VeganAzer

VeganAzer Azərbaycanın ilk və tək veqan mağazası

08/03/2022

Dəysin

🇦🇿 DİQQƏTLƏ OXUYUN!Bir mağaza ilə yenicə müzakirəmiz nəticəsində bir şeyi anladım - insanlar VEQAN və VEGETARİAN loqolar...
20/01/2021

🇦🇿 DİQQƏTLƏ OXUYUN!
Bir mağaza ilə yenicə müzakirəmiz nəticəsində bir şeyi anladım - insanlar VEQAN və VEGETARİAN loqolarını qarışdırır!!!
Əlbəttə qarışdırar - axı onlar vizual olaraq eynidir! Və, zəmanə adamları oxumağa vaxt sərf etmək istəmədiyi üçün, loqonu görüb, veqan olduğunu düşünür - daha baxmır ki, altında "vegetarian" yazısı var. Elə dərd də bundadır.
Veqan həyat tərzini seçənlər! Laktozdan, kazeindən, jelatindən, baldan, yumurtadan qaçanlar! DİQQƏTLİ OLUN! Məhsulun qablaşdırmasını tam oxuyun, kafedə hər bir ərzağı 5 dəfə soruşun, şirkətə məktub yazanda sualınızı 3 formada verin ki, yola verməsinlər😁 Nə bilim, qısası - tələyə düşməmək üçün əlinizdən gələni etməyə ərinməyin!✌

🇬🇧 ATTENTION!
Did you know, that European Vegan and Vegetarian labels are visually the same? You need to read the text below to differentiate the product. Oh, these texts, that we don't like to waste our time on!
If you are: leading a vegan lifestyle, avoiding lactose, caseine, eggs, honey, gelatine - PLEASE, BE ATTENTIVE TO DETAILS! Read the full label, ingredients, allergens on packaging, ask the meal ingredients from the waiter, reconfirm them with the kitchen, etc😁 Long story short - don't be lazy, if you don't want to consume some nasty things!

08/11/2020
🇦🇿 Mənə ən çox verilən suallar arasında - əlimizi nə ilə yuyaq? Mağazalarda bir çox çeşiddə bərk və duru sabun olduğunu ...
12/08/2020

🇦🇿 Mənə ən çox verilən suallar arasında - əlimizi nə ilə yuyaq? Mağazalarda bir çox çeşiddə bərk və duru sabun olduğunu deməyimə baxmayaraq, insanların bir çoxu onları niyəsə tapmır🤷🏻‍♀️ Yəgin yaxşı axtarmırsınız, çünki baş çəkdiyim ilk ekspress mağazada müxtəlif çeşiddə veqan sabunlar tapa bildim. Birini şəkildə görürsünüz. Daha çox sabun paylaşmağımı istəyirsinizsə, bu paylaşıma 100 share gözləyirəm😜

Lole's bədən sabunu, 150 qr, 0.67₼ (endirimdə), Spar express
🇬🇧 One of the most common questions I get is what do we use as a soap. Although I tell people there is a range of vegan products out there, they still struggle to find them (or don't bother to search at all🤷🏻‍♀️). Well, the first express store I entered carried many vegan soaps, one of which is pictured. If you want me to share more of these, I'll wait for 100 shares😜

Lole's body soap, 150 gr, 0.67₼ on sale at Spar express

10/08/2020

🇦🇿 Lyubyatovo sübut etdi ki, südsüz və yumurtasız çox dadlı peçenye alınır. Sual ondadır ki, niyə bəs hələ də bu ərzaqla...
10/08/2020

🇦🇿 Lyubyatovo sübut etdi ki, südsüz və yumurtasız çox dadlı peçenye alınır. Sual ondadır ki, niyə bəs hələ də bu ərzaqları digər peçenyelərinə qatır?🤔

Qaragiləli peçenye, 1₼ Bravoda
🇬🇧 Lyubyatovo proved, that they can make an extremely tasty cookie without eggs and milk. The question is, why do they keep adding these into other variants?🤔

Blueberry cookies, 1₼ at Bravo

🇦🇿 Sizə əla xəbərim var!İllərdir mən ölkəmizdə kompostla məşğul olan fermer axtarıram. Niyə? Çünki:🌱tədricən kağız, alum...
02/08/2020

🇦🇿 Sizə əla xəbərim var!

İllərdir mən ölkəmizdə kompostla məşğul olan fermer axtarıram. Niyə? Çünki:
🌱tədricən kağız, aluminium, plastik, elektronika tullantıları utilizasiya təşkilatları tapdım, qida tullantılarına isə bir əncam tapılmadı
🌱qida tullantıları zibil qutumuzda plastik torbalardan istifadə etməyimizin yeganə səbəbidir
🌱qida tullantıları açıq havada çürüyərkən atmosferə ziyanlı qazlar buraxır
Sonda, belə bir nəticəyə gəldim ki, bu ölkədə kompost olmayacaq, nə qədər ki heyvandarlıq hazırki səviyyədə qalacaq (ucuz və keyfiyyətli peyin bahalı komposta rəqibdir). Və, artıq təslim olmuşdum ki, Frankenin reklamı önümə çıxdı😍
Bu cihaz çanağın altına qoşulur və qida tullantılarını üyüdərək, kanalizasiyaya göndərir. Nəticədə nə əldə edirik?
♻️Bütün zibilləri ayırandan sonra, nəinki plastik torbaya, heç zibil qutusuna da ehtiyac qalmır!
♻️Atmosferə zərərli metan qazları ifraz olunmur
♻️Həmin qida tullantısı su və torpaqla qarışıb, təbii komposta çevrilir
♻️Zibil qoxusundan qurtuluruq!

Kimə maraqlıdır, səhifəsinə yaza bilər. İzləyicilərim üçün 10% endirim də xahiş etmişəm😉 Endirim kodu üçün mənə yazın💰
🇬🇧 I have some great news for you!
For those of you, who've been struggling with food waste like me, unable to find a compost system is Azerbaijan - meet Franke food waste grinder! Why this solution is amazing?
♻️No more lining of your rubbish bin with plastic because of food waste
♻️No more hazardous methane emissions into atmosphere because of food decay
♻️No more smelly kitchen
♻️The waste is ground and washed down the sink, where it afterwards mixes with water and soil and becomes a natural fertilizer!

If you are interested, write to Franke Azerbaijan for further details. And for my followers, I asked a special 10% discount💰 - dm me for the code!😉

Qurban bayramı ilə əlaqədər çox yaxın müsəlman dostumun keçən ilki yazısı. Burada qalsın, dedim.Başqalarının balalarını ...
31/07/2020

Qurban bayramı ilə əlaqədər çox yaxın müsəlman dostumun keçən ilki yazısı. Burada qalsın, dedim.
Başqalarının balalarını (quzuları) qurban verməyə nə var ki! Əgər gücünüz çatırsa, özünüzdən nəyisə qurban verin, tanrıya sadiqliyinizi sübut etmək üçün. Yox, əgər bunu etməyə ruh gücünüz çatmırsa, o zaman digərlərinin həyatlarını niyə qurban verirsiniz?
Mərhəmətli müsəlman dostlarımın bayramını təbrik edir, bu bayramı ağılsız və korcasına qətliama çevirənlərə isə ən yaxın zamanda aydınlanma arzu edirəm.

🇦🇿 Axır ki, ABADın veqan əzməsini də gördüm (çoxusunun içərisində süd tozu var, bəzilərində isə "tünd şokolad" inqredien...
23/07/2020

🇦🇿 Axır ki, ABADın veqan əzməsini də gördüm (çoxusunun içərisində süd tozu var, bəzilərində isə "tünd şokolad" inqredient kimi yazılıb🙄, buna görə tərkibi naməlumdur).
Dadlarına baxan olub heç?
🇬🇧 Finally I found some vegan nutbutters from ABAD. Most of them usually have milk powder or, for example, list "dark chocolate" as an ingredient🙄 so you never know, if it IS vegan.
Anyone out there have tried these?

     #постныйбульон
21/07/2020

#постныйбульон

Address


Website

Alerts

Be the first to know and let us send you an email when VeganAzer posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to VeganAzer:

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Mənim hekayəm

O qədər adam soruşur ki, dedim axır yazım, maraqlanan oxusun :)

Mən veqanam. Və bu söz, hal-hazırda, mənim bütün varlığımı təsvir edir. Hətta dostlarım məni yeni insanlarla tanış edəndə məni Veqan Vus kimi təqdim edirlər :D Amma heç də həyatı boyu bu cür yaşamamışam...

Gəncədə anadan olub başa-boya çatmışam, bu da o deməkdir ki, :


  • ət, süd məhsulları və göyərti rasionumun 90%-ni təşkil edib