Xaliq Rzayev

Xaliq Rzayev уролог-андролог

24/04/2025

Xaya kistasının (spermatosel) cərrahi çıxarılması – Əməliyyat prosesi və izahı
Bu videoda xaya artımında yerləşən xoşxassəli kistanın — spermatoselin cərrahi yolla çıxarılması (spermatoseləktomiya) əyani şəkildə təqdim olunur.

Əməliyyatda göstərilir:
• Kistaya təhlükəsiz və atraumatik yanaşma
• Ətraf toxumaların qorunması
• Kistanın tam çıxarılması və hemostaz
• Estetik və funksional nəticənin təmin olunması

Bu əməliyyat adətən lokal və ya ümumi anesteziya altında aparılır və pasiyent tez bir zamanda normal həyata qayıda bilir.

Məqsədimiz: həm funksional, həm də estetik baxımdan pasiyent məmnuniyyətini ən yüksək səviyyədə təmin etməkdir.

Daha çox peşəkar uroloji əməliyyat üçün kanala abunə olun.
Sual və rəy üçün şərh bölməsində yazmağı unutmayın.

11/04/2025

Pasiyent: oğlan uşağı, 5 yaş
Şikayətlər: təkrarlayan qızdırma epizodları, qarında ağrı, tez-tez və ağrılı sidik ifrazı.
Xəstəlik tarixi: 3 yaşından etibarən dəfələrlə sidik yolu infeksiyası (xüsusilə pielonefrit) diaqnozu ilə hospitalizasiya olunub. Antibiotiklərlə müalicə müvəqqəti yaxşılaşma versə də, infeksiya təkrar baş verib. Profilaktik antibiotik müalicəsi effekt verməyib.
İnstrumental müayinələr:
• Böyrək və sidik kisəsinin ultrasəs müayinəsi: sağ böyrək ləyən və kasalarının genişlənməsi.
• Miksion sistoqrafiya: sağ tərəfdə III dərəcəli vezikoureteral refluks (VUR) aşkarlandı.
Diaqnoz:
Sağ tərəfli III dərəcəli vezikoureteral refluks (sidik kisədən sidik axarına geriyə axın). Xroniki pielonefrit, remissiya dövrü.
Müalicə:
Pasiyentə vezikoureteral refluksun endoskopik korreksiyası planlaşdırıldı. Endoskopik olaraq sidik axarının sidik kisəsinə birləşən hissəsinə həcmyaradıcı maddə (gel) yeridildi.
Nəticə:
Endoskopik müalicə effektli oldu, pasiyent ambulator qaydada izlənilir.

09/04/2025

🔹 Diaqnoz: 2 aylıq körpədə sağ tərəfli hidrosel (hidrops)
🔹 Pasiyentin yaşı: 2 ay
🔹 Açıqlama: Sağ xayanın qişaları arasında maye toplanması müşahidə olunur, bu da hidrosel üçün xarakterikdir. Həcmli törəmə iltihab əlamətləri olmadan müəyyən edilir, xaya dərisi dəyişilməmişdir.
🔹 Diaqnostika üsulları: Klinik müayinə, xaya orqanlarının USM-i (anexogen maye, bölmələr və patoloji daxilolmalar olmadan).
🔹 Tövsiyələr: Uşaq urologunun dinamik müşahidəsi.

📌 Vacibdir! Əgər xayanın ölçüsündə artım, iltihab əlamətləri və ya körpədə narahatlıq müşahidə olunarsa, təcili həkimə müraciət etmək lazımdır.

26/01/2025

У меня уже 500 подписчиков! Спасибо, что постоянно поддерживаете меня. Без вас мне бы не удалось этого достичь. 🙏🤗🎉
15/01/2023

У меня уже 500 подписчиков! Спасибо, что постоянно поддерживаете меня. Без вас мне бы не удалось этого достичь. 🙏🤗🎉

03/06/2022
📜Kəskin sistit dedikdə sidik kisəsinin (aşağı sidik yolları) infeksiyası başa düşülür.✅ Sağlam olan qadınlarda s...
22/04/2022

📜Kəskin sistit dedikdə sidik kisəsinin (aşağı sidik yolları) infeksiyası başa düşülür.

✅ Sağlam olan qadınlarda sistit əksər halları ağırlaşmasız ötüşür.

✅Daha mürəkkəb və ya ağırlaşmış sidik yolları (yuxarı və ya aşağı sidik yolları) infeksiyası dedikdə isə xəstədə infeksiya riskini artıran və/və ya müalicənin uğursuz olmasına təsir edəcək amillər və xəstəliklərin (məs., obstruksiya, anatomik pozuntu, uroloji disfunksiya və ya çoxsaylı preparatlara rezistent olan uropatogen) mövcud olması başa düşülür.

✅ Qadınlarda sidik yolları infeksiyasının patogenezi uşaqlıq yolu girəcəyinin (vaginal introitus) fekal floradan yayılan uropatogenlərlə kolonizasiyasından başlayır və sonradan uropatogenlərin uretra vasitəsilə sidik kisəsinədək qalxması ilə bağlıdır.

✅ Cinsəl aktiv olan gənc qadınlarda sidik yolları infeksiyası halları tez-tez müşahidə edilir.
1️⃣ Cinsəl aktivliyi olan qadınlarda uretrit nəzərdən keçirilməlidir.
2️⃣ Qadınlarda uretritin səbəbləri arasında xlamidiya, qonorreya, trixomoniaz, Kandida göbələkləri, herpes simpleks virusu və qeyri-infeksion qıcıqlandırıcılar (məs., kontraseptiv gel) yer almışdır.

✅Sistit həm də postmenopauzada olan qadınlarda müşahidə edilir. Kəskin sistitlə müqayisədə kəskin piyelonefrit daha az hallarda müşahidə edilir.

✅ KLİNİKİ ƏLAMƏTLƏR.

Sistinin kliniki əlamətlərinə dizuriya (sidiyə getmə zamanı ağrı), sidiyə getmənin tez-tez baş verməsi, sidiyə getməyə çağırışın artması, suprapubik nayihədə ağrı və/və ya hematuriya aiddir. Çox gənc yaşlı və ahıl yaşlı xəstələrdə sistitin simptomları daha yüngül formada ola bilər.

📜Bu və digər uroloji problemləriniz var?
Həkim Xaliq Rzayev sizə kömək etməyə hər zaman hazırdır!

✅Elaqe nomrasi 📲: +994506225453
🇦🇿

Bir il ərzində müntəzəm olaraq qorunmamış cinsi əlaqələr hamiləliklə nəticələnməyibsə, bu sonsuzluq kimi qiymətləndiri...
20/04/2022

Bir il ərzində müntəzəm olaraq qorunmamış cinsi əlaqələr hamiləliklə nəticələnməyibsə, bu sonsuzluq kimi qiymətləndirilir.

✅ Kişilərdə hansı hallar sonsuzluğa səbəb olur?

📜Hallar müxtəlif ola bilər. Səbəbi öyrənmək üçün ilk növbədə spermanı müayinə edirlər. Spermada spermatozoidlərin sıxlığını, hərəkətini və formasını öyrənirlər. Bəzi infeksion və qeyri-infeksion xəstəliklər kişilərdə sonsuzluğa səbəb olur.

✅ Spermaya təsir edən hallara aiddir

1️⃣Varikosele və ya xaya venalarının genişlənməsi. Bu, xayalarda hərarətin artması və spermatozoidlərin sayının azalması və formasının pozulmasına səbəb ola bilər.

2️⃣Bir sıra xəstəlik və hallar. Məsələn, diabet, travma, infeksiya, onkoloji xəstəliklərin müalicəsi zamanı istifadə edilən kimyəvi terapiya və şüa terapiyası

3️⃣Zərərli vərdişlər. Məsələn, həddindən çox spirtli içkilərin qəbulu, tütünçəkmə, anabolik hormonların istifadəsi (adətən idmançılar və ya atletlər tərəfindən), narkotik maddələrin istifadəsi

4️⃣Ətraf mühitdə olan toksinlərin təsiri. Məsələn, kənd təsərrüfatında istifadə edilən pestisidlər, qurğuşun və s.

✅ Qadının və onun partnyorunun fertillik problemlərinin olmasını həkim necə araşdırır?

📜Həkim həm qadın, həm də kişinin tibbi və cinsiyyət tarixçəsini öyrənir. Adətən, ilkin müayinə zamanı spermanın analizi, Fallop borularının mənfəzinin açıq olması qiymətləndirilir və yumurtalıqların ehtiyatı öyrənilir.

✅ Sonsuzluğun öhdəsindən gəlmək üçün həkimlər nə edir?

📜Sonsuzluğa səbəb olan faktorları, sonsuzluğun müddətini, qadının yaşını, mayalanma üçün cütlüyün üstün tutduğu metodu və hər bir metodun effektivliyini, risklərini və faydasını qiymətləndirdikdən sonra həkim Xaliq Rzayev müəyyən metodu məsləhət görə bilər. Sonsuzluğun müalicəsində dərman, cərrahi müdaxilə, uşaqlıqdaxili inseminasiya (mayalandırma) və ya effektiv olan müxtəlif köməkçi texnologiyalar istifadə oluna bilər.

📜Bu və digər uroloji problemləriniz var?
Həkim Xaliq Rzayev sizə kömək etməyə hər zaman hazırdır!

✅Elaqe nomrasi 📲: +994506225453

Address

Baku
AZ1010

Opening Hours

Monday 09:00 - 15:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 15:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 15:00
Saturday 09:00 - 14:00

Telephone

+994506225453

Website

Alerts

Be the first to know and let us send you an email when Xaliq Rzayev posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category