28/11/2025
Qəbələdən olan, 135° Cobb bucaqlı çox ağır dördüncü dərəcəli skolioz xəstəmizin əməliyyatından 3 il,
Oğuzdan olan, 100° Cobb bucaqlı dördüncü dərəcəli ağır skoliozu olan gənc xəstəmizin əməliyyatından isə cəmi 3 ay keçib.
Onurğanın bu qədər ağır deformasiya etdiyi hallarda belə, zamanında və düzgün aparılan cərrahi müdaxilə insanın həyatını tam dəyişə bilir — nəfəsindən duruşuna, hərəkətindən gündəlik rahatlığına qədər.
Onların düzəlmiş duruşla, rahat nəfəs alaraq, gülərüz şəkildə həyatlarina davam etdiyini görmək bizim üçün ən böyük sevincdir.
Əməliyyatdan öncə “olarmı?” deyə ümidsiz baxan gözlərin bu gün “yaxşı ki etmişik” deməsi — bütün zəhmətimizin ən dəyərli qarşılığıdır.