Endokrinoloq Fərhad Burzu

Endokrinoloq Fərhad Burzu Bütün növ Endokrinoloji Xəstəliklərin Dəqiq Müayinəsi, Təqibi və Düzgün Müalicəsi

👉Şizofreniya müalicəsində istifadə olunan bəzi güclü antipsixotiklər xəstələrdə çəki artımı və şəkər pozğunluğu riskini ...
07/12/2025

👉Şizofreniya müalicəsində istifadə olunan bəzi güclü antipsixotiklər xəstələrdə çəki artımı və şəkər pozğunluğu riskini ciddi şəkildə artırır. Son tədqiqatlar isə bu metabolik yükü azaltmaq üçün semaglu**din yeni və ümidverici bir seçim ola biləcəyini göstərir.
📍JAMA Psychiatry jurnalında dərc olunan araşdırmada kloza**n və olanzap** istifadə edən 73 xəstədə aşağı dozalı semagluti**n təsiri qiymətləndirilib. Cəmi 26 həftə ərzində semaglu**d alan xəstələrdə HbA1c plaseboya nisbətən daha çox azalıb və onların 40%-dən çoxu təhlükəsiz HbA1c səviyyəsinə çatıb. Çəki göstəriciləri də nəzərəçarpacaq dərəcədə yaxşılaşıb- orta hesabla 9 kiloqrama yaxın çəki itkisi, bel çevrəsində 7 sm və yağ kütləsində əhəmiyyətli azalma qeydə alınıb.
🔺Yan təsirlər əsasən ürəkbulanma və qusma kimi yüngül şikayətlər olub. Ən önəmlisi isə psixi simptomlarda heç bir pisləşmə müşahidə edilməyib.
✅Bu nəticələr göstərir ki, semaglu**d antipsixotik müalicə səbəbindən metabolik riski yüksəlmiş xəstələrdə çəkini və qlükoza nəzarətini yaxşılaşdırmaq üçün effektiv bir əlavə terapiya ola bilər. Qeyd edək ki, daha geniş tədqiqatlar lazım olsa da, ilkin məlumatlar kifayət qədər ümidvericidir.

P.s. Bu psixiatrlar da heç qədrimizi bilmirlər haa😀. Nevroloji dərman verib kökəldirsiz biz də arıqladırıq.

🌀Farhad Burzu
☎️050 331 98 05

👉Qış gələndə yalnız hava dəyişmir- bədənimizin enerjisi, iştahı və hətta əhvalı da dəyişir. Soyuq havada özümüzü isti sa...
04/12/2025

👉Qış gələndə yalnız hava dəyişmir- bədənimizin enerjisi, iştahı və hətta əhvalı da dəyişir. Soyuq havada özümüzü isti saxlamaq üçün bəzən şokolad, peçenye kimi rahat qidalara qaçırıq, amma bu vərdişlər uzun müddətdə bizi daha yorğun və halsız edir. Əslində, düzgün seçilən qış qidaları həm immuniteti gücləndirir, həm də əhvalı qaldırır.
📍Mütəxəssislər deyir ki, aşağıdakı 5 qida qış aylarında tam bir xilasedicidir.
1️⃣Kök Tərəvəzlər (Kök, Çuğundur, Şalğam)
2️⃣Vitamin D ilə Zəngin Qidalar(Qızılbalıq,
Yumurta sarısı,
Süd)
3️⃣Yulaf
4️⃣Şorbalar
5️⃣Vitamin C Mənbələri(Portağal, limon, kivi, mango, brokoli)
👉Qış aylarında mövsümə uyğun bir neçə sağlam qidanı rasiona əlavə etməklə həm immuniteti gücləndirə, həm enerjini artırıb, həm də əhvalını yaxşılaşdıra bilərsiniz. Unutmayın, bütün rasionu dəyişməyə ehtiyac yoxdur- gündə bir kiçik seçim belə böyük fərq yaradır💚

🌀Farhad Burzu
☎️050 331 98 05

̧fet ̧fetteyiz

👉2025-ci ildə keçirilən Böyrək Həftəsi konfransında təqdim edilən yeni müşahidə nəticələri göstərib ki, tirzepat** adlı ...
01/12/2025

👉2025-ci ildə keçirilən Böyrək Həftəsi konfransında təqdim edilən yeni müşahidə nəticələri göstərib ki, tirzepat** adlı ikili təsirli dərman tip 2 diabet və yüksək riskli xroniki böyrək xəstəliyi olan pasiyentlərdə dulaglu**də nisbətən daha güclü böyrək qoruyucu təsir göstərir. Bu nəticələr 30 ölkədən 13 165 xəstənin iştirak etdiyi geniş SURPASS-CVOT tədqiqatının əlavə təhlilinə əsaslanır.
Xüsusilə çox yüksək riskli böyrək xəstəliyi olan 1241 nəfərlik alt qrupda tirzepat** qəbul edən 646 xəstədə böyrəklə bağlı ağırlaşmaların ümumi riski dulaglut** qəbul edən 595 xəstə ilə müqayisədə 33% aşağı olub (HR 0,67; P=0,002). 156 həftəlik izləmə ərzində tirzepat** qrupunda böyrəyin süzmə sürəti -4,4 mL/dəq, dulaglut** qrupunda isə -7,5 mL/dəq azalıb. Bu isə tirzepat**in böyrək funksiyasının zəifləməsini 3,1 mL/dəq daha yavaşlatdığını göstərir. Sidikdə albumin/kreatinin nisbətində də üstünlük qeydə alınıb: tirz**atid qrupunda 41,6%, dulagluti*də isə 27,4% azalma müşahidə edilib.
📍Təhlükəsizlik göstəriciləri oxşar olsa da, mədə–bağırsaq narahatlıqları tirz**atid qəbul edən xəstələrdə bir qədər daha çox görülüb (%64,6 və %56,5).
✅Bu araşdırmalar tirzepat**in yüksək riskli diabetik böyrək xəstələrində böyrək funksiyasının itirilməsini əhəmiyyətli dərəcədə ləngitdiyini və dializə keçidin bir neçə il gecikdirilə biləcəyini göstərir.

🌀Farhad Burzu
☎️050 331 98 05

̧fet ̈rek

👉Son günlər ABŞ qida təhlükəsizliyi qurumları dəniz məhsulları ilə bağlı narahatedici bir halı gündəmə gətirib. İndonezi...
29/11/2025

👉Son günlər ABŞ qida təhlükəsizliyi qurumları dəniz məhsulları ilə bağlı narahatedici bir halı gündəmə gətirib. İndoneziyadan idxal olunan karides krevetlərində radioaktiv Sezium-137 izlərinin aşkarlanması dəniz məhsullarının təhlükəsizliyi ilə bağlı əlavə suallar yaradıb.
İlkin olaraq, PT Bahari Makmur Sejati şirkətinə məxsus karides krevetləri konteynerlərində radioaktivlik siqnalı qeydə alınıb. Ardınca PT Natural Java Spice şirkətindən göndərilən mixək nümunəsində də eyni maddə aşkarlanıb.
Qeyd olunur ki, radioaktivlik aşkarlanan və ya şübhəli hesab edilən heç bir məhsul satışa çıxarılmayıb. Bununla yanaşı, ehtiyat tədbiri olaraq böyük həcmdə dondurulmuş karides krevetləri geri göndərilib.
📍Risk aşağı görünsə də, Sezium-137-yə uzunmüddətli məruz qalma potensial sağlamlıq fəsadları yarada bilər. Buna görə də araşdırmalar davam edir və məsələnin mənbəyi dəqiq müəyyənləşdirilməyə çalışılır.
Ölkəmizin də İndoneziydan krevet ixrac etdiyini nəzərə alsaq, istehsal şirkətlərini bilmədiyimizə görə onların da radioaktiv zəhərlənməyə məruz qalmış krevetlər olub olmayacağı şübhə altındadır.

🌀 Farhad Burzu
☎️050 331 98 05

👉Menopauza dövründə qadınların böyük bir hissəsi istibasmalar yaşayır və bu, həm fiziki, həm də emosional narahatlıq yar...
27/11/2025

👉Menopauza dövründə qadınların böyük bir hissəsi istibasmalar yaşayır və bu, həm fiziki, həm də emosional narahatlıq yaradır. Hormon terapiyası hər kəsə uyğun olmadığı üçün isə alternativ üsullara ehtiyac getdikcə artır. Son klinik tədqiqat isə hipnozun istibasmaları əhəmiyyətli dərəcədə azaltdığını ortaya çıxarmışdır.
📍ABŞ-ın Baylor Universitetində aparılan araşdırmada 250 qadın iki qrupa bölünüb:
hipnoz qrupu
“saxta hipnoz” (ağ səs) qrupu.
Cəmi 6 həftədən sonra nəticələr məlum olub ki, hipnoz qrupunun iştirakçılarında istibasmalar, digər qrupdan daha çox azalmışdır.
Hipnoz alan qadınlar həmçinin gündəlik həyatlarındakı narahatlığın da azaldığını qeyd ediblər.
12-ci həftədə hipnoz iştirakçılarının 60%-dən çoxunda istibasma göstəriciləri yarıbayarı azalıb- bu, klinik olaraq çox önəmli bir nəticədir.
Mütəxəssislər gələcəkdə bu texnikanın mobil tətbiq formasında geniş istifadəyə verilə biləcəyini bildirir.
Təbii ki, daha çox araşdırma tələb olunan bir yanaşma olduğu qeyd olunur.

🌀 Farhad Burzu
☎️050 331 98 05

👉ABŞ Qida və Dərman Administrasiyası (FDA), ailəvi xilomikronemiya sindromu (FCS) olan şəxslərdə trigliserid səviyyələri...
25/11/2025

👉ABŞ Qida və Dərman Administrasiyası (FDA), ailəvi xilomikronemiya sindromu (FCS) olan şəxslərdə trigliserid səviyyələrini azaltmaq üçün hazırlanan və gen səviyyəsində təsir göstərən yeni müalicəni — plozasi**nı (Redempl*) təsdiqləyib. FCS qanda yağların parçalanmasını pozan nadir genetik xəstəlikdir və xəstələrdə təkrarlayan kəskin pankreatit riskini artırır.
Plozas**an, qanda trigliseridlərin parçalanmasını ləngidən zülalın (apolipoprotein C-III) istehsalını azaldaraq yağların daha sürətli parçalanmasına şərait yaradır. Müalicə pəhrizlə birlikdə əlavə vasitə kimi istifadə olunur. FDA məlumatına əsasən, dərmana bağlı xüsusi əks göstəriş yoxdur. Ən çox qeyd edilən yan təsirlər isə qan şəkərinin yüksəlməsi, baş ağrısı, ürəkbulanma və inyeksiya yerində allergik reaksiyalardır.
📍Dərmanın təsdiqi III faza PALISADE tədqiqatının nəticələrinə əsaslanır. Araşdırmada 25 mq plozasir** trigliserid səviyyələrini başlanğıcla müqayisədə 80% azaldıb (plasebo 17%). Bundan əlavə, müalicə alan xəstələrdə kəskin pankreatit riski əhəmiyyətli dərəcədə aşağı düşüb (OR 0.17; 95% GA 0.03–0.94).
👉Plozasir**ın üstünlüyü xəstənin dərmanı evdə, üç ayda bir 25 mq dozada özünün tətbiq etməsidir. Bu, aylıq inyeksiya olan və 2024-cü ildə təsdiqlənmiş olezars**lə müqayisədə daha rahat üsuldur.
✅İstehsalçı şirkət (Arrowhead Pharmaceuti**s) bildirib ki, dərman ABŞ-da təxminən 6.500 genetik FCS xəstəsi üçün ilin sonuna qədər satışa çıxarılacaq.

🌀Farhad Burzu
☎️050 331 98 05

̧fet ̧fetteyiz

24/11/2025

Əziz dostlar, 29 noyabr tarixində GƏNCƏ şəhərində Ankara Medical Klinikasında xəstə qəbulu həyata keçirəcəyik.
📍 Yazılmaq üçün +994993029555 nömrəsi ilə əlaqə saxlayın.

Farhad Burzu

👉 Ürək xəstələrində vitamin D-nin az olması düşündüyümüzdən daha risklidir. Yeni bir araşdırma isə göstərir ki, qanda vi...
19/11/2025

👉 Ürək xəstələrində vitamin D-nin az olması düşündüyümüzdən daha risklidir. Yeni bir araşdırma isə göstərir ki, qanda vitamin D səviyyəsini optimal aralığa (40–80 ng/mL) qaldırmaq, əvvəl infarkt keçirmiş şəxslərdə yenidən infarkt riskini 52% azalda bilər.
📍 Bu məlumatlar Amerika Ürək Assosiasiyasının 2025-ci il Elmi Sessiyalarında təqdim edilib.
Araşdırmada iştirak edənlərin 85%-dən çoxunun vitamin D səviyyəsi tədqiqata başlamazdan əvvəl 40 ng/mL-dən aşağı idi — bu isə ürək-damar sağlamlığı üçün kifayət qədər deyil.
Əvvəlki tədqiqatlarda hamıya eyni doza verildiyi halda, bu araşdırmada vitamin D dozası hər pasiyentin qan analizinə uyğun fərdi şəkildə təyin olunub.
Əsas nəticələr:
• Infarkt riski 52% azalır
• Ölüm, insult və ya ürək çatışmazlığına görə xəstəxanaya düşmədə isə ciddi azalma müşahidə olunmayıb
Araşdırma göstərir ki, vitamin D-nin təsiri insandan-insana dəyişə bilər. Ən yaxşı nəticə üçün isə:
▪️ Qanda vitamin D səviyyəsi yoxlanmalıdır
▪️ Doza həmin nəticəyə uyğun seçilməlidir
▪️ Vaxtaşırı kontrol olunmalı və doza yenilənməlidir
👉 Araşdırma ilkin olsa da, nəticələr vitamin D-nin ürək sağlamlığı üçün əhəmiyyətli ola biləcəyini göstərir. Daha böyük və geniş tədqiqatlara ehtiyac var.

🌀Farhad Burzu
☎️050 331 98 05

̧fett ̧fetteyiz

Address

Ak Həsən Əliyev Küç. 15
Baku
1001

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00
Saturday 09:00 - 15:00

Telephone

+994506119805

Website

Alerts

Be the first to know and let us send you an email when Endokrinoloq Fərhad Burzu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Endokrinoloq Fərhad Burzu:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category