18/06/2018
⚠ Enurez - qeyri-iradi sidik ifrazıdır və 5 yaşa qədər uşaqlarda bu, normal hal sayılır.
⚠ Sidik ifrazı zamanı (sidiyəgetmə) sidik kanalı əzələləri boşalmalı, qarın və sidik kisəsi əzələləri isə eyni vaxtda yığılmalıdırlar. Bütün proses sinir sistemi tərəfindən avtomatik olaraq tənzimlənsə də uşağın özü tərəfindən buna nəzarət edilir.
3 yaşa qədər uşaqların sinir sistemi bu prosesə nəzarət edə biləcək səviyyədə inkişaf etmədiyi üçün bu proses avtomatik şəkildə, qeyri-iradi olaraq baş verir. Yəni, sidik kisəsi dolan kimi sidik kanalı əzələləri boşalır və uşaq sidik ifraz edir.
⚠ 3 yaşından sonra uşaqlarda sinir sistemi inkişaf edərək, artıq bu prosesə şüurlu şəkildə nəzarət etmək iqtidarında olur. Bu dövrdən etibarən sidik kisəsi dolduqda, uşaqda sidiyə getmək istəyi yaransa da, o artıq avtomatik olaraq həmin an sidiyə getmir, bunun üçün tələb olunan şəraiti gözləyərək, sidiyini saxlaya bilir. 5 yaşdan yuxarı uşaqlarda qeyri-iradi sidik ifrazı davam etmiş olarsa, həkiminizə müraciət etməyiniz vacibdir.
⚠ Enurezə səbəb olan hallardan biri müxtəlif nevrozlardır. Nevrozla bağlı enurez daimi olaraq baş vermir; sakitlik halında keçib gedir. Belə enurez, adətən, gecələr, az-az hallarda isə gündüzlər də baş verir. Nevrozlu uşaqların yuxusu səthi olur, onlar müxtəlif yuxular görürlər. Yatmış ikən qeyri-iradi olaraq sidik ifraz edən uşaqlar yuxudan oyanır və bu zaman böyük təşviş keçirirlər.
⚠ Nevrotik enurezli uşaqlar məktəbdə və ya evdə-ailədə çətin psixoloji vəziyyətə düşdükdə də onlarda qeyri-iradi sidik ifrazı - enurez qeyd edilir. Belə hallarda valideynlər uşaqlarının məktəbdəki həmyaşıdları və müəllimlərlə hansı münasibətlərdə olduğunu aydınlaşdırmalı, imkan daxilində nevrotik amillərin aradan qaldırılmasına çalışmalıdırlar.
UŞAQ NEVROLOQU DR. İLHAMƏ ALLAHVERDİYEVA
📞 (051) 484-34-72/ (055) 431-00-34
📍Medikus Clinic/ Şərifzadə 55