Doktor.Sahib Ceferov

Doktor.Sahib  Ceferov Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Doktor.Sahib Ceferov, Health/Medical/ Pharmaceuticals, Baku.

18/08/2024

Leyla Medical Center Direktoru Vahabov Elnur Ramiz oğlu 35 saylı Xətai seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.Uğurlar arzulayır,dəstəkləyirik.Dostluğumda olan bütün qardaş və bacılarımdan Elnur doktoru dəstəkləmələrini xahiş edirəm.

0 Followers, 929 Following, 104 Posts - See Instagram photos and videos from Elnur Vahabov ()

25 ildir Azərbaycan Səhiyyəsinin inkişafına töhfələr verən Leyla M.C.(RMG) klinikasının Yeni Pediatriya mərkəzinin möhtə...
06/06/2024

25 ildir Azərbaycan Səhiyyəsinin inkişafına töhfələr verən Leyla M.C.(RMG) klinikasının Yeni Pediatriya mərkəzinin möhtəşəm açılış mərasimindən xatirələr.

18/01/2022

Son zamanlar koronavirus infeksiyasının omikron ştammının bütün dünya ölkələrində sürətlə artışı qeyd olunur.Bu infeksiyanın xüsusən də uşaqları yoluxdurduğu bildirilir.Böyük Britaniyada qospitalizasiya olunan uşaqların 42%_nin 1 yaş altında uşaqların olduğu bildirilir. Son günlər yaxın qonşularımız olan Rusiyada da bu xəstəliyin sürətlə artımı bildirilir,bir çox sahələrdə distant iş rejiminə keçilməsi planlarından danışılır.Düzdür,xəstəliyin o qədər də ağır gedişə malik olmadığı bildirilir,lakin koronavirus infeksiyası keçirmiş,ya kontaktda olmuş uşaqlarda 4-6 həftə ərzində immun sistemin çökməsi ilə müşayiət olunan, ağır gedişli postkovid sindromların (uşaqlarda multisistem inflamatir sindrom,postkovid Kavasaki sindromu və s.) şahidi olmuşuq.Buna görə də Omikron ştammının yüngül gedişli olması fikri, bizləri sayıqlığımızı itirməyə əsas vermir.Bu infeksiyanın nə zaman bitəcəyi də məlum deyil və ola da bilməz.Hava-damcı yolu ilə yayılan infeksiyalar süni idarəçiliyə tabe ola bilməz,qapanmalar isə nə vətəndaşa nə də dövlətə sərf etmir.İndiki durumda daha aşağı yaş qruplarının immunizasiyası məsələsi aktualdır.Qorunmanın diğər vasitələri isə dəyişməz olaraq qalır.Hələ belə görünür ki,buster dozadan sonra dördüncü,beşinci və s.dozaların vurulması məsələsi də gündəliyə gələcək.Ehtiyatlı olun.Xəstələnməyin.Uşaqlarınızı da bacardığınız qədər xəstəlikdən qoruyun.

02/01/2022

Mövsümi qriplərin xüsusən Qripp A yayıldığı bir dövrdə,dərman preparatlarının çətin tapımasında sorumlu kimdir?
TƏBİB ya SN.

07/08/2021

Oğlum Kamran evlənir.Xoşbəxtlik arzu edirəm.

22/02/2021

11.02.2021 tarixində Leyla M.C.
Klıinikasına qəbul etdiyimiz xəstə Zeynalova Sofiya bu gün sağlamlığına qovuşaraq evə yazıldı.Uşaq üçəmlərin bir tayıdır.1 saylı doğum evində doğulublar:bir oğlan,iki qız.Çəkiləri biri 1200,0qram,ikinci 1300,0 üçüncü isə 1400,0 qram.Sofiya 1400,0 çəki ilə doğulub.Həyatının 2-ci sutkasından Bakı Sağlamlıq mərkəzinin neonatoloji reanimasiya şöbəsinə köçürülüb.11.01.21 tarixinə qədər orada müalicə alıb.Yüksək ölüm faizi ilə səciyyələnən qeyri spesifik xoralı enterekolit xəstəliyinə görə müalicə alıb.Təcrübəli neonatoloq Səadət xanım Yaqubovanın nəzarətində olub.Yaxşılaşma ilə evə yazılsa da,sonradan xora yerində yaranmış striktura səbəbindən,bağırsaq keçməməzliyi ilə təkrar müraciət edib.Xəstə konsultasiya üçün Leyla M.C.-ə,təcrübəli uşaq cərrahı G.Ağayevə yönləndirilib.Müayinə zamanı xəstədə yoğun bağırsaq keçməməzliyi diaqnozu təsdiqini tapıb,xəstə reanimasiya şöbəmizə qəbul olunub.Hemodinamik göstəriciləri,homeostaz normaya salındıqdan sonra,12.02.21 taricində cərrahi əməliyyata götürüldü.Operator cərrah G.X.Ağayev,assistent Səmədov P.M.Əməliyyatdan sonrakı (yoğun bağırsaq seqmentinin dalaq əyriliyində 5-6 sm rezeksiyası.kolokolostomiya.)dövrdə xəstə küvez rejimində,monitor nəzarəti altında,tam parenteral qidalanmada olub.Sağtərəfli körpücükaltı vena kateterizasiya olunmuşdur.Dörd gün sonra enteral qidalanma başlanmış,tədricən qidalanmanın həcmi normaya çatdırılmışdır.Daxil olarkən çəkisi 1680,0 qram,evə yazılarkən 2000,0qram.Zəhməti keçən bütün tibbi personalımıza təşəkkürlər.

18/01/2021

Koronavirus keçirmiş və sağalmış insanların immunizasiyası məsələsinə baxışlarda fikir ayrılıqları mövcuddur.Sağlamlığına qovuşmuş insanların qanında İgG aşkar olunması immunitetin yaranmasına dəlalət edir,lakin bunun nə dərəcədə dayanıqlı olması hələ tam aydın deyil.Xəstəliyə təkrar yoluxma faktlarının rast gəlməsi də bunu təsdiq rdir.Bəzi infeksion xəstəliklərdən sonra( qızılca,göyöskürək,su çiçəyi və.s)ömürlük immunitetin yaranması məlumdur.Bu xəstələrdə də zaman keçdikcə qanda İgG-nin səviyyəsi aşağı düşür və ya tam itə bilir,lakin o B limfositlərin yaddaşına əbədi həkk olur.Orqanizm həmin infeksiyalarla təkrar rastlaşdığı zaman dərhal immun sistem İg G sintezini bərpa edərək infeksiyanı anındaca neytrallaşdırır(məhv edir).Təəssüf ki,bir çox virus infeksiyalarında bu mexanizm işləmir.Bu səbəbdən insanlar, məs. qripp virusuna hər il,bəzən isə bir ildə bir neçə dəfə yoluxa bilir.Ona görə də Qrip əleyhinə vaksinasiyanın, fəsli olaraq hər il aparılması tövsiyyə olunur.İndi koronavirus əleyhinə immunitetin də dayanıqlı olmaması daha çox qəbul ediləndir.Və deməli qripp əleyhi vaksin kimi hər il vurulması gərək olacaq.Amma növbəti illərdə bir dozanın kifayət edəcəyini düşünürəm.Belə nəticəyə gəlmək olar ki,hətta xəstəliyi keçirib sağalmış insanlar da immunizasiya olunmalıdır,yalnız məqsədəuyğundur ki,əvvəl qanda antikor(İgG)yoxlansın.Belə hesab olunur ki,onun səviyyəsinin yüksək olması fonunda vaksin vurularsa,bu,autoimmun xəstəliklərin baş qaldırmasına şərait yarada bilər.Mən bu günə öz düşündüklərimi yazdım.Zaman korrektələrini təbii ki,edəcək.

14/04/2020

Deyirlər aprel ayının 20-dən sonra fövqəladə vəziyyət elan olunacaq.Qeyd etmək istəyirəm ki,bu vəziyyətin elan olunub-olunmaması nə Prezidentin nə də NK yanında Operativ qərərgahın istəyindən deyil,məhz toplumun, ona ünvanlanmış "Evdə qal"çağırışına necə münasibət göstərməsindən birbaşa asılıdır.Mən hələ mart ayının ortalarında paylaşdığım bir postda "həlqə daralır,dövlət rəhbərləri biri-birinin ardınca qadağaları sərtləşdirirlər"-deyə qeyd etmişdim.Bunun da səbəbkarı biz özümüzük.Ağıllı insan düşüncəsinə yönəli deyilən qabaqlayıcı tədbirlər bizim üçün keçərli olmadı.Keçərli olmadıqca da qadağalar sərtləşdirildi,bu gedişlə fövqəladə rejimin tətbiq olunması da qaçılmaz ola bilər.Demək istəyirəm ki,əgər fövqəladə vəziyyət elan olunacaqsa,deməli Dövlət rəhbərini bu addımı atmağa biz məcbur etmişik.Bu addımlar,görünməyən,təhlükəli infeksiya ilə mübarizədən daha az itki ilə çıxmağımıza hesablanıb.
Lap başından,ÜST-nın düzgün mövqe tutmadğı göz qabağndadır.Sərhədlərin bağlanması,karantin tədbirlərinin tətbiqinə dair yanlış tövsiyyələr verdilər.Halbu ki,onlar Çində, bu infeksiyanın nə qədər təhlükəli olduğunu,sürətlə yayıldığını (SARS-dan və MERS-dən fərqli olaraq),gözləri ilə görmüşdülər.Və infeksiyanın hava-damcı,kontakt yolu ilə ötürüldüyünü bilərək bu cür sərsəm tövsiyyələr verməsi bəşəriyyətə qarşı cinayət xarakteri daşıyır.Ardınca dünyanın lider dövlət rəhbərlərinin (ABŞ,Fransa,Birləşmiş Krallıq) bu tövsiyyələri əldə bayraq tutaraq karantin tədbirlərinə,sərhədlərin qapanmasına laqeyd münasibəti,bu dövlətlərdə infeksiyanın sürətlə yayılmasına və kütləvi insan tələfatına səbəb oldu.Düşünürəm ki,Belarus liderinin laqeyd münasibəti də acınacaqlı nəticələr verə bilər(Allah qorusun).Dünən yayılan xəbərlərə istinadən ÇİN dövləti,bu ölkənin ərazisində,infeksiyanın mənbəyi,yaranma vaxtı,və s barədə heç bir araşdırılma aparılmasına icazə verməyəcək.Bu qərarın arxasında nələr gizləndiyini söyləmək çətindir. Səbəbin nə olmasından asılı olmayaraq (yəni SARS COV-2 virusunun,öz sələfləri üzərində ya gen-mühəndisliyi nəticəsində süni şəraitdə yetişdirilərək,bilərəkdən və ya səhlənkarlıqdan "azadlığı"çıxması,ya da təbiətdə baş verən təbii bir mutasiya nəticəsində) fakt göz qabağındadır.Gecikmiş bir addım,virusun bizdən yülərlə addım önə qaçmasına şərait yaradır,mübarizəni daha da çətinləşdirir.Əbəs yerə deyil ki,indi Amerika,Fransa,İtaliya tibb işçiləri başlarına gəlmiş bu bəlada öz prezidentlərini sorumlu tuturlar.Artıq ÜST-ı rəhbərlərinin istefa tələbləri səslənməkdədir.İnsafən demək lazımdır ki,bizim dövlət rəhbərləri çox gecikmədən qabaqlayıcı tədbirlər planını ortaya qoydu.İndi hər şey bizim öz əlimizdədir.Bircə həqiqət var-epidemiyanın yayılma zənciri qırılmalıdır.Bu isə yalnız izolyasiya ilə mümkündür.Məcburiyyət qarşısında evlərini tərk edənlərin yoluxma təhlükəsi yüksək olduğuna görə sosial tövsiyyələrə (qoruyucu maska,ara məsafəsi,dezinfektantlar) əməl etməlidirlər.İndi hər kəs qarşısından gələnin potensial daşıyıcı olduğunu düşünməyincə infeksiyadan qurtuluş olmayacaq.Yoluxanların təxminən 80%-nin asimptomatik gedişli xəstələnməsi və ya daşıyıcı olmasını nəzərə alsaq bunun aktuallığını başa düşərik.Dünya çapında infeksiyanın sönmə tendensiyası hələ görünmür.Xəstəlik arta xətlə zirvəyə doğru gedir.Bu zirvənin hansı rəqəmlərdə bitəcəyi və vaxtı bəlli deyil.Bəlli olan bir həqiqət var-biz nə qədər səhlənkar yanaşsaq bu zirvə br o qədər yüksək,karantin və izolyasiya tədbirləri daha uzun,iqtisadiyyatın tənəzzülü daha dərin,itkilərimiz daha çox,yaşayış səviyyəmiz daha aşağı.olacaq.Tədbirlər planı,tövsiyyələr-insan şüuruna hesablanıb verilir.Düşüncəsiz insanların məsuliyyətsiz çıxışlarına aldanmayın,qonşum bayrda gəzir,mən niyə evdə oturmalıyam deyə düşünməyin.Gəlin bu bəladan birlikdə qurtulaq."GÜC BİRLİKDƏDİR".

25/03/2020

Coronavirus ailəsinə məxsus COVİD-19 ştamı Avropanı cənginə almaqda davam edir.İtaliya,ardınca Almaniya,Fransa alovlanır.Test olunmuş insanlar arasında yoluxma artıq 400000-ni keşdi.(qeyd edirəm-test olunanlar arasında).Əgər Planetimizdə yaşayan 7 milyard insan test olunsa,yoluxanların hansı rəqəmlərdə olmasını təsəvvür etmək çətin deyil.Keyfiyyətli rapid testlər çox baha başa gəldiyi üçün demək olar ki,heç bir dövlət pandemiya şəraitində bu vəzifənin öhdəsindən gələ bilməz.(epidemiyalar zamanı vəziyyət fərqlidir-hansısa bir dövlət,beynəlxalq valyuta fondu və s.sənə yardım əlini uzada bilər,pandemiya zamanı bu mümkünsüzdür-hamı əl açıb yardım istəyir,)Bu gün super dövlətlər də bu pandemiyaya hazır olmadıqlarını nümayiş etdirdilər:testlər çatmır,tibbi maskalar yoxdur,spirt defisitdir ,xəstəxanalar və həkimlər xəstə axını qarşısında acizdirlər,ağır tənəffüs çatmamazlığı durumunda olan xəstələri həyatda saxlamaq üçün yüksək texnologiya məhsulu olan süni tənəffüs cihazlarının,EKMO avadanlıqları çatmır və s.Bəs çıxış yolu nədir.İndiki zamanda ən real görünən çıxış yolu izolyasiya tədbirləridir,gec olmadan fövqəladə vəziyyətin tətbiq edilməsidir.Bu yoluxmanın ertələnməsinə(ləngidilməsinə)səbəb olacaq,(heç yoluxmamaq bir qədər absurd görsənir,immun sistemi bu infeksiyaya davamlı olan 5-10% insan xaric),insanların eyni zamanda kütləvi surətdə xəstələnməsinin qarşısını alacaq,dövlətin səhiyyə sistemi zor duruma düşməyəcək, ciddi müalicəyə ehtiyacı olan, təxminən 20% yoluxanlara lazımi, adekvat yardım göstərilməsinə şəraiti təmin edəcək,və beləliklə ölüm faizinin şox yüksək olmasını əngəlləyəcək.
Gələcək arzularınızın puç olmaması xatirinə,özünüzün və əzizlərinizin həyatda qalmaları xatirinə karantin qaydalarına,ÜST-nın,Dövlət qurumlarının tövsiyyə etdiyi gigiyenik tədbirlərə əməl edin.Allah bəşəriyyətimizi qorusun.

30/07/2016

Bu iller erzinde toplanmış tecrübelere ve elmi biliklere esaslanaraq hekimlerimiz terefinden aparılan antibakteral terapiya haqqında bezi meqamlara toxunmaq isterdim.Son onillik erzinde şexsi menafelerini güden farmakoloji şirketlerin bu sahede neqativ fealiyyetleri bütün ictimaiyyete bellidir,bu hem de tekce bizim ölkede deyil,bütün dünyanı bürüyüb.Bu fealiyyet neticesinde bezen bir xesteye eyni zamanda bir deyil,bir neçe eyni istiqametli preparatların yazılması hallarına rast gelirik.Bu hal esla yolverilmezdir.Netice ise çox acınacaqlı olur: bakterial flora kobud şekilde pozulur,orqanizmin immun sistemine böyük zerbe vurulur.Diger terefden de bezi valideyinler uşaqda her hansı bir nasazlıq gören kimi hekimle meslehetleşmeden apteke üz tutur,ve, ya özbaşına,ya da ezzaçının meslehiti ile bir yıqın derman alaraq můaliceye başlayırlar.(Ekser dövletlerde hekim resepti olmadan heç bir derman vasitesi ala bilmezsiniz)Antibakterial terapiya rasional aparılmalıdır.Teyinat üçün konkret gösterişler olmalıdır Her respirator xestelik,her baqırsaq disfunksiyası antibiotik teyinatına gösteriş deyil,umumi vasiteler,düzgün qidalanma,normal maye rejimi teyin etmekle orqanizmin potensialına imkan vermek olar.Lakin ehtiyac yarandıqda antibakterial terapiyanı lengitmek de olmaz.Antibiotik xesteliyin töredicisine uyqun seçilmeli ve normal dozalarda yeridilmelidir.Mikroorqanizmler bizim düşündüyümüzden daha aqillıdırlar,onlar tezlikle modifikasiya ve mutasiya ederek daha dayanıqlı ştammlar emele getirir,alimlerimiz de daha şiddetli vasiteler axtarmalı olurlar.Iş o yere çatıb ki,bezen heç bir antibiotike hessas olmayan mikriorqanizmlerle rastlaşırıq ki bu da sonda xestenin ölümü ile neticelenir.Bütün bunlar qeyri rasional antibiotikoterapiyanı neticesidir.Gelin bu bela ile birlikde mübarize aparaq.Valideyinler hekimsiz müalice ile meşqul olmasınlar,hekimlerimiz de teyinatlarında selis ve diqqetli olsunlar.

18/12/2015

Qış fəslinin yaxınlaşması ilə əlaqədar olaraq uşaqlar arasındsa respirator xəstəliklərin artması hər kəsə bəllidir.Mən,bu xəstəliklərdən biri ilə bağlı valideyinlərə bəzi tövsiyyələr verməyi özümə borc bildim.Bu xəstəlik Nazo-faringitdir.Xəstəlik kataral əlamətlər,burun tənəffüsünün pozulması,əsasən quru əzabverici və ağrılı öskürəklə müşayiət olunur.Allergik meylli uşaqlarda bu əlamətlər daha qabarıq özünü büruzə verir.Bəzən hərarət 38,5-39,0 dərəcəyə qədər yüksəlir.Tez bir zamanda burun tənəffüsü tam pozulur,körpə uşaqlarda əmmə prosesi çətinləşir,yuxu pozulur,uşaqlar çox narahat olurlar.Bakterial infeksiyanın qoşulması ilə burundan qatı irinli sarı-yaşıl ifrazat gəlir.Valideyinlərə tövsiyyəm budur: Həkim müayinəsi olmadan dərhal antibakterial terapiyaya başlamasınlar.İlk növbədə burun tənəffüsünün bərpası istiqamətində çalışsınlar,bunun üçün uşağın yaşından asılı olaraq müxtılif konsentrasiyalı duzlu məhlullar-unimer 9,18,28%-li,akvalor və s.vasitəsi ilə burunu yumaq,1-2 %-li soda məhlulu,çobanyastığı,şalfey dəmləməsi, ilə boğazı yaxalamaq (yod əlavə etmək məsləhət deyil),buruna yağ-çaytikanı,günəbaxan və s.damızdırmaq məsləhətdir.Qazı çıxarılmış borjomla inqalyasiy etmək də yaxşı effekt verir.Əgər göstərilən tədbirlər fonunda yaxşılaşma müşahidə olunmazsa tez bir zaman ərzində sahə həkiminə müraciət etməyiniz gərəkdir.
Onu da qeyd edim ki L.Şıxlinskaya klinikasının pediatrik kollektivi sutkanın 24 saatı Sizə xidmət göstərməyə hazırdır.Lazım olarsa günün istənilən saatında evə çağırış da edə bilərsiniz.Əlaqə telefonları: 490-21-31,490-18-58,496-51-05,496-51-06.

Address

Baku

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

0503687405

Website

Alerts

Be the first to know and let us send you an email when Doktor.Sahib Ceferov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram