Respublika Diaqnostika Mərkəzi

Respublika Diaqnostika Mərkəzi Peşəkar həkimlərə və geniş tibbi infastrukturaya malik, pasiyent yönümlü, müasir tibb müəssisəsidir.
(332)

Respublika Diaqnostika Mərkəzi- peşəkar həkimlərə və tibb işçilərinə, geniş tibbi infrastruktura və texnologiyaya malik, pasiyent yönümlü, müasir bir tibb müəssisəsidir. Mərkəzimiz, Azərbaycanda 2016-cı ildən indiyə kimi 3 dəfə JCI (Joint Commission International) beynəlxalq akkreditasiyasını qazanan yeganə klinikadır. Pasiyentlərin təhlükəsizliyini, məxfiliyini, səhiyyə xidmətlərinin davamlı təkmilləşdirilməsini təmin etmək məqsədilə Mərkəzimizdə keyfiyyət və nəzarətə xüsusi diqqət ayrılmışdır. Buraya həmçinin, infeksiyaya nəzarət və biotəhlükə qaydaları da daxildir. Kompleks 1,6 hektarı əhatə edən, ictimai nəqliyyata və metroya yaxın ərazidə yerləşir. Kompleks bir-biri ilə əlaqələndirilmiş Diaqnostika Mərkəzi, Ürək Mərkəzi, İnzibati bina, o cümlədən, Oftalmologiya, Qan Bankı, çamaşırxana, və mərkəzləşdirilmiş oksigen təchizatı stansiyasından ibarətdir. Kompleksin ərazisində pasiyentlərin keyfiyyətli istirahəti üçün qapalı qış parkı, açıq havada yaşıllıq zonası, yeməkxana, kafe və gözləmə zalları mövcuddur. Bundan əlavə, pasiyentlərin, işçilərin və ziyarətçilərin rahatlığını təmin etmək məqsədilə 100-dən yuxarı avtomobil tutumlu yeraltı və açıq avtomobil dayanacaqları da yaradılmışdır. Mərkəzin bütün bölmələri əhatə etməklə, ümumilikdə 116 çarpayı fondu vardır. Bundan əlavə, Mərkəzdə tibbi texnologiyalar, cihaz və avadanlıqlarla tam təmin olunmuş 10 cərrahi əməliyyat otağı və 2 angioqrafiya otağı mövcuddur. Respublika Diaqnostika Mərkəzi yerli və əcnəbi pasiyentlərə çoxşaxəli və yüksək keyfiyyətli tibbi xidmətlər təklif edir.

❤️Sevgi Sağaldır! 🌍 1 Dekabr  Ümumdünya QİÇS-lə Mübarizə Günüdür  🗓️Bu günün məqsədi cəmiyyəti QİÇS ( Qazanılmış İmmun Ç...
01/12/2025

❤️Sevgi Sağaldır!

🌍 1 Dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günüdür

🗓️Bu günün məqsədi cəmiyyəti QİÇS ( Qazanılmış İmmun Çatışmazlığı Sindromu) haqqında maarifləndirmək, xəstəlikdən əziyyət çəkən insanlara dəstək olmaq və onun qarşısının alınması üçün həmrəyliyi gücləndirməkdir.

🩺 QİÇS-lə mübarizədə erkən diaqnostika, düzgün müalicə, sağlam həyat tərzi və mütəmadi testlər mühüm rol oynayır.

💡 Dəstək göstər, fərqində ol!

💚 RDM — Sağlamlığınızın Ünvanı!

🥇Tibbdə Qızıl Etimad! 🏥 Respublika Diaqnostika Mərkəzi  Azərbaycanda ardıcıl 4 dəfə JCI akkreditasiyası qazanan yeganə t...
26/11/2025

🥇Tibbdə Qızıl Etimad!

🏥 Respublika Diaqnostika Mərkəzi Azərbaycanda ardıcıl 4 dəfə JCI akkreditasiyası qazanan yeganə tibb müəssisəsidir.

✅ Bu nailiyyət pasiyent təhlükəsizliyi və xidmət keyfiyyəti ilə yanaşı peşəkarlığın yüksək səviyyədə təmin olunmasının göstəricisidir.

👨‍⚕️Həkim-mütəxəssis heyəti, müasir avadanlıqları və fərdi yanaşması ilə RDM sağlamlığınızı etibar edə biləcəyiniz ideal ünvandır.

RDM – Sağlamlığınızın Ünvanı! 💚

Respublika Diaqnostika Mərkəzinin Ginekoloqu Dr. Aynur Babayeva Avropa Ginekoloji Endoskopik Cərrahiyyə Cəmiyyətinin təş...
20/11/2025

Respublika Diaqnostika Mərkəzinin Ginekoloqu Dr. Aynur Babayeva Avropa Ginekoloji Endoskopik Cərrahiyyə Cəmiyyətinin təşkil etdiyi üç mərhələli (nəzəri və praktik) Board İmtahanını uğurla keçərək ESGE yetərlilik sertifikatına layiq görülmüşdür.💚

🔴 Həyat Daha Şirindir!🏥 Respublika Diaqnostika Mərkəzində Diabetik Check Up paketi indi cəmi 119 AZN!✅Check Up-a daxildi...
18/11/2025

🔴 Həyat Daha Şirindir!

🏥 Respublika Diaqnostika Mərkəzində Diabetik Check Up paketi indi cəmi 119 AZN!

✅Check Up-a daxildir:

* Endokrinoloq müayinəsi
* Qanın ümumi analizi
* Qlükoza səviyyəsinin yoxlanılması
* Üst qarın boşluğu (USM)
* Digər laborator analizlər

📲Ətraflı məlumat və qeydiyyat üçün: 913 və ya 050 229 81 90

RDM-Sağlamlığınızın Ünvanı! 💚

17 Noyabr – Milli Dirçəliş Günü!Bu gün xalqımızın azadlıq iradəsinin və birliyinin rəmzidir.Milli Dirçəliş Gününüz mübar...
17/11/2025

17 Noyabr – Milli Dirçəliş Günü!

Bu gün xalqımızın azadlıq iradəsinin və birliyinin rəmzidir.

Milli Dirçəliş Gününüz mübarək!

12 Noyabr Azərbaycanda Konsitutsiya Günüdür.Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il öt...
12/11/2025

12 Noyabr Azərbaycanda Konsitutsiya Günüdür.

Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür.

Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib.

Bu ali sənəd azad və ədalətli cəmiyyətin formalaşmasında mühüm rol oynayıb.

Konstitusiyamız müstəqilliyimizin, hüququn və ədalətin təminatıdır!

❤️RDM-də Balaca Qəhrəmanlara Böyük CHECK-UP!🏥 Respublika Diaqnostika Mərkəzində Pediatrik Check-Up paketi indi cəmi 119 ...
11/11/2025

❤️RDM-də Balaca Qəhrəmanlara Böyük CHECK-UP!

🏥 Respublika Diaqnostika Mərkəzində Pediatrik Check-Up paketi indi cəmi 119 AZN!

👩‍⚕️ Pediatr, 👨‍⚕️ Nevropatoloq, 👨‍⚕️ Ümumi Cərrah müayinəsi və digər laborator analizlər-hamısı bir arada.

🩺 Vaxtında müayinə sağlam gələcəyin başlanğıcıdır!

RDM – Sağlamlığınızın ünvanı! 💚

9 Noyabr Dövlət Bayrağı Günüdür!🇦🇿Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli sərəncamı ilə hər il Noyabrın 9-...
09/11/2025

9 Noyabr Dövlət Bayrağı Günüdür!🇦🇿

Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli sərəncamı ilə hər il Noyabrın 9-u ölkəmizdə dövlət bayrağının qəbul edildiyi gün kimi qeyd olunur.

Üç rəngli bayrağımız müstəqilliyimizin, birliyimizin rəmzi, bizim qürur mənbəyimizdir! ❤️

8 noyabr-Zəfər Günüdür!8 Noyabr  Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir.Respublika Diaqnostika Mərkəzi ola...
08/11/2025

8 noyabr-Zəfər Günüdür!

8 Noyabr Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir.

Respublika Diaqnostika Mərkəzi olaraq Zəfər Günündə vətənimiz üçün canlarını fəda edən qəhrəmanlarımızı sonsuz minnətdarlıqla yad edir, onlara uca yaradandan rəhmət, qazilərimizə şəfa diləyirik!

Qarabağ Azərbaycandır!




🏥 Qeyri-iş günlərində xidmətinizdəyik! 🗓️ 8, 9 və 10 noyabr tarixlərində də Respublika Diaqnostika Mərkəzi sağlamlığınız...
07/11/2025

🏥 Qeyri-iş günlərində xidmətinizdəyik!

🗓️ 8, 9 və 10 noyabr tarixlərində də Respublika Diaqnostika Mərkəzi sağlamlığınızın keşiyində olacaq.

👨‍⚕️Bu günlərdə fəaliyyət göstərəcək bölmələr:

🔹 Təcili Tibbi Yardım
🔹 Ümumi Reanimasiya

💡11 noyabr tarixindən etibarən isə bütün tibbi bölmələrimiz xidmətinizdə olacaq.

RDM – Sağlamlığınızın Ünvanı! 💚

🎒 Dərsə Gedən Bir Uşaq📚 Məktəblilərə RDM-dən Check-Up Müayinəsi!İndi Respublika Diaqnostika Mərkəzində məktəblilər üçün ...
04/11/2025

🎒 Dərsə Gedən Bir Uşaq

📚 Məktəblilərə RDM-dən Check-Up Müayinəsi!

İndi Respublika Diaqnostika Mərkəzində məktəblilər üçün xüsusi Check-Up Paketi cəmi 160 AZN!

✅Paketə daxildir:

👩‍⚕️ Pediatr, Nevropatoloq, Oftalmoloq, LOR, Audioloq müayinələri və digər laborator analizlər🧪

📞 Ətraflı məlumat və qeydiyyat üçün: 913 və ya 050 229 81 90

RDM-Sağlamlığınızın Ünvanı!💚

⏰ 24 Saat Xidmət, 24 Dəqiqəyə Cavab!🏥 İndi Respublika Diaqnostika Mərkəzinin Radiologiya şöbəsində 24/7  MRT və KT müayi...
24/10/2025

⏰ 24 Saat Xidmət, 24 Dəqiqəyə Cavab!

🏥 İndi Respublika Diaqnostika Mərkəzinin Radiologiya şöbəsində 24/7 MRT və KT müayinələrindən keçə bilərsiniz.

🕒 Eyni zamanda müayinə nəticələri üçün bir neçə gün gözləməyə ehtiyac yoxdur, artıq dəqiqələr ərzində həkim rəyini əldə edə biləcəksiniz.

💻 Dəqiq nəticə – Peşəkar yanaşma

📞 Ətraflı məlumat və qeydiyyat üçün: ☎️ 913 və ya 📱 050 229 81 90

RDM – Sağlamlığınızın Ünvanı! 💚

Address

Tbilisi Prospekti, 147
Baku
AZ1122

Telephone

913

Website

Alerts

Be the first to know and let us send you an email when Respublika Diaqnostika Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Respublika Diaqnostika Mərkəzi:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category

Haqqımızda

RDM həqiqətən Bakıda yerləşən ən yaxşı çoxprofilli tibbi mərkəz və klinikalardan biridir. Həmçinin, bu klinika Bakının ən yaxşı özəl klinikalarından biri olub, yüksək səviyyədə təchiz edilmiş, ən müasir cihazlara malik laborator və diaqnostik mərkəzdir. RDM paytaxtın bütün sakinləri və qonaqlarına ən yüksək tələb və standartlara cavab verən tibb xidməti ilə təmin olunmasına imkan verir. Klinikamızın xəstələrinə lazım olan istənilən müayinə, analiz və ya prosedurları biz müstəqil şəkildə, digər tibb mərkəzləri və ya laboratoriyalara müraciət etmədən apara bilirik. Bu yolla biz həm də xəstələrimizin vaxtına və maddi vəsaitinə qənaət etmiş oluruq. Uğurlu müalicə üçün isə zaman amili hədsiz dərəcədə əhəmiyyətlidir! Mütəxəssislərimizin geniş və rahat kabinetləri, öz stasionarımızın komfortlu palataları, poliklinika şöbəsi, ən müasir diaqnostik cihazlarla təchiz olunmuş radiologiya şöbəsi, ISO 15189 sertifikasiyasından keçmiş müasir laboratoriya, klinikanın ərazisinin mühafizə edilməsi və qapalı avtomobil dayanacağı klinikamızın hədsiz üstünlüklərindəndir. Lakin bizim tərəfimizdən göstərilən xidməti şəhərin əksər digər klinikaları üçün əlçatmaz edən ən əsas amil bizim mütəxəssislərimizdir! RDM-də ən yaxşı həkimlər çalışır! Tibbi personalımız istər Rusiyada, istərsə də, Avropa və ABŞ-da əldə edilmiş mükəmməl nəzəri biliklərə və ən zəngin praktik təcrübəyə malikdir. Həkimlərimizin hər biri öz sahəsinin həqiqi peşəkarıdır. RDM-in istisnasız bütün mütəxəssisləri öz ixtisasını daim, həmçinin xarici ölkələrdə artırır və bunun sayəsində dünya təbabətinin ən son nailiyyətlərini tətbiq edirlər. RDM 2016-cı ildə JCI (Joint Commission International) akkreditasiyasından keçərək xüsusi qızıl rəngli fərqləndirmə nişanı ilə təltif edilib. 2019-cu ildə Respublika Diaqnostika Mərkəzi yenidən JCI akkreditasiyasından keçərək Azərbaycanda ikinci dəfə “Akkreditasiya olunmuş xəstəxana” statusunu qazanmış ilk xəstəxana olub! Biz Sizin seçiminizə hörmət edirik və bizim tibb mərkəzimizi seçdiyiniz üçün razı qalmağınız naminə əlimizdən gələni əsirgəməməyə səy göstəririk!