Ayten-Edvard ENT - LOR

Ayten-Edvard ENT - LOR O.N.Borisenko ilə iş tecrübəsi.

Quliyeva Aytən Edvard qızı 1993-1999 –cu illərdə N.Nərimanov adına Azərbaycan Tibb Universitetində təhsil almışdır.
1999-2002 –cı illərdə Moskva şəhər 17 nömrəli xəstəxanada həkim olaraq fəaliyyət göstərmişdir.
2002-2004 –cu illər Moskva şəhər Elmi Praktik Mərkəzdə ordinatura kecmiş.
2004-2005 –ci illər Moskva şəhər 212 nömrəli poliklinika otorinolarinqoloq.
2005-2008 –ci illər Moskva şəhər Elmi Praktik Mərkəzdə aspirantura.
2009 –cu il tibb elmləri namizədlik uzrə dissertasiyani müdafiə etmişdir.
2009 –cu ildən ildən tibb elmləri namizədi.
2008-2009 –ci illər Moskva şəhər Elmi Praktik Mərkəzdə elmi isci.
2011-2012 –ci illər Moskva şəhər L.İ. Sverjevski adına Elmi Tədqiqat Klinik institutu “Otocərrahiyyə “ şöbəsi , otorinolarinqoloq.
2014 –ci il Hindistan, Racistan vilayəti, Japur səhəri – Amerika Birləşmiş Ştatlari, Almaniya, Keniya, Cənubi Koreya , Hindistan həkimləri ilə təcrubə mübadiləsi.

2014-2016 –ci illər Baki şəhər, International 2 klinika, LOR hospitalda Ankara universiteti prof. Əli Özdekle birge iş təcrubəsi, A.İ.Koloymicenko adına otorinolarinqologiya institutunun prof.

03/10/2017

30 yaşlı cavan bir xanim Bərdə şəhərindən bizə mütaciət edərək balaca 3 yaşlı oğlunun onun təsadüfən sol qulağına sillə ilə vurmasından sonra eşitməsinin azalmasından və sol qulaqdan axıntının olmasından şikayət edir. Xəstə bizə travmadan 1 həftə sonra muraciət etmişdir. Xəstəni müayinə edərkən sol qulaqda qulaq pərdəsi deşilmiş və saf səs audiometriyasında eşitmənin orta dərəcədə itirilməsi müəyyən olunmuşdur. Təcili (nəzərə alsaq ki, artıq 1 həftə vaxt itirmişik) bəzi mütəxəssislərin konsultasiyasından sonra, müalicəyə başladıq. 1 aydan sonra kontrol müayinədə qulaq pərdəsi tam bərpa olmuş, eşitmə tam normal səviyyəyə catmışdır.
Balaca “qəhrəman” bütün bunlara baxmayaraq özünü cox rahat hiss edirdi)))

18/09/2017

ATU-nun Tədris Terapevtek klinikasına xəstə xanım başğicəllənmə şakayətləri ilə daxil olmusdur. Xanımı müayinə edərkən xəstəyə “Xoşxassələi pozision paroksizmal başğicəllənmə “ diaqnozu qoyulmuş, elə 1-ci ğun aparılan manevra nəticəsində xəstənin vəziyyəti xeyli yaxşılaşmış və xəstə 2-ci sutka evə yazılmışdır. Klinikanın terapiya kafedrasının dosenti Afət xanıma cox təşəkkür etmək istərdik, çünki bir terapevt olaraq xəstənin doğru mütəxəssisə yönləndirilməsi, nəticədə düzğün diaqnozun qoyulmasına və bu da öz növbəsində aparılan müalicənin nəticəsini tez ğörməyə imkan yaratdı.
En asası xəstənin 2-ci ğün bizim kabinetə sevinərək daxil olmağı həkim üçün bir dünyadır.

18/09/2017
18/09/2017

Uşaqlarda orta qulağın kəskin iltihabı (kəskin orta otit)
3 yaşa qədər uşaqların üçdə ikisində bu xəstəlik rast gəlinir. Kəskin orta otit bir sıra risk faktorlarından asılidır . Bunlar sırasında allergik faktorlar mühüm yer tutur. Amma ən önəmli faktor yuxarı tənəffüs yollarının infeksiyalarıdır.
Xəstələrin əsas şikayəkləri yüksək temperatur,qulaq ağrısıdir. Ancaq aparılar tədqiqatlar nəticəsində məlum olub ki, 20 % uşaqlar heç qulaq ağrısından şikayət etmirlər. Buna görə də valideyinlər körpələrə qarşı diqqətli olmalıdırlar. 3 yaşa qədər uşaqlarda valideynlərlə söhbət əsnasında körpənin iştahının nə dərəcədə olması haqda məlumat da almaq lazımdır.
Körpələrin muayinəsi zamanı otoskopiya mühüm rol oynayır. Müayinənin sonrakı etapında timpanometriya və akustik refleksometriya istifadə oluna bilər. Uşaqlarda orta qulağın kəskin iltihabı zamanı antibiotikoterapiyanin düzğün seçilməsi xəstəliyin sonraki gedişində aparıcı rol oynayır.

14/09/2017
10/09/2017

Eşitmənin qəfləti itirilməsi (sensonevral tipli)
Eşitmənin qəflətən itirilməsinin bir sıra səbəbləri var. Aşağıda sadalanan səbəblər daha tez-tez rast gəlinir.
Virus mənşəli – herpes simplex, Varisella Zoster, influenza və s.
Damar mənşəli – daxili qulağı qidalandıran damarda olan problemlərlə bağlı
(arterit, vazospazm, gaz və ya yağ emboliyası, hiperviskozit və s.)
Nevroloji səbəblər – multiple skleroz
Travmatik səbəblər – baş beyin travmaları, barotravmalar, orta qulaqda aparılan əməliyyatlar zamanı cərrahi səhvlər nəticəsində
Toksiki səsbəblər- Ən cox hər hansı bir xəstəliyin müalicəsi zamanı istifadə olunan dərmanların əlavə təsiri nəticəsində. Məs. Aşağıdaki antibiotiklər qəfləti eşitmənin sensonevral itirilməsinə gətirib cıxara bilər- streptomisin, neomisin, gentamisin, polimiksin B eritromisin və s.

08/09/2017

Bizim körpə balalarımız cox zaman şıltaqlıqları ilə bizə surpriz edirlər. Bunlardan biri də qulaqlarına və burublarına əllərinin altında olan yad cisimlərin salınmasıdır. Ən cox 3-7 yaş arası olan uşaqlarda rast gəlinir. Şəxsən bizim praktikamızda yad cisim olaraq düymə, muncuq, kiçik plastilin parçası, günəbaxan tumu, yarpaq , oyuncaq hissələri, divar kağızı, qurumuş yapışqan qalıqları rast gəlinmişdir.
Bundan başqa körpələrdən asılı olmayaraq xarici qulaq kecəçəyinə canlı həşaratlar da düşə bilər. Valideynlərdən xahiş olunur ki, sərbəst müalicə ilə məşğul olmasınlar, çünki bu “müalicədən” sonra uşaqlarda qorxu hissi və xarici qulaq keçəcəyində travmalar əmələ gəlir və bu da həkimin işini bir az da cətinləşdirir.

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Ayten-Edvard ENT - LOR posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ayten-Edvard ENT - LOR:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram