
27/01/2017

Op.Dr Rafiq Dəmirçalov 1987-ci il Azərbaycan Tibb Universitetini bitirmis,1987 - 1992-ci illərdə Rusiyanın Rostov vilayətində Mərkəzi xəstəxanada LOR həkimi, 1990-cı ildən 1992-ci ilədək Volqadonsk mərkəzi xəstəxanasında LOR şöbəsinin müdiri, 1989-cu ildə Rostov həkim təkmilləşdirmə kursunda 1990-cı ildə Kazan həkimlərin təkmilləşdirilməsi kursunda yaxından iştirak etmişdi.1992 - 2000 ci illərdə Bakı şəhəri Mərkəzi hövzə xəstəxanasında LOR həkimi ,2001- 2009 illərdə Leyla Şıxlinskinin şöbə müdiri ,2002-ci ildə Türkiyənin Ankara şəhərində Hacettepe xəstəxanasında təkmilləşdirmə kursu endoskopik LOR cərrahiyyə, 2005-ci ildə Yaroslav təkmilləşdirmə institutunda LOR endoskopik cərrahiyyə kursu keçmişdi. 2009 - 2014 illərdə Oksigen klinikasında baş həkim və LOR həkimi işləmişdir.

2014 – 2015 illərdə MedEra Hospitalında direktor və LOR həkimi işləmişdi. 2015-2016 ildə Grand Hospitalın baş həkimi və LOR həkimi işləmişdi. 2016-cı ildə Tehran şəhərində DEEY hospitalında təkmilləşmə keçmişdi.

Xüsusi pəhriz və fiziki aktivliyə baxmayaraq , arıqlaya bilməyən xəstələr hormonal səbəblərə görə müayinə olunmalıdır.Bu...
25/01/2017

Xüsusi pəhriz və fiziki aktivliyə baxmayaraq , arıqlaya bilməyən xəstələr hormonal səbəblərə görə müayinə olunmalıdır.Bu əlaqəli ola bilər:
-insulin rezistentliyi :bu halda xəstədə qarın bel çevrəsi piy toxuması hesabına artır.Tez-tez aclıq hissi , qidadan doymamaq , yorğunluq , halsızlıq olur .
-qalxanabənzər vəzinin hormonlarının disfunksiyası , çatışmazlığı
-böyrəküstü vəzilərindən normadan artıq kortizol sintezi
-gənc xanimlarda polikistik over sindromu. Bu halda xəstədə tüklənmənin artması,
üzdə sızanaqlar , çəkinin artması, menstrual tsiklərin pozulması müşahidə olunur.
-prolaktin hormonunun normadan artıq olması
-cinsiyyət hormonlarının azalması . Xüsusilə oğlanlarda testosteron azlığı əzələ kütləsində azalma piy toxumasında artma ilə müşahidə olunur.

Address

Bəşir Səfəroğlu Küç 183
Baku
AZ1014

Website

Alerts

Be the first to know and let us send you an email when International Medical Centre 1 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram