Uşaq Bərpa Mərkəzi

Uşaq Bərpa Mərkəzi Mərkəz uşaq və yeniyetmələrə reabilitasiya xidmətləri göstərir.

Elmi-Tədqiqat Pediatriya İnstitutunun Uşaq Bərpa Müalicə Mərkəzində 1 ayından 18 yaşa kimi olan uşaq və yeniyetmələrə reabilitasiya xidmətləri göstərilir.

📍Mərkəzdə aşağıdakı xəstəliklər müalicə olunur:
- Lor orqanları xəstəlikləri
- Allergik xəstəliklər
- Tənəffüs yollarının xəstəlikləri
- Sinir sisteminin xəstəlikləri
- Dayaq-hərəkət sisteminin xəstəlikləri
- Revmatik xəstəliklər
- Mədə-bağırsaq orqanlarının xəstəlikləri
- Psixoloji narahatlıqlarla müşahidə olunan xəstəliklər
- Nitq qüsurları ilə müşahidə olunan xəstəliklər

📍 Mərkəzdə aşağıdakı mütəxəssislər fəaliyyət göstərir:
- Pediatr
- Nevropatoloq
- Fizioterapevt
- Kardioloq
- Stomatoloq
- Lor həkimi
- Oftalmoloq
- Allerqoloq
- Ultrasəs həkimi
- Müalicəvi bədən tərbiyəsi həkimi
- Klinik laboratoriya
- Loqoped
- Psixoloq

🇦🇿 8 Noyabr – Zəfər Günü münasibətilə Uşaq Bərpa Mərkəzində tədbir keçirildi.Tədbir zamanı Vətən müharibəsində canından ...
08/11/2025

🇦🇿 8 Noyabr – Zəfər Günü münasibətilə Uşaq Bərpa Mərkəzində tədbir keçirildi.
Tədbir zamanı Vətən müharibəsində canından keçən qəhrəman şəhidlərimizin xatirəsi dərin ehtiramla anıldı, Zəfərimizin qazanılmasında payı olan bütün igidlərimizə minnətdarlıq ifadə olundu.
Zəfər Günü xalqımızın qürurunu, birliyini və sarsılmaz iradəsini təcəssüm etdirən ən şanlı tarixlərimizdən biridir. 🇦🇿

🇦🇿 8 Noyabr – Zəfər Günü  🇦🇿
08/11/2025

🇦🇿 8 Noyabr – Zəfər Günü

🇦🇿

“Medinex” sərgisində “Koqnitiv pozuntu və depressiya” adlı keys sessiyası baş tutubTƏBİB-in dəstəyilə “Medinex” sərgisin...
01/11/2025

“Medinex” sərgisində “Koqnitiv pozuntu və depressiya” adlı keys sessiyası baş tutub

TƏBİB-in dəstəyilə “Medinex” sərgisinin işgüzar proqramı çərçivəsində “Koqnitiv pozuntu və depressiya” adlı keys sessiyası keçirilib.

Respublika Pediatriya Mərkəzinin nəzdində olan Uşaq Bərpa Mərkəzinin uşaq və yeniyetmə psixoloqu Dəniz Umarova “Depressiyanın koqnitiv modelləri və psixoterapevtik yanaşma”, Nəfəs Psixonevroloji Mərkəzinin uşaq və yeniyetmə psixiatrı Ceyran Əhmədova isə “Diqqət əskikliyi və hiperaktiv pozuntu (DƏHP) və beyin texnologiyaları: Gələcəyin
müdaxiləsi” mövzusunda təqdimatla çıxış edib.

D.Umarova depressiya və onun əsas simptomlarından, depressiyanın koqnitiv modellərindən söz açıb:

“Koqnitiv davranış terapiyasının əsas prinsipləri düşüncənin emosiya və davranışları formalaşdırması, mənfi avtomatik düşüncələrin psixoloji narahatlığa səbəb olması, düşüncə tərzinin dəyişməsidir.

Terapiya zamanı əsas məqsədlər düşüncə tərzini dəyişərək emosional rifahı artırmaq, şəxsin özünü dərkini və problemlərlə mübarizə bacarığını gücləndirmək, qısamüddətli və məqsədyönlü yanaşma təmin etmək, terapiyadan sonra şəxsin özünüidarəetmə bacarığını inkişaf etdirməkdən ibarətdir”.

C.Əhmədova çıxışında bildirib ki, DƏHP uşaqlarda ən çox rast gəlinən ruhi pozuntulardan biridir:

“Diqqətsizlik (uşaqların diqqətini detallara yönəldə bilməməsi, dərslərində tez-tez səhvlər etməsi və s.), hiperaktivlik (uşağın çox vaxt yerində dayana bilməməsi, əlləri və ayaqlarının daim hərəkətdə olması və s.), impulsivlik (sualın sonunu gözləmədən cavab vermə, növbə gözləməkdə çətinlik çəkmə və s.) hallarında valideynlər diqqətli olmalı, mütəxəssislərə müraciət etməlidirlər”.

C.Əhmədova sözügedən hallarda alternativ müalicə yanaşmalarından, bədən tərbiyəsi və idmandan, pəhriz, qida dəstəyi və vitaminlərlə bağlı da iştirakçıları məlumatlandırıb.

Sonda iştirakçıların sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.

🇦🇿 18 Oktyabr – Müstəqilliyin Bərpası GünüBu gün xalqımızın azadlıq iradəsini, milli birliyini və dövlətçiliyimizi yenid...
18/10/2025

🇦🇿 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü

Bu gün xalqımızın azadlıq iradəsini, milli birliyini və dövlətçiliyimizi yenidən bərpa etdiyi qürur günüdür.
1991-ci il oktyabrın 18-də qəbul edilən “Müstəqillik haqqında Konstitusiya Aktı” ilə Azərbaycan Respublikası öz müstəqilliyini bərpa edərək tarixində yeni bir mərhələyə qədəm qoydu.

Müstəqilliyimizin əbədi və dönməz olması naminə çalışan hər kəsə minnətdarlıqla! 🇦🇿

04.10.2025-ci il tarixində Respublika Pediatriya Mərkəzinin nəzdində fəaliyyət göstərən Uşaq Nevroloji Xəstəxanasında Dü...
06/10/2025

04.10.2025-ci il tarixində Respublika Pediatriya Mərkəzinin nəzdində fəaliyyət göstərən Uşaq Nevroloji Xəstəxanasında Dünya Serebral İflic Gününə həsr olunmuş “Serebral iflic hər yönü ilə” adlı simpozium keçirilib.

Tədbirin açılışında Mərkəzin direktoru, Azər Əhmədov çıxış edərək, serebral iflicin cəmiyyət üçün aktuallığı və erkən diaqnostikanın əhəmiyyətindən bəhs edib. O, həmçinin valideynlərin maarifləndirilməsinin və reabilitasiya prosesinə aktiv cəlb olunmasının vacibliyini vurğulayıb.

Uşaq Nevroloji Xəstəxanasının baş həkimi, nevroloq İlahə Hacıyeva isə çıxış edərək simpoziumun əsas məqsədinin serebral ifliclə yaşayan uşaqların həyat keyfiyyətinin yaxşılaşdırılması, müasir müalicə yanaşmalarının müzakirəsi olduğunu bildirib.

Simpozium çərçivəsində çıxış edən mütəxəssislər xəstəliyin səbəbləri, profilaktikası, müalicə imkanları və reabilitasiya metodları barədə məlumat verib, həmçinin ən müasir yanaşmalar və beynəlxalq təcrübələrdən danışıblar.

Təqdimatlardan sonra iştirakçıların sualları cavablandırılıb, praktiki nümunələr üzərində geniş müzakirələr aparılıb.

Belə tədbirlər serebral iflicin vaxtında aşkarlanması, düzgün müalicəsi və cəmiyyətin maarifləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan səhiyyəsinə uzun illər xidmət etmiş sabiq nazir Oqtay Şirəliyevin vəfatı bizi kədərləndirdi. Ailəsinə və yaxı...
04/10/2025

Azərbaycan səhiyyəsinə uzun illər xidmət etmiş sabiq nazir Oqtay Şirəliyevin vəfatı bizi kədərləndirdi. Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!

27 Sentyabr – Anım GünüUşaq Bərpa Mərkəzində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə şəhidləri...
27/09/2025

27 Sentyabr – Anım Günü

Uşaq Bərpa Mərkəzində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edildi, onların Vətən uğrunda göstərdiyi qəhrəmanlıqlardan danışıldı.

🇦🇿 Şəhidlərimizin ruhu qarşısında bir daha baş əyir, xatirələrini daim qəlbimizdə yaşadırıq.

“Xatirəniz əbədidir…27 Sentyabr – Anım Günü 🇦🇿🖤”
26/09/2025

“Xatirəniz əbədidir…
27 Sentyabr – Anım Günü 🇦🇿🖤”

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli Sərəncamına əsasən, sentyabrın 20-si Az...
20/09/2025

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilib.

Günün mübarək, Azərbaycan!

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti  Mehriban xanım Əliyevanın...
26/08/2025

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.

Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayırıq!

Address

Bakı10, Mirəli Qaşqay 84
Baku
3701

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 19:00
Sunday 08:00 - 19:00

Telephone

+99412 4401631

Website

Alerts

Be the first to know and let us send you an email when Uşaq Bərpa Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Uşaq Bərpa Mərkəzi:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category

Our Story

1.Lor orqanları xəstəlikləri 2.Allergik xəstəlikləri 3.Tənəffüz yollarının xəstəlikləri 4.Sinir sisteminin xəstəlikləri 5.Dayaq-hərəkət sisteminin xəstəlikləri 6.Revmatik xəstəlikləri 7.Mədə-bağırsaq orqanlarının xəstəlikləri 8.Nitq qüsurlarla müşahidə olunan xəstəliklər Bizim mərkəzdə aşağıdaki müalicə üsulları istifadə olunur: 1.Fizioterapiya: 1.Qalvanik cərəyanları 2.Elektroforez terapiya 3.Elektrostimulyasiya müalicəsi 4.İnterferens cərəyan 5.İmpuls cərəyan 6.Amplipulsterapiya 7.Parafin -terapiya 8.Elektroyuxu 9.İnfraqırmızı şua 10 Qısa dalğalı ultrabənövşə suaları (tubus kvars) 11.İnhalyasiya (dərman preparatları nəzərə alınmalı) 12.Darsanval cərəyanları 2.Maqnitoterapiya : 1.Maqnitoterapiya (sinusoidal bipolyar) 3.Ultrasəs Müalicə: 1.U/səs mülicəsi 2.Fonoforez dərman ilə 4.Digər xidmətlər: 1.Musiqi tetrapiyası 2.Art terapiya (rəsmlə müalicə) 3.Fito-və Flora terapiya 4.Speleoterapiya (duz şaxtası) 5.Su terapiya: 1.Qalvanik vannalar 2.Mirvari vannalar 3.Otlarla vannalar 6.Müalicəvi idman: 1.İndividual məşğələlər 2.5-9 nəfərdən ibarət olan qrup məşğələlər 3.Tənəffüs gimnastikası 4.Slinq trenajoru (yığılmış əzələləri dartmaq üçün trenajor) 5.Qross trenajoru (hərəkətləri məhdud olan uşaqların yeriməsinə kömək edən trenajor) 6.Kostyum terapiya (adeli kostyumları).Uşaq serebral iflicinin müasir bərpa müalicəsinin üsulu.Kosmonavt kostyumun əsasında hazırlanıb. 7.Voyta terapiya (körpələr üçün müalicəvi idman) 8.Aktivterapiya (xüsusi oyuncaqlarla kiçik motorikanın inkişaf etdirici idman) 7.Massaj: 1.Boyun massaji 2.Döş qəfəsinin massaji (sinə kurək) 3.Aşağı və yuxarı ətrafların massaji 4.Ümumi massaj 5.Drenaj massaji 6.Banka ilə massaj